Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   49   50   51   52   53   54   55   56   ...   115

müxtəlif əsərlərinin imitasiyasını yaratmağı xoşlayırdı – Fabercenin zərgər
məmulatlarını və Lenardo da Vinçinin eskizləri əsasında praktik əşyaları.
Da Vinçinin gündəliklərinə hətta ötəri baxdıqda, elm və incəsənətin bu
ziyasının həyata keçməyən kəşfləri ilə niyə məşhur olmasını anlamaq mümkündür.
Da Vinçi yüzlərlə kəşflərinin plan və sxemlərini çəkmiş, bunları yaratmağa
müvəffəq olmamışdı. Sonyerin vaxt keçirmək üçün ən sevimli məşğuliyyəti
Leonardonun ağlagəlməz layihələrini reallaşdırmaq idi: xronometrlər, su nasosları,
kriptekslər və hətta orta əsrlər fransız cəngavərinin əsləhələri ilə birlikdə bütün
detalları ilə robotunu yaratmaq – indi bu cəngavər onun yazı stolunu bəzəyirdi.
Leonardo tərəfindən 1495-ci ildə anatomiya və irsiyyətin öyrənilməsi məqsədilə
layihələndirilmiş bu robot-cəngavər xüsusi mexanizmlə təchiz olunmuşdu ki,
bunun köməyilə robotun bütün oynaqları hərəkətə gəlirdi. O, otura, əllərini və
başını tərpədə bilir, həmçinin ağzını açıb-yumurdu. Sofinin fikrincə əsləhə geyinmiş
cəngavər babasının ən gözəl yaradıcılıq işi idi… mücrüdəki ağ mərmərdən
düzəldilmiş kripteksi görənə qədər.
- Balaca qız olanda buna oxşar kripteks mənə də düzəltmişdi, - Sofi dedi. –
Amma belə incə və qəşəngini görməmişdim.
Lenqdon gözlərini mücrüdən çəkmirdi.
- Mənsə kriptekslər haqda heç nə eşitməmişəm.
Sofi təəccüblənmədi. Leonardonun həyata keçməyən əksər kəşflərini heç vaxt
öyrənməmişdilər, hətta onlara ad belə verməmişdilər. Ehtimal ki, «kripteks»
termini onun babası tərəfindən yaradılıb. İnformasiyanı qorumaq məqsədilə
kriptoqrafiyanın imkanlarından istifadə edilməklə yaradılmış cihaz üçün uyğun
addır.
Sofi bilirdi ki, Da Vinçi kriptoqrafiya sahəsində pionerdir, onun kəşfləri etiraf
edilməsə də. London Universitetinin müəllimləri kompüterə verilənləri saxlamaq
üçün yeni şifrələmə metodları ilə tələbələri tanış edərkən Simmerman və Şneyeri
önə çəkirdilər. Amma bir dəfə də olsun xatırlamırdılar ki, bir neçə əsr əvvəl məhz
Leonardo ilk dəfə şifrələyici açarın rudimental formasını kəşf edib. Əlbəttə ki, bunu
Sofiyə babası danışmışdı.
Zirehli furqon şosse yolla şütüməkdəydi. Sofi isə informasiyaları uzaq
məsafəyə ötürmək probleminə məhz Leonardonun kripteksinin son qoyduğunu
Lenqdona izah edirdi. Telefonların və elektron poçtların olmadığı dövrdə insan yad
gözlərdən qorumaqla uzaq məsafəyə informasiya ötürmək üçün onu etibarlı elçi
vasitəsilə yazılı şəkildə göndərməliydi. Təəssüf ki, informasiyanın qiymətli
olduğundan şübhələnən elçi bəzən tamahını saxlaya bilmirdi və çoxlu var-dövlət
qazanmaq üçün onu vicdanla ünvana çatdırmaq əvəzinə, maraqlı şəxslərə satırdı.
Bəşər tarixində ən müdrik insanlar informasiyanı qorumaq problemi üzərində
baş sındırmışdılar və şifrələməni kəşf etmişdilər. Yuli Sezar «Sezar mücrüsü»
adlanan kodlaşdırılmış xüsusi məktub icad etmişdi. Şotlandiya kraliçası Mariya
hərflərin yerdəyişməsi əsasında öz şifrəsini yaradaraq həbsxanadan gizli məktublar


göndərmişdi. Və nəhayət, əzəmətli ərəb alimi Əbu Yusif İsmayıl əl-Kindi öz sirlərini
bir neçə əlifbanın hərflərindən tərtib olunmuş şifrələrlə qorumuşdu.
Da Vinçi isə şifrələyici və riyazi metodlara yox, mexaniki üsula üstünlük
vermişdi. Məktubları, xəritələri, diaqramları və daha nələri kənar gözlərdən
qorumağa malik olan portativ konteyner. Kripteksin içindəki informasiyanı yalnız
onu açmaq üçün parolu bilən adam oxuya bilərdi.
- Bizə parol lazımdır, - üstündə hərfləri olan diskləri göstərərək Sofi dedi. –
Kripteks velosipedlər üçün olan müasir kombinasiyalı qıfılların prinsipi ilə işləyir.
Disklər lazımi şəkildə qurulduqda qıfıl açılır. Bu kripteksdə üstündə hərf olan beş
disk var. Əgər əvvəlcədən müəyyən edilmiş ardıcıllıqla onları fırlatsaq, daxili
tumblyorlar lazımi qaydada düzüləcək və silindr hissələrə ayrılacaq.
- Bəs içində…
- Silindr hissələrə bölünən kimi onun mərkəzində yerləşən oyuğu görə
biləcəyik. Orda gizli informasiya yazılmış kağız və ya hər hansı əşya yerləşdirilir.
Lenqdon ona inamsız-inamsız baxdı:
- Deyirsiz ki, hələ uşaq vaxtında babanız buna oxşar bir şeyi sizə hədiyyə
etmişdi?
- Hə, amma bir az balaca ölçüdə. Ad günüm üçün hədiyyə kimi. Özü də iki
dəfə. Kripteksi hədiyyə edib tapmacanı deyirdi. Tapmacanın cavabı kripteksi
açmaq üçün parol idi; tapmacanı tapan kimi silindri aça və onun içindəki təbrik
açıqcasını götürə bilirdin.
- Bir açıqca üçün bu qədər həngamə nəyə lazımdır ki…
- Yox, açıqca özü də adi deyildi. Orada tapmaca yazılmışdı. Babam evdə
gizlətdiyi hədiyyə üçün əsil ov təşkil edirdi, bir neçə tapmacanın cavabı, açarlar,
nəhayət onu tapmağa gətirib çıxarırdı. Hər belə ov zirəkliyin, düşüncənin sınağına
çevrilirdi. Həm də sonda səni mükafat gözləyirdi. Babamın tapmacaları sadə də
deyildi.
Lenqdon yenə şübhə ilə silindrə baxdı:
- Amma niyə biz onu sadəcə hissələrə bölməyə cəhd etməyək? Ya da sındıraq,
bəlkə? Disklərin arasındakı metal halqalar çox kövrək görünür. Mərmər özü də
kövrək daşdır.
Sofi gülümsündü:
- Ona görə ki, Leonardo da Vinçi bunu da nəzərə alıb. O, kripteksi elə
konstruksiya edib ki, onu zorla açmağa ən kiçicik cəhddə belə informasiya öz-
özünə məhv olurdu. Bir baxın. – Sofi mücrüdən silindri ehtiyatla götürdü. –
İstənilən informasiyanı əvvəlcə papirus üzərində yazırdılar.
- Perqamentdə yox?
Sofi başını yırğaladı:
- Yox, məhz papirusun üstündə. Bilirəm, qoyun dərisindən hazırlanmış
perqament daha möhkəm materialdır və o zamanlar bu material daha geniş


yayılmışdı. Amma buna baxmayaraq həmişə papirusun üzərində yazırdılar. Və o nə
qədər nazik olsaydı, bir o qədər yaxşı idi.
- Aydındır.
- Papirusu kripteksin içindəki xüsusi bölməyə yerləşdirməzdən əvvəl onu nazik
şüşədən hazırlanmış silindr şəkilli qabın üzərinə bükürdülər. – O, kripteksi yüngülcə
tərpətdi və onun içindəki mayenin səsi eşidildi. – İçində maye olan qabın.
- Nə mayesi?
Sofi gülümsündü:
- Sirkə?
Lenqdon ani olaraq düşünüb dedi:
- Dahiyanədir!
Sirkə və papirus, Sofi düşündü. Əgər kimsə silindri zorla açmaq istəsə, şüşə
qab sınacaq və sirkə papirusun üstündəki yazıları yuyacaq. Silindri sındıran adam
papirusu götürənə qədər, o, üstündə heç bir sözü oxumaq mümkün olmayan yaş
kağız parçasına çevriləcək.
- Görürsünüz, - Sofi dedi, - gizli informasiyanı əldə etməyin yeganə yolu beş
hərfli sözdən ibarət olan parolu bilməkdir. Burda beş disk var, hər birinin üzərində
iyirmi altı hərf. İyirmi altını beşə vursaq – o, tezcə hesabladı, - təxminən on iki
milyon variant.
- Əgər belədirsə, - Lenqdonun üzündə elə ifadə vardı ki, elə bil, bu on iki
milyon variantı götür-qoy etmişdi, - bunun içərisində hansı informasiya ola bilər?
- Onun içində nə olmasına baxmayaraq bir şey aydındır: babam bunu gizli
saxlamaq üçün çox çalışıb. – Sofi susdu, mücrünü bağlayıb bir müddət qapağın
üstündəki beşləçəkli qızılgülə baxdı. Onu nə isə möhkəm narahat edirdi. –
Deyəsən, siz dediniz ki, Qızılgül – Qraal piyaləsinin rəmzidir?
- Bəli. Prioratın simvolikasında Qızılgül və Qraal sinonimdirlər.
Sofi üzünü turşutdu:
- Qəribədir, babam həmişə deyərdi ki, Qızılgül rəmzində sirr var. O, kiməsə
konfedensial zəng etmək istəsəydi, onu narahat etməsinlər deyə, evdəki
kabinetinin qapısından qızılgül asardı. Və mənə də belə etməyi tapşırardı.
Bax, əzizim, babası ona demişdi, qapıları qıfıllamaqdansa, onları qızılgüllə, bu
sirlər gülü ilə bəzəmək yaxşıdır. Belə olduqda, heç kim bir-birini narahat etməz.
Bir-birimizə hörmət və etibar etməyi yalnız belə öyrənə bilərik. Qapılardan qızılgül
asmaq – qədim roma adətidir.
- Sub roza, - Lenqdon birdən dedi. – Qədim romalılar görüşün konfedensial
xarakterini göstərmək üçün qapılardan qızılgül asardılar. Və görüşdə iştirak edən
hər kəs anlayırdı ki, qızılgül-subroza altında deyilən hər bir söz gizli saxlanılmalıdır.
Sonra Lenqdon Sofiyə izah etdi ki, gizliliyin ekvivalenti olan Qızılgül təkcə bu
səbəbdən Prioratın rəmzi kimi seçilməyib. Bu bitkinin ən qədim növlərindən olan
Roza rudosa –nın yolgöstərən Zöhrə ulduzuna oxşar olaraq beşkünc simmetriya
üzrə yerləşmiş beş ədəd ləçəyi vardı. Məhz buna görə Qızılgül təsvirini «qadın


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə