Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   44   45   46   47   48   49   50   51   ...   115

- Voici, - onların bələdçisi dedi və polad qapının yanında dayanaraq onu açdı. –
Budur, biz gəlib çatdıq.
Lenqdonla Sofi tamam başqa dünyaya doğru addımladılar. Onlar bahalı otelin
rahat qonaq otağına oxşayan kiçik otağa girdilər. Metal əşyalar, divarlar birdən-
birə yoxa çıxdı! Onların əvəzinə – qalın şərq xalıları, poladdan düzəlmiş qara
mebel, yumşaq kreslolar. Otağın mərkəzindəki geniş stolun üstündə olan açıq
butılkanın yanında iki büllur qədəh vardı. Onların içində şəffaf maye köpüklənirdi.
Azca aralıda qalay qəhvədandan gözəl qəhvə iyi gəlirdi.
Saat əqrəbinin əksi istiqamətində zaman dəyişməsi, Lenqdon düşündü. Bəli,
isveçrəlilər belə işlərdə ustadırlar.
Kişi onlara baxıb gülümsədi:
- Məncə, siz bura ilk dəfə gəlirsiniz?
Sofi əvvəlcə tərəddüd etdi, sonra başını tərpətdi.
- Anladım. Açarlar tez-tez nəsildən nəslə ötürülür. Bizim müştərilərsə ilk dəfə
bir az tərəddüd içində olurlar. Bu da təbiidir, çünki onlar bizim qaydalarla hələ
tanış deyillər. – o, cestlə onları stola dəvət etdi. – Xoş gəlmisiniz, burda hər şey
sizin ixtiyarınızdadır.
- Siz dediniz ki, açarlar bəzən nəsildən nəslə ötürülür? – Sofi soruşdu.
- Bəli, bu belədir. Sizin açar – İsveçrə bankındakı hesablarla eynidir, hesablarsa
tez-tez nəsildən nəslə miras kimi ötürülür. Qızıl külçələri və digər qiymətli əşyaların
saxlanılmasına gəldikdə isə, depozitar seyfin icarəsi üçün ən qısa müddət əlli ildir.
Əvvəlcədən ödənişlə. Biz külli miqdarda mirasın sahibi olmuş o qədər xoşbəxt
insan görmüşük ki…
- Siz, əlli il dediniz? – Lenqdon təccüblə soruşdu.
- Bu, minimal müddətdir, - kişi cavab verdi, - əlbəttə ki, siz seyfi uzun müddətə
də icarəyə götürə bilərsiniz. Amma xüsusi şərtlər nəzərə alınmayıbsa və əlli il
ərzində seyfin içindəki götürülməyibsə, onda əmlak məhv edilir. Sizin hücrəni
açmaq üçün proseslərə başlaya bilərəmmi?
Sofi başını tərpətdi:
- Bəli, buyurun.
Kişi rahat qonaq otağını göstərib dedi:
- Bu otaq sizin sərəncamınızdadır. Seyfin içindəkilərə burda baxılacaq. Mən
otaqdan çıxan kimi, siz seyfdə saxlanılan əmlaka istədiyiniz qədər baxa bilər, onun
yerinə dəyişə bilərsiniz. Qutu-seyfin özü isə burdan gəlməlidir… - o, lyuk olan
divara yaxınlaşıb, aeroportlarda yükü götürmək üçün istifadə olunan konveyerə
oxşar qurğunu göstərdi. – Açarı bura salın… - o, konveyerin yanındakı böyük
elektron lövhədə onlara tanış olan üçkünc deşiyi göstərdi. – Bax bura. Kompyüter
sizin açarın uyğunluğunu təsdiq edən kimi giriş kodunu yığın. Avtomatik olaraq
aşağıda əsas seyfdə saxlanılan sizin polad qutunuz konveyer vasitəsilə buraya
ötürüləcək. Siz qurtardıqdan sonra isə, qutunu konveyerə qoyun, yenə açarı deşiyə
salın. Proses əks istiqamətdə təkrarlanacaq. Bizdə hər şey avtomatlaşdırıldığından


sizin əmlakınızın toxunulmazlığına tamamilə zəmanət verilir. Hətta bankın
əməkdaşları müştərilərin seyfində nəyin saxlanıldığını bilmir. Əgər daha nəsə lazım
olsa yaxud hər hansı sual yaransa, onda sadəcə stlolun üstündəki çağırış düyməsini
basın.
Sofi nəsə soruuşmaq istəyirdi ki, telefon zəng çaldı. Kişi özünü itirmiş kimi
oldu.
- Üzr istəyirəm. – O, telefon qoyulmuş stola yaxınlaşdı. Dəstəyi götürüb dedi: -
Oui?
O, dəstəyi götürüb qulaq asdı. Üz gözünü turşudub dedi:
- Oui, oui… daccord (Bəli, razılaşdıq – Frans.). Sonra dəstəyi yerinə qoyub əsəbi
halda gülümsədi: - Bağışlayın, sizi az müddətə tərk etmək məcburiyyətindəyəm.
Özünüzü evinizdəki kimi hiss edin. – Bu sözləri deyib cəld qapıya doğru getdi.
- Bağışlayın! – Sofi onu çağırdı. – Siz getməmişdən əvvəl bir məqamı
aydınlaşdırmaq olarmı? Siz dediniz ki, biz kod yığmalıyıq?
Kişi qapının ağzında könülsüz-könülsüz dayandı. Onun sifəti pambıq kimi
ağarmışdı.
- Əlbəttə. Əksər İsveçrə banklarında olduğu kimi, bizim təşkilatda da depozit
hücrələr müştərilərin adıyla yox, nömrələrlə əlaqəlidir. Sizin heç kimə məlum
olmayan açar və nömrəniz var. Açar – identifikasiya prosesinin bir hissəsidir. Onu
şəxsi nömrə tamamlayır. Bütün bunlar sığortalanma məqsədi daşıyır. Məsələn,
əgər açarı itirsəniz, ondan kimsə istifadə edə bilər.
Sofi çaşmışdı.
- Əgər mənim xeyirxahım nömrəni deməsə, onda necə?
Bank xidmətçisinin ürəyi həyəcanla döyündü. Bu iki nəfər fırıldaqçıya oxşayır.
Bu işdə nəsə var! O, yenə də təbəssümlə dedi:
- Belə olan halda sizin köməyinizə əməkdaşlarımızdan birini çağıraram. O,
tezliklə gələr.
Kişi arxasınca qapını örtüb, şübhəli iki nəfəri içəridə qoyaraq ağır dəstəyi
çevirdi.
Şəhərin o biri başında, Şimal vağzalının binasında olan agent Kollenin telefonu
zəng çaldı. Bu Faş idi.
- İnterpol izə düşüb, - o dedi. – Qatarı yadından çıxart. Lenqdon və Neve indicə
Sürix Depozitar Bankının Paris şöbəsinə giriblər. Öz adamlarına de ki, təcili ora
getsinlər.
- Sonyerin Neveyə və Robert Lenqdona nə demək istədiyi barədə təzə bir fikir
varmı?
- Bax, leytenant, siz onları həbs edərsiniz, mən də bunu şəxsən onlardan
soruşaram, - Faş soyuq səslə cavab verdi.
Kolle işarəni başa düşdü.
- Akso küçəsindəki iyirmi dörd nömrəli bina. Aydındır. Baş üstə, kapitan! – o,
dəstəyi asıb ratsiya vasitəsilə öz adamlarını axtardı.


XLIII FƏSİL
Sürix Depozitar Bankının Paris şöbəsinin prezidenti Andre Berne bankın üstündə
olan gözəl mənzildə yaşayırdı. Rahatlığa və məxməri mebellərin çoxluğuna
baxmayaraq o, ryu-Sen-Lui-an-Lildə malikanə yaxud mənzil alıb dahi şəxsiyyətlərlə
ünsiyyətdə olmağı həmişə arzulamışdı. Burda isə, yalnız darıxdırıcı və yaramaz
varlıqlarla rastlaşa bilərdin.
Təqaüdə çıxıb, evin anbarını burqund şərabları ilə dolduraram, salonu
Fraqonarın və Buşinin rəsmləri ilə bəzəyərəm, Berne öz-özünə deyirdi. Günlərimi
nadir antikvar mebel və latın məhəlləsində kitab axtarışına həsr edərəm.
Bu gün Berneni yatmağa qoymadılar. Oyatdılar və altı dəqiqə yarım sonra
artıq o, bankın yeraltı dəhlizi ilə addımlayırdı və elə görünürdü ki. sanki şəxsi
dərzisi ilə parikmaxeri onun xarici görkəmi ilə ən azı bir saat məşğul olub. Onun
əynində ipəkdən qəşəng kostyum vardı. Bu azmış kimi, mənzildən çıxmamışdan
qabaq Berne ağzına nəfəstəzələyici püskürməyi və qalstukunu bağlamağı yaddan
çıxarmamışdı. O, gecənin ortasında dünyanın müxtəlif yerlərindən banka gələn
müştərilərlə çox görüşmüşdü. Yuxudan tez oyanmaq bacarığını, yuxudan ayıq
vəziyyətə ani olaraq keçmək və bu zaman tam döyüşə hazır olmaq qabiliyyəti ilə
məşhurlaşmış Afrika qəbiləsi olan masay döyüşçülərindən öyrənmişdi.
Döyüşə hazıram, Berne düşündü və bu gün belə müqayisənin xüsusilə yerində
olduğunu anladı. Qızıl açarlı müştərilərin gəlişi bankın əməkdaşlarından həmişə
yüksək diqqət tələb edirdi. Amma qızıl açarlı, üstəlik də fransız məhkəmə polisinin
axtardığı müştərilərin banka gəlişi fövqəladə dərəcədə diqqət tələb edən incə
vəziyyət yaradırdı. Bank öz müştərilərinin anonimlik hüququnu müdafiə edərək
məhkəmə ilə az döyüşməmişdi, baxmayaraq ki, bu müştərilərin bəzisi cinayətkar
idilər.
Cəmi beş dəqiqə, Berne düşündü. Polis gələnə qədər bu adamları bankdan
çıxarmaq üçün mənim cəmi beş dəqiqəm var.
Əgər o tələssə, arzuolunmaz nəticələrdən asanlıqla qaçmaq olar. O, Berne,
polisə deyəcək ki, bəli, bu adamlar doğrudan da banka gəlmişdilər, amma onlar
müştəri deyildilər və rəqəmli giriş kodları yox idi. Buna görə də onları geri
qaytardılar, lənət şeytana, girişdəki növbətçi İnterpola nə üçün zəng edib? Yəqin
ki, konfidensiallığa riayət etmək bu tipin qaydalarına daxil deyil, amma saatda on
beş avro maaş alır!


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə