Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   51   52   53   54   55   56   57   58   ...   115

- Mən buna əminəm. O. doğrudan da, gizli cəmiyyətin üzvü idi. Güman ki,
Prioratın.
Lenqdon şübhə etdi:
- Siz dəqiq bilirsiniz ki, o gizli, cəmiyyətin üzvü idi?
- Mən bir şey gördüm. Elə şey ki, onu görməməliydim. On il bundan əvvəl. O
vaxtdan, mən onunla bir dəfə də olsun danışmadım. – O, bir anlığa susdu. – Babam
nəinki yüksək eşelonda yer tuturdu… o, bu cəmiyyətin başında dururdu.
Lenqdon qulaqlarına inanmadı.
- Böyük Ustad imiş? Axı… siz bunu necə bildiniz?
- Danışmaq istəmirəm… - Sofi üzünü çevirdi, onun üzündən əzab çəkdiyi hiss
olunurdu.
Lenqdon heyrətlənmişdi. Cak Sonyer Böyük Ustad imiş? Yox, bu inanılası deyil.
Amma çox şey məhz belə olduğunu göstərirdi. Axı, Prioratın əvvəlki rəhbərləri də
görkəmli ictimai xadimlər olmuşdular, onların hamısı yüksək istedada malik idilər.
Buna sübut bir neçə il əvvəl Paris Milli Kitabxanasından tapılmış «Lees Dossiers
Secrets» adlı yazılar idi.
Bu dosyelər gizli cəmiyyətlər haqda bilgi ilə məşğul olan, Qraalın ovuna çıxmış
hər bir alimə məlum idi. 40İm1 249 nömrəli kataloq əksər mütəxəssislər
tərəfindən «Gizli dosyelər» kimi etiraf edilmişdi. Burda çoxdan yazılan şayiələr öz
təsdiqini tapmışdı. Leonardo da Vinçi, ser İsaak Nyuton, Viktor Hüqo və yaxın
keçmişdə məşhur Paris yazıçısı, rəssam və teatr xadimi Can Kokto da müxtəlif
dövrlərdə Prioratın Böyük Ustadları olmuşdular.
Cak Sonyer niyə olmasın?
Lenqdon, məhz bu axşam Cak Sonyerlə görüşməli olduğunu düşündükdə
donub qaldı. Prioratın Böyük Ustadı şəxsən özü mənimlə görüşməyə təkid etmişdi!
Amma niyə? Əlbəttə ki, dünyəvi dedi-qodularla dolu bir axşam keçirmək üçün
deyil. İntuisiyası Lenqdona deyirdi ki, Prioratın rəhbəri cəmiyyətin əfsanəvi guşaləi
daşını boş yerə öz nəvəsinə ötürməyib, Robert Lenqdonu tapmağı boş yerə
məsləhət bilməyib.
Buna inanmaq sadəcə mümkün deyil!
Zəngin fantaziyası olan Lenqdon təsəvvür edə bilmirdi ki, Sonyer hansı
səbəbdən belə etməyə məcbur olub. Ola bilsin ki, Sonyer ölümdən qorxurmuş.
Amma bu sirri bilən daha üç nəfər senechaux da vardı. Onlar Prioratın
təhlükəsizliyini təmin edə bilərdilər. Sonyer nə üçün belə riskə gedib guşəli daşı
nəvəsinə etibar etməliydi, həm də ki, onlar küsülü idilər. Və tamam yad bir adamı…
Lenqdonu nə üçün bu işə cəlb etmişdilər.
Bu labirintdə nəsə bir detal çatışmır, Lenqdon düşündü.
Amma görünür, cavabları bir az gözləyəcəyik. Maşın sürəti azaltdı, təkərlərin
altında qraviyin xırıltısı eşidilirdi. Sofi ilə Lenqdon diqqət etdilər. O, niyə maşını
saxlayır, məgər gəlib çatıblar? Axı, Berne deyirdi ki, onları şəhərdən uzağa,
təhlükəsiz yerə aparmaq istəyir. Furqon indi tamamilə yavaş gedirdi və maşının


silkələnməyindən yolun pis olduğu bilinirdi. Sofi ilə Lenqdon həyəcanla bir-birinə
baxdılar, tələsik mücrünün qapağını örtdülər. Lenqdon onu pencəyinə bükdü.
Furqon dayandı, amma mühərrik işləyirdi. Arxa qapının dəstəyi buruldu. Qapı
açıldıqda Lenqdon meşədə olduqlarını gördü. Berne qapıya yaxınlaşdı. O, qəribə
ifadə ilə baxırdı, əlində isə tapança tutmuşdu.
- Bağışlayın, - o dedi, - mənim başqa çıxış yolum yoxdur.
XLIX FƏSİL
Əlində tapança tutmuş Andre Berne onları qəribə baxışlarla süzürdü. Amma onun
gözlərindən qətiyyət oxuyan Lenqdon dərhal anladı ki, onunla mübahisə etmək
olmaz.
- Bağışlayın, mən təkid edirəm, - Berne dedi və onları nişan aldı. – Mücrünü
yerə qoyun.
Sofi mücrünü sinəsinə sıxdı.
- Axı, siz özünüz dediniz ki, babamla dost olmusuz, - o, etiraz etdi.
- Mənim borcum babanızın əmlakını qorumaqdır, - Berne dedi, - Mən indi
məhz bununla məşğulam. Mücrünü döşəməyə qoyun.
- Axı, babam onu mənə etibar edib!
- Qoyun! – Berne əmr etdi və tapançanın lüləsini ona tərəf tuşladı.
Sofi mücrünü ayaqlarının yanına qoydu.
Lenqdon gördü ki, Berne tapançanın lüləsini ona tərəf çevirib.
- İndi isə siz, mister Lenqdon, - Berne dedi, - mücrünü mənə verin. Və bilin ki,
mən bunu məhz sizdən ona görə xahiş edirəm ki, sizi tərəddüd etmədən güllələyə
bilərəm.
Lenqdon gözlərinə inanmırdı.
- Bu, sizin nəyinizə lazımdır? – o, bankirdən soruşdu.
- Bəs siz necə fikirləşirsiniz? – Berne cavab verdi. Həyəcandan onun fransız
ləhcəsi daha aşkar bilirdi. – Öz müştərilərimin əmlakını həmişə qorumuşam və
bundan sonra da qoruyacağam!
- Biz də axı sizin müştərilərinizik! – Sofi etiraz etdi.
Bernenin sifəti sanki daşa dönmüşdü.
- Mademuazel Neve, sizin açarı və hesab nömrəsini hansı yolla əldə etməyiniz
barədə, mənim zərrə qədər də təsəvvürüm yoxdur. Amma tamamilə aydındır ki,
bu yalan və pis yolla əldə edilib. Əgər mən bilsəydim ki, siz hansı ağır cinayətləri
törətmisiniz, bankdan çıxmağınıza qətiyyən kömək etməzdim.


- Axı, mən sizə dedim ki, - Sofi sərt cavab verdi, - babamın ölümünə bizim heç
bir aidiyyatımız yoxdur!
Berne gözlərini Lenqdona çevirdi:
- Radio ilə dedilər ki, sizi təkcə Cak Sonyerin qətlinə görə yox, daha üç nəfərin
öldürülməsinə görə də axtarırlar!
- Nə?! – Lenqdon az qala qışqırdı. O, tamamilə heyrət içində idi. Daha üç
nəfərin qətli? Lenqdonu ondan şübhələnmələri faktı yox, deyilən rəqəm dəhşətə
gətirmişdi. Təsadüfə oxşamır. Üç senechaux? O, mücrüyə baxdı. Əgər üç
senechaux öldürülübsə, Sonyerin doğrudan da başqa çıxış yolu olmayıb. Guşəli
daşı o, kiməsə ötürməliydi.
- Nə isə, mən sizi polisə təslim edərəm, o da təhqiqat aparar. – Berne dedi. –
Mənim bankım onsuz da kifayət qədər rəy qazanıb.
Sofinin gözləri qəzəblə parıldadı:
- Siz bizi polisə təslim etmək istəmirsiniz. Belə olsaydı, maşını geri sürərdiniz.
Bunun əvəzinə bizi kimsəsiz bir yerə gətirib, üstəlik də güllələmək istəyirsiniz!
- Babanız mənimlə bir məqsəd üçün müqavilə bağlayıb. Onun əmlakını
qoruyum və bu əmlak haqqında bütün məlumatları gizli saxlayım. Bu mücrünün
içində nə olur-olsun, mə nonu əşyayi-dəlil kimi polisə təhvil verə bilmərəm.
Mücrünü mənə verin, mister Lenqdon.
Sofi başını yırğaladı:
- Bunu etməyin!
Atəş açıldı, güllə onların başının üstündən keçib maşının damına dəydi, sonra
furqonun döşəməsinə düşdü. Lənət şeytana! Lenqdon yerində donmuşdu. İndii
Berne daha artıq qətiyyətlə danışırdı:
- Mister Lenqdon, mücrünü qaldırın!
Lenqdon tabe oldu.
- İndi onu mənə verin. – Berne yenə tapançanın lüləsini qaldırdı. O, furqonun
damını nişan aldı.
Lenqdon əlində mücrü qapıya tərəf yavaş-yavaş yaxınlaşırdı.
Nəsə etmək lazımdır!
Doğrudanmı, mən guşəli daşı bu qədər asanlıqla ona verəcəyəm? Qapıya
yaxınlaşan Lenqdon birdən düşündü ki, o, yerdə durmuş Bernedən hündürdədir və
bu üstünlükdən istifadə etmək lazımdır. Tapançanın lüləsi onun dizlərinin
səviyyəsində dayanmışdı. Bəlkə, təpiklə vurum? Amma Berne, təhlükə hiss edirmiş
kimi, bir neçə addım geri çəkildi. Altı fut qədər. Ona toxunmaq olmazdı.
- Mücrünün qapının yanına qoyun! – o, əmr etdi.
Başqa çıxış yolu görməyən Lenqdon dizləri üstə çöküb mücrünü düz furqonun
qapısının ağzına qoydu.
- İndi isə durun.
Lenqdon durmaq istədi, lakin döşəmədə fırlanan balaca giliz onun diqqətini
cəlb etdi.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə