17
yıla bilirdi. Böyük sənətkar məhz buna görə də qəzəl janrına daha
çox əhəmiyyət verir, öz mütərəqqi fikirlərinin, qəlb duyğularının
geniş xalq kütlələrinin içərisində yayıla bilməsi üçün qəzəl janrı-
nın daha çox əlverişli olduğunu başa düşürdü”.(4, s.113) Yuxarı-
da söylənilənləri bir daha nəzərdən keçirərək qeyd edək ki, hör-
mətli tədqiqatçı alimin qeyd etdiyi kimi Füzulinin qəzələ mətbua-
tın, nəqliyyatın olmadığı o dövrdə xanəndələr tərəfindən yayıl-
ması səbəbindən üstünlük verməsini bir o qədərdə doğru hesab et-
mək olmazdı. Çünki, Füzuli qəzələ onun sadə xalq təbəqələri tə-
rəfindən mənimsənilməsini düşünüb önəm verirdi. Sadə, zəhmət-
keş təbəqələr yalnız sadə dildə anlayışlı yazılan, həcmcə kiçik
olan qəzəlin vasitəsilə həm bədii sözün qüdrətini anlayacaq. Şe-
riyyət nədir? Onu dərk edəcək, həm də qəzəlin məzmunundan
şairin fikirlərini, söylənilənlərin mənasını anlamaq qüdrətində
olacaq. Digər tərəfdən şair şeirin qəzəl növündə sultanları, saray
əyanlarını mədh etmək mümkün olmadığından ona yüksək dəyər
vermişdir. Çünki, qəzəl həmdə bu mövzuda yazmaq istəməyən
şairləri ondan xilas edirdi. O cümlədən Füzulini də.
Klassik poeziyada üç ünsür əql, iradə, eşq həmişə ədavətli
olub. Əqlin, iradənin, eşqin qarşı durmasına, daha çox aşiqanə
mövzuda yazılan qəzəllərdə rast gəlinir. Füzuli də özündən əvvəl-
ki klassiklərin yolu ilə getmiş, əqli, iradəni, eşqi üz-üzə qoymuş
üstünlüyü eşqə vermişdir. Nümunə üçün “Əql yar olsaydı” qəzə-
linə nəzər salaq.
Əql yar olsaydı, tərki-eşqi- yar etməzmidim?
İxtiyar olsaydı, rahət ixtiyar etməzmidim?
Ləhzə-ləhzə surətin görsəydim ol şirinləbin,
Sən kimi,ey Bisutun,mən həm qərar etməzmidim? (3,səh72)
Elmi ədəbiyyatdan məlumdur ki, aşiqanə mövzuda yazılan
qəzəllərdə iki və ya üç obraz iştirak edir. Aşiq, məşuqə və əgyar.
“Əql yar olsaydı” qəzəlində bu obrazların üçü də iştirak edir. Qə-
zəl şikayət formasında yazılıb. Düşdüyü eşqin burulğanında çır-
pınan aşiq məşuqəsinə halından, əqlinin ona qulaq asmamasından
şikayət edir. Əqli aşiqə həmdəm olmur, məşuqəsinə olan sevgisi,
hissləri, duyğuları onu üstələyir. Sevdası iradəsini əsir edir. Əgər
18
bu yolda əqli ilə iradəsi birləşib ona dost, həmdəm olsaydı, aşiq
eşqindən üz döndərər, rahat ömür sürərdi. Şirin dodaqlı yarın
surətini ay kimi hərdən az-az görsə, niqabın altından ona bir
nəzər salsa, üzünün bir hissəsini göstərsə aşiqinə bu da bəs edərdi.
Bisütün dağı kimi yerində bərqərar olar, səbirsizlik göstərib
vətəni tərk etməzdi.
Nişə məhrəm eylədin səmi, məni məhrum edib,
Mən sənin bəzmində can nəqdin nisar etməzmidim.
(3, səh72)
Məni özündən uzaqlaşdırıb əğyarı dost bildin. Əgər məni
özünə dost, həmdəm seçsəydin tənimlə səni sənə baxan yad
nəzərlərdən gizlədərdim. Sənin məclisində (eyş-işrət məclisində)
canımı sənə hasar edərdim. Füzuli nişə deyəndə əğyarı nəzərdə
tutub onu balın üstünə qonan zəhərli həşərata bənzədir.
