Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   57   58   59   60   61   62   63   64   ...   115

LV FƏSİL
Divanda, Lenqdonun yanında oturmuş Sofi çay içə-içə buğda kökəsi yeyirdi. Yalnız
indi o, necə yorulduğunu və acdığını hiss edirdi. Ser Tibinq gülümsəyərək buxarının
qarşısında var-gəl edirdi.
- Qraal piyaləsi! – O, təmtəraqla nitqinə başladı. – İnsanların əksəriyyəti
məndən yalnız bir şeyi soruşur – o harda yerləşir? Qorxuram ki, mən heç zaman bu
suala cavab verə bilməyim. – O çevrilib düz Sofinin gözlərinə baxdı. – Amma başqa
sual daha yerində olardı. Yəni, sualı belə qoyaq: Qraal piyaləsi nədir?
Sofi hiss edirdi ki, onun həmsöhbətlərində yalnız həqiqi alimlərə xas olan
səbirsizlik getdikcə artır.
- Qraalın nə olduğunu anlamaq üçün, - Tibinq davam etdi, - hər şeydən əvvəl
İncili başa düşmək lazımdır. Siz Əhdi-Cədidi yaxşı bilirsinizmi?
Sofi çiyinlərini çəkdi:
- Bu haqda ümumiyyətlə heç nə bilmirəm. Məni Leonardo da Vinçini
ilahiləşdirən adam tərbiyə edib.
Tibinq eyni zamanda həm təəccübləndi, həm də sevindi:
- Müqəddəs ruh! Gözəl! Onda siz bilməlisiz ki, Leonardo da Vinçi Qraalın sirrini
qoruyanlardan biri olub. Və onun sənətində bu sirrin açarlarını tapmaq olar.
- Robert bunu mənə deyib.
- Bəs Da Vinçinin Əhdi-Cədidə münasibəti barədə?
- Bunu bilmirəm.
Tibinq otağın o biri küncündə olan kitab rəflərinə baxdı.
- Robert, xahiş edirəm. Aşağı rəfdə, «La storia di Leonardo».
Lenqdon rəflərə yaxınlaşıb böyük incəsənət albomunu tapdı, onu gətirib
curnal stolunun üstünə qoydu. Tibinq kitabın üz tərəfini Sofi çevirib onu açdı və
sitatlar çap olunmuş yeri göstərdi.
- «Da Vinçinin incəsənət barədə fikirlərindən qeydlər» - o oxudu. –
Düşünürəm ki, bu bizim söhbətin mahiyyətini açıqlaya bilər.
Sofi oxudu:
«Yanlışlarla və yalançı möcüzələrlə spekulyasiya edən çox adam bu axmaq
cəmiyyəti aldadır». LEONARDO DA VİNÇİ
- Budur, biri də! – ser Tibinq ucadan deyib başqa bir sitatı göstərdi:
«Kor cəhalət yolumuzu azdırır. O! Yazıq ölülər, gözlərinizi açın!». LEONARDO
DA VİNÇİ
Sofi yüngülcə üşütdü.
- Da Vinçi Bibliya haqqında danışır?
Tibinq başını tərpətdi:
- O, Qraal piyaləsinə necə yanaşırdısa, İncilə də elə yanaşır. Ümumiyyətlə, Da
Vinçi əsil Qraalı təsvir edib, bir azdan mən bu rəsmi sizə göstərərəm. Lakin əvvəlcə


İncil barədə danışaq. Lazım olan bilgiləri teoloci elmlər doktoru Martin Persi bir
yerə toplayıb. – Tibinq öskürüb dedi: - «İncil göydən bizə faksla göndərilməyib».
- Bağışlayın, başa düşmədim.
- İncil – insan məhsuludur, mənim əzizim, onu Allah yazmayıb. İncil bizim
başımıza göydən düşməyib. Qaranlıq zamanların bu tarixi xronikasını insan
yaradıb, sonra ona çoxlu sayda dəyişikliklər və əlavələr edilib, müxtəlif təfsirlər və
tərcümələr olunub. Tarixdə bu kitabın oricinal variantı heç vaxt mövcud olmayıb.
- Aydındır.
- İsa Məsih böyük nüfuza malik tarixi şəxsiyyət olub. Bəlkə də o, dünyanın
gördüyü ən müəmmalı və xarizmatik liderdir. Messiyada (messianizm – allah
tərəfindən yer üzünə xilaskar gələcəyi haqqında etiqad) əvvəlcədən deyildiyi kimi,
İsa hökmdarları devirir, milyonlarla insanı ruhlandırır, yeni fəlsəfi cərəyanların
əsasını qoyurdu. Süleyman və Davud nəslindən olan İsanın yəhudi şahlığına iddia
etməyə tam hüququ vardı. Onun həyatı minlərlə ardıcılı tərəfindən təsvir olunub. –
Tibinq sözünə ara verib bir qurtum çay içdi və fincanı yerinə qoydu. – Əhdi-Cədidə
daxil etmək üçün səksəndən yuxarı İncilə baxılıb, lakin onlardan yalnız bir neçəsi
bu kitabda əks olunmaq şərəfinə nail olub. Onlardan Matfeyin, Markın, Lukanın,
İohannın incillərini göstərmək olar.
- Bəs kim hansı İncili seçməyi qərarlaşdırırdı? – Sofi soruşdu.
- Aha! – Tibinq həvəslə dedi. – Bax əsil ironiya budur: xristianları da elə bu
sındırır, təhqir edir! Biz indi bilirik ki, İncil Roma imperatoru Böyük Konstantin
tərəfindən müxtəlif bütpərəst mənbələrindən istifadə edilməklə tərtib olunub.
- Mənsə düşünürdüm ki, Konstantin xristian olub, - Sofi dedi.
- Elə deyil, - Tibinq başını yırğaladı, - o, bütün ömrünü bütpərəst kimi yaşayıb.
Yalnız ölüm ayağında olanda onu xaç suyuna çəkiblər, yəni etiraz etməyə sadəcə
gücü olmayıb. Konstantinin dövründə Romada rəsmi din Günəşə sitayiş idi. SOL
İNVİCTUS kultu yaxud məğlubedilməz Günəş. Konstantin isə baş kahin olub.
Bədbəxtlikdən o zamanlar Roma imperiyasını dini zəmində iğtişaşlar bürümüşdü.
İsa Məsihin çarmıxa çəkilməsindən üç yüz il sonra onun ardıcıllarının sayı xeyli
çoxalmışdı. Xristianlar bütpərəstlərlə döyüşürdülər və konflikt o qədər böyüdü ki,
Romanın iki ayrı dövlətə bölünmək təhlükəsi yarandı. Konstantin anlayırdı ki, necə
olursa-olsun bu vəziyyətdən mütləq çıxmaq lazımdır. Və o, bizim eranın 325-ci
ilində qərara gəlir ki, Romanı bir din altında birləşdirsin. Bu din xristianlıq idi.
Sofi təəccübləndi:
- Bəs, bütpərəst imperatoru nə məcbur etdi ki, dövlət dini kimi xristanlığı
seçsin?
Tibinq gülümsündü:
- Konstantin çox gözəl strateq idi. O anlayırdı ki, xristianlıq yüksəlişdədir və
buna görə də onu seçdi. Tarixçilər indi də Konstantinin Günəş kultunun davamçıları
olan bütpərəstləri xristianlara çevirmək bacarığından heyrətlənirlər. O,


bütpərəstlik rəmzlərini və ayinlərini inkişafda olan xristianlığa daxil etdi. Bununla
da hər iki tərəf üçün məqbul dini hibrid yaratdı.
- Heyrətedici metamorfozadır! – Lenqdon dedi. – Xristian simvolikasında
bütpərəstlik rudimentləri açıqca görünür. Misirin günəş diskləri katolik
müqəddəslərinin nimbalarına çevrilib. Möcüzəli şəkildə dünyaya gələn körpəsi
Qoraya laylay çalan ilahə İsidanın piktoqramları körpə İsasını əlində tutan Məryəm
Ananın obrazları oldular. Katolik ayinlərinin bütün elementləri - mitra, altar,
mədhiyyə, priçastiye, «Məsih cisminin yeyilməsi» - bütün bunlar əvvəllər mövcud
olmuş bütpərəst dinlərindən götürülüb.
Tibinq şikayətyana köks ötürdü:
- Hə, vəssalam, yenə də başladı! Simvolistə xristian ikonaları haqqında bir şey
deyən kimi, onu saxlamaq olmur! Xristan dinində hər şey mənimsənilmişdir.
Xristianlıqdan əvvəlki allah Mitra, onu həm də Günəşin Oğlu və Dünyanın Nuru
adlandırırdılar, 25 dekabrda anadan olub, dağın ətəyindəki mağarada dəfn olunub
və düz üç gün sonra dirilib. Həmçinin, 25 dekabr Osirisin, Adonisin və Dionisin
doğum günləridir. Yeni doğulmuş Krişnaya qızıl, buxur, mirra hədiyyə ediblər.
Hətta xristianlar üçün həftənin ən müqəddəs günü də bütpərəstlərdən götürülüb.
- Bu necə olur? – Sofi soruşdu.
- Xristianlar əvvəllər yəhudi şabbatını – şənbə gününü müqəddəs gün hesab
edirdilər. Ancaq, Konstantin onu bir gün sonraya, bütpərəstlərin xeyrinə olaraq
Günəş gününə saldı, - Lenqdon dedi. – İndiyə qədər camaat bazar günü səhər
kilsəyə gəlir və anlamırlar ki, onlar da bütpərəstlər kimi Günəş allahına öz
ehtiramlarını bildirmək üçün belə edirlər. Bu, bazar gününün adında da göstərilib –
SUNDAY.
Sofinin başı fırlandı.
- Bəs, bütün bunların Qraala nə dəxli var?
- Elədir ki, var, - ser Tibinq başını tərpətdi. – Mənə qulaq as. İki dinin birləşdiyi
zamanlarda Konstantinə yeni xristian ənənələrini möhkəmlətmək lazım idi. Ona
görə də o, tarixdə məşhur olan Ümumdünya Kilsə Məclisini topladı. Bu məclisdə
xristianlığın əksər aspektləri müzakirə olundu, bəziləri qəbul, bəziləri rədd edildi.
Pasxa günü, yepiskopların rolu, kilsə sirləri və əlbəttə ki, İsa Məsihin ilahiliyi.
- Başa düşmədim, - Sofi üz-gözünü turşutdu. – İsanın ilahiliyi..?
- Mənim əzizim, - Tibinq təntənə ilə dedi, - bu tarixi ana qədər ardıcılları İsaya
öləsi bir peyğəmbər..., insan, əlbəttə ki, qüdrətli və böyük bir insan, lakin ölümə
məhkum bir insan kimi baxırdılar.
- Allahın oğlu kimi yox?
- Bəli! – Tibinq sevincə dilləndi. – Yalnız Ümumdünya Kilsə Məclisində Məsih
Allahın oğlu kimi elan edildi və rəsmən təsdiq edildi. Səsvermə nəticəsində.
- Dayanın. Demək istəyirsiniz ki, İsanın ilahiliyi səsvermə nəticəsində qəbul
edilib?


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə