Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   41   42   43   44   45   46   47   48   ...   115

Lenqdon axırıncı fərziyyəni təsdiq edən heç bir sübut tapmamışdı. Və göy rəngli
lyapisdən çəkilmiş rəsmin Qraal piyaləsinə nə kimi aidiyyatı olduğunu da təsəvvür
edə bilməzdi. Lakin Qraalın azarkeşləri indiyə qədər bunu internetdə qızğın şəkildə
müzakirə edirdilər.
İnsanlar sirli şeyləri çox sevir.
Sirlər və müəmmalar isə get-gecə artır. Bu yaxınlarda dünyanı daha bir kəşf
heyrətə salmışdı. Sən demə, Da Vinçi məşhur «Cadugərlərə sitayiş» əsərində boya
qatları altında hansısa sirri gizləmişdir. Tanınmış italyan restavratoru Maurisio
Serazini bu həqiqəti aşkar etdikdən sonra «Nyu-Yorks Tayms» qəzetində
«Leonardonun tüstü pərdəsi» adlı qalmaqallı məqalə çap olundu.
Serazini sübut etdi ki, boya qatının altında boz-yaşıl tonda çəkilmiş «Sitayiş»
etüdü Da Vinçinin fırçasına məxsusdur, amma rəsmin özü isə yox. Hansısa anonim
rəsam uşaqların kitablardakı şəkilləri rənglədikləri kimi, Leonardonun çəkdiyi eskizi
rəngləmişdir. Özü də bunu böyük ustanın ölümündən çox sonralar etmişdir. Amma
digər açıqlama daha həyəcanlı idi. İnfraqırmızı və rentgen şüalarının köməyi ilə
çəkilmiş şəkillər göstərirdi ki, Leonardonun çəkdiyi eskizi boyalarla rəngləmiş bu
incəsənət fırıldaqçısı, Da Vinçinin əsil məqsədini təhrif etməkdən ötrü oricinaldan
xeyli kənara çıxıb. Amma Leonardo kətanın üstündə məhz nəyi çəkib və təhriflər
nədən ibarətdir, hələ də sirr olaraq qalır. Bu rəsmin saxlanıldığı Florensiyadakı
Uffitsa qalereyasının çaş-baş qalmış əməkdaşları əsəri tələsik muzeydən bir küçə
aralıda yerləşən emalatxanaya apardılar. İndi Leonardo zalına gələn adamlar
«Cadugərlərə sitayiş»in yerində – RESTAVRASİYAYA HAZIRLIQ GETDİYİ ÜÇÜN
DİAQNOSTİK TESTLƏRİN APARILMASI İLƏ ƏLAQƏDAR ƏSƏR YERİNDƏN ÇIXARILIB –
sözləri yazılmış lövhəyə məyusluqla baxırdılar.
Qraal piyaləsinin müasir ovçularının dolaşıq və qaranlıq dünyasında Leonardo
ən böyük müəmma olaraq qalırdı. Onun hər bir əsərində sirri açmaq arzusu
duyulurdu, lakin bu sirr ya boya qatının altında gizlədilir ya da mənzərənin arxa
planında şifrələnmiş şəkildə verilirdi. Ola bilsin ki, ümumiyyətlə heç bir mövcud
deyildi. Bəlkə də, hansısa bir müəmmaya edilən anlaşılmaz işarələrin çoxluğu
yalnız boş vəd imiş. Maraqlananları məyus etmək və Mona Lizanın müəmmalı,
istehzalı təbəssümünə haqq qazandırmaq üçün olan boş vəd.
- Bəlkə, - Sofinin səsi Lenqdonu reallığa qaytardı, - ola bilsin ki, əlinizdə
tutduğunuz açar Qraal piyaləsinin gizlədildiyi yerin açarıdır?
Lenqdon gülümsündü:
- Belə olduğunu təsəvvür etmirəm. Həm də hesab edilir ki, Qraal piyaləsi indi
Fransada yox, Britaniyada gizlədilib.
- Amma bu, yeganə ağıllı izahdır, - Sofi təkidlə davat etdi, - Bizim əlimizdə
saxtasının düzəldilməsi mümkün olmayan, üstündə Sion Prioratının gerbi olan açar
var. Açar bu cəmiyyətin üzvü tərəfindən bizə ötürülüb. Sizin dediyinizə görə, məhz
cəmiyyətin üzvləri əsrlər boyu Qraalın sirrini qoruyub saxlamışlar.