Eşiqinin aləmə faş olacağından qorxan aşiq sirrini gizli
saxlayır ki, məşuqəsinin adı dillərə düşüb ona ləkə gətirməsin.
Əlinə fürsət düşən sözbazlar bundan faydalanmasın. Məşuqəsin-
dən dərdinə əlac görməyən aşiq eşqinin aşikar olmasından qorxub
dərdinə dərman üçün təbibə getməyə də ehtiyat edir.
Dərdimi aləmdə, pünhan tutduğum naçardır,
Uğrasaydım bir təbibə aşikar etməzmidim? (3, səh72)
Göründüyü kimi bu beytdə Füzuli həm də mənəvi əxlaqi-
tərbiyə məsələlərinə də toxunur.
Eşqdən canımda bir pünhan mərəz var, ey həkim
Xəlqə pünhan dərdim izhar etmə, zinhar, ey həkim
Var bir dərdim ki, çox dərmandan artıqdır mənə,
Qoy məni dərdimlə, dərman eyləmə, var, y həkim
Gəl mənim tədbiri-bihudəmdə sən bir səy qıl,
Kim, olam bu dərdə artıqraq giriftar, ey həkim!...
(3, səh171)
Aşiq xəstə yatağında ona uğrayan, lakin mərəzini tapmaqda
aciz qalan təbibə dərdini anladıb xalqdan onu gizli saxlamağı xa-
hiş edir. Təbibdən mərəzini sağaldacaq dərman yox, onu düşdüyü
bəlanın betərinə giriftar edən tədbirdə bulunmağını istəyir.
19
Vaizin küfrün mənim rüsvaylığımdan qıl qıyas,
Onda sidq olsaydı, mən təqva şüar etməzmidim?
(3, səh 72)
Dindarın dinsizliyi ilə mənim rüsvayçılığımı müqayisə etsən,
əgər onda sidq bağlılığı olsaydı mən də dinə qadağan olunan bu
nişandan əl çəkərdim. Əgər onun tutduğu yolda aşiqliyi, əqidəsinə
bağlılığı həqiqət olsaydı gerçəyi görərdi. Mənim aşiqliyimi rüs-
vayçılıq bilməzdi. Nə qədər ki, o bu yoldadı məni anlamayacaq,
məni rüsvay biləcək. Mən də bu “nişandan” əl çəkməcəm.
Yuxarıda orta əsrdə insanın-insana bağlılığının, sevgisinin,
məhəbbətinin şəriətə zidd hesab edilməsi qeyd edilmişdi. Füzuli
bu “nişandan əl çəkərdim” deməklə ona işarə etmişdi. Özünü
“Quran ayəsi” kimi təmiz göstərib insani duyğuları şəriətə zidd
hesab edən bundan öz manafeləri üçün yararlanan əslində dinsiz,
imansız din nümayəndələrini ifşa edir.
Şair çox gözəl bilirdi ki, Qurani-Kərimdə, şəriətdə insanın,
insana olan sevgisi, bağlılığı yasaq deyildir. Əksinə Allah insan-
ları bir-birini sevməyə,dost olmağa çağırırdı. Din nümayəndələri
insanın-insana olan sevgisini şəriətə zidd hesab etməklə özlərini
ifşa edir, ariflər, aqillər yanında rüsvay olurdular.
Ya rəb, bəlayi-eşq ilə qıl aşina məni!
Birdəm bəlayi eşqdən etmə cüda məni! (3, səh 213)
Bu misralar aşiqin ürəyinin fəryadıdır. Tanrıya üz tutub mər-
həmətini ondan əsirgəməməsini, eşqin bəlaları ilə onu dost etmə-
sini və bu bəla eşqindən bir an belə məhrum etməməsi üçün
yalvarır.
Az eyləmə inayətini əhli- dərddən,
Yəni ki, çox bəlalara qıl mübtəla məni!
Olduqca mən əl götürmə bəladan iradətim,
Mən istərəm bəlanı, cün istər bəla məni! (3, səh 213)
Bəlanın nəki ağırlıqları var mən ondan əl çəkmərəm, çünki
mən eşq bəlasını istədiyim kimi eşqin bəlasıda məni istər.
Təmkinimi bəlayi-məhəbbətdə qılma süst,
Ta düst tən edib deməyə bivəfa məni!