Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   28   29   30   31   32   33   34   35   ...   115

Seminar məhbəs kitabxanasında aparılırdı. Lenqdon slaydları nümayiş etdirir
və bir qrup kişi-dustaqlarla «Mona Liza»nın sirlərini bölüşürdü. Məhbusların onu
maraqla dinləməsi və kobud da olsa, ağlabatan replikalar atması Lenqdonun
təəccübünə səbəb olmuşdu.
- Onun üzünün arxasındakı fonun, yəni arxa planın hamar olmadığını görmək
mümkündür. – Rəsmin divarda böyüdülmüş təsvirinin önündə var-gəl edən
Lenqdon dedi. – Da Vinçi üfüq xəttini təsvir edib və sol hissədə bu xətt sağdakına
nisbətən xeyli aşağıdır.
- Bəlkə, içkili olub, hə? – dinləyicilərdən biri soruşdu.
Lenqdon gülümsündü:
- Yox. Da Vinçi tez-tez içmirdi. Bu onun kiçik fokuslarından biridir. Rəsmin sol
hissəsində kənd peyzaclı üfüq xəttini aşağı salaraq o, müşahidə baxımından Mona
Lizanın üzünü böyütmüşdür. Da Vinçi bu üsuldan tez-tez istifadə etmişdir. Alimlər
təsdiq edirlər ki, «kişi və qadın başlanğıcı» konsepsiyasına uyğun olaraq, sol tərəf
həmişə qadın, sağ tərəf isə kişi hesab edilib. Da Vinçi də öz baxışlarına görə
qadınlığın vurğunu olduğundan, üfüqün təhrif olunması hesabına Mona Lizanın
üzünü daha böyük təsvir edib.
- Mən eşitmişəm ki, o, kişibaz olub, - alçaqboylu keçisaqqal məhbus dedi.
- Tarixçilərin bu barədə müxtəlif fikirləri var. Ümumiyyətlə, siz haqlısınız. Da
Vinçi homoseksualist olub. – Lenqdon üzünü turşudaraq dedi.
- Deməli, buna görə o, qadın vücudları ilə əylənirmiş?
- Müəyyən mənada. Da Vinçi «qadın və kişi başlanğıcları» arasında balans
tapmağa çalışırdı. Bir canda iki başlanğıcın yaşadığı zaman insan ruhunun xoşbəxt
olacağına inanırdı.
- Kişinin şeyi ilə qadının orqanı bir yerdə olduğu kimi? – kimsə soruşdu.
Auditoriya bərkdən qəhqəhə çəkdi. Lenqdon «hermafrodit» sözünün
etimologiyasını izah etmək istədi, demək istədi ki, bu söz iki allahın – Hermes və
Afroditanın adından yaranıb, lakin daxili səsinə qulaq asıb bunun mənasız
olduğunu hesab etdi.
- Mister Lenqdon, deyin görək, - əzələli oğlan soruşdu, - doğrudanmı, «Mona
Liza» Da Vinçinin qadın paltarında öz portretidir? Çoxları belə hesab edir.
- Tamamilə mümkündür. – Lenqdon cavab verdi. – Da Vinçi böyük zarafatçı
olub. Həm də «Mona Liza»nın və Da Vinçinin öz avtoportretinin kompüter analizi
bu iki şəxsin əsas antropometrik göstəricilərə görə uyğun olduğunu təsdiq edir.
Amma Da Vinçinin nə uydurmasına baxmayaraq, - Lenqdon davat etdi, - onun
«Mona Liza»sı nə kişidir, nə də qadın. O, əks cinsləri özündə birləşdirir. Bu iki
başlanğıcın birləşməsidir.
- Bəlkə siz, müxtəlif Harvardlarda qəbul edildiyi kimi, bunu intelligent sayağı
ifadə etmək istəyirsiniz. Amma bunun əvəzində sadəcə demək lazımdır ki, bu
Mona Liza eybəcərdir, vəssalam!
Bu dəfə Lenqdon qəhqəhə çəkdi!


- Bəlkə də, siz haqlısınız. Amma Leonardo da Vinçi portretdə iki əks cinsi
birləşdirdiyini bizə xəlvəti anlatmaq üçün açar qoyub. Siz nə vaxtsa Amon adlı misir
allahı haqqında eşitmisinizmi?
- Əlbəttə ki! – cüssəli bir kişi bərkdən dedi. – Bu, kişi gücünün allahıdır!
Lenqdon heyrət içində idi.
- Prezervativ qutusunun üstündə «Amon» yazılıb, - yekəpər gülümsündü, -
onun altında isə qoyun başlı oğlan təsvir olunub, aşağısında isə yazılıb ki, bu
Misirin nəsilartırma allahıdır.
Bu marka Lenqdona məlum deyildi, ancaq bu profilaktik alətin istehsalçılarının
yaxşı ad seçdiklərinə sevinmək olardı.
- Afərin! Bəli, Amonu doğrudan da, qoyun başlı kişi kimi təsvir ediblər. Bu
heyvanla bağlı dolaşıqlıq var, amma onun əyri buynuzları dağıdıcı seksual gücü
ifadə edir. Bizdə belə kişiləri «döyüşkən» adlandırırlar.
- Doğrudanmı belədir?
- Doğrudan. – Lenqdon cavab verdi. – Bəs, bilirsizmi ki, Amonun tərəf müqabili
kim olub? Misirin nəsilartırma ilahəsi. Onun adı nədir?
Auditoriya susurdu.
- İzis yaxud İsida, - Lenqdon dedi və təbaşir parçasını götürdü. – Deməli, kişi-
Allah Amondur. – O, lövhədə yazdı. – Və qadın ilahə – İzis. Qədimdə misirlilər onun
adını piktoqramla yazırdılar, bunu isə L’ İZA kimi də oxumaq mümkün idi.
Lenqdon lövhədə yazdı və bir az kənara çəkildi.
AMON L’ İZA
- Hə, deyə bilərsiniz, nə alındı?
- Mona Liza… ilahi! – məhbuslardan biri dilləndi.
Lenqdon başını tərpətdi:
- Deməli, siz görürsünüz ki, yalnız Mona Lizanın üzü müəmmalı deyil. Onun adı
da qadın və kişi başlanğıclarını birləşdirən anaqramdan ibarətdir. Bu, Da Vinçinin
kiçik sirridir, məhz ona görə, Mona Liza müəmmalı şəkildə bizə gülümsünür. Sanki,
heç kimin bilmədiyi xüsusi bir şeyi bilir.
- Babam burda olub! – Sofi ucadan dedi və rəsmdən on fut aralıda dizləri üstə
çökdü. Fənərin işığında parket döşəmədəki ləkəni göstərdi.
Lenqdon əvvəlcə heç nə görmədi. Sonra, onunla birlikdə dizi üstə çöküb
qurumuş məhlul damcısına baxdı. Bu nədir? Mürəkkəbdir? Və birdən xüsusi
markörlərin necə istifadə olunduğunu xatırladı. Qan! Sofi haqlıdır. Cak Sonyer
ölümündən qabaq doğrudan da «Mona Liza»nın görüşünə gəlib.
- O, bura boş yerə gəlməzdi, - Sofi pıçıldayıb ayağa qalxdı. – Bilirəm, o burda
mənə yenə bir ismarıc qoyub. – O, rəsmə tərəf qaçdı və onun aşağısında döşməyə
işıq saldı. Sonra işıq şüasını parketdə hərəkət etdirdi. – Burda heç nə yoxdur!
Bu an Lenqdon gülləkeçirməz şüşədə ləkə gördü. Sofinin əlindən tutub özünə
tərəf çəkdi. İndi onlar ikisi də rəsmə baxırdılar.
Və ildırım vurmuş kimi yerindəcə quruyub qaldılar.


Cokondanın üzü boyunca, şüşənin üstündə qırmızı rəngdə altı söz yazılmışdı.
XXVII FƏSİL
Cak Sonyerin kabinetində stolun arxasında oturmuş Kolle dəstəyi qulağına sıxıb
gözlərini qıymışdı. Mən Faşı düz başa düşdüm?
- Sabun parçasında? Amma Lenqdon düyməcik haqda necə bilib?
- Sofi Neve – Faş cavab verdi, - Bunu o, Lenqdona deyib.
- Niyə axı?
- Yaxşı sualdır, mən Sofinin ona kömək etdiyini təsdiq edən lent yazısına indicə
qulaq asmışam.
Kollenin bir anlığa dili tutuldu. Neve niyə belə etmişdi? Onun məhkəmə
polisinin apardığı əməliyyatı pozduğunu sübut edən dəlillər var Faşda. Sofini nəinki
işdən qovmaq, onu məhkəməyə vermək lazımdır!
- Amma kapitan… Lenqdon indi hardadır?
- Muzeydə hər hansı siqnalizasiya işə düşübmü?
- Xeyr, ser.
- Böyük qalereyaya olan girişdə dəmir hörgünün altından bir nəfər də olsun
keçməyib ki?
- Xeyr. Biz orda, muzeyin mühafizəçisini qoymuşuq. Əmr etdiyiniz kimi.
- Yaxşı. Onda, Lenqdon Böyük Qalereyada olmalıdır.
- Burda? Axı, o burda nə edir ki?
- Luvrun mühafizəçisi silahlıdır?
- Bəli, ser. Onun rütbəsi də böyükdür.
- Onu çağırın, - Faş əmr etdi. – Adamların hamısını binanın çıxışlarına qoymaq
lazımdır. Bir neçə dəqiqə buna bəs edər. Mən istəmirəm ki, Lenqdon aradan çıxsın.
– Faş susdu və sonra dedi: - Və mühafizəçilərə deyin ki, agent Neve də onunladır.
Lenqdonla.
- Mən agent Nevenin getdiyini düşünürdüm.
- Yoxsa, onun çıxdığını görmüsünüz?
- Xeyr, ser, amma…
- Küçədə növbə çəkən bizim adamlardan heç biri onun çıxdığını görməyib.
Amma içəri girdiyini görüblər.
Kolle Nevenin ağılsızlığından dəhşətə gəldi. Doğrudanmı o, hələ də binadadır?
- Hərəkət edin! – Faş dedi. – Mən qayıdana qədər Lenqdon və Nevenin
əllərinə qandal vurulsun!


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə