DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə45/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   41   42   43   44   45   46   47   48   ...   77

139 

 

və təbii koloriti ilə, normal həyat tarixi və dolğun ritmi ilə əks et-



dirilmişdir.  Elçinin  romanlarında  (“Ölüm  hökmü”,  “Ağ  dəvə”, 

“Mahmud və Məryəm” də olduğu kimi) tarixiliklə müasirliyi us-

talıqla yaradıcı bir təxəyyüllə birləşdirə bilmişdir. 

Ədəbiyyatımızda “Mahmud və Məryəm” tipli bənzərsiz folk-

lor romanlarını yarada bilmək də məhz Elçinə nəsib olmuşdur. Bu 

romanda  folklor  motivi  müasir  həyatın  problemləri  ilə  bacarıqla 

uzlaşdırılmışdır. Bütövlükdə millilik və müasirlik Elçinin yaradı-

cılığının ana xəttini müəyyən edir. Bu cəhət də xüsusi qeyd olun-

malıdır  ki,  Elçinin  əsərlərindəki  müasirlik  ruhu  konkret,  bəlli  bir 

mərhələnin bədii ovqatının ifadəsi olaraq qalmır, davamlı xarakter 

daşıyır,  inkişaf  edən  həyatla  birgə,  yanaşı  addımlaya  bilir.  Bu 

xüsusiyyət  onun  nəsrində  olduğu  kimi,  drama-turgiyasında  da 

qabarıq şəkildə nəzərə çarpır [1,6]. 

Elçinin  dram  əsərlərində  verdiyi  adlar  da  xüsusi  diqqəti  cəlb 

edir. Novator sənətkar kimi tanınan yazıçı, nə qədər novatordursa, 

bir  o  qədər  də  ənənələrə  bağlıdır.  Misal  üçün  “Dəlixanadan  dəli 

qaçıb” komediyasında Elçinin müraciət etdiyi mövzu, sanki  yeni 

dövrün “Dəli yığıncağı”ndan ibarətdir.  

Müxtəlif bu əsərlərində hadisələrin cərəyan etdiyi məkanı qə-

zet redaksiyası kimi düşündürmüşdür. Əsər boyu pyesin əsas işti-

rakçıları – professor, şəfqət bacısı, məsul katib, siyası icmalçı, şö-

bə müdiri, katibə, ədəbi işçi (şair) özünün səhnədəki əməl və rəf-

tarları ilə dəlixana adamları kimi nəzərə çarpır, lakin, Elçin, onlar-

dan  hər  birinin  fərdi  xüsusiyyətlərini  də  sənətkarlıqla  müəyyən 

etmişdir.  

Fikrimcə, Elçinin “Dəlixanadan dəli qaçıb” tragedikomediyası 

ilə  “Mənim  ərim  dəlidir”  pyesi  bir-birini  təkrar  etməmək  şərtilə 

bir-birini  tamamlayır.Bu  əsərləri  müstəqillik  dövrü  Azərbaycan 

dramaturgiyasında ilk dialogiyada adlandırmaq mümkündür. Hər 

iki əsər, eləcə də “Ah, Paris, Paris”, “Mən sizin dayınam”, “Qatil” 

və  s.  kimi  pyesləri  həm  ayrılıqda,  həm  də  bir  yerdə  yaşadığımız 

yaxın dövr tarixinin, mühütün və cəmiyyətin bədii dərkinə sanbal-

lı  töhfədir.  Buna  görə  də  həmin  əsərlər  xalq  yazıçısı  Elçinin  cə-

miyyətşünas bir dramaturq olduğunu qəti olaraq  təsdiq edir və bu 




140 

 

əsərlərin  ədəbi  tənqidin  yüksək  elmi  qiymətini  alması  müəllifin 



həm  də  yeni  dövrün  yeni  əsas  aparıcı  dramaturqu  olduğunu  təs-

diqləyir. [28,7]. Bütövlükdə Elçin yaradıcılığınada istər əsərlərinə 

verilmiş adlar, istərsə də obraz adları yazıçının yaratdığı sürətlərin 

tamını  təşkil  edir.  Dilçilikdə  onomastik  vahidlərin  tədqiqində 

klassik ədəbiyyat nümunələrində ayrıca işlər aparılmışdır. 

A.Paşayev  “Nizami  Gəncəvinin  poetik  antroponimiyası”, 

M.Adilov “Füzuli qəzəllərində xüsusi adların üslubi poetik xüsu-

siyyətləri”,  E.Quliyeva  “Rəşidəddinin  Oğuznamə  əsərində  antro-

ponimlər”, Cavadov Ə., Cahani Q. “Nizaminin əsərlərində hidro-

nim haqqında”, Firuzə Məmmədlinin “Bədii dilin estetik mənbə-

ləri” və s. kimi tədqiqatlar klassik poeziyanın üslubi məqamlarını 

açmaq məqsədi daşıyır [9]. 

Həm xalq ədədbiyyatında, həm klassik ədəbiyyatda onomastik 

vahidlərin  tədqiqi  bir  növ  həmin  ədəbiyyatın  poetikasını  tədqiqi 

kimi  də  görünür.  Çünki  bu  adlar  sözün  həqiqi  mənasında  poetik 

çalar daşıyır və bir növ sənətkarın qüdrətini nümayiş etdirir. “Poe-

tik  onomastikanın  mühüm  problemlərindən  bir  ayrı-ayrı  klassik 

yazıçı və şairlərin onomastik vahidlərdən istifadə hər bir yazıçı və 

şairin özünəməxsus fərdi yaradıcılıq xüsusiyyətləri vardır” [10]. 

Ona  görə  də  son  dövr  dilçilikdə  ayrı-ayrı  klassik  və  müasir 

ədəbiyyat  nümayəndələrinin  yaradıcılığı  bir  mənbə  kimi  götürü-

lür. Məs.: F.Bağırovanın “S.Rəhimovun əsəsrlərinin onomastika-

sı”,  [11;12,164-165];  L.Piriyevanın  “Molla  Nəsrəddin  jurnalında 

onomastik vahidlərin linqvistik xüsusiyyətləri”, 1996 [9]; Hüsey-

nova Həcər “Səməd Vurğunun bədii əsərlərində onomastik vahid-

lərin linqivistik xüsusiyyətləri”, 2001 [13];  və  s.  kimi  tədqiqatlar 

sırf  üslubiyyat  məsə-lələri  ilə  bağlı  olan  araşdırmalardır  [14]. 

D.Əliyevanın  “M.S.Ordubadinin  romanlarında  onomastik  vahid-

lərin  linqvistik xüsusiyyətləri”,  Bakı,  1996  [15], R.Məhərrəmova 

“Sabirin  dili”  [16]  adlı  monoqrafiyasında  onomastik  vahidlərin 

üslubi çalarlarını gətirməyə çalışmışdır. 

Şübhəsiz,  satirik  ədəbiyyatda  işlənən  onomastik  vahidlərlə 

ciddi ədəbiyyatdan onomastik vahidlərin xeyli dərəcədə fərqləndi-

rilməsi var.R.Məhərrəmova tədqiqatında şəxs adları əvəzinə “şəx-




141 

 

siyyət adları” termini işlədir. O, tarixi şəxsiyyət adları, şair yazıçı, 



ədiblərin  adları,  satiralar  boyu  təsvir  olunmuş  fırıldaqçı,  dindar, 

nadan, cahil, sadə müsəlman qardaşlarına verilən adlar, qadın tip-

lərinin adları kimi dörd başlıq altında təhlilə cəlb edir [16, 26-34]. 

T.Əliyeva  “Mehdi  Hüseynin  onomastikası”nı,  Bakı,  1997  [17], 

araşdırmalarını  göstərmək  olar.  T.Əliyeva  Mehdi  Hüseynin  ono-

mastikasını  tədqiq  edən  zaman  onomastik  vahidlərin  leksik-se-

mantik  qruplarını  yazıçının  ayrı-ayrı  əsərlərində  ümumiləşdirmə-

yə çalışır. Antroponimlər, toponimlər, ktematonimlər haqqında ət-

raflı məlumat verir və digər istiqamətdə həmin adların qrammatik 

xüsusiyyətləri haqqında danışır. Nəticə etibarilə belə qənaətə gəlir 

ki,  “bədii  əsərlərdə  xüsusi  adların  üslubi  imkanlarına  dair  apa-

rılmış  araşdırmalar  göstərir  ki,  onomastik  vahidlər  bədii  əsərin 

ideyasının oxucuya çatdırılmasında milli  koloritin gücləndirilmə-

sində,  obrazların  daha  canlı  yaradılmasında,  satirik  gülüşün  şid-

dətlənməsində və  s.  məqamlarda  ən dəyərli  dil vahidi rolunu oy-

nayır” [18]. 

Elçinin yaradıcılığında da “Əzizinin cəfası” romanında verilən 

antroponimlər real həyatı şəxsiyyətlərin adlarıdır. Əsərdə Vyaçis-

lav Tixinov, Prof.  Lev Aleksandroviç  Zilber, Mir Cəfər Bağırov, 

Əliağa Vahid, Vera Nikolayevna, Hüseyn Cavid, Yusif Vəzir Çə-

mənzəminli,  Nəriman  Nərimanov,  Ruhulla  Axundov  və  b.  real 

tarixi şəxsiyyətləri bədii ədəbiyyata gətirmişdir. 

Bədii əsərlərdə xüsusi adların tədqiqi problemi dilçilikdə ümu-

mi onomastikanın tərkib hissəsi kimi görünür.Çünki, bədii əsərlər 

üzrə aparılan tədqiqat bütövlükdə onomastik vahidlərin mövcud-

luq mənbələrinin bir hissəsidir. 

Bu şöbədə xeyli tədqiqat işləri aparılmış və maraqlı nəticələr 

əldə  olunmuşdur.  Məs.:  Ə.Quliyevin  “Orxon  Yenisey  abidələri” 

və  “Kitabi-Dədə  Qorqud”  dastanlarındakı    antroponimlərin  tipo-

loji  xüsusiyyətləri,  Ə.Tanrıverdiyevin  “Azərbaycan  türk  mənşəli 

antroponimlərin 

leksik-semantik 

cəhətdən 

qruplaşdırılması 

(XVII-XVIII əsr ədəbi-bədii materialları əsasında)”, Z.Əlizadənin 

“Atalar sözlərində onomastik layın sintaktik və semantik xüsusiy-

yətləri”,  R.Xalıqovanın  “Kitabi  Dədə  Qorqud”  dastanlarında  an-



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə