Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   52   53   54   55   56   57   58   59   ...   115

- Qalxın! Mücrüdən uzaqlaşın!
Lenqdon döşəmədəki gilizə baxaraq ləng tərpəndi. Sonra qalxdı və
ayaqqabısının ucu ilə gilizi itələdi. Giliz furqonun divarı ilə qapının arasındakı küncə
düşdü. Lenqdon tamamilə qalxıb geriyə addımladı.
- Geriyə. Arxa divara tərəf, deyirəm! Həm də çevril!
Lenqdon tabe oldu.
Berne ürəyinin şiddətlə döyündüyünü hiss etdi. Sağ əli ilə tapançanı sıxaraq,
solə lini mücrüyə yaxınlaşdırdı. Mücrü çox ağır idi. Belə olmaz, iki əllə yapışmaq
lazımdır. O, edəcəyi riski qiymətləndirmək üçün furqonun içində baxdı. Onun
əsirləri furqonun uzaq divarının yanında, ondan on beş fut aralıda dayanmışdılar.
Həm də üzlərini çevirmişdilər. Və Berne qərar qəbul etdi. Tapançanı bamperin
üstünə qoydu, cəld iki əllə mücrüdən yapışıb onu yerə qoydu. Sonra tezcə
tapançanı götürüb yenidən nişan aldı. Əsirlərdən heç biri yerindən tərpənmədi.
Çox gözəl. İndi yalnız furqonu bağlamaq qalıb. O, ağır metal qapıdan tutu
bonu bağlamağa girişdi. Qapı taqqıltı ilə örtüldü, Berne siyirtmədən tutub on usola
tərəf çəkdi. Siyirtmə bir neçə düym hərəkət etdikdən sonra nəyəsə ilişib qaldı.
İlgəyə keçmədi. Nə baş verir? Berne daha qüvvətlə siyirtməni çəkdi, amma yenə
bağlanmadı. Ah, gör nə olub! Siyirtmə ilə ilgək eyni səviyyədə deyil. Qapı axıra
qədər örtülməyib! Berne panikaya düşməməyə çalışaraq var gücü ilə qapını itələdi,
amma qapı yenə örtülmədi. Nəsə mane olur! Berne çevrilib çiyni ilə qapıya zərbə
vurdu. Və birdən gözlənilmədən qapı açıldı, Berne düz sifətindən güclü zərbə aldı.
O, geriyə səntirlədi, dağılmış burnunu ovcu ilə sıxıb yerə yıxıldı. Tapança əlindən
çıxıb kənara düşdü. Berne burnunu tutmuşdu. Barmaqlarının arasından isti qan
süzüldüyünü hiss edirdi.
Robert Lenqdon furqondan yerə tullandı. Berne qalxmaq istədi, amma heç nə
görmədi. Onun gözləri qaralırdı. Sofi Neve nəsə qışqırdı. Bir neçə saniyə sonra
Berne toz qopduğunu və yanacaq qazının zəhlətökən iyini hiss etdi. O, təkərlərin
səsini eşitdi. Nəhayət, gücünü toplayaraq qalxıb oturduqda sürətlə uzaqlaşan
furqonun arxa bamperini gördü. Taqqıltı eşidildi – ön bamper ağaca dəymişdi.
Mühərrik guruldayırdı. Ağac əyildi və bamperin yarısını qopardı. Zirehli furqon
yarımparça olmuş bamperlə uzaqlaşdı. Budur, təkərlər beton bordyurlara dəydi və
maşın gözdən itdi.
Berne, bir az əvvəl furqonun durduğu yerə baxdı. Hətta ayın tutqun işığında
bilinirdi ki, yerdə heç nə yoxdur.
Mücrü qeyb olmuşdu!


L FƏSİL
Gözə çarpmayan «Fiat» Alban-Hillzin əyri-üyrü dağ yolları ilə şütüyərək hər dəqiqə
Qandolfo qəsrindən uzaqlaşırdı. Arxa oturacaqda əyləşmiş yepiskop Arinqarosa
dizlərinin üstünə qoyduğu içərisi qoymətli kağızlarla dolu portfelin ağırlığını hiss
edərək razılıqla gülümsəyirdi. Demək belə, indi Ustadla dəyiş-düyüş etmək olar.
Yalnız bir məsələ qalır – nə vaxt.
İyirmi milyon avro.
Bu məbləğə daha qiymətli şey almaq olar, nəinki sadəcə hakimiyyət.
Maşın Roma istiqamətində hərəkət edirdi və Arinqarosa birdən ayıldı. Ustad
indiyə qədər niyə zəng etməsin? O, tələsik sutanasının cibindən mobil telefonu
çıxarıb siqnalı yoxladı. Çox zəifdir.
- Burda, dağlarda tutmaz, - güzgüdə yepiskopa baxan sürücü dedi. – Beş
dəqiqədən sonra düzənliyə çıxacağıq, orda yenə işləyəcək.
- Sağ ol. – Arinqarosanın ürəyi həyəcandan sıxıldı. – Deməli, siqnal dağlardan
keçmir? Birdən bütün bu vaxt ərzində Ustad onunla əlaqə saxlamağa çalışıb?
Bəlkə, nəsə dəhşətli bir şey verib?
Arinqarosa cəld mobil telefonun poçtunu yoxladı. Heç nə yoxdur. Sonra birdən
anladı: Ustad heç vaxt ona ismarıc yollamaz, o, əlaqə vasitələri seçməkdə
fövqəladə ehtiyatkar idi. Müasir dünyada açıq danışıqların təhlükəsini heç kim
Ustaddan yaxşı anlaya bilməzdi. Onlar özü elektron qulaqasmanın köməyilə çoxlu
miqdarda gizli informasiya əldə etmişdilər.
Məhz bu səbəbdən o, bütün təhlükəsizlik tədbirlərini görüb.
Hərdən Arinqarosaya elə gəlirdi ki, Ustad bu sahədə ifrata varır. Məsələn o,
əlaqə nömrəsini heç vaxt verməzdi. Mən lazım olan adamlarla özüm əlaqə
saxlayıram, Ustad deyirdi. Ona görə də telefonu əlinizin altında saxlayın. İndi,
mobil telefonun dağlarda işləmədiyini anladıqda, Arinqarosa qorxurdu ki, Ustad
ona dəfələrlə zəng etməyə çalışıb.
Fikirləşəcək ki, nəsə olub. Yaxud mən istiqraz vərəqələrini ala bilməmişəm.
Yepiskopu tər basdı.
Və yaxud daha pisi… mən pulları götürüb qaçmışam!
LI FƏSİL
Hətta saatda altmış kilometr kimi aşağı sürətlə hərəkət edən zirehli maşının yarıya
bölünmüş ön bamperi yolu cızaraq səs-küy salır və qığılcım qoparırdı.


Biz bu yoldan dönməliyik, Lenqdon düşündü.
O, hətta hara getdiklərini də görmürdü. Faranın biri ağaca dəyərək sınmış,
digəri isə yerini dəyişərək meşənin içindən keçən kənd yoluna işıq salırdı. Aydın idi
ki, bu avtomobilin yalnız yük bölməsi zirehlə qorunurdu, kabinə isə müdafiəsiz idi.
Sofi sərnişin oturacağında oturub dinmədən dizinin üstündəki mücrüyə
baxırdı.
- Hər şey qaydasındadırmı? – Lenqdon ehtiyatla soruşdu.
- Siz ona inandınız? – o, qaşqabaqla soruşdu.
- Digər üç qətl barədə? Hə, əlbəttə. Biz eyni zamanda bir neçə sualın cavabını
aldıq. İndi aydın olur ki, Sonyer guşəli daşı sizə niyə vermək istəyib və Faş niyə belə
inadkarlıqla məni ələ keçirməyə çalışır.
- Yox, mən bunu demirəm. Berne barədə, guya o, öz bankını qorumağa
çalışırdı.
Lenqdon ona baxdı:
- Bəs əslində…
- Əslində özü guşəli daşı əldə etmək istəyirdi.
Bu fikir Lenqdonun ağlına gəlməmişdi.
- Amma o, hardan bilsin ki, mücrüdə nə var?
- Mücrü onun bankında saxlanılırdı. Həm də ki, o, babamla dost idi. Bəlkə də,
nə isə bilirmiş. Ola bilsin ki, Qraal piyaləsini əldə etmək istəyirmiş.
Lenqdon başını yırğaladı. Berne belə insana oxşamırdı.
- Təcrübəmə əsasən bilirəm ki, insanlar Qraal piyaləsini iki səbəbdən ələ
keçirmək istəyirlər. Ya onlar Məsihin piyaləsini axtardıqlarına inanırlar…
- Ya da?
- Ya da bütün həqiqəti bilirlər və təhlükədə olduqlarını anlayırlar. Elə insanlar
olub ki, Qraarı tapıb məhv etmək istəyiblər.
Kabinəyə susqunluq çökdü, adama gəlirdi ki, bamper yola daha möhkəmcə
sürtülür. Onlar artıq bir neçə kilometr idi ki, beləcə gedirdilər və maşının ön
hissəsinin altından çıxan qığılcım topalarını görən Lenqdon anladı ki, bu təhlükəsiz
deyil. Əgər onlar başqa maşınla qarşılaşsalar, bu, diqqəti cəlb edəcək. O dedi:
- Bamperə baxmaq istəyirəm. Görüm, düzəltmək olmazmı?
O, maşını yolun kənarında saxladı. Sakitlik çökdü.
Maşının ön tərəfinə addımlayan Lenqdon birdən özündə qüvvət və cəldlik hiss
etdi. Bu gün o, ölümün düz gözünə baxmışdı, tətiyi çəkilmiş tapança sizə zarafat
gəlməsin. İndi Robertin sanki ikinci nəfəsi açılmışdı. Həm də məsuliyyət hissi daha
da artmışdı. Bəs necə, onların əlində elə bir əşya var ki, bəşər tarixində ən
qalmaqallı sirlərdən birinin yerini göstərə bilər.
Lenqdon anlayırdı ki, guşəli daşı qaytarmaq üçün Prioratın yollar axtarması
əhəmiyyətsizdir. Daha üç qətl hadisəsi barədə xəbər təşkilat üçün dəhşətli
vəziyyətin yarandığını göstərirdi. Düşmən təşkilatın daxilinə girə bilib. O
təhlükədədir. Görünür ki, təşkilatın üzvlərini izləyirmişlər ya da onların içərisində


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə