Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   53   54   55   56   57   58   59   60   ...   115

satqın olub. Cak Sonyerin guşəli daşı cəmiyyətin üzvlərinə yox, Sofi və Lenqdona
əmanət etməsini yalnız bununla izah etmək olar. Buna görə də biz guşəli daşı
Priorata təhvil verə bilmərik. Hətta Lenqdon Prioratın hər hansı üzvü ilə əlaqə
yaratmağa müvəffəq olsaydı da, onun düşmən olmayacağına təminat yox idi. Sofi
və Lenqdon istəsələr də, istəməsələr də guşəli daş müəyyən müddət ərzində
onlarda qalmalıdır.
Furqonun qabaq hissəsi Lenqdonun təsəvvür etdiyindən də pis vəziyyətə
düşmüşdü. Sol fara qopub düşmüş, sağdakı isə yerindən çıxarılmış və sapdan
asılmış göz almasına oxşayırdı. Lenqdon onu yerinə qoyub bərkitmək istədi.
Məlum deyil, nə müddətə davam gətirəcək. Ön bamper tamamilə qopmuşdu.
Lenqdon var gücü ilə onu təpiklə vurdu və bir neçə zərbədən sonra bu dəmir
parçasından qurtulacaqlarını hiss etdi.
O, əyilmiş metal parçasına təpiklə vurur və Sofi ilə söhbəti xatırlayırdı. Babam
avtocavablayıcıda mənə mesac saxlayıb, Sofi demişdi. Ailəsi haqqında bütün
həqiqəti deyəcəyini anlatmışdı babası. O vaxt Lenqdon Sofinin sözlərini o qədər də
diqqətə almamışdı. Amma indi, bütün bu hadisələrdə Sion Prioratının iştirakını
bildikdə, hər şey başqa cür görünürdü.
Birdən bamper möhkəm səslə qopub yerə düşdü. Lenqdon nəfəsini dərmək
üçün dayandı. Ən azı furqon indi diqqət cəlb etməyəcək. O, bamperi götürüb onu
gizlətmək üçün meşənin qırağına tərəf sürüdü. Sonra nə olsun? Onlar kripteksi
necə açmağı bilmirlər. Sonyer onu nə üçün bizə ötürüb? Təəssüf ki, bu sualların
cavablarından onların həyatı asılıdır.
Bizə kömək lazımdır, Lenqdon qərara aldı. Peşəkar köməyi.
Qraal və Sion Prioratının sirləri ilə bağlı aləmdə yalnız bir namizəd vardı. Qalır
Sofinin razılığını almaq, amma o hiss edirdi ki, bu çətin olacaq.
Sofi furqonda oturub Lenqdonun qayıtmasını gözləyirdi. Mücrü ağır yük kimi
dizlərini əzirdi. Sofi birdən bu tapıntıya nifrət etdiyini anladı. Axı, babam bunu nə
üçün mənə ötürüb? O. nə edəcəyini qətiyyən anlamırdı.
Düşün Sofi, düşün! Başını işə sal! Baban sənə nəsə mühüm bir şey demək
istəyib. O, mücrünü açdı və beş diskli mərmər kripteksə baxdı. Etibar etmək olar.
Babamın əli hiss olunur. Guşəli daş – yalnız ən ləyaqətli adamın oxuya biləcəyi
xəritədir. Ona elə gəldi ki, babasının səsini eşitdi.
Sofi kripteksi mücrüdən çıxarıb barmaqlarını onun disklərinə toxundurdu. Beş
hərf. Sonra növbə ilə diskləri fırlatmağa başladı. Mexanizm əla işləyirdi, deyəsən,
yağlanmışdı. O, diskləri elə fırlatdı ki, seçilmiş hərflər iki mis oxun arasında qalsın.
İndii beş hərfli sözü oxumaq olardı. Amma Sofi bilirdi ki, bu söz çox aydındır və ona
görə də kod üçün yaramaz!
Q-R-A-A-L!
O, ehtiyatla silindrin uclarından yapışıb onu fırlatmaq istədi. Kripteks açılmadı.
İçindəki maye hədələyici tərzdə pıqqıldadığından Sofi daha silindri dartmadı. Sonra
yenə cəşd etdi.


V-İ-N-Ç-İ
Yenə nəticəsiz.
V-O-U-T-E
Heç bir şey. Kripteks etibarlı şəkildə bağlı idi.
O, kripteksi mücrüyə qoyub napağı örtdü. Sonra pəncərədən baxdı ki,
Lenqdonun gəlib-gəlmədiyini görsün. Sofi bu gün onun yanında olduğuna görə ona
minnətdar idi. P.S. Robert Lenqdonu tapmalı. Babası ona kömək etmək üçün bu
Adamı təsadüfən seçməyib. Belə zəngin biliyə malik olan alimi. Təəssüf, bu gün
Lenqdon müəllim rolunda az iştirak edirdi. O, Bezu Faşın və birdə Qraalı əldə
etmək istəyən naməlum qüvvənin hədəfinə çevrilib.
Sofi artıq neənci dəfəydi ki, öz-özündən soruşurdu: Qraala görə həyatınla risk
etməyə dəyərmi?
Zirehli furqon sürətini artırmağa başladı.
- Bilirsinizmi, Versala necə getmək olar? – o, Sofidən soruşdu. Sofi
təəccübləndi:
- Niyə? Mənzərələrə tamaşa etmək üçünmü?
- Yox, mənim planım var. Versalın yaxınlığında görkəmli bir alim yaşayır.
Dinlərin tarixi ilə məşğul olur. Dəqiq ünvanını xatırlamıram, amma axtara bilərik.
Mən bir neçə dəfə onun mülkündə olmuşam. Adı Lyu Tibinqdir. Kral Tarix
Cəmiyyətinin keçmiş üzvüdür.
- Parisdə yaşayan britaniyalı?
- Onun həyatının yeganə məqsədi Qraal piyaləsi olub. On beş il əvvəl guşəli
daş barədə şayiələr yayılanda, o, Fransaya köçüb. Daşın gizlədildiyi kilsəni tapmaq
ümidi ilə. Guşəli daş və Qraal haqqında bir neçə itab yazıb. Düşünürəm ki, o bizə
kömək edə bilər. Kripteksi açmağı və onunla nə etməyi bizə öyrədər.
Sofi tərəddüdlə baxdı:
- Hesab edirsiniz ki, ona etibar etmək olar?
- Hansı mənada? Demək istəyirsiniz, o, informasiyanı oğurlaya bilər?
- Həm də bizi ələ verməyəcək.
- Mən polisin bizi axtardığını ona xəbər verməyə haazırlaşmıram. Hər şey
tamamilə aydınlaşanda isə bizə heç nədən qorxmaq lazım deyil.
- Robert, bəs siz düşünməmisiniz ki, hər evdə televizor var və bu televizorda
bizim fotoşəkillərimizi göstərirlər? Bezu Faş öz məqsədi üçün KİV-dən həmişə
istifadə edir. O elə edəcək ki, insanlar arasına çıxdıqda hər kəs bizi tanıyacaq.
Dəhşətdir, Lenqdon düşündü. Mənim fransız televiziyasında debütüm.
«Təhlükəli cinayətkar axtarışdadır» rubrikası altında. Nə isə, ən azından Conas
Faukman razı qalacaq: kitabın tiracı dərhal yüksələcək.
- Bu insanla doğrudanmı siz yaxşı dostsunuz? – Sofi soruşdu.
Tibinqin gecə saatlarında televizora baxanlardan olduğuna Lenqdon şübhə
edirdi. Lakin Sofinin son sualı onu düşündürdü. Lenqdona intuisiyası Tibinqə
tamamilə etibar etməyi deyirdi. İdeal daldalanacaq. Tibinq yaranmış vəziyyəti


nəzərə alaraq onlara kömək etmək üçün əlindən gələni edəcək. O, nəinki
Lenqdona borcludur, o həm də Qraalla bağlı problemlərin əsil əsil bilicisi və
tədqiqatçısıdır. Həm də Sofi deyəcək ki, onun babası Sion Prioratının Böyük Ustadı
olub. Tibinq bunu eşidəndə, bu tədqiqatda iştirak etdiyi üçün sevincindən gözləri
yaşaracaq.
- Tibinq tamamilə etibarlı müttəfiq ola bilər, - Lenqdon dedi.
Hər şey Sofinin onunla nə qədər açıq söhbət edəcəyindən asılıdır.
- Yəqin ki, Faş sizi tutana pul mükafatı vəd edib.
Lenqdon güldü:
- İnanın mənə, Tibinqi ən son maraqlandıran şey – puldur.
Tibinqin zənginliyini, kiçik ölkələrin zənginliyinə bənzətmək olardı. O, ingilis
hersoqu Lankasterin nəslindən idi və öz pullarını ən qədim üsulla – miras yolu əldə
etmişdi. Onun mülkü – Paris ətrafında yerləşən, park və iki gölü olan on yeddinci
əsrdən qalma saray idi.
Lenqdon Tibinqlə bir neçə il əvvəl Bi-bi-si vasitəsilə tanış olmuşdu. Tibinq
Qraal piyaləsinin tarixi barədə sənədli serialın çəkilişi üçün bu şirkətə müraciət
etmişdi. O, aparıcı kimi çıxış etməyə hazırlaşmışdı və mövzunun tamaşaçılarda
böyük maraq doğuracağına o əmin idi. Layihə Bi-bi-sinin prodüsserinin xoşuna
gəlmişdi. Onlar Tibinqin özünə, onun tədqiqatlarına və elmi aləmdəki nüfuzuna
hörmətlə yanaşırdılar. Yalnız bir «əmma» var idi: onlar qorxurdular ki, Tibinqin
konsepsiyası həddən artıq şokedici xarakter daşıyır, adi vətəndaşların bunu qəbul
etməsi çətindir. Və bütün bunlar öz sənədli proqramları ilə şöhrət qazanan şirkətin
nüfuzuna pis təsir göstərəcək. Tibinqin təklifi ilə Bi-bi-si bu problemin də
öhdəsindən gəldi – Tibinqə müxalif qismində üç nəfər Qraal üzrə görkəmli
mütəxəssisi proqramma dəvət edərək özünü sığortaladı.
Onlardan biri Lenqdon idi.
Bi-bi-si Lenqdonun Parisə gəlməyi üçün lazım olan məbləği ödədi, və o beləcə
Tibinqin mülkündə çəkilişlərə qatıldı. O, ser Lyunun rahat kabinetində kameraların
qarşısında oturmuş və şübhəli dəlillər gətirərək onun mülahizələrini tənqid
etmişdi. Lakin sonra, Qraal piyaləsi tarixinin doğru olduğuna Tibinqin onu
inandırmasını etiraf etmişdi. Lenqdon son olaraq tamaşaçıları öz tədqiqatlarının
nəticəsi ilə tanış etmiş, konkret olaraq: Tibinqin ziddiyyətli və oricinal nəzəriyyəsini
müdafiə edən simvollar arasındakı əlaqələr haqda danışmışdı. Proqram Böyük
Britaniyada göstərilmişdi. Lakin iştirakçıların «ulduz» olduqlarına və sənədli
sübutlar gətirmələrinə baxmayaraq, proqramm xristianlar tərəfindən etirazla
qarşılanmışdı. Proqramı Amerikada göstərməmişdilər, amma tənqidçilərin qəzəbli
səsləri bu ölkəyə də gəlib çatmışdı. Lenqdon tezliklə bundan sonra köhnə
tanışından, Filadelfiya Katolik kilsəsinin yepiskopundan açıqca aldı. Açıqcada cəmi
üç söz yazılmışdı: «Et tu, Robert?» («Sən də Robert?» (lat.) – allüziya – Yuli Sezarın
məşhur cümləsinə işarə: «Sən də Brut?»)
- Robert, - Sofi soruşdu, - sən əminsən ki, bu adama etibar etmək olar?


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə