Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   34   35   36   37   38   39   40   41   ...   115

XXXIII FƏSİL
Sofinin balaca maşını səfirliklər yerləşən kvartal boyu şütüyüb, nəhayət, yan
küçəyə girdi. Bu küçəylə gedib sağa döndü və rahat Yelisey küçəsinə çıxdı.
Lenqdon yumruqlarını sıxaraq oturmuşdu. O, təqib olunub-olunmadıqlarını
yoxlamaq üçün tez-tez çevrilib arxa pəncərəyə baxırdı. O, artıq qaçmağına
təəssüflənirdi. Bu qərarı, düyməciyi Luvrun tualetinin pəncərəsindən çölə atan Sofi
onun əvəzinə qəbul etmişdi. İndii isə, onlar Amerika səfirliyindən uzaqlaşdıqca,
onun inamı da zəifləyirdi. Sofi təqibçilərdən uzaqlaşmağa müvəffəq olmuşdu,
amma Lenqdon bunun sonna qədər belə olacağına şübhə edirdi.
Sükanın arxasında oturmuş Sofi sviterinin cibini eşələdi. Kiçik metallik əşya
çıxarıb Lenqdona uzatdı.
- Robert, bir buna baxın. «Madonna mağarada» rəsminin arxasında babamın
gizlətdiyi şey budur.
Lenqdon əşyanı alıb baxmağa başladı. Onu həyəcan bürüdü. Ağırdır, yuxarı
tərəfi isə bərabərtərəfli xaç şəklindədir. Qəbirin yerləşəcəyi sahəni işarələməkdən
ötrü yerə vurulmuş başıəyri mıxın miniatür surətinə oxşayır. Sonra Lenqdon gördü
ki, açarın xaçşəkilli başlığından keçən oxunun eninə kəsiyi üçkünc prizma əmələ
gətirir. Və oxun üzərində nizamsız yerləşmiş yüzlərlə altıguşəli kiçik batıqlar var.
- Bu, lazerin köməyi ilə hazırlanmış açardır. – Sofi dedi. – Altıbucaqlı batıqlar
isə ehtiyat elektron cihazdır.
Açar?.. Lenqdon beləsini heç zaman görməmişdi.
- Çevirib o biri tərəfinə baxın, - o, maşını yolun o biri zolağına sürüb dedi. Və
növbəti yolayrıcını keçdi.
Lenqdon açarı çevirdi və təəccübdən ağzı açıla qaldı. Xaçın ortasında incə
işlənilmiş zanbaq, fleur-de-lis və P.S. hərfləri vardı.
- Sofi! – o, ucadan dendi. – Bu ki, sənə haqqında danışdığım heraldik
zanbaqdır. Sion Prioratının rəsmi gerbi.
O, başını tərpətdi:
- Mən də dedim ki, bu açarı çox-çox əvvəl, hələ uşaq vaxtlarımda görmüşdüm.
Babam xahiş etmişdi ki, onun haqqında heç kimə danışmayım.
Lenqdon gözlərini bu qeyri-adi açardan çəkmirdi. Qəribə uyğunluqdur: yüksək
lazer texnologiyaları və qədim rəmz. Bu açar – sanki, keçmişi indi ilə birləşdirən
körpüdür.
- Bir də babam demişdi ki, bu, onun müxtəlif sirlər saxladığı mücrünün
açarıdır.
Cak Sonyerin hansı sirləri gizlədə biləcəyini fikirləşdikcə Lenqdonun bədəni
ürpəşirdi. Amma bu futurist açarla cəmiyyətin nə iş gördüyünü təsəvvür etmək
mümkün deyildi. Görünür, Priorat yalnız bir məqsədlə mövcud imiş: öz sirrini


qorumaq üçün. Qeyri-adi məğlubedilməz gücün və hakimiyyətin sirrini. Amma bu
açar nə üçündür?
- Siz bilirsiniz, o, nəyi açmaq üçündür? Heç olmasa, bu barədə nəsə fikriniz
var?
Sofi tamam ruhdan düşdü.
- Mən ümid edirdim ki… siz bunu bilirsiniz.
Lenqdon əlindəki qəribə açarı fırladaraq susurdu.
- Xristian əşyasına oxşayır, - Sofi dedi.
Lenqdon buna əmin deyildi. Açarın başlığı ənənəvi xristian xaçına qətiyyən
oxşamır. Xristian xaçının üfüqi xətti şaquli xəttə nisbətən qısa olur. Açardakı xaç isə
kvadratşəkillidir – dörd xəttin hamısı bərabər uzunluqdadır – belə xaçlar
xristianlıqdan min beş yüz il əvvəl mövcud olub. Dünyada heç bir xristian belə
xaçdan istifadə etməyib. Xristianlar sonralar ənənəvi xaça çevriləcək latın xaçına,
yəni hələ qədim romalılar tərəfindən işgəncə aləti kimi istifadə edilən xaça
üstünlük veriblər. Lenqdonu bir fakt həmişə təəccübləndirirdi: çarmıxa çəkilməni
görən çox az sayda xristian bilirdi ki, bu simvolun adının özündə xristianlığın
mahiyyətinə yad olan fikir gizlənib. Axı «xaç» və «çarmıxa çəkmək» sözləri
(«cross», «crucifux») latın sözü olan «cruciare» («əzab, işgəncə vermək»)
sözündən yaranıb.
- Sofi, mən yalnız bir şeyi deyə bilərəm ki, - o dedi, - belə bərabərtərəfli xaçları
«sülh xaçları» adlandırırmışlar. Onların kvadrat konfiqurasiyası edam və ya işgəncə
zamanı istifadə olunmaqlarını mümkünsüz edir, eyni uzunluqlu şaquli və üfüqi
xətlər isə «kişi və qadın başlanğıcı»nın birləşməsi simvoludur. Bu isə cəmiyyətin
fəlsəfəsinə tam uyğundur.
Sofi yorğun-arğın ona baxdı:
- Deməli, heç bir ideya yoxdur, hə?
- Heç bir, - Lenqdon fikirli-fikirli cavab verdi.
- Yaxşı. İndi isə baş yoldan dönəcəyik. – Sofi yan güzgüyə baxdı. – Biz
təhlükəsiz yerə getməliyik. Orda fikirləşərik ki, bu açar nəyi aça bilər.
Lenqdon «Rits» otelindəki rahat nömrəsini xatırladı. Yox, qəti aydındır ki, ora
getmək olmaz.
- Parisdəki Amerika universitetindən olan kollegalarımın birinin yanına getsək?
- Çox risklidir. Faş mütləq ünvanların hamısını yoxlayacaq.
- Axı, sizin tanışlarınız olmalıdır. Siz ki, burda yaşayırsınız.
- Faş, mənim bütün telefon zənglərimi və elektron poçtumu yoxlayacaq. İş
yoldaşlarımla danışacaq. Və dərhal biləcək ki, mən kimlə ünsiyyətdə oluram.
Oteldə nömrə almağınsa mənası yoxdur, çünki orda qeydiyyat tələb olunur.
Lenqdonun ağlına yenə həmin fkir gəldi: Luvrda olarkən Faşa təslim olmaq
daha yaxşı deyildimi?
- Gəlin, səfirliyə zəng edək. Mən vəziyyəti izah edərəm, səfirlik isə öz
adamlarını bizim dalımızca göndərər. Görüş yeri təyin edərik və…


- Görüş? – Sofi çevrilib ona baxdı. – Mən görürəm ki, Robert, siz şirin xəyallar
qurmağı yaxşı bacarırsınız. Sizin səfirliyin yurisdiksiyası ancaq onun yerləşdiyi
əraziyə aiddir. Onlar öz adamlarını bizim dalımızca göndərsələr, onun özünü də
fransız polisinin axtardığı cinayətkarla əlbir olduğuna görə günahlandırarlar. Buna
yol vermək olmaz. Səfirliyin ərazisinə gedib sığınacaq istəmək və Fransada mövcud
olan qanunu pozmağı onlardan xahiş etmək tamam başqa-başqa şeylərdir. – O,
başını yırğaladı. – Elə indicə öz səfirliyinizə zəng etməyə çalışın. Mən əvvəlcədən
bilirəm ki, onlar sizə nə cavab verəcəklər. Deyəcəklər ki, sonrakı xoşagəlməz
halların qarşısını almaq üçün siz Faşa təslim olmalısınız. Əlbəttə ki, sizin
vəziyyətinizin yüngülləşməsindən və ədalətli məhkəmənin keçirilməsindən ötrü
bütün diplomatik kanallardan istifadə edəcəklərini deyəcəklər. – O, Yelisey küçəsi
boyu düzülmüş mağazaların vitrinlərinə baxdı. – Sizin üstünüzdə nə qədər pul var?
Lenqdon pulqabıya baxdı.
- Yüz dollar. Bir qədər də avro. Necə məgər?
- Kredit kartı varmı?
- Hə, əlbəttə.
Sofi sürəti artırdı və Lenqdon onun nəsə plan qurduğunu anladı. İrəlidə,
Yelisey küçəsinin sonunda, Napoleonun öz qələbələrini əbədiləşdirmək üçün
tikdirdiyi 154 fut hündürlükdə olan triumfal arka göründü. Onun arxasında doqquz
hərəkət zolağı olan dairəvi meydan yerləşirdi.
Sofi bura yaxınlaşaraq arxa güzgüyə baxdı.
- Deyəsən uzaqlaşmışıq, - o dedi. – Əgər bu maşında qalsaq beş dəqiqədən
sonra qırğı kimi üstümüzü alacaqlar.
Ona görə başqa maşın oğurlamaq lazımdır, Lenqdon düşündü, onsuz da biz
cinayətkarıq.
- Nə etmək istəyirsiniz?
- İndi anlayarsınız, - Sofi dedi və meydana tərəf maşını sürdü.
Lenqdon dinmədi. Bu axşam ərzində o, bu qadına birinci dəfə deyildi ki, bel
bağlayırdı. O, pencəyinin qolunu çəkib saata baxdı. Bu, üstündə Mikki-Mausun
təsviri olan mexaniki qol saatı idi. Lenqdonun valideynləri ad günündə hədiyyə
etmişdilər. Lenqdonun on yaşı tamam olanda. Bu saatın siferblatı çoxlarının
xoşuna gəlməsə də, Lenqdon yalnız onu taxırdı. Disney animasiyası ilə tanışlıq bir
növ təkan rolunu oynamışdı, məhz o vaxtdan Lenqdon rənglərin və formaların
magiyası ilə maraqlanmağa başladı. Nə isə, bu an Mikki-Maus 02.51-i göstərirdi.
- Maraqlı saatdır, - Lenqdonun biləyinə tərəf baxan Sofi dedi və maşını saat
əqrəbinin əksi istiqamətində dairəvi meydançada sürdü.
- Uzun əhvalatdır, - o, pencəyinin qolunu düzəldərək dedi.
- Hə, yəqin ki, - Sofi gülümsəyərək dedi. İndii onlar şəhərin mərkəzindən
şimala doğru gedirdilər. İki yolayrıcını keçdikdən sonra, Sofi əyləci basıb sağa,
Malzerb bulvarına tərəf döndü. Onlar yaşıllıqlarla əhatə olunmuş dəbdəbəli villalar


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə