DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə67/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   63   64   65   66   67   68   69   70   ...   77

209 

 

Mir  Cəlal  Paşayev  bədii  yaradıcılığa  kiçik  hekayə,  şeir  və 



oçerklərlə başlamışdır. Onun ilk hekayəsi olan “ Mirzə” 1930-cu 

ildə “Qızıl Gəncə” qəzetində çap olunmuşdur. 30-cu illərdə yazdı-

ğı “Həkim Cinayətov”, “Mərkəz adamı”, “Dostumun qonaqlığı”, 

“Bostan oğrusu”,“Təzə toyun nəzakət qaydası”, “Anket Anketov” 

və  sairə    hekayələri  ilə  ədəbiyyatımıza  rəng  qatmışdır.  Böyük 

Vətən  müharibəsinin  ilk  aylarında  sənətkar  mübarizə  ruhlu  “Və-

tən yaraları”, “Qardaş qanı”, “Boz adam”, “Atlı”, “Şərbət”, “Göy-

lər  adamı”  vı  sairə  kimi  qiymətli  hekayələr  yazmışdır.  Mühari-

bədən sonrakı illərdə ədib dinc quruculuq mövzusunda  olan “İfti-

xar”, “İlk vəsiqə”, “Sülh istəyənlər”, “Badam ağacları”, “Təsadüf 

və zərurət” kimi hekayələrini yazır. 

Ən yeni dövr Azərbaycan romanının yaranmasında bir çox 

yazıçılarımızla  bərabər  Mir  Cəlalın  da  böyük  xidmətləri  vardır. 

Ədib 1934-cü ildə “Dirilən adam” romanını yazmışdır. Çox çək-

mədən,  1938-ci  ildə  isə  Mir  Cəlal  “Bir  gəncin  manifesti”  roma-

nını yazır. Daha sonra sənətkar 1941-ci ildə “Açıq kitab”, 1952-ci 

ildə  “Təzə  şəhər”,  1956-cı  ildə  “Yolumuz  hayanadır”,  1967-ci 

ildə “Yaşıdlarım” romanlarını qələmə alır. 

Mir  Cəlal  eyni  zamanda  ciddi  elmi  əsərlərin  müəllifi  kimi 

də tanınır. O,  elmi fəaliyyətə 1920-ci ildən etibarən başlamışdır. 

Bədii  yaradıcılığında  olduğu  kimi,  elmi  əsərlərində  də  Mir  Cəlal 

bir  məqsəd  izləmiş,  xalqın  mənafeyinə  xidmət  edən  ədbiyyatdan 

yazmış,  müasir  ideyalı  ədəbiyyat  uğrunda  mübarizə  aparmışdır. 

Mir Cəlalın elmi əsərlərinə məxsus təbiilik və sadəlik onun sənətə 

dair  görüşləri  ilə  bağlıdır.  Bədii  ədəbiyyatdan  təbiilik  tələb  edən 

ədib,  elmi  yaradıcılığında  da  bunu  qarşısına  məqsəd  qoymuş, 

qondarma  mövzulara  müraciət  etməmişdir.  O,  Nizami  Gəncəvi, 

Məhəmməd  Füzuli,  Əbülqasım  Nəbati,  Mirzə  Fətəli  Axundov, 

Nəriman  Nərimanov,  Cəlil  Məmmədquluzadə,  Mirzə  Ələkbər 

Sabir  yaradıçılığını  araşdırmış,  dəyərli  fikirləri  ilə  ədəbiyyat 

tariximizin yaranmasında yaxından iştirak etmişdir.  

Mir  Cəlal  Paşayev,  ədəbi-tənqidi  fikrimizin  inkişafı  üçün 

xeyli  iş  görmüşdür.  Mir  Cəlal  bir  tənqidci  kimi  ədəbiyyatımızın 

inkişaf  yolunu,  ədəbi  prosesi  diqqətlə  izləmiş,  görkəmli 




210 

 

sənətkarların  yaradıcılıq  xüsussiyyətlərini,  bədii  əsərlərin  ideya-



estetik  kyfiyyətlərini  tədqiq  edib,  araşdırmışdır.  Görkəmli  alim 

tənqidə ədəbiyyatın xüsusi janrı kimi baxmış, onu məsuliyyətli bir 

sahə hesab  etmişdir. O deyirdi:  “  Tənqid  ədəbiyyata kommentari 

deyil, müstəqil ədəbi-elmi əsərdir. Onun da ideyası,  onun da ori-

jinal  məzmunu,  forması,  həm  elmi,  həm  də  estetik  dəyəri  vardır. 

Tənqid  özü də  bədii  əsər kimi  təsir  gücündə, ürəkləri fəth etmək 

gücündə olmalıdır”. Mir Cəlal hesab edirdi ki, tənqidçinin vəzifə-

si  yalnız  bədii  əsərlərə  ümumi  qiymət  verməklə  bitmir,  tənqid 

ictimai  həyatla  sənət  arasındakı  əlaqəni  möhkəmləndirməli  və 

bədii əsərlərin başlıca məziyyətlərini, sənətkarlıq xüsusiyyətlərini, 

ümumiyyətlə, yaradıcılıq posesinin sirlərini aşkara çıxarmalıdır.  

Mir Cəlal Paşayev pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. 

Bir  müəllim  kimi  onun  əsas  amalı  tələbələrə  övlad  münasibəti 

bəsləməklə  onlara  əsaslı  bilik  verməkdən  ibarət  idi.  O,  pedaqoq 

kimi iş fəaliyyətinə respublikanın rayonlarından başlamış, 1961-ci 

ildən  etibarən  isə  Mir  Cəlal  Azərbaycan  Dövlət  Universitetinin 

Azərbaycan  ədəbiyyatı  kafedrasında  müdir  vəzifəsində  çalışmış, 

kadrların hazırlanmasına böyük əmək sərf etmişdir. O, estetikanın 

nəzəri  problemləri  və  poetika  ilə  daha  ciddi  məşğul  olmuş,  ali 

məktəbdə  uzun  müddət  ədəbiyyat  nəzəriyyəsindən  mühazirələr 

oxumuşdur. Mir Cəlal müəllim Bakı Dövlət Universitetində dərs 

verdiyi zaman tələbələrin elmi hazırlıqlarının təşkili prosesi üçün 

xüsusi elmi konsepsiya hazırlamış, həmin konsepsiya ilə həmkar-

larını da tanış etmişdir. 

Mir Cəlal tədrisə  başlayarkən  ədəbiyyatda  elə  bir istiqamət 

götürmüşdü  ki,  tələbənin  beyni  yorulmasın,  zehni  korlanmasın, 

tez maariflənməyə həvəs oyatsın. Sonra başqa istiqamət götürərək 

fantaziya ilə əqli qanunların bir-birinə kömək etməsinə, qondarma 

və  toqquşdurmalara  yol  verməməsinə,  lazımlı  həqiqətlər  dərk 

edilməsinə  rəvac  verərdi.  Mir  Cəlal  tələbələrə  öz  övladları  kimi 

yanaşaraq  onlara  hansı  fənni  öyrənmək,  hansı  sahədə  ixtisas  sa-

hibi olmaqla bağlı məsləhətlərini verərdi. Onun fikrincə, ömrünü 

elmə  həsr  etmək  qərarına  gələn  tələbələrin  ədəbi  və  humanitar 

elmlərdən, həm də başqa əlaqədar fənlərdən baş cıxarmalı, imkan 




211 

 

olduqda  yerdə  qalanları  oyrənməkdən  də  imtina  etməməlidirlər, 



çünki  bilik  öyrənməkdə  laqeydlik  ən  çirkin  və  təhlükəli  xasiy-

yətdir. 


Mir  Cəlal  Paşayev  özündən  sonra  zəngin  bədii  və  elmi  irs 

qoyub  gedib.  Elə  bir  irs  ki,  öyrənməli,  nümunə  götürülməli,  da-

vam və inkişaf etdirilməli cəhətlər çoxdur. 

 

                            Ədəbiyyat  



1. Abdulla Mahirə. “Əbədiyyət”. Bakı, 2012. 

2. Dəniz Ramiz. “Qəlblərdə yaşayan Mir Cəlal”. Bakı, 2008. 

3. Yaqub İsmayılov. “Mir Cəlalın yaradıcılığı”. Bakı, 1975. 

 

                              Xülasə 



Məqalədə  Mir  Cəlal  şəxsiyyətindən,  yaradıcılığından, 

elmi, tənqidi, pedaqoji fəaliyyətindən bəhs olunur.  



Açar sözlər: tənqidçi, pedaqoq, ədib, təbiilik, ədəbiyyat. 

 

                            Резюме 



В  статье  речь  идет  о  личности,  творчестве,  научной, 

критической, педагогической деятельности Мир Джалала



Key  words:  critic,  pedagogue,  writer,  naturalness, 

literature. 



 

                            Summary 

This  article  deals  with  Mir  Jalal’s  personality,  scientific, 

critical, pedagogical activities. 

Ключевые  слова:  критика,  педагог,  естественность, 

литература. 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə