DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə4/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   2   3   4   5   6   7   8   9   ...   77

11 

 

hüsuli  olduğuna  görə  Tanrıya  da  bilik  (mərifət)  isnad  etmək 



doğrudur.  Ancaq  bu  barədə  ifratçılıq  olub,  şəriət  rüsumu  ilə  bir 

yerə sığmaz: çünki kəlam elmində belə bir məsələ yoxdur. 



Kəşf əhli olan bəzi tədqiqatçıların dediyinə görə, bilik (mərifət

elmdən yüksəkdir; çünki, onların fikrincə, ilahiyyat haqqında mə-

sələlər və istilahlara aid hər nə varsa, elmdir, zat və sifətlərə aid 

olanlar isə bilikdir (mərifətdir). Məsələnin belə qoyuluşu həqiqə-

tin  əksinədir;  çünki  Tanrıya  öz  kəlamında  (Quranda)  bilik  deyil, 

elm sifəti isnad edilir və beləliklə, elm bilikdən yüksəkdir.

1

 



Füzuli  təcrübə  toplamaqla  qazanılan  vərdişləri,  məlumatları 

elm  oxumaqla  əldə  edilən  savadla,  biliklə  müqayisə  edir.  Miflər 

məhz  ulu  əcdadın  təbiət  üzərində  uzun  sürən  müşahidələrinin 

nəticəsi olaraq kortəbii şəkildə meydana gəlmişdir. Belə ki, buğ-

danın  hər  il  qış  aylarında  torpağa  basdırılıb  o  biri  dünyaya  get-

məsi və istilər düşəndə cücərib təzədən qayatması haqqındakı tə-

səvvür mifdir. Tarixin sonrakı aşırımlarında bu təbiət hadisəsinin 

elmi dərki tapılır. Məsələn, toxumun səpilib yetişdirilməsində su-

varmanın mühüm əhəmiyyət kəsb etməsi şübhəsizdir. Lakin uzun 

sürən müşahidələr nəticəsində bitkilərin inkişafına tə‘sirini görüb 

hər il eyni qaydada suvarma işini yerinə yetirmək hələ bilik əldə 

etmək  deyil.  Onun  elmi  şərhi  yalnız  becərmənin  mexanizminin 

öyrənilməsi ilə reallaşa bilər. Məhz bundan sonra təbiətdə baş ve-

rən bu elementar (bu gün bizə elementar görünən) hadisənin ger-

çəkliyi, həqiqi dərki insanlara bəlli olmuşdur. Beləliklə, elm dün-

yadakı  varlıqların  mahiyətini  anlamağa,  törəmə  və  inkişaf 

səbəblərini düzgün izaha xidmət edir. 

Bizcə,  mifləri  elmdən  ayıran  cəhəti  hər ikisinin  dünyanı dərk-

etmə  alətində  -  metodunda  axtarmaq  lazımdır.  Hegelin  dili  ilə 

desək, «Metod vasitənin subyektiv tərəfində dayanan elə bir alət-

dir  ki, onun köməyi ilə  gerçəkliklə –  obyekt  və  subyekt  arasında 

əlaqə  yaranır».

2

  Məhz  dünyanı  dərketmə  məsələsində  istifadə 



etdiyi  alətlərin  müxtəlifliyinə  görə  elm  miflərdən  ayrılır.  Lakin 

elm  mifləri  inkar  etmir,  əksinə  onun  müxtəlif  sistem  və  model-

                                                           

1

 Füzuli. Göstərilən əsəri, s.89 



2

 Гегель. Наука логики. - М., 1972, т. III, с. 291. 




12 

 

lərindən  faydalanır.  Miflərdə  qoyulan  bir  çox  ideyalar  sonradan 



elmi  kəşflər  sayəsində  reallaşır. Miflərdə dünya bütöv,  vahid  ob-

raz kimi (vahid dünya modeli şəklində) götürülür, onun element-

ləri təfəkkürdə gerçəklikdən uzaq fantastik şəkil alır. Elmin ayrı-

ayrı  sahələrində  isə  dünyanın  atributları  həqiqətdə  olduğu  kimi 

şərh  edilir.  Bu  mənada  elm  miflərlə  dialoqa  girir,  ikisi  arasında 

lap qədimlərdən başlanan «diskusiya» nəticəsində təbiətdəki hadi-

sələrin  sirrləri  açılır.  Başqa  sözlə,  elm  miflərdə  qoyulan,  arzula-

nan məsələləri öz yolu ilə reallığa çevirir, gerçəkləşdirir. Məsələn, 

miflərdə yer üzündə insan əlləri ilə yaradılan bir sıra əşyanın güc 

sərf olunmadan hərəkətə gətirilməsinə və öz-özünə idarə edilmə-

sinə rast gəlirik. Belə ki, Azərbaycanda yaranmış qədim miflərin 

birində iki dünya arasında fantastik qapı təsvir olunur. Onun qıfılı 

işıq, açarı isə şüadır. İkitaylı qapı səslə (müqəddəs kəlamları eşit-

məklə) və şüa ilə açılıb-bağlanır.

1

 «Əlibaba və qırx quldur» nağı-



lındakı mağaranın qapısının «sim-sim»lə idarə edilməsini də yadı-

nıza salın. Deməli, ulu əcdad kənardan şüa və səslə əşyalara tə’sir 

etməyin mümkünlüyünün mifik formulunu vermiş, elm isə bizim 

günlərimizdə  bu  ideyanı  gerçəkləşdirmişdir  (ultra  şüalarla  uzaq-

dan  televizorların  yandırılması,  idarə  olunub  söndürülməsi,  eləcə 

də  mifdə  göstərildiyi  şəkildə  qapıların  gözəgörünməz  şüalarla 

açılıb-bağlanmasını görməyən tapılmaz). Adama elə gəlir ki, ulu 

əcdadın  təfəkküründə  kortəbii  şəkildə  yaranan  bütün  qəribə  for-

mullar  reallığa,  həqiqətə  çevrilə  bilər.  Olsun  ki,  dünyanın  yaran-

ması və sonu ilə bağlı mifik təsvirlərin də arxasında hansısa ger-

çəklik  gizlənmişdir. Buradan belə nəticə  çıxır ki, elm miflərdəki 

fantaziyanın gerçəkliklə bağlılığını, əlaqəsini tə’min edən vasitə-

dir.  Ona  görə  də  elmlərin  tarixi  köklərinin  miflərə  söykəndiyini 

danmaq, inkişafdakı varisliyi, ən’ənəni görməmək deməkdir. 



 

                                                           

1

Абу-Бакр­ибн­Хосров­ал-Устад. Муниснаме­/­пер.­и­примеч. 



Р.М.Алиева. –Б.,­Язычы, 1991, s. 564-565. 


13 

 

Ədəbiyyat



 

 

1.

 



Абу-Бакр­ибн­Хосров­ал-Устад. 

Муниснаме­/­пер.­и­примеч.  Р.М.Алиева.  –Б.,­Язычы, 

1991, s. 564-565. 

2.

 



Борев Ю. Естетика. - М., 1988, с. 8. 

3.

 



Гегель. Наука логики. - М., 1972, т. III, с. 291. 

4.

 



О возвышенном. – М.-Л., 1966, s. 5. 

5.

 



Мелетинский Е.М. Общее понятие мифа и мифологии. 

- в кн. «Мифологический словарь», М., 1991, с. 654. 

6.

 

Məhəmməd Füzuli. Əsərləri. V cild. - Bakı, 1985, s. 110 



 

 

 

 

 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə