DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə70/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   66   67   68   69   70   71   72   73   ...   77

218 

 

Ключевые слова: Литература , поэт , стихотворение , 



запад , турок , поэзия , краелюб , поток-движение . 

                             

 

Summary 

New  themes  began  to  appear  in  Nacib  Fazil’s  activity . 

Side  by  side  poem  it  showed  itself  in  publication . 

Motherland , poor   people , their  love , their  living , feelings , 

thoughts  were  on  the  first  plan . During  that  time  “ 5 poets of  

heca ”  named  famous  musters  appeared . Yahya  Kamal  was  

one  of  the  well - known  masters  who  appeared  in  Nacib  

Fazil’s  literary  environment . He  was  loving  Istanbul .  The  

thoughts  about  west  in  Mehmed  Akif  Arsoy’s  is  near  of  

Nacib  Fazil’s  poetry . 



       Key words: Literature, poet, poem, west, Turkish, poetry, 

patriotic, course. 


219 

 

 



Abdullayeva Gülnar  

magistr 



 

N.F.QISAKÜRƏYİN YARADICILIĞINDA KAMİL 

İNSAN KONSEPSİYASI 

 

N.F.Qısakürəyin yaradıcılığının bütün mərhələlərində kamil 

insan axtarışı bu və ya digər dərəcədə özünü göstərir. Bəs kamil 

insan  nədir?  Kamillik-nöqsansız,  qüsursuz,  mükəmməl  olan,  ka-

milləşmiş  insan deməkdir. Deməli, kamil  insan arxasınca xoş bir 

səda qoyub gedən xatırlandıqca könüllərdə sevgi və rəhmətlə anı-

lan, aranan bir insandır. 

Qurani-Kərimin "Tin" surəsindən oxuyuruq:  "Biz insanı  ən 

gözəl şəkildə yaratdıq". Bəs ən gözəl şəkildə xəlq olunmuş insan 

fitrətən  kamil  ola  bilərmi?  Görkəmli  alim  Səlahəddin  Xəlilov  bu 

haqda yazır: 

"İnsan  mənəviyyatının  kamilləşdirilməsi  bir  məqsəd  kimi 

qarşıya  qoyulursa,  əvvəlcə  kamil  mənəviyyat  etalonunun  özü 

düzgün müəyyənləşdirilməlidir. 

Fikrimizcə,  kamil  mənəviyyat  etalonuna  isə  xeyir,  fəzilət, 

hikmət  daxildir.  Belə  bir  sual  ortaya  çıxır.  İnsan  fitrətən  bu  key-

fiyyətlərə  malik  ola  bilərmi?  Hegelə  görə,  təzə  doğulan  insan  nə 

xeyirxah,  nə  də  bədxah  olur.  O,  bu  keyfiyyətlərə  sonradan  nail 

olur. Russo hesab edirdi ki, insan təbiətən xeyirxahdır. Freydə gö-

rə,  insan  əzazildir.  Onlardan  fərqli  olaraq,  N.Fazil  hesab  edir  ki, 

mələk kimi saf doğulan insana ailə, cəmiyyət kimi mühüm faktor-

lar  təsir  edərək,  onu  formalaşdırır.  İnsanın  mənəvi  təkamülü  isə 

elə  insanın  öz  daxilindən  başlayır.  Klassiklərimizdən  biri  olan 

M.C.Rumi yazır ki, canımda bir can var, o canı axtar... Ey yeriyib 

gedən sufi! Gücün çatırsa axtar, amma kənarda deyil, axtardığını 

özündə axtar. 

Sələflərindən məharətlə bəhrələnən N.Fazil üçün də kamilli-

yin  ilk  şərti  özünüdərkdir.  Bunun  üçün  isə  ilk  növbədə  insanın 

vicdanı  oyaq  olmalıdır.  Bu  fikir  və  mülahizələr  şairin  "Məktub" 



220 

 

hekayəsində özünəməxsus şəkildə təcəssüm olunmuşdur. Hekayə-



nin  qəhrəmanı  olan  gənc  qız,  bir  aydan  yuxarıdır  ki,  atdığı  hər 

hansı  bir  yanlış  addımdan  sonra,  "V"  imzasıyla  yazılmış,  xəbər-

darlıqla  dolu  əsrarlı  məktublar  alır.  Günbəgün  artmağa  başlayan 

bu  məktublarda,  elədiyi  dedi-qodulardan,  kiminsə  qəlbini  qırma-

ğından,  yalan  vədlər  verməyindən,  dilənçiyə  acıqlanmağından, 

ödəmədiyi borclarından daha nələr, nələrdən bəhs edilmir...  

Gənc qız həyatında bir yanlışlıq etdiyi zaman, şüuraltındakı 

vicdan duyğusu qızı gecənin bir aləmi şirin yuxudan ayıldıb özü-

nə  məktub  yazmağa,  özünü  tənbeh  etməyə  vadar  edir.  Bu,  onu 

göstərir  ki,  hər  bir  insanda  bəzən  yarımyuxulu  olsa  belə,  vicdan 

duyğusu  vardır.  N.Fazil  bu  əsərilə  insanları  öz  vicdanları  qarşı-

sında məsuliyyət daşımağa çağırır.  İnsanın  mənəvi  təkamül  yolu 

da elə burdan başlayır. Sənətkar bu  əsərilə göstərir ki, vicdan in-

sanın  daxili  hakimi  olub  öz  hərəkətlərini  hiss  etmək  və  başa 

düşmək  qabiliyyəti  kimi  çıxış  edir.  Bu  duyğu  insanın  hərəkət-

lərinin  mövcud  cəmiyyətin  əxlaq  normaları  baxımından  ən  yaxşı 

mənəvi qiymətləndiricisi və nəzarətçisidir. Deməli, vicdan duyğu-

su  özünü  axtaran  insanların  ən  yaxşı  yol  göstəricisidir.  Bu  duy-

ğunun  həssaslığı  insan  mənəviyyatının  zənginliyinə  dəlalət  edir. 

Kamilliyə  can  atan  insan  ilk  növbədə  öz  vicdanının  səsini  dinlə-

məli,  onunla  hesablaşmalıdır.  Vicdanın  oyaqlığı  elə  xeyirin  şər 

üzərində qalibiyyəti deməkdir. N.Fazil insan şəxsiyyətinin forma-

laşmasına təsir edən amillərdən birinin də insanlararası münasibət 

və cəmiyyətə münasibət olduğunu göstərir. Onun qənaətinə görə, 

bəzən  bəd  xislətlilər,  yaxşı  insanlarla  münasibətdə  olarkən,  həqi-

qəti  dərk  edib  kamilləşə  bilərlər.  Onun  "Örtüdəki  sirr",  "Dialoq" 

kimi hekayələri bu mövzuya həsr olunmuşdur. 

 



221 

 

Резюме 

Творчество  Наджиба  Фазила  выявляет  себя  в  поиске  

мудрого  человека. По  мнению Наджиба  Фазиля  самопозна-

ние  первое  условие  мудрости. Эта  мысль  показывает  себя  

в  рассказе Писъмо. По мнению поэта человек который  стре-

мится  к  мудрости  сначала  должен  выслушатъ  голос    своей  

совести.  



Ключевые слова:Мудрый, человек, рассказ, совестъ . 

 

 

Summary 

   A  perfect  person  was  shown  in  the  activity  of  Nacib  

Fazil.  For  Nacib  Fazil  the  first  point  of  perfection  is  under-

standing  yourself . This  opinion  is  pointed  in  his  story  “ Let-

ter”.  In poet’s  opinion  the  man  who  is  eager  to  be  a  perfect  

person  must  listen  to  the  voice  of  his  honest . 

    Key words: Perfect, person, story, honest. 

  

 



 

                                                                        




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə