167
Ayini-şücaət eylə pişə.
Əbruyi-xəm isə gər muradın,
Süst etmə kəmanə etiqadın!...
Sən ləl’sən, olmagil səbüksəng,
Döndərmə günəş görüb rəvan rəng!
Etmə özünü hübabmanənd
Başında olan həvayə xürsənd!
Kim, yoxdurur ol həvadə bünyad,
Başın olur ol həvadə bərbad.
Sərgərimlik etmə şəm’nisbət,
Suzi-qəmi-eşq ilə mürüvvət.
Gör şəm’i necə düşər bəlayə,
Başına gedən, gedər fənayə.
Zövqi-dilü didə qılma adət!
Salma meyü şahidə iradət!
Məhbubü mey ilə bəsləyən can
Sanma olur əhli-əqlü iman!
Əqlimi olur müdam məstin?
İmani olurmu bütpərəstin?
Şe’rə həvəs etmə kim, yamandır,
Yaxşı desələr onu, yalandır!
Hala qıla gör kəmal hasil,
Fövt etmə məcal, gəzmə qafil!
(3; 75-76)
Gördüyümüz kimi, məsləhətlər övlada təzyiq halında deyil,
onun ictimai statusunun, ailənin sevimlisi olmasının vurğulanması
ilə, həyat təcrübəsində gəlinən nəticələrə əsaslanaraq verilir.
Digər tərəfdən Leyliyə anasının etdiyi qızına verdiyi öyüdlərə
diqqət yetirək, bu zaman yenə də övladına həssaslıqla yanaşan
valideyn obrazı ilə rastlaşırıq:
Key’şux! Nədir bu göftugulər,
Qılmaq sənə tənə eybculər?
Nəycün özünə ziyan edirsən?
Yaxşı adını yama edirsən?
Nəyçün sənə tə’nə edə bədyu?
168
Namusuna layiq işmidir bu?
Nazik bədən ilə bərgi-gülsən,
Əmma nə deyim ikən yünülsən!
Lalə kimi səndə lütf çoxdur,
Əmma nə deyim, üzün açıqdur.
Təmkini cünunə qılma təbdil!
Qızsan, uzun olma,qədrini bil!
Hər surətə əks kimi baxma.
Hər gördügünə su kimi axma.
Mey gərçi səfa verir dimağə,
Axdığı üün düşər əyağə.
(3; 55-56)
Beləliklə, söyləyə bilərik ki, əsərin bədii mahiyyətindən asılı
olmayaraq burada pedaqoji cəhətdən göstərilən tərbiyə üsulu heç
də əməli təsir qüvvəsindən kənar deyil. Doğru məqamda və mün-
bit şəraitdə övlada bu cür təsir yolları tərbiyə işinin aparılmasında
əsas götürülə bilər və onların tərbiyə işində tətbiqi milli-mənəvi
ruhda tərbiyə olunan şəxsiyyət probleminin həllində əhəmiyyətli
rol oynaya bilər.
2.Cəmiyyət daxilində səxsiyyətlərarası münasibətlər və davra-
nış tərzi M.Füzuli yaradıcılığında xüsusi ictimai-tarixi məzmunda
öz əksini tapır. Şairin alleqorik əsərləri məhz cəmiyyət daxilində
sosial təbəqələrin bir-biri ilə mübarizəsini, qarşıdurmasını ifadə
edir. “Söhbət ül-əsmar” poeması bunun bariz nümunəsidir. Əsər
orijinal mövzuda yazılmışdır. Belə ki, insanlar arasında hökm
sürən özbaşınalıq, özündənrazılıq, özündən müştəbehlik hisləri,
təkəbbür, qarşıdurma və münaqişə meylləri bostan və bağ bitkilə-
rinin alleqorik canlandırılması ilə əks olunur. Şairin özünəməxsus
bədii tapıntısı məhz bu münasibətlərin və konfliktin bədii ideya
kimi irəliyə sürülməsi ilə daha da qabarıq üzə çıxır. Real cəmiyyət
daxilində mövcud davranış tərzinin alleqoriya vasitəsilə verilməsi
isə buna tənqidi münasibəti təmsil edir. Şair bütün olanları ümu-
miləşdirərək belə qərara gəlir ki, zaman və cəmiyyət dəyişkəndir
və fanidir. Buna görə də, daha müdrik davranmaq və hər vəziy-
yətdə ağılın gücünə güvənmək lazımdır, nə gözəllik, nə cavanlıq,
169
nə də var-dövlər və hakimiyyət insanın başqaları üzərində hökm-
ran olmasına səbəb ola bilməz. Bunu ifadə etmək üçün şair aşa-
ğıdakı misraları qələmə almışdır:
Bildi ki, bu dövrdə vəfa yox,
Dünyanı sevən çəkər cəfa çox.
Pəs etdi yəqin ol cəfakeş,
Olmaz bu cahanda kimsə dilxoş.
Bildi ki, olub bu deyr fani.
Tərk eylədi ləzzəti-cahani.
Dünya işinin mədarı yoxdur,
Heç kimsəyə etibarı yoxdur.
Eylər birisini sahibi-tac,
Ol birisin ona möhtac.
Leylaya verib üzari-gülgün,
Qeys onu görəndə ola Məcnun.
Həm Yusifə verdi hüsni-ziba,
Oldu ona mübtəla Züleyxa.
Əzraya veribdi hüsni-bihəd,
Qılmış ona Vamiqi müqəyyəd.
Bu köhnə evin vəfası yoxdur,
Ənduhu qəmü cəfası çoxdur.
(3;274)
M.Füzuli nazimi-ustaddır. O, alleqorik əsərlərində sətiraltı və
gizli yolla cəmiyyətin daxili mexanizminə təsir edərək, insanlara
ülvi hislər və həqiqi dəyərlər aşılayaraq onları mədəni və ictimai
varlıq kimi formalaşmağa yönəldir. Kamilliyi dünyanın faniliyinə
inandırmaqla həyata keçirən şair şəxsiyyətin inkişafında yeni
mərhələ açır və bu mərhələ onun yaratdığı bədii ənənənin əsasını
qoyur. Füzuli bədii ənənəsi dünyaya obyektiv baxma, mənfi
cəhətlərin aydin qiymətləndirilməsi və həyata tənqidi şəkildə
münasibətdə olaraq onun dərki kimi məsələləri əhatə edir.
3. Siyasi dairələrdə davranış xüsusiyyətləri M.Füzuli yaradıcı-
lığında özünəməxsus cəhətləri ilə əksini tapır. Siyasi dairələrdə
mövcud davranış tərzinə də şairin münasibəti birmənalı şəkildə
mənfidir. O, cəmiyyət həyatında, dövlət idarələrində və hakimiy-