Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   48   49   50   51   52   53   54   55   ...   115

XLVI FƏSİL
Saylas otağın ortasındakı kətan döşənəcəyin üstündə üzüquylu uzanıb kürəyindəki
təzə yaraların qurumasını gözləyirdi. Bugünkü özünü qamçılama və nəfsi öldürmə
proseduru onu yormuşdu. Başı fırlanırdı. O, hələ ucluqlu sarğını açmamışdı və
budundan qan axdığını hiss edirdi. Amma o, özünə bəraət qazandıra bilmirdi, buna
görə də sarğını açmağa tələsmirdi.
Mən Kilsəni pis vəziyyətdə qoydum.
Ən pisi isə, mən yepiskopun özünü çıxılmaz vəziyyətdə qoymuşam.
Bu gün yepiskop Arinqarosa üçün xüsusi gündür. Beş ay əvvəl yepiskop
Vatikan observatoriyasındakı görüşdən qayıtmışdı. Və orda nəsə öyrənmişdi deyə,
çox dəyişilmişdi. Bir neçə həftə depressiyada olmuş, sonra yenilikləri Saylasla
bölüşmüşdü.
- Amma bu, mümkün deyil! – Saylas ucadan dedi. – Mən inanmaq istəmirəm.
- Bu həqiqətdir, - Arinqarosa dedi. – Müəmmalı görünsə də, bu əsil həqiqətdir.
Cəmisi altı aydan sonra.
Yepiskopun sözləri Saylası xeyli qorxutdu. O, yepiskop üçün çox dua etdi,
amma hətta bu, qara günlər belə onun Allaha və «Yol»a inamını sarsıtmadı. Yalnız
bir aydan sonra o, başlarının üstünü almış qara buludların möcüzəli şəkildə
dağıldığını öyrəndi və yenə də irəlidə ümid işıqları göründü.
İlahi müdaxilə – Arinqarosa bunu belə adlandırdı.
Yepiskop uzun müddət idi ki, ilk dəfə gələcəyə qorxusuz baxırdı.
- Saylas, - o pıçıldadı, - Allah öz mərhəmətini bizdən əsirgəmədi, «Yol»u
müdafiə etməyə imkan verdi. Dünyada olan bütün savaşlar kimi, bizim savaşımız
da qurbanlar tələb edir. Sən Yaradanımızın əsgəri olmağa hazırsanmı?
Saylas, ona yeni həyat verən insanın, yepiskop Arinqarosanın qarşısında diz
çöküb dedi:
- Mən, Çobanımızın sürüsündə yalnız qoyunam. Ürəyin hara istiəyir, məni
apar. Mən gedərəm.
Arinqarosa onun qarşısında açılan bütün imkanları təsvir etdikdə, Saylas
tamamilə əmin oldu ki, bu, Allahın təqdiri və əməlidir. Möcüzəli tale! Arinqarosa
onunla bu planı irəli sürən adam arasında əlaqə yaratdı. Adam özünü Ustad
adlandırmağa üstünlük verirdi. Saylas Ustadı bircə dəfə də olsun görməmişdi.
Yalnız telefonla danışmaqlarına baxmayaraq o, Ustada pərəstiş edir, onun inamının
möhkəmliyindən, hər yerə yayılmış hakimiyyətinin genişliyindən heyran olurdu.
Saylasa elə gəlirdi ki, Ustad hər şeyi bilir, onun hər yerdə gözü və qulağı var. Onun


bu informasiyaları hardan aldığını Saylas bilmirdi, amma Arinqarosa da Ustada çox
inanırdı və bu inamı Saylasa da təlqin etimişdi.
- Ustad sənə nə deyirsə elə, onun hər bir əmrini yerinə yetir, - yepiskop
Saylasa deyirdi. – Belə olduqda biz qələbə qazanarıq!
Qazanarıq! Bax, indi Saylas taxta döşəməyə baxaraq düşünürdü ki, qələbə
onların əlindən çıxıb. Ustadı aldadıblar. Guşəli daş doğru iz deyilmiş. Bütün ümidlər
puça çıxıb.
Saylas yepiskop Arinqarosaya zəng edib onu xəbərdar etmək istədi, amma
Ustad onların əlaqə saxlamamasını tapşırmışdı. Bizim öz təhlükəsizliyimiz üçün.
Budur, nəhayət, Saylasın səbri çatmadı, ayağa durub döşəməyə atılmış
sutanasını götürdü. Cibindən mobil telefonu çıxartdı. Və xəcalətindən başını aşağı
dikərək nömrəni yığdı.
- Ustad, - o dedi, - hər şey batdı. – Sonra baş verənləri dəqiqliklə danışdı.
- Sən inamını çox tez itirirsən, - Ustad cavabında dedi. - Mən indicə
gözlənilməz və xoş xəbər almışam. Sirr itirilməyib. Cak Sonyer ölümündən qabaq
informasiyanı ötürməyə nail olub. Tezliklə zəng edəcəm, gözlə. Bizim işimiz hələ
bitməyib.
XLVII FƏSİL
Zirehli furqonun işıqlandırılmış metal kuzovu təkadamlıq kameraya oxşayırdı.
Lenqdon ona tanış olan bu xoşagəlməz hisslə – qapalı yerdə qorxuyla mübarizə
aparmağa cəhd edirdi. Berne bizi təhlükəsiz yerə aparacağını dedi. Amma hara?
Çox uzağamı?..
Metal döşəmədə hərəkətsiz oturduğundan Lenqdonun ayaqları keyimişdi.
Buna görə də, oturuşunu dəyişdi. O, bankdan çıxartdıqları qiymətli mücrünü
sinəsinə sıxmışdı.
- Deyəsən, biz avtomagistrala çıxdıq. – Sofi pıçıldadı.
Doğrudan da, yük maşını pandusda dayandıqdan sonra sürətlə yerindən
tərpəndi, gah sola, gah da sağa dönərək təxminən iki dəqiqə yol gedib sürəti
artırdı. Sofi və Robert gülləkeçirməz şinlərin hamar asfaltla təmasından yaranan
uğultunu eşidirdilər.
Lenqdon qiymətli bükülünü döşəməyə qoyub açdı və qızılgül rəngli ağacdan
düzəlmiş mücrünü çıxardı. Sofi bir az da yaxınlaşdı, indi onlar yan-yana
oturmuşdular. «Biz yeni il hədiyyəsinə baxan balaca uşaqlara oxşayırıq», - Lenqdon
düşündü.


Tünd rəngli palisandr ağacından düzəlmiş qapağın üzərinə inkrustrasiya üsulu
ilə çəkilmiş qızılgül daha açıq rəngli ağacdan, güman ki, qovaqdan idi və hətta
qaranlıqda yüngülcə işıq saçırdı. Qızılgül. Çox ordular və dinlər bu simvoldan
istifadə etmişdilər. Bu simvol gizli cəmiyyətlər üçün də doğma idi. Rozenkreyserlər.
Qızılgül rəngli xaç cəngavərləri.
- Hə, - Sofi dedi, - açın onu.
Lenqdon dərindən nəfəs aldı və qapağı qaldırmazdan əvvəl beşləçəkli gülün
incə təsvirinə bir də heyranlıqla baxdı. Sonra sürtgəci çəkib qapağı qaldırdı və onlar
mücrünün içindəki əşyanı gördülər.
Lenqdon mücrünün içində nəyin ola biləcəyini xəyalında canlandırmışdı,
amma indi aydın idi ki, onun heç bir fantaziyası öz təsdiqini tapmadı. İçərisi
moruğu rəngli ipəklə üzlənmiş mücrüdə ilk baxışdan necə istifadə edildiyi
anlaşılmayan əşya vardı.
Bu, təxminən tennis toplarının yığıldığı banka boyda olan, ağ rəngli yaxşı
cilalanmış mərmərdən düzəldilmiş daş silindr idi. Amma o, bütöv deyildi, ayrı-ayrı
hissələrdən yığılmışdı. Qoğal boyda beş mərmər disk bir-birinin üstünə
qoyulmuşdu və aralarındakı nazik mis zolaqla bərkidilmişdi. Ümumiyyətlə bu,
təkərli kaleydeskopa oxşayırdı. Silindrin ucları mərmər çaşkalarla örtüldüyündən
içərisinə baxmaq mümkün deyildi. İçindəki mayenin səsindən bilinirdi ki, silindrin
daxili oyuqdur.
Amma Lenqdonu daha çox silindrin xarici səthinə çəkilmiş yazılar
maraqlandırırdı. Beş diskin hər birinin üstündə səliqə ilə və aydınca müxtəlif
əlifbaların bütün hərfləri çəkilmişdi. Hərfli silindr Lenqdona uşaqlığının ən sevimli
oyuncağını, bir neçə hərfli «stəkan»dan ibarət olan borunu xatırlatdı. Stəkanları
fırlatmaqla müxtəlif sözlər tərtib etmək olardı.
- Heyrətamizdir, elə deyilmi? – Sofi dedi. Lenqdon ona baxdı:
- Nə deyəcəyimi bilmirəm. Bu nə olan şeydir?
Sofinin gözlərində qığılcım oynadı.
- Mənim babam belə şeyləri ağacdan düzəldirdi, bu onun xobbisi idi. Amma,
ümumiyyətlə bu əşya Leonardo da Vİnçinin kəşfidir.
Hətta kuzovun içindəki qaranlıqda Lenqdonun təəccübləndiyini görmək olardı.
- Da Vinçi? – o, qəribə silindrə baxaraq mızıldadı.
- Bəli. Bu əşya kripteks adlanır. Əgər babamın dediyinə inansaq, onun
üstündəki yazılar Leonardonun gizli gündəliyindən parçalardır.
- Axı, bu silindr nə üçündür?
Sofi bu günkü hadisələri xatırlayaraq mümkün olan yeganə nəticəni çıxartdı:
- Bu da seyfdir. Gizli informasiyanı saxlamaq üçün.
Lenqdon təəccüblə ona baxdı.
Sofi babasının ən sevimli məşğuliyyətlərindən birinin də Leonardo da Vinçinin
kəşfləri əsasında modellərin konstruksiya edilməsi olduğunu bildirdi. İstedadlı
peşəkar Cak Sonyer öz emalatxanasında uzun müddət çalışaraq, dahi ustaların


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə