Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   56   57   58   59   60   61   62   63   ...   115

Buxarıda rəqs edən Alova baxıb istidən ləzzət alan Sofi birdən ağlına gətirdi ki,
bu otaq çox güman ki, babasının xoşuna gələrdi. Qara taxtadan düzəldilmiş
divarlarda qədim ustaların rəsm əsərləri asılmışdı. Onlardan biri Pussenə aid idi,
babası onu Leonardodan sonra ikinci böyük rəsam hesab edirdi. Daş rəfin üstündə
İlahə İsidanın alebastrdan olan büstü qoyulmuşdu və sanki, otaqda baş verənlərə
göz qoyurdu.
Bu heykəlcikdən başqa buxarını daşdan qayrılmış daha iki qorqul fiquru
bəzəyirdi. (Qorqul – fantastik heyvandır. Rəvayətə görə, Fransada, Sena çayı
sahillərində rast gəlinmiş əcdahayabənzər ilandır. O, güclü qüvvəylə suyu püskürüb
balıqçı qayıqlarını və evləri batırarmış. Ruanın arxiyepiskopu Müqəddəs Roman
onu aldadaraq xaçın köməyilə sakitləşdirmiş və şəhərə gətirmişdir. Şəhər sakinləri
onu burda öldürmüşlər – S.B.) Memarlar qotik üslubda tikilmiş məbədləri
qorqullarla bəzəyirdilər. Onlardan həm də odun yığmaq üçün altlıq kimi istifadə
edirdilər. Qorqulların geniş açılmış qorxunc cənglərindən qaralmış udlaqları
görünürdü. Sofi uşaqkən qorqullardan həmişə qorxmuşdu; bu – babasının güclü
leysan vaxtı onu Notr-Dam kilsəsinə gətirənə qədər davam etdi. Onlar lap yuxarı
qalxdılar.
- Prinsessa, bu balaca eybəcərlərə bax, - babası dedi və ağızlarından su şırnağı
tökülən məşhur qorqulları göstərdi.
- Eşidirsən, su onların boğazında necə quruldayır?
Sofi başını tərpətdi və güldü: doğrudan da, su – bu qəribə məxluqların
boğazında gülməli şəkildə quruldayırdı.
- Qur-qur-qur, - babası dedi. – Buna görə də onlara qorqul adı veriblər.
Bundan sonra Sofi daha heç vaxt qorqullardan qorxmadı.
Bu xatirələr onu qəmginləşdirirdi, babasının qəddarlıqla öldürülməsini
düşünəndə ürəyi sıxılırdı. Babası ölüb. Sonra o, divanın altına qoyulmuş kripteksi
düşündü və Lyu Tibinqin onu açacağına şübhə etdi. Yəqin ki, bu haqda heç
soruşmağa dəyməz. Həm də babası son ismarıcında Robert Lenqdona müraciət
etməyi məsləhət bilmişdi. Başqa biri haqqında bir kəlmə də olsun, işarə
etməmişdi. Sadəcə bizə müəyyən vaxta qədər hardasa gizlənmək lazımdır.
Lenqdon onu bura gətirməkdə, yəqin ki, haqlıdır, Sofi qət etdi.
- Ser Robert! – arxadan səs eşidildi. – Görürəm ki, siz tək yox, gözəl xanımla
birgə səyahətə çıxmısınız.
Lenqdon ayağa qalxdı. Sofi də tələsik durdu. Səs yuxarıdan, ikinci mərtəbəyə
qalxan taxta pilləkəndən gəlirdi. Yuxarıda, qaranlıqda kimsə hərəkət edirdi, onun
yalnız silueti görünürdü.
- Axşamınız xeyir! – Lenqdon dedi. – Ser Lyu, icazə verin, sizi tanış edim, bu
Sofi Nevedir.
- Bu, mənim üçün böyük şərəfdir! – Tibinq qaranlıqdan çıxdı.


- Sağ olun ki, bizi qəbul etdiniz, ser. – Sofi yalnız indi ev sahibinə baxdı. Bəli,
ayaqlarında metal bəndlər ser Tibinq qoltuqağaclarının köməyi ilə pilləkəndən
yavaş-yavaş düşürdü. – Biz elə gec gəlmişik ki…
- Gec yox, mənim əzizim, əksinə tez… - o güldü. – Vous netes pas Americaine?
(Siz amerikalı deyilsiniz? – frans.)
Sofi başını yırğaladı:
- Parisienne (Parisliyəm – frans.)
- İngiliscə gözəl danışırsınız.
- Sağ olun, ser. Mən Royal-Holloueydə təhsil almışam.
- Onda aydındır, - Tibinq dedi, - bəlkə də, Robert deyib sizə, mən ora yaxın
yerdə, Oksfordda dərs demişəm. – Tibinq Lenqdona baxıb hiyləgərcə gülümsündü.
– Əlbəttə ki, Harvard mənim həmişə ehtiyat variantım olub.
Budur o, nəhayət, pilləkənin axırına gəldi və Sofi düşündü ki, o, ser Elton Con
qədər də cəngavərə oxşamır. Kürən saç, qırmızı sifət və şən qəhvəyi gözlü qoca.
Onun əynində dama-dama pantolonlar və rahat ipək köynək vardı. Üstündən xırda
güllü köynək geymişdi. Ayaqlarındakı alüminium bəndlərə baxmayaraq o, şax və
ləyaqətlə durmuşdu.
Tibinq əlini Lenqdona uzatdı:
- Robert, siz hiss olunacaq dərəcədə arıqlamısınız.
- Sizsə kökəlmisiniz, - Lenqdon gülümsündü.
Tibinq ürəkdən güldü və əlilə yumru qarnını sığalladı.
- Heç-heçə! İndi ən çox ləzzət aldığım şey gözəl yeməklərdir. – O, Sofiyə
yaxınlaşıb əlini-əlinə aldı, azca başını əyib öpdü. – Miledi!
Sofi Lenqdona baxdı, o özünü necə aparacağını bilmirdi: əlini çəksinmi yoxsa
müqavimət lazım deyil?
Eşikağası əlində podnos qonaq otağına girdi və çay dəstgahını buxarının
qarşısındakı stolun üstünə düzdü.
- Tanış olun, Remi Leqaludek, - Tibinq dedi. – Mənim sadiq qulluqçum.
Ucaboy eşikağası başını tərpədib getdi.
- Remi Lionludur, - Tidinq elə tonda dedi ki, sanki lionlu olmaq eyibli bir
xəstəliyə tutulmaq kimi bir şeydir, - Amma sousları mükəmməl hazırlayır.
Bu sözlər Lenqdonu əyləndirdi.
- Mənsə elə bilirdim ki, qulluqçunu da İngiltərədən gətirmisiniz.
- Əlbəttə, yox! Britaniyalı aşbazı düşmənimə də rəva görmərəm. Yox, yox,
fransız vergiyığanlarına məsləhət görərdim. – O Sofiyə baxdı. – Bağışlayın,
mademuazel Neve. Əmin olun ki, mənim yalnız fransız siyasətçilərindən və
futbolçularından xoşum gəlmir. Sizin hökumət mənim pullarımı oğurlayır. Futbol
komandanız isə bu yaxınlarda bizimkiləri darmadağın tdi.
Sofi gülümsündü.
Tibinq bir neçə saniyə onu süzdü, Sonra Lenqdona baxdı:
- Nəsə olub, hə? Elə bil, özünüzü itirmisiniz?


Lenqdon başını tərpətdi.
- Bu gecə işimiz çox olub.
- Şübhə etmirəm. Gecənin ortasında, gözlənilmədən mənim evimə gəlib
Qraaldan danışırsınız. Bilirsiniz nə var, bütün həqiqəti deyin. Doğrudan da söhbət
Qraaldan gedir yoxsa məni yataqdan qaldırmaq üçün bunu fikirləşmisiniz?
Hər ikisi düzdür, Sofi divanın altına qoyulmuş kripteksi yadına salıb düşündü.
- Lyu, - Lenqdon dedi, - biz sizinlə Sion Prioratı haqqında danışmaq istəyirik.
Tibinqin qalın qaşları yuxarı qalxdı.
- Mühafizlər haqqında? Deməli doğrudan da sizi Qraal maraqlandırır. Dediniz
ki, sizdə bu haqda informasiya var? Yeni bir şeydir, hə, Robert?
- Ola bilər. Biz özümüz də qəti əmin deyilik. Yalnız sizdən məlumat aldıqdan
sonra əmin ola bilərik.
Tibinq zarafatla barmağını silkələdi:
- Bu amerikanların hamısı hiyləgərdir! Oyunun qaydaları sadədir. Yaxşı, qoy
belə olsun. Mən qulluğunuzda hazır. Nə öyrənmək istəyirsiz?
Lenqdon dərindən nəfəs aldı:
- Xahiş edirəm, Qraal piyaləsi haqqında əsil həqiqəti miss Neveyə danışın.
Tibinq heyrətləndi:
- Məgər o bilmir?
Lenqdon başını yırğaladı. Tibinq acı təbəssümlə ona baxdı:
- Belə çıxır ki, siz məni bakirə qızın evinə gətirmisiniz, elə deyilmi, Robert?
Lenqdon üzünü turşutdu, Sofiyə tərəf dönüb ona izah etdi:
- Qraal tədqiqatçıları onun haqqında əsil həqiqəti bilməyənlər barəsində belə
deyirlər.
Tibinq Sofiyə dedi:
- Bu haqda nə bilirsiz, mənim əzizim?
Sofi Lenqdondan öyrəndiklərini qısaca ona danışdı, - Sionun Prioratı,
tampliyerlər ordeni, Sanqril sənədləri və Qraal piyaləsi haqqında nə bilirdisə, dedi.
- Vəssalam? – Tibinq qınayıcı nəzərlərlə Lenqdona baxdı: - Ah, Robert! Mən
həmişə sizi əsil centlmen hesab edirdim! Bu gözəl qıza ən əsas şeyi deməmisiniz!
Yəni, kulminasiyadan məhrum etmisiniz!
- Bilirəm. Sadəcə fikirləşdim ki, yaxşı olardı, biz bilikdə… - burda Lenqdon
susdu, qorxdu ki, deyəcəyi metafora ilə qızı incidə bilər.
Lakin Tibinq gülümsəyərək Sofiyə göz vururdu.
- Beləliklə əzizim, siz Qraalın bakirəsisiniz. İnanın mənə, bakirəliyinizi necə
itirdiyinizi həmişə xatırlayacaqsınız.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə