Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   55   56   57   58   59   60   61   62   ...   115

Lenqdon Tibinqin çoxlu qəhvə içməyə münasibətini bilirdi.
- Çay, - o, cavab verdi, - «Erl Qrey».
- Əla! İkinci sual. Südlə yoxsa şəkərlə?
Lenqdon tərəddüd etdi.
- Südlə, - Sofi onun qulağına pıçıldadı. – Mən bilirəm ki, ingilislər südlü çaya
üstünlük verirlər.
- Südlə, - Lenqdon cavab verdi. Pauza. – Şəkərlə?
Tibinqdən səs çıxmadı.
Dayan bir! Lenqdon axırıncı görüş zamanı ona verilən acı içkini indii xatırladı.
Sualın çaşdırıcı olduğunu başa düşdü.
- Limon! – o ucadan dedi. – Limonlu «Erl Qrey» çayı.
- Təbrik edirəm, - Tibinq gülə-gülə dedi, - Nəhayət sizə ən axırıncı və qorxulu
sualı verməliyəm. O, sözünə bir qədər ara verdi. Sonra acıqlı, sirli səslə dedi: -
Axırıncı dəfə, hansı ildə Harvarddan olan qayıqçı Oksforddan olan qayıqçını
Henlidə ötüb keçmişdir?
Lenqdon heç nə başa düşmürdü, amma bilirdi ki, bu sual da çaşdırıcı sualdır.
- Heç zaman, çünki belə yarış indiyədək keçirilməyib.
Qıfıl şaqqıldadı, darvaza açıldı.
- Sizin ürəyiniz təmizdir, mənim dostum. Keçə bilərsiniz.
LIII FƏSİL
- Müsyö Berne! – Sürix Depozitar Bankının gecə növbətçisinin səsində rahatlıq
açıq-aşkar hiss olunurdu. O, prezidentin səsini telefonda dərhal tanımışdı. – Siz
harda idiniz, ser? Polis hələ burdadır, hamı sizi gözləyir!
- Mənim bir balaca problemim var, - bankın prezidenti tutqun səslə dedi. –
Təcili sizin köməyiniz lazımdır.
Sizin bir yox, çoxlu probleminiz var, növbətçi düşündü. Polis bankı mühasirəyə
alıb hədələyir ki, tezliklə məhkəmə polisinin kapitanı özü axtarış orderi ilə gələcək.
- Ser, necə kömək edə bilərəm?
- Üç nömrəli zireşli maşın. Mən onu təcili tapmalıyam.
Növbətçi özünü itirdi və cədvələ baxdı.
- O, burdadır ser. Aşağıda, qaracın yük bölməsində.
- Ola bilməz! Furqonu polisin axtardığı iki tip qaçırıb.
- Nə? Axı onlar bunu necə edib?


- Telefonla hər şeyi demək istəmirəm, amma elə vəziyyət yaranıb ki, bundan
bizim bank böyük zərər görə bilər.
- Ser, mən nə etməliyəm?
- Mən istəyirəm ki, siz furqonun siqnalı axtarış qurğusunu işə salasınız.
Gecə növbətçisinin baxışları otağın o biri başında olan paylayıcı qutuya
zilləndi. Əksər zirehli maşınlar kimi, bankın bütün furqonları xüsusi izləmə
qurğuları ilə təchiz olunmuşdu. Müdir bu siqnal sistemini yalnız bir dəfə,
furqonlardan biri yolda qaçırılan zaman işə salmışdı. Sistem dərhal işə düşmüş,
təhlükəsizlik xidməti furqonun yerini dərhal təyin etmiş və koordinatları polisə
bildirmişdi.
- Ser, siz bilirsiniz ki, mən əgər sistemi aktivləşdirsəm, ötürücü problemin
olduğunu dərhal polisə bildirəcək?
Berne bir neçə saniyə susdu.
- Bəli, bilirəm. Buna baxmayaraq, yerinə yetirin. Üç nömrəli furqon. Mən
gözləyəcəyəm. Bu maşının harda olduğunu dəqiq bilməliyəm. Dərhal mənə xəbər
verin.
- Oldu, ser.
***
On üç saniyə sonra bankdan qırx kilometr aralıda zirehli furqonun şassisində
gizlədilmiş kiçik ötürücü işə düşərək yanıb-sönməyə başladı.
LIV FƏSİL
Lenqdonla Sofi çinar ağacları əkilmiş uzun xiyabanla furqonda qəsrə tərəf
gedirdilər. Nəhayət ki, Sofi bir qədər yüngülləşərək rahat nəfəs alırdı. Bütün bu
macəralardan sonra, xeyirxah və şən əcnəbi öz mülkündə səni mehribanlıqla qəbul
edəcək.
Onlar evin yanındakı dairəvi yola döndülər və onların qarşısında möhtəşəm
Şato Villet durdu. Altmış metr uzunluğunda olan üçmərtəbəli binanın bozrəngli
fasadı xüsusi sistemlə işıqlandırılmışdı.
Pəncərələrdə işıqlar yanmağa başladı.
Lenqdon maşını boş girişə tərəf sürdü, həmişəyaşıl ağacların altında tikilmiş
dayanacaqda saxladı.
- Belədə risk azdır, yoldan bizi görməzlər, - o dedi. – Həm də əzilmiş furqonla
gəldiyimizi Lyu da görməz.
Sofi başını tərpətdi.


- Kriptekslə nə edək? – Sofi soruşdu. – Onu maşında saxlamağa dəyməz.
Amma Lyu görsə, yəqin ki, bunun nə olduğunu bilmək istəyəcək.
- Narahat olmayın, - Lenqdon cavab verdi. O, tvid pencəyini çıxarıb maşından
düşdü və mücrünü ona bükdü. Bağlama bələkdəki körpəyə oxşayırdı.
Sofi tərəddüdlə dedi:
- Bir az şübhəli görünür.
- Ser Tibinq qonaqlara qapını özü açmır. O, öz gəlişini təntənəli surətdə elan
etməyi xoşlayır. İçəri girək və ağa gəlməzdən əvvəl mən bunu gizlətməyə yer
taparam. – O, bir anlığa susdu. – Ümumiyyətlə, sizə əvvəlcədən xəbərdarlıq etmək
istəyirəm. Ser Lyunun özünəməxsus yumor hissi var… bu, çoxlarına qəribə görünür.
Amma bütün bu hadisələrdən sonra onu təəccübləndirəcək daha nəsənin baş
verəcəyinə Sofi şübhə edirdi.
Əsas girişə aparan cığıra xırda daşlar döşənmişdi. Bu əyri-üyrü cığır düz
palıddan düzəlmiş qapılara aparırdı. Sofi qapını döyməyə macal tapmamış, onlar
qonaqpərvərliklə taybatay açıldı.
Onların qarşısına ağ qalstuk taxmış, qara fraklı eşikağası çıxdı. Ona əlli yaş
vermək olardı. Düzgün cizgili üzünün ifadəsindən bəlli idi ki, belə gec vaxtda
qonaqların gəlməsinə qətiyyən sevinmir.
- Ser Lyu indicə düşəcək, - o, fransız ləhcəsi ilə təntənəli surətdə elan etdi. – O
geyinir. Gecə paltarında qonaq qarşılamağı istəmir. İcazə verin, pencəyinizi alım. –
O, başı ilə Lenqdonun qoltuğunun altına sıxılmış tvid bükülüyə işarə etdi.
- Təşəkkür edirəm, narahat olmayın.
- Necə bilirsiniz, ser. Xahiş edirəm, bura buyurun.
Eşikağası onları geniş, mərmərlə işlənmiş holla aparıb viktorian lampaları ilə
yüngülcə işıqlandırılmış rahat və yaraşıqlı qonaq otağına gətirdi. Burdan parket
yağının, qəlyan tütününün, çay yarpağının xoş iyi gəlirdi. Buna bütün daş tikililərə
xas olan torpaq qoxusu da qarışmışdı. İki dəst qədim əsləhə ilə bəzədilmiş divarda,
emal edilməmiş daşlardan düzəldilən nəhəng buxarı vardı. Ocaq o qədər böyük idi
ki, burda lap öküzü qızartmaq olardı. Buxarıya yaxınlaşan eşikağası kibriti
əvvəlcədən hazırlanmış ocağa yaxınlaşdırdı. Ocaq dərhal alovlandı.
Eşikağası dikəlib frakını düzəltdi.
- Ağa xahiş etdi ki, siz özünüzü evinizdəki kimi hiss edəsiniz. – O, bu sözləri
deyib otaqdan çıxdı, Lenqdonla Sofi təklikdə qaldılar.
Sofi heç cür qərara gələ bilmirdi ki, harda əyləşsə yaxşıdır – Renessans
dövrünün üslubunda hazırlanmış məxmər divanda, dirsəkaltısı olan qartal pəncəsi
şəklində taxta yelləncəkdə yoxsa nə vaxtsa bizans kilsələrinin birində oturacaq kimi
istifadə olunan daş skamyalarda.
Lenqdon bükülünü açıb mücrünü çıxartdı, divana yaxınlaşıb onu döşəkçənin
altına soxdu. Sonra pencəyini çırpıb geyindi və Sofiyə gülümsəyərək mücrünü
gizlətdiyi yerin üstündə oturdu.
Neynək, qoy divan olsun, - Softi öz-özünə deyib onun yanına keçdi.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə