Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   45   46   47   48   49   50   51   52   ...   115

Berne qapının yanında dayanıb dərindən nəfəs aldı. Sonra dodaqlarında
təbəssüm yaradıb isti külək kimi otağa girdi.
- Axşamınız xeyir, - o, müştəriləri salamladı, - mən Andre Berneyəm. Necə
kömək e… - sözün yarısı boğazında ilişib qaldı. Onun qarşısında duran bu qadının,
onu burda, özü də belə vəziyyətdə görəcəyini heç vaxt düşünməmişdi.
- Bağışlayın, biz sizinlə tanışıq ki? – Sofi soruşdu. O, bankiri tanımırdı, amma
bankir ona elə baxırdı ki, sanki kabus görürdü.
- Yox… - Berne çətinliklə dilləndi. – Mən… e-e… yox, biz tanış deyilik. – o,
dərindən nəfəs alıb yenə gülümsündü. – Mənim köməkçim dedi ki, sizdə qızıl açar
var, amma hesab nömrəsi yoxdur? Deyə bilərsinizmi, bu açarı necə əldə etmisiniz?
- Onu babam saxlayıb mənə, - Sofi baxışlarını bankirdən çəkməyərək dedi.
Bankirsə getdikcə əsəbləşirdi.
- Necə? Babanız açarı sizə verib, nömrəni isə deməyib?
- Onun buna sadəcə vaxğı olmayıb, - Sofi dedi. – Bilirsiniz, o bu gün axşam
öldürülüb.
- Cak Sonyer ölüb?! – Onun gözlərində qorxu vardı. – Amma… necə?
- Siz babamı tanıyırdınız?
Bankir Andre Berne müvazinətini saxlamaq üçün stolun kənarına söykəndi.
- Mən Cakla yaxın dost idim. Bu nə vaxt baş verib?
- Bu gün axşam, bir neçə saat əvvəl. Luvrda.
Berne yumşaq dəri kresloya yaxınlaşıb özünü ora atdı.
- Mən sizin hər ikinizə vacib bir sual vermək istəyirəm. – o, əvvəlcə Lenqdona,
sonra Sofiyə baxdı. – Sizlərdən hər hansınızın onun ölümü ilə əlaqəsi varmı?
- Yox! – Sofi ucadan dedi. – Qətiyyən.
Bernenin sifəti tutulmuşdu. Bir az susduqdan sonra dedi: - İnterpol sizin
şəkillərinizi yayıb. Sizi buna görə tanıdım. Siz qətl törətməkdə günahlandırılırsınız.
Sofini soyuq tər basdı. Deməli, Faş İnterpola müraciət edib? Görünür, kapitan
bu işdə daha çox maraqlıdır. O, Lenqdonun kim olduğunu və Luvrda nə baş
verdiyini qısaca Berneyə izah etdi.
Bankir təəccübləndi.
- Deməli, babanız öləndə sizə mister Lenqdonu tapmaq barədə ismarıc
saxlayıb?
- Bəli. Bir də bu açarı. – Sofi qızıl açarı Bernenin qarşısındakı curnal stolunun
üstünə qoydu.
Berne açara baxdı, lakin ona toxunmadı.
- O, yalnız bu açarı sizə saxlayıb? Başqa heç bir şey? Nə kağız parçası, nə bir
vərəq?
Sofi muzeyi tələsik tərk etdiyini anlayırdı, amma əmin idi ki, «Madonna
mağarada» rəsminin arxasında gizlədilmiş açardan başqa heç bir şey yox idi.
- Yox. Təkcə açar.
Berne əlacsız-əlacsız ah çəkdi:


- Açarı giriş kodu kimi onrəqəmli ədəd tamamlayır. Bu rəqəmlər olmadan sizin
açarın əhəmiyyəti yoxdur.
On rəqəm. Sofi tez fikrində götür-qoy etdi. Mümkün olan on milyard variant.
Əgər şifrəaçan şöbədə paralel olaraq bütün güclü kompüterləri işə cəlb etsək,
kodu tapmaq üçün həftələrlə vaxt lazımdır.
- Başa düşürəm, müsyö. Sadəcə biz fikirləşmişdik ki, siz kömək edə bilərsiniz.
- Təəssüf ki, heç bir şey edə bilmərəm. Bizim müştərilər giriş qadağan olunmuş
terminaldan rəqəmləri özləri yığır. Bu isə o deməkdir ki, nömrələr yalnız onların
özünə və bir də kompüterə məlumdur. Bu yolla bizim bankda tam anonimlik təmin
olunur. Həm də əməkdaşlarımızın təhlükəsizliyi.
Sofi hər şeyi anlayırdı. İri ərzaq mağazalarında da eyni sistemlə işləyirdlilər.
ƏMƏKDAŞLARI SEYFLƏRİ AÇA BİLMƏZLƏR. Bank risk etmək istəmirdi. Axı
kimsə açarı oğurlayıb, sonra bankın əməkdaşlarını girov götürərək onları nömrəni
deməyə məcbur edərdilər.
Sofi Lenqdonla yanaşı oturdu, açara, sonra Berneyə baxdı.
- Siz, heç olmasa, təxminən bilirsiniz ki, babam bankınızda nə saxlaya bilərdi?
- Mən qətiyyən heç bir şey bilmirəm. Bu bankın nizamnaməsinə zidd olardı.
- Müsyö Berne, - Sofi dedi. – Bizim vaxtımız azdır. İcazə Verin, sizinlə tam açıq
danışım, - Bu sözləri deyib Sofi açarı elə çevirdi ki, bankir Sion Prioratının
möhürünü görə bilsin. – Açarın üstündəki bu simvol sizə nəsə deyirmi?
Berne heraldik zanbaq təsvirinə baxdı. Onun üzündən heç bir ifadə
oxunmurdu.
- Yox. Bizim müştərilərin əksəriyyəti öz açarlarını devizlərlə, yaxud inisiallarla
bəzəyirlər.
Sofi gözünü ondan ayırmayaraq ah çəkdi.
- Bu möhür – «Sion Prioratı» adı ilə məlum olan gizli cəmiyyətin simvoludur.
Yenə də Bernenin ifadəsiz üzü heç bir reaksiya vermədi.
- Bu haqda mənə heç nə məlum deyil. Bəli, biz babanızla dost idik, amma
əsasən biznes barədə söhbətlər edərdik. – O, qalstukunu düzəltdi. Bu adamın
gərginlik keçirdiyi ilk baxışdan bəlli idi.
- Müsyö Berne, - Sofi ona təzyiq etməyə davam etdi. – babam bu gün zəng
edib mənə dedi ki, bizi böyük təhlükə gözləyir. Dedi ki, mənə nəsə çatdırmaq
istəyir. Bu açarı mənə saxlayıb. İndi isə o ölüb. Sizin verəcəyiniz istənilən
informasiya çox mühüm ola bilər.
Bernenin alnında xırda tər damcıları göründü.
- Siz bu binadan çıxmalısınız. Polis tezliklə bura gələcək. Girişdə işləyən
mühafizəçi İnterpola xəbər verməyi özünə borc bilib.
Sofi də həyəcanlanmışdı. Amma bir dəfə də cəhd etməyi lazım bildi:
- Babam dedi ki, mənə ailəmiz haqqında həqiqətləri danışmalıdır. Bəlkə, onun
nə demək istədiyi sizə məlumdur?


- Mademuazel, sizin ailəniz avtomobil qəzasında həlak olub. O vaxt siz kiçik qız
idiniz. Allah rəhmət eləsin. Mən bilirəm ki, Cak sizi çox sevirdi. Bir neçə dəfə mənə
demişdi ki, sizin onunla görüşməməyinizə çox təəssüflənir.
Sofi necə cavab verəcəyini bilmirdi.
- Deyin, - Lenqdon soruşdu, - necə fikirləşirsiz, seyfin içindəkilərin Sanqrilə
aidiyyatı varmı?
Berne ona təəccüblə baxdı.
- Sizin nə dediyinizi qətiyyən anlamıram. – Bernenin mobil telefonu zəng çaldı,
o, aparatı kəmərindən açıb götürdü. – Oui? – o, qulaq asırdı və onun üzündəki
ifadə get-gedə sərtləşirdi. – La police? Si rapidement? (A? Polis? Belə tez? – frans.)
– o, sakitcə dilinin altında söyüb fransızca əmrlər verdi və əlavaə etdi ki, bir
dəqiqədən sonra vestibuldə olacaq.
Telefonu bağladıqdan sonra Berne Sofiyə dedi:
- Polis həmişəkindən tez reaksiya verib. Biz burda danışarkən onlar gəliblər.
Amma Sofi qətiyyən əliboş qayıtmaq istəmirdi.
- Onlara deyin ki, biz indi gələcəyik. Əgər bankda axtarış aparmaq istəsələr
order tələb edin. Bu, bir az vaxt aparacaq.
- Qulaq asın, - Berne dedi, - Cak mənim dostum idi. Bundan başqa, bizim bank
hakimiyyət tərəfindən təzyiqə yol verməz. Məhz bu iki səbəbə görə mənim
ərazimdə sizin həbs olunmağınıza imkan vermərəm. Mənə bir dəqiqə vaxt verin ki,
sizin burdan necə çıxmağınızın yolunu tapım. Həm də, belə qalmaqallı hadisədə
mənim iştirakım qətiyyən yolverilməzdir. – O, ayağa qalxıb tələsik qapıya doğru
addımladı. – Burda qalın. Mən bir neçə tapşırıq verib qayıdacam.
- Amma bizim seyfimiz, - Sofi etiraz etdi. – Biz onsuz heç cür gedə bilmərik.
- Bu barədə mən sizə kömək edə bilmərəm, - Qapıya yaxınlaşan Berne cavab
verdi, - Bağışlayın.
Sofi bir neçə anlığa örtülən qapıya baxaraq fikirləşdi ki, bəlkə, babası hesab
nömrəsini onun açıb oxumadığı hansısa məktubda yazıb.
Birdən Lenqdon cəld ayağa qalxdı, onun gözləri parıldayırdı.
- Robert, siz nəyə gülürsünüz?
- Sizin babanız əsil dahidir!
- Bağışlayın, anlamadım!
- On rəqəm!
Sofi onun nə dediyini heç cür anlaya bilmirdi.
- Hesab nömrəsi, - Lenqdon dedi və sevinclə gülümsədi. – Yüz faiz əminəm ki,
babanız bunu bizə saxlayıb.
- Harda?
Lenqdon cinayət yerindən çəkilmiş şəkli çıxarıb curnalı stolunun üstünə qoydu.
Sofi birinci sətri görən kimi Lenqdonun haqlı olduğunu anladı.
13-3-2-21-1-1-8-5
Div nar idol an od iç!


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə