Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   46   47   48   49   50   51   52   53   ...   115

O zalim an!
P.S.Robert Lenqdonu tapmalı.
XLIV FƏSİL
- On rəqəm… - Sofi gözlərini şəkildən çəkməyərək mızıldandı.
13-3-2-21-1-1-8-5
Babam hesab nömrəsini Luvrun döşəməsinə yazıb!
Döşəmədə yazılmış Fibonaççi ardıcıllığını ilk dəfə görəndə o, qərara gəlmişdi
ki, babasının yeganə məqsədi kriptoqrafiya şöbəsinin diqqətini cəlb etmək və
beləliklə, təhqiqatda Sofinin də iştirakına şərait yaratmaq olmuşdur. Sonra o,
rəqəmlərin sonrakı sətirləri deşifrə etmək üçün açar olduğunu anlamışdı… bu,
rəqəmli anaqramdan başqa bir şey deyil. İndii isə o, bu rəqəmlərin daha böyük
məna kəsb etdiyini görürdü. Bu rəqəmlər seyfi açan son açardır.
- O, ikiqat tapmacaların ustası idi, - Sofi Lenqdona dedi. - Çoxlu və gizli
mənaları olan hər şeydən xoşu gəlirdi. Kodun içində kod.
Lenqdon artıq konveyer lentinin yaxınlığında olan elektron lövhəyə tərəf
gedirdi. Sofi şəkli götürüb onun dalınca qaçdı.
Lövhənin altında bankın girişindəkinə oxşar deşik vardı. Ekranda bankın
xaçşəkilli loqotipi görünürdü. Sofi vaxtı boş yerə itirmək istəmirdi deyə, açarı
üçkünc deşiyə saldı. Ekran dərhal canlandı.
HESAB NÖMRƏSİ
Kursorun oxu yanıb söndü. Pauza. On rəqəm… Sofi şəkildəki rəqəmləri
bərkdən oxumağa başladı. Lenqdonsa onları kompüterə yazdı.
HESAB NÖMRƏSİ 1332211185
O, axırıncı rəqəmi yazmışdı ki, ekran yenidən canlandı. Orda bir neçə dildə
mətn yazılmışdı. Yuxarı sətir ingiliscə idi.
EHTİYATLI OLUN
ENTER klavişini basmazdan əvvəl, buyurun, hesab nömrəsinin düzgün yığılıb-
yığılmadığını yoxlayın.
Kompüter imtina etsə, sizin əşyalarınızın təhlükəsizliyindən ötrü sistem
avtomatik olaraq qapanacaq.
- Bəli, bu funksional terminatordur, - Sofi dedi, - Biz yalnız bir dəfə cəhd edə
bilərik.
Bank kartlarının sahibləri pin-kodu yığmaq üçün adətən üç dəfə cəhd edə
bilərlər. Ona görə də bu maşın adi bankomatlara az oxşayırdı.


- Hər şey düzdür, - deyə Lenqdon yığılmış nömrələri şəkildəki nömrələrlə
tutuşdurdu. Və ENTER klavişini barmağı ilə göstərdi. – Hə, cəsarətli ol!
Sofi şəhadət barmağını klavişə yaxınlaşdırıb, dərhal da geri çəkdi. Onun ağlına
qəribə fikir gəlmişdi.
- Tez olun! – Lenqdon təkid etdi. – Berne tezliklə gələcək.
- Yox, - Sofi əlini çəkdi, - Bu o, nömrə deyil.
- Əlbəttə, odur! On rəqəm. Daha nə lazımdır.
- Çox qarmaqarışıq rəqəmlərdir.
Çox qarmaqarışıq? Lenqdon onunla qətiyyən razı deyildi. Bütün banklarda
müştərilərə məsləhət görürlər ki, pin-kod kimi qarmaqarışıq nömrələr seçsinlər ki,
heç kim bunları tapa bilməsin. Onda qalmış, buranın qiymətli əşyalar saxlayan
müştəriləri ola.
Sofi kompüterdə yığılmış nömrələri silib ona baxdı:
- Burdakı rəqəmləri ixtiyari olaraq götürüb Fibonaççi ardıcıllığını almaq çətin
ki, təsadüf olsun.
Lenqdon onun sözləri ilə razılaşmaya bilməzdi. Elə bu axşam, bir az əvvəl Sofi
rəqəmlərin yerini dəyişdirib heç bir məna kəsb etməyən Fibonaççi ardıcıllığını
almışdı. Yəqin ki, bunu başqaları da düşünüb tapa bilərdilər.
Sofi klaviaturaya yaxınlaşıb rəqəmləri başqa qaydada yığmağa başladı.
- Sizə çox şey deyəcəm. Babamın müxtəlif simvol və kodlara marağını nəzərə
alsaq, o, elə nömrələri seçməliydi ki, onları asanlıqla yadda saxlaya bilsin, - Sofi
sətri yazıb gülümsədi. – O, ilk baxışda qarmaqarışıq görünən rəqəmləri
seçməliydi… Amma əslində iş başqa cürdür.
Lenqdon ekrana baxdı.
HESAB NÖMRƏSİ 1123581321
O, dərhal başa düşdü ki, Sofi haqlıdır.
Fibonaççi ardıcıllığı
1-1-2-3-5-8-13-21
Əgər Fibonaççi ardıcıllığını adi rəqəmlərə çevirsək, o praktiki oalraq anlaşılmaz
hala düşəcək. Yadda saxlamaq asandır, lakin ilk baxışdan rəqəmlər necə gəldi
seçilmiş kimi görünəcək. Sonyerin heç zaman unutmayacağı dahiyanə rəqəmli kod.
Bundan başqa o, Luvrun döşəməsinə yazılmış rəqəmlərin niyə asanlıqla məşhur
ardıcıllığa çevrilə biləcəyini tamamilə izah edirdi. Sofi əyilib ENTER klavişini basdı.
Heç bir nəticə yox.
Bu an onların altında, bankın yerin altındakı zirzəmisində robot hərəkətə gəldi.
O, dırnaqlı polad pəncəyə oxşayırdı. Budur, transportyorun üstündə hərəkət edən
pəncə ona verilmiş koordinatı axtarmağa başladı. Aşağıda, düz onun altında, beton
döşəmədə minlərlə bir-birinə oxşar plastik yeşiklər vardı. Sanki yeraltı sərdabədə
miniatür qəbirlər idilər.
Budur, transportyor öz pəncəsini lazımi yerə apardı, dırnaqlarını aşağı saldı,
elektrik göz qutunun üstünə yazılmış kodu yoxladı. Sonra dırnaqlar cəld və sürətlə


ağır əşyadan yapışıb onu yuxarı qaldırdı. Ötürücü mexanizm hərəkətə gəldi və
pəncə qutunu zirzəminin o biri küncünə apardı. Sonra stasionar konveyer lentinin
üstündə dayandı.
Ehtiyatla qutunu lentin üstünə qoydu və kənara çəkildi. Pəncə dayanan kimi
konveyer hərəkətə gəldi.
Yuxarıda oturmuş Sofi ilə Lenqdon konveyer lentinin hərəkət etdiyini görüb
dərindən nəfəs aldılar. Onlar konveyerin yanında duraraq özlərini yük gözləyən,
amma onunla nə edəcəklərini bilməyən səyahətçilər kimi hiss edirdilər.
Konveyerin lenti otağın sağ tərəfindəki qapının altında olan və enib-qalxan
yarığdan içəri daxil oldu. Budur, qapı yuxarı qalxdı və lentin üstündə qalın
plastikdən hazırlanmış qara rəngli qutu göründü. Qutu, onların gözləmədiyi qədər,
böyük idi. Ev quşları üçün düzəldilmiş evciyə oxşayırdı, yalnız hava üçün deşiyi yox
idi.
Qutu onların qarşısına çatanda konveyer dayandı.
Sofi ilə Lenqdon bu sirli qutuya baxaraq susb dayanmışdılar.
Bankdakı başqa qutular kimi bu qutu da «industrial» stildə hazırlanmışdı:
dəmir siyirmələr, ağır metaldan dəstək, üstündə şifrəli rəqəmlər olan lövhə. Sofi
onu alətlər yığılmış nəhəng yeşiyə oxşatdı.
O, vaxt itirmədən qutuya yaxınlaşıb siyirmələri çəkdi. Sonra Lenqdonu işarə ilə
çağırdı. O da yaxınlaşdı və birlikdə ağır örtüyü qaldırdılar. Bir addım irəli gəlib
qutunun içinə baxdılar.
İlk anda Sofiyə elə gəldi ki, qutu boşdur. Sonra nəsə bir şey gördü. Lap küncdə.
Cəmi bircə əşya.
Cilalanmış ağacdan olan ayaqqabı qutusu boyda mücrü. Tünd rəngli, düyünlü
ağacdan hazırlanmış mücrü. Qızılgül kolu, Sofi anladı. Babamın sevimlisi. Qapağın
üstündə incə şəkildə qızılgül təsviri işlənib. Onlar bir-birinə baxdılar. Sofi əyilib
mücrünü götürdü.
İlahi, nə qədər ağır imiş!
O, ehtiyatla mücrünü stolun üstünə qoydu. Lenqdon yaxınlaşıb onunla yanaşı
durdu və Sofinin babasının onlara əmanət qoyduğu mücrüyə baxdı.
Robert qapağın üstündəki rəsmə heyrətlə baxırdı: beşləçəkli qızılgül. O, bunu
neçənci dəfəydi ki, görürdü:
- Beşləçəkli qızılgül, - o mızıldadı, - Qraal piyaləsini anladan Priorat simvolu.
Sofi gözlərini qaldırıb ona baxdı. Lenqdon onun nə haqda düşündüyünü anladı.
O da bu barədə fikirləşirdi. Mücrünün ölçüsü, onun ağırlığı, qapağın üstündəki
Priorat simvolu – bütün bunlar bir nəticəyə gətirib çıxarırdı. Bu mücrüdə Məsihin
piyaləsi saxlanılır. Və Lenqdon növbəti dəfə öz-özünə xatırlatdı ki, bu sadəcə
mümkün deyil.
- Ölçülər uyğun gəlir, - Sofi pıçıldadı, - piyalə bura yerləşə bilər.
Amma bu, piyalə ola bilməz!


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə