164
məhdudlaşdırır. Bu isə onun arzusu ilə davranışında, marağı ilə
fəaliyyətində ziddiyyət yaranmasına səbəb olur.
Özünütərbiyə anlayışı geniş mənada özünütəhsil anlayışını da
əhatə edir. Dar mənada isə özüntərbiyə cəmiyyətin və fəaliyyətin
tələbi əsasında insanın özündə yeni mənəvi keyfiyyətlərin forma-
laşdırılması və ya hər hansı əxlaqi keyfiyyətlərin adət və rəftarın-
dan çıxarması prosesidir. Özüntərbiyənin özünüdərketmə, özünü-
məcburetmə, özününəzarət, özünüələalma kimi anlayışları möv-
cuddur.
Bütün bunlara diqqəti yönəltməklə bildirmək istərdik ki, tər-
biyə prosesi nəinki sosial-ictimai anlamda qurulan pedaqoji pro-
sesin bir hissəsidir, eyni zamanda psixoloji təkamülün inkaredil-
məz və ardıcıl inkişafda olan hərəkətverici tərəflərindəndir. Məhz
bunları nəzərə alaraq tərbiyə prosesində milli-mənəvi dəyərlərin
dərkinə, onların mənimsənilməsinin əhəmiyyətinə geniş yer ayrıl-
masına böyük ehtiyac vardır. Bu cəhətdən Azərbaycan ədəbiyya-
tının böyük korifeyi Məhəmməd Füzulinin tədqiqata cəlb etdiyi-
miz yaradıcılığı özünəməxsus əhəmiyyətli məqamları ilə seçilir.
M.Füzuli ədəbiyyat və mədəniyyət tariximizin iftixarıdır, dünya
ədəbiyyatı tarixi üçün isə böyük ədəbi hadisədir. Danılmaz faktdır
ki, Füzuli sənəti təkrarolunmaz xəzinədir, Şərqin üç dilində (türk,
fars, ərəb) “Divan” bağlayan şair dövrünün əxlaqi, mənəvi, psixo-
loji durumuna ayıq gözlə baxaraq onun mənfi tərəflərini qələmə
almış, sosial, siyasi, elmi, mədəni, ədəbi problemləri işıqlandır-
mışdır. M.Füzuli yaradıcılığında ədəbi-bədii (“Leyli və Məc-
nun”), alleqorik (“Səhhət və Mərəz”, “Bəngü Badə”, “Söhbətül-
əsmar”, “Həft cam”),elmi-dini (“Mətləül-etiqad”,“Hədisi-ərbəin”,
türkcə “Divan”ının dibaçəsi), siyasi (“Şikayətnamə”) məfkurəli
əsərlərin rəngarəng palitrasını müşahidə et¬mək olar.
Füzuli şeiriyyəti bədii təsir qüvvəsi ilə nə dərəcədə yüksək
məqamda dayanırsa, mövzu, ideya və məzmun keyfiyyətlərinə
görə bir o qədər yüksəkdədir. Əsərlərdə irəli sürülən hər hansı bir
problemin ictimai-sosial mahiyyəti də məharətlə aparılmış və
xüsusi yanaşma vasitəsilə seçildiyini diqqətə önünə gətirir. Məsə-
lən, didaktik məzmunlu alleqorik əsərlərində şairin açıq deyə
165
bilmədiyi məsələləri müxtəlif obyektlərin, bitkilərin, mücərrəd
varlıqların və ya insan orqanlarının üzərinə küçürdüyünün şahidi
oluruq. Bu zaman bədii söz sənətinin incə imkanları vasitəsilə
mükəmməl əksini tapan ictimai fikir üzə çıxarılır, cəmiyyət
daxilində mövcud adət-ənənələr, mənəvi dəyərlər təhlil edilir,
yaxşı və pis cəhətləri açıqlanır. M.Füzuli əsərləri aşağıdakı psi-
xoloji, didaktik və tərbiyəvi məzmunla diqqəti cəlb edir.
1. Ailədaxili münasibətlər və davranış,
2. Cəmiyyət daxilində səxsiyyətlərarası münasibətlər və
davranış tərzi,
3. Siyasi dairələrdə davranış xüsusiyyətləri,
4. Cəmiyyət və şəxsiyyət problemi, şəxsiyyətin cəmiyyətdəki
mövqeyi,
5. Şəxsiyyətin mənəvi tərbiyəsi problemi və davranış
tərzində onun təzahürü,
6. Cəmiyyət və elmi, ədəbi mühit münasibətləri
Bütün bu məqamlar ilə seçilən M.Füzuli yaradıcılığı orta əsr
Şərq dünyasında davranış etikasının əlamətlərini müəyyən et-
məkdə əhəmiyyətli mövqeyə malikdir. Davranış qaydaları və on-
ların icrasına münasibət məsələləri şairin əsərlərinin ictimai məz-
mununu dolğun etməyə xidmət edir. Məhz bu cəhətdən, M.Füzuli
yaradıcılığı dövrünün aynası kimi tanınır, əsərlərin bədii uğurları
isə onların ictimai-sosial məzmununa söykənmiş olu. Beləliklə
şairin əsərlərinin təhlilinə keçməzdən əvvəl bu əsərlərin cəmiyyət
üçün xüsusi əhəmiyyət daşımasını vurğulamaq yernə düşərdi.
Belə ki, M.Füzuli yaradıcılığı tərbiyəvi xarakteri ilə seçilən mü-
hüm ədəbi-bədii yaradıclıq hadisələrindəndır. Şairin yaradıcılığı
əsasında apardığımız bu tədiqat bizi bir daha klassik ədəbi təfək-
kürün kamil tərbiyə üsullarının təqdimatı ilə tanış etdi və müdrik
nəsihətlərinin üzə çıxarmaq imkanları verdi. Tədqiqatımızda to-
xunduğumuz məsələlərə aşağıdakı aspektlər üzrə aydınlıq gətirə
bilərik.
1. Ailədaxili münasibətlər və davranış problemi M.Füzuli
yaradıcılığında xüsusi məqamları ilə seçilən məsələlərdəndir.
Burada atalar və oğullar kimi qlobal mahiyyətli ictimai problem,
166
valideyn və övlad münasibətləri, həyat yoldaşı anlayışı məsələ-
sinə orijinal münasibət əksini tapır. Şair ailədaxili münasibət və
davranış tərzinin təsvirində zamanəsinin təsəvvürlərindən və də-
yərlərindən çox-çox kənara çıxaraq ümumbəşəri anlamda huma-
nist, idealist münasibətlər silsiləsi yaradır. Məcnunun valideynləri
ilə münasibətində atdiği bir sıra yanlış hərəkətlər, onların aid ol-
duğu sosial təbəqəyə yad olan davranış tərzinə baxmayaraq vali-
deynlərinin övladını düzgün anlaması, onun dərdinə şərik çıxması
və istəklərinin həyata keçməsi üçün çalışdığnın şahidi oluruq.
Belə ki, özünü Leylidən uzaq bilən və dərd əlindən cəmiyyətdən
uzaqlaşan Məcnun sözün əsl mənasında heç bir zaman tənha ol-
madı, hər an ətrafında valideyn qayğısı, valideyn iştirakı duydu.
Cəmiyyətin qəbul etmədiyi məhəbbəti valideynlərinin qəbul et-
məsi bəlkə də Məcnuna qol-qanad verir və öz mübarizəsində daha
mətin olmasını təmin etmişdir. Məcnunun evə qayıtması, Leyliyə
qovuşması üçün bir sıra təbdirlər tökən valideynləri Leylinin qo-
naq gəlməsi bəhanəsilə onu evə qaytarır, veriləcək cavabdan əv-
vəlcədən hali olmasına baxmayaraq Məcnunun atası Leyliyə elçi
gedir, oğluna kömək etmək arzusu ilə və firavan həyata qayıtması
üçün çalışaraq onu Kəbəyə aparır. “Leyli və Məcnun” poeması
ailədaxili münasibətlərdəki gözəlliyin, burada hökm sürən düzgün
davranış tərzinin təsviri ilə diqqəti cəlb edir. Əsərdə bədii prob-
lemin və ideyanın yaranışı ailədaxili münasibətlərin mənfi cəhət-
ləri əsasında deyil, məhz şairin bədii təfəkkürünün və bədii kon-
sepsiyasının məzmunundan çıxış edərək üzə çıxır. Məhəbbət şairi
olaraq Füzuli sırf ədəbi-bədii mövqedən çıxış edərək bədii prob-
lemi məişət səviyyəsində müəyyənləşən sosial məzmunda əks
etdirmir. Bu isə pedaqogika elmi baxımından müsbət, tərbiyəvi
əhəmiyyəti ilə dəyərli hesab edilə bilər. Məsələn, Məcnunun
anasının oğluna məsləhətini nəzərdən keçirək:
Key rahəti-canü nuri-didə!
Fərzəndi-yeganeyi-güzidə!
Şənində rəyasəti-ərəb var,
Mirasi-şücaətü ədəb var.
Ətvari-müluki tut həmişə,
Dostları ilə paylaş: |