Lenqdon Sofinin fikrirlərinin məntiqli olduğunu anlayırdı, lakin intuitiv olaraq
onları qəbul edə bilmirdi. Şayiələr gəzirdi ki, guya Priorat and içmişdi ki, onlar bir
gün Qraalı Fransaya qaytaracaqlar, həm də əbədi saxlamaq üçün. Lakin bu fikrin
xeyrinə heç bir tarixi sübut yox idi. Və əgər Priorat Qraal piyaləsini Fransaya
gətirmək müvəffəq olsa da, məşhur tennis stadionunun qonşuluğunda yerləşən
ryu Akso ünvanı xəzinənin gizlədildiyi yerə az uyğun gəlirdi.
- Yox Sofi, şəxsən mən bu açarın Qraal piyaləsi ilə bağlı olub-olmadığını
bilmirəm.
- Yalnız ona görə ki, fərziyyələrə görə Qraal İngiltərədə gizlədilib?
- Təkcə buna görə yox. Qraal piyaləsinin olduğu yer tarixdə ən ciddi surətdə
qorunan sirrdir. Prioratın üzvləri on illərlə gözləyiblər ki, xüsusi şəxslərin dairəsinə
daxil olmağa layiq görülsünlər və Qraalın gizlədildiyi yeri öyrənsinlər. Bu sirri çox az
adam bilib və cəmiyyətin çoxlu üzvləri olmasına baxmayaraq, yalnız onların
dördünə müəyyən zaman kəsiyində Qraalın gizlədildiyi yer məlum olub. Böyük
Usta və onun üç senechaux-u. Ehtimal ki, sizin babanız da bu dörd nəfərdən biri
olub.
Mənim babam onlardan biri olub, Sofi qaza basaraq düşündü. Cak Sonyerin bu
cəmiyyətdə yüksək statusa malik olmasını sübut edən səhnə gözləri qarşısında
canlandı.
- Əgər babanız cəmiyyətin yuxarı eşalonunda olsaydı belə, nə olursa-olsun bu
haqda heç vaxt danışmazdı. Cəmiyyətin üzvü olmayan heç bir insana. Xüsusən sizi
heç bir vəziyyətdə bu kiçik dairənin içərisinə çəkməzdi.
Axı, mən orda olmuşdum, Sofi düşündü, bağ evinin zirzəmisindəki səhnə yenə
yaddaşında canlandı. Normand şatosunda nəyin şahidi olduğunu Lenqdona
danışmağa dəyərmi? Bunun vaxtı çatıbmı? O, bu səhnəni artıq on ildir ki, sirr kimi
saxlayır və utandığından bu haqda heç kimə danışmaq istəmir. Bu səhnəni
xatırlayarkən onda ikrah hissi oyanır. Uzaqdan sirenlərin səsi eşidildi və o, necə
yorulduğunu indi hiss etdi.
- Budur o! – Lenqdon ucadan dedi və irəlidə Rolan-Qarros tennis stadionunun
nəhəng kompleksini göstərdi.
Sofi maşını stadiona tərəf sürdü. Ensiz küçələrlə getdikdən sonra, onlar
nəhayət, Akso küçəsinin başlandığı yolayrıcına çıxdılar. Küçəyə girib onlara lazım
olan evi axtarmağa başladılar. Sofi və Robert şəhərin işgüzar rayonuna gəlib
çıxmışdılar, yolun hər iki tərəfində ofis və idarələrin lövhələri işıqlandırılmışdı.
Gözlərilə ixtiyarsız olaraq kilsə qüllələrini axtaran Lenqdon, bizə iyirmi dörd
nömrəli ev lazımdır deyə, öz-özünə xatırlatdı. Gülməli danışma! Bu rayonda heç
kimə məlum olmayan tampliyerlər kilsəsi ola bilərmi?
- Hə, gəlib çatdıq, - Sofi dedi. Və başı ilə irəlini göstərdi.
Lenqdon onun işarə etdiyi yerə baxdı.
Lənət şeytana, bu nədir?


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə