Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   35   36   37   38   39   40   41   42   ...   115

olan rahat diplomatik rayondan baxımsız fəhlə kvartalına gəlib çıxdılar. Sonra Sofi
maşını sola sürdü və nəhayət, Lenqdon harada olduqlarını anladı.
Sen-Lazar vağzalı.
İrəlidə qatarlar üçün təyyarə anqarı ilə istixananın hibridinə oxşayan şüşə
terminal görünürdü. Avropadakı vağzallar heç vaxt yatmır. Hətta gecədən xeyli
keçmiş giriş qapısının yanında çoxlu taksi dayanmışdı. Yükdaşıyanlar sendviç və
mineral su ilə dolu arabaları o yan-bu yana sürürdülər, gözləmə zalından isə
bellərində çanta olan uşaqlar çıxırdılar. Onlar gözlərini ovuşdurub yuxulu-yuxulu
ətrafa baxırdılar, sanki hansı şəhərə düşdüklərini anlamaq istəyirdilər. Bir az
aralıda, yolun kənarında durmuş iki polis patrulu şəhəri tanımayan turistlərə yol
göstərirdi.
Yaxınlıqda, bir küçə aralıda, adi dayanacaq olmasına baxmayaraq, Sofi
maşınını taksilərin dayandığı qırmızı zona adlanan yerdə saxladı. Lenqdon onun nə
etmək istədiyini soruşmağa hazırlaşırdı ki, Sofi maşından çıxdı. O, taksilərin birinə
yaxınlaşıb, sükan arxasında oturmuş sürücüylə nəsə danışdı.
Lenqdon maşından çıxıb Sofinin sürücüyə çoxlu pul uzatdığını gördü. Taksiçi
başını tərpədərək sürüb getdi.
- Nə olub? – deyə Lenqdon Sofiyə yaxınlaşıb soruşdu. Taksi artıq gözdən
itmişdi.
- Gedək, - Sofi dedi və vağzalın girişinə tərəf addımladı. – Parisdən çıxan hər
hansı qatara iki bilet alaq.
Lenqdon onun arxasınca getdi. Səfirliyə çatmaq üçün bir mil getmək əvəzinə,
deyəsən, onlar uzaq səyahətə çıxacaqdılar. Bu həngamə Lenqdonu tamam
bezdirmişdi.
XXXIV FƏSİL
Leonardo da Vinçi aeroportunda yepiskop Arinqarosanı qarşılayan sürücü kiçik,
qara rəngli «Fiat»ın sükanı arxasında oturmuşdu. Arinqarosa Vatikan keşişlərinin
xüsusi emblemli və bayraqlı böyük limuzinlərdən istifadə etdikləri vaxtları xatırladı.
O günlər çoxdan keçmişdi. İndi Vatikanın maşınları sadə idi və fərqləndirici
işarələrə malik deyildi. Vatikan deyirdi ki, bunlar qənaət etmək üçün edilir ki,
xeyirxah işlərə daha çox vəsait qalsın; Arinqarosa isə düşünürdü ki, bu,
təhlükəsizlik tədbirləri ilə bağlıdır. Dünya ağlını itirib, Avropa ölkələrinin bir
çoxunda Məsihə məhəbbəti nümayiş etdirmək öküzün qarşısında qırmızı əskini
yellətmək qədər təhlükəlidir.


Arinqarosa qara sutanasının ətəklərini yığıb oturdu və Qandolfo qəsrinə
səyahətə hazırlaşdı. O, beş ay əvvəl bu yolu bir də getmişdi.
Romaya son səyahət, o, ah çəkdi. Mənim həyatımda ən uzun gecə.
Beş ay əvvəl Vatikandan zəng edərək tələb etmişdilər ki, yepiskop Arinqarosa
yubanmadan Romaya gəlsin. Heç bir izahat vermədən. Sizə aeroportda bilet
saxlayıblar. Papa hakimiyyəti katolik kilsəsinin yüksək rütbəli şəxslərinin sirlərini
qorumaq üçün əlindən gələni edirdi.
Arinqarosa düşünürdü ki, bu gizli tapşırıq «Opus Dei»nin son uğuruna – bu
təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahının tikintisinin başa çatdığına qara
yaxaraq papaya və Vatikan xidmətçilərinə çatdırıblar. «Akitekçurel daycest»
curnalı mənzil-qərargahın binasını «katolikliyin müasir şəhər mənzərəsinə uyğun
gələn mayakı» adlandırmışdı. Demək lazımdır ki, indi Vatikanda «müasir» sözünə
daha yaxşı münasibət bəsləyirdilər. Əgər bus öz Kilsənin işlərilə bağlıydısa, hətta
bundan fərəhlənirdilər.
Arinqarosanın başqa çıxış yolu yox idi, könülsüz olsa da o, dəvəti qəbul
etməliydi. Arinqarosa indiki papa administrasiyasının tərəfdarı olmasa da,
konservativ ruhaniliyin əksər nümayəndələri kimi bir il əvvəl seçilmiş yeni papanın
işlərini ehtiyatla müşahidə edirdi. Görkəmli liberal şəxsiyyət olan cənab-əqdəsləri
Vatikan tarixinin ən mürəkkəb və ziddiyyətli anlarında Katolik kilsəsinin rəhbəri
seçilmişdi. Bu, gözlənilməz və sürətli yüksəlişdən özünü itirməyən pontifik vaxtı
boş yerə itirmək istəmirdi. Və kardinallar kollegiyasının liberal qanadının dəstəyinə
arxalanaraq papalığın yeni missiyasını elan etmişdi: «Üçüncü minilliyin yeni
tələblərinə uyğun olaraq Vatikan doktrinasının yeniləşdirilməsi».
Arinqarosa bu sözlərin arxasında çox təhlükəli məna görürdü. O qorxurdu ki,
Katolik kilsəsinin tələblərinin müasir dünyanın reallıqları ilə uyuşmadığını hesab
edən şəxslərin ürəyini ələ almaq fikrilə Allahın qanunlarını yenidən yazmaq istəyən
bu insan özündən həddən artıq bədgüman olsun.
Və Arinqarosa özünün bütün siyasi nüfuzundan istifadə edərək – «Opus
Dei»nin tərəfdarlarını və təşkilatın bank hesabını nəzərə alsaq bu nüfuz kiçik
deyildi, - papanı və onun müşavirlərini inandırmaq istəyirdi ki, kilsə qanunlarının
yumşaldılması təkcə qorxaqlıq və satqınlıq deyil. Həm də siyasi özünəqəsddir.
Onlara xatırlatmışdı ki, Kilsə qanunlarının yumşalması üçün əvvəllər edilən cəhdlər
ən pisnəticələr verib: kilsəyə gələnlərin sayı kəskin şəkildə azalmış, qurbanların
axını kəsilmiş, bu azmış kimi, yerli gəlirləri idarə etmək üçün lazım olan katolik
keşişləri çatışmamışdı.
İnsanlara sərt struktur və Kilsənin dəqiq göstərişləri lazımdır, daha
səhlənkarlıq, dilxoşluq yox, Arinqarosa təkid edirdi.
Həmin gecə, aeroportda «Fiat»a minmiş Arinqarosa Vatikan istiqamətində
yox, əyri-üyrü dağ yolları ilə şərqə tərəf getdiklərini gördükdə təəccüblənmişdi.
- Biz hara gedirik? – o, sürücüdən soruşdu.
- Alban-Hillzə, - sürücü cavab verdi. – Görüş Qandolfo qəsrində təyin olunub.


Papanın yay iqamətgahında? Arinqarosa bir dəfə də olsun orda olmamışdı,
heç buna can atmamışdı da. On altıncı əsrdən qalmış bu qəsrdə papanın yay
iqamətgahından başqa Vatikan Spekulu adlanan, Avropada ən yaxşı təchiz
olunmuş observatoriya hesab edilən – Vatikan observatoriyası yerləşirdi.
Arinqarosa Vatikanın elmə yumşaq münasibətini heç vaxt təqdir etməmişdi. Dinlə
elmi qarışdırmağın nə mənası? Axı, xalis mömin elmlə ciddi surətdə məşğul ola
bilməz. Dinin isə öz doğruluğunu sübut etmək üçün maddi dəlillərə ehtiyacı yox idi.
Buna baxmayaraq, mən burdayam, - ulduzlu noyabr səmasının fonunda
Qandolfo qəsrinin cizgiləri görünəndə, o düşündü. Yoldan baxdıqda qəsr, özünü
öldürmək üçün uçuruma atılmağa hazır olan nəhəng daş bədheybətə oxşayırdı.
Qayanın kənarında tikilmiş qəsr, italyan sivilizasiyasının beşiyi olan Romanın təməli
qoyulmamışdan xeyli qabaq, Kuriatsi və Oratsi adlı düşmən tayfaların hökmranlıq
etdiyi vadini sanki hədələyirdi.
Qandolfo qəsri hətta uzaqdan möhtəşəm təsir bağışlayırdı. Qədim memarlıq
abidəsi hesab edilən qalanın klassik obrazı qorxunc dağ mənzərəsinə gözəl əlavə
idi. Təəssüf ki, Vatikan observatoriya yaradarkən damın üstündə iki nəhəng
alüminium günbəz quraşdırmaqla qalanın xarici görkəmini korlayıb, Arinqarosa
düşündü. İndii qəsrə, nəyə görəsə iki şlyapanı eyni vaxtda geymiş qürurlu və
döyüşkən cəngavərə oxşayırdı.
Arinqarosa maşından düşməyə macal tapmamış, onu gənc yezuit-keşiş
qarşıladı.
- Xoş gəlmisiniz, yepiskop. Mən Manqano atayam. Burda astronom işləyirəm.
Çox gözəl. Arinqarosa salamlaşdı və keşişin dalınca qəsrin holluna tərəf
addımladı. Müxtəlif astronomik xəritələr və şəkillərlə, Renessans dövrünün
incəsənət nümunələri ilə kifayət qədər zövqsüzcə bəzədilmiş dekorlu geniş bina.
Onlar enli mərmər pilləkənlə yuxarıya qalxdılar. Arinqarosa divarlarda müxtəlif
tematik mühazirələr, elmi konfransların keçirilməsi barədə, həmçinin turistlər
üçün nəzərdə tutulmuş xüsusi astronomik ekskursiyalar haqqında elanlar gördü.
Bura gələnlərin etiqadının qayğısına qalmaq, onlara düzgün inam yolunda bələdçi
olmaq əvəzinə Vatikan öz gücünü və vaxtını belə boş-boş şeylərə sərf edir, o
düşündü.
- Deyə bilərsizmi, - Arinqarosa gənc keşişə dedi, - nə vaxtdan bəri quyruq itdən
irəlidə qaçmağa başlayıb?
Gənc adam təəccübləndi:
- Bağışlayın, ser?
Lakin Arinqarosa izahat verməməyi və əhvalını korlamamağı qərara alıb cavab
vermədi. Vatikan tamamilə ağlını itirib. Ərköyün övladının hər arzusunu yerinə
yetirməyə hazır olan, amma onu həqiqi dəyərlərə bağlamaq üçün qətiyyət
göstərməyən tənbəl valideynə oxşayır. Beləcə Kilsə öz əsil təyinatını unudub, öz
işini müasir sivilizasiyanın istəklərinə uyğun qurmağa çalışaraq hər addımda
uduzur.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə