Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   50   51   52   53   54   55   56   57   ...   115

başlanğıcı» ilə əlanələndirirdilər. Bundan başqa Qızılgül «doğru yol» konsepsiyası
ilə sıx bağlıdır və bu simvol naviqasiyada da istifadə olunmuşdur. Qızılgül kompası
istiqaməti müəyyənləşdirməkdə səyahətçilərə kömək edirdi. Bunu xəritələrdə
göstərilən Qızılgül xətləri yaxud meridianlar haqqında da demək olar. Bu səbəbdən
Qızılgül «qadın başlanğıcı» və yolgöstərən ulduzun simvolu olmuşdur.
Lenqdon qısa nitqini qurtardı və sifəti birdən-birə tutuldu.
- Robert? Nə olub?
O, yenidən palisandr ağacından düzəlmiş mücrüyə baxdı.
- Sub… roza – o, qorxu qarışıq təəccüblə, amma sakitcə pıçıldadı. – Bu ola
bilməz?
- Nə?
Lenqdon gözlərini qaldırıb ona baxdı.
- Qızılgül işarəsi altında, - o, pıçıldadı. – Bu kripteks… deyəsən, mən bilirəm nə
üçündür.
XLVIII
Lenqdon özü də öz fərziyyəsinə çətinliklə inanırdı. Amma bu mərmər silindrin
kim tərəfindən verildiyini, onların əlinə necə keçdiyini və qapaqda beşləçəkli
Qızılgül təsvirinin olduğu nəzərə alınsa, onda bir nəticə çıxarmaq olardı.
Bizim əlimizdəki guşəli daşdır.
Bu isə, başqalarına oxşamayan xüsusi əfsanədir.
Guşəli daş Qızılgül işarəsi altında yerləşir və özündə kodlaşdırılmış informasiya
daşıyır.
Lenqdon fikrini cəmləmək istədi.
- Babanız nə vaxtsa la clet de voute adlanan əşya barədə sizə nəsə deməyib
ki?
- Seyfin açarı? – Sofi tərcümə etdi.
- Yox, bu hərfi tərcümədir. Clet de voute – geniş yayılmış memarlıq terminidir.
Və «voute» sözü bank seyfi demək deyil, «vault» - yəni, memarlıqda arkanın
qübbəsini bildirir. Məsələn, qübbəli tavan.
- Amma qübbəli tavanların açarı olmur.
- Sizə qəribə də gəlsə, var. Daş arkanı tikmək üçün bütün hissələri birləşdirən
və konstruksiyanın bütün ağırlığını saxlayan, lap yuxarıda yerləşdirilən maili daş
tələb olunur. Bunu memarlıq mənasında açar daş da adlandırmaq olar. İngilis
dilində isə bunu guşəli daş adlandırırlar.
Lenqdon sual dolu baxışlarla Sofiyə baxdı: istəyirdi bilsin ki, Sofi onun
dediklərini anlayıb yoxsa yox.
Sofi çiyinlərini çəkdi və yenə kripteksə baxdı.
- Axı bunun harası guşəli daşdır?
Lenqdon bilmirdi ki, necə başlasın. Daş arkaların tikilməsi sirlərinə mükəmməl
olaraq mason cəmiyyətinin üzvləri bələd idilər, özü də təşkilatın ilk vaxtlarında.
Onlar öz sirlərini ciddi-cəhdlə qoruyurdular. Kral arkasının dərəcəsi. Memarlıq.


Guşəli daşlar. Bütün bunlar bir-birinə bağlıdır. Arkanın tavanının yaxud qübbəsinin
qurulması üçün maili daşdan necə istifadə etməyin gizli elmi masonların bacarıqlı
sənətkarlar olduğunu göstərirdi. Və onlar öz sirlərini qısqanclıqla qoruyurdular.
Guşəli daşlar və onlarla bağlı olan hər bir şey gizli saxlanılırdı. Bəli, doğrudur,
qızılgül rəngli ağacdan hazırlanmış mücrüdəki bu mərmər silindr guşəli Daşa az
oxşayır. Bu nəsə başqa şeydir. Onların əldə etdikləri əşya ilə Lenqdon əvvəllər
rastlaşmamışdı.
- Prioratın guşəli daşı mənim ixtisasım deyil, - Lenqdon etiraf etdi. – O ki, Qraal
piyaləsinə, məni ən əvvəl onunla bağlı rəmzlər maraqlandırırdı. Və mə nonu
tapmağın yolunu göstərən çoxlu əfsanələri oxumamışam.
Sofinin qaşları çatıldı.
- Qraal piyaləsini tapmağın?
Lenqdon əsəbi halda başını tərpətdi, sonra sözləri diqqətlə seçərək dedi:
- Sofi, Prioratın məlumatına görə, guşəli daş – kodlaşdırılmış xəritədir. Qraal
piyaləsinin gizlədildiyi yeri göstərən xəritə.
Sofinin həyəcandan rəngi ağardı.
- Hesab edirsiniz ki, xəritə burdadır?
Lenqdon nə cavab verəcəyini bilmirdi. Bu, ona müəmmalı görünürdü. Lakin
guşəli daş haqqında versiya indiki halda ən doğru versiya idi. Qızılgül işarəsi altında
saxlanılan kodlaşdırılmış yazılı daş.
Bu kripteksin Sion Prioratının Böyük Ustadı və üzvü Leonardo da Vinçi
tərəfindən yaradıldığı da nəsə deyirdi. Onlar xəzinənin guşəli daş olduğuna necə də
inanmaq istəyirdi! Ən Böyük Ustadın işi… onu əsrlər sonra Prioratın başqa bir üzvü
bizə qaytardı. Bu çox cəlbedici versiya idi, ona görə də bundan imtina etmək çətin
idi.
Son on il ərzində tarixçilər və alimlər guşəli daşı fransız kilsələrində
axtarmışdılar. Prioratın gizli şifrələrə hərisliyini bilən Qraal piyaləsinin ovçuları bu
nəticəyə gəlmişdilər ki, la clet de voute – bu, hansısa kilsənin arxasında, qübbənin
mərkəzində yerləşdirilmiş maili guşəli daşdır. Qızılgül işarəsi altında. Memarlıqda
bolluca qızılgül var. Pəncərə – qızılgül. Qızılgül şəklində relyef. Və əlbəttə
cinquetoies arka qübbələrini bəzəyən beşləçəkli güllər. Bunlar xəlvəti yer üçün
uyğun gəlir. Qraal piyaləsinin yerini göstərən xəritə hansısa atılmış kilsənin qübbəli
tavanında gizlədilib.
- Yox, bu kripteks guşəli daş ola bilməz, - Sofi dedi. – Birincisi o çox qədimdir.
Sonra mən sadəcə əminəm ki, bunu babam düzəldib. Və Qraal barədə əfsanələrin
buna dəxli yoxdur.
- Belə bir fikir var ki, - Lenqdon dedi, - guşəli daş bir neçə on il bundan əvvəl
Prioratın bir üzvü tərəfindən yaradılıb.
Sofinin gözləri şübhə ilə parıldadı.
- Əgər bu kripteksdə Qraal piyaləsinin gizlədildiyi yer göstərilibsə, hansı
səbəbdən babam bu sirri mənə açmaq istəyib? Mən bu silindri necə açmağı və


onun içərisindəki ilə necə rəftar etməyi bilmirəm. Mən hətta Qraal piyaləsinin nə
olduğunu anlamıram!
Lenqdon onun haqlı olduğunu başa düşürdü. O hələ, Qraal piyaləsinin nə
olduğunu Sofiyə anlatmamışdı. Bunu sonra da etmək olar. İndi başlıcası guşəli
daşdır. Əgər bu, həqiqətən…
Lenqdon gülləkeçirməz şinlərin uğultusu altında guşəli daş haqqında ona nə
məlumdursa, hamısını tələsə-tələsə Sofiyə danışdı. Əgər şaiyələrə inansaq,
Prioratın əsas sirri olan Qraal piyaləsinin gizlədildiyi yer barədə məlumat uzun
əsrlər boyunca yazılı surətdə qeydə alınmamışdı. Bu sirr təhlükəsizlik məqsədilə
hər bir yeni senechal-a xüsusi mərasimdə şifahi olaraq deyilirdi. Amma bu
yaxınlarda belə söhbət yayıldı ki, Prioratın siyasəti dəyişilib. Ola bilsin ki, bu, yeni
elektron qulaqasma cihazlarının yaranması ilə əlaqədardır. Amma necə olur-olsun,
bundan sonra Prioratın üzvləri and içmişdilər ki, xəritənin gizlədildiyi yeri heç vaxt
dillərinə gətirməsinlər.
- Amma bu sirri bəs necə ötürürmüşlər? – Sofi soruşdu.
- Bax, guşəli daş burda lazım olub, - Lenqdon cavab verdi. – Yüksək ranqlı dörd
üzvdən biri öləndə, qalan üç nəfər onun yerinə aşağı eşalondan adam seçirdilər.
Senechal olmağa növbəti namizəd. Amma Qraalın harda yerləşdiyini dərhal ona
demək əvəzinə, onu sınaqdan keçirirdilər. O, öz yararlılığını sübut etməliydi.
Sofi nədənsə əsəbləşmişdi. Lenqdon onun babasının necə preuves de merite
düzəltdiyini – evdə gizlədilmiş hədiyyələri onu tapmağa məcbur etməsi haqqında
Sofinin dediklərini xatırladı. Aydındır ki, guşəli daşla əlaqədar cəmiyyət üzvləri bu
taktikadan istifadə edirdilər. Ümumiyyətlə, sınaq üsulu gizli cəmiyyətlərdə geniş
yayılıb. Bu mənada ən gözəçarpan nümunə masonlardır: onların üzvləri növbəti
pilləyə yüksəlmək üçün sirr saxlamaq bacarıqlarını sübut etməliydilər. Bunun üçün
uzun illər boyu ayinlərdən və müxtəlif sınaqlardan keçmək lazımdı. Hər dəfə
tapşırıq daha da çətinləşdirilirdi.
- Onda bizim guşəli daş – bir növ preuve-de-merite-dir! – Sofi ucadan dedi. –
əgər senechal-a namizəd bunu aça bilirdisə, onda ordakı informasiyanı bilməyə
layiq olduğunu sübut edirdi.
Lenqdon başını tərpətdi:
- Sizin bu sahədə təcrübənizin olduğunu tamamilə unutmuşdum.
- İş təkcə babamda deyil. Kriptologiyada bu «icazənamə» adlanır. Əgər sən
bunu oxumaq üçün kifayət qədər ağıllısansa, deməli, orda nə yazıldığını
öyrənməyə sənə icazə verilib.
Lenqdon tərəddüd edirdi, bilmirdi ki, nədən başlasın.
- Sofi, siz bir şeyi başa düşməlisiniz. Əgər doğrudan da, bu əşya guşəli daşdırsa,
əgər babanız burda nə yazıldığını bilirdisə, bu o deməkdir ki, o, Sion Prioratında
yüksək vəzifə tuturmuş. Ola bilsin ki, dörd seçilmişdən biri imiş.
Sofi ah çəkdi:


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə