209
Mir Cəlal Paşayev bədii yaradıcılığa kiçik hekayə, şeir və
oçerklərlə başlamışdır. Onun ilk hekayəsi olan “ Mirzə” 1930-cu
ildə “Qızıl Gəncə” qəzetində çap olunmuşdur. 30-cu illərdə yazdı-
ğı “Həkim Cinayətov”, “Mərkəz adamı”, “Dostumun qonaqlığı”,
“Bostan oğrusu”,“Təzə toyun nəzakət qaydası”, “Anket Anketov”
və sairə hekayələri ilə ədəbiyyatımıza rəng qatmışdır. Böyük
Vətən müharibəsinin ilk aylarında sənətkar mübarizə ruhlu “Və-
tən yaraları”, “Qardaş qanı”, “Boz adam”, “Atlı”, “Şərbət”, “Göy-
lər adamı” vı sairə kimi qiymətli hekayələr yazmışdır. Mühari-
bədən sonrakı illərdə ədib dinc quruculuq mövzusunda olan “İfti-
xar”, “İlk vəsiqə”, “Sülh istəyənlər”, “Badam ağacları”, “Təsadüf
və zərurət” kimi hekayələrini yazır.
Ən yeni dövr Azərbaycan romanının yaranmasında bir çox
yazıçılarımızla bərabər Mir Cəlalın da böyük xidmətləri vardır.
Ədib 1934-cü ildə “Dirilən adam” romanını yazmışdır. Çox çək-
mədən, 1938-ci ildə isə Mir Cəlal “Bir gəncin manifesti” roma-
nını yazır. Daha sonra sənətkar 1941-ci ildə “Açıq kitab”, 1952-ci
ildə “Təzə şəhər”, 1956-cı ildə “Yolumuz hayanadır”, 1967-ci
ildə “Yaşıdlarım” romanlarını qələmə alır.
Mir Cəlal eyni zamanda ciddi elmi əsərlərin müəllifi kimi
də tanınır. O, elmi fəaliyyətə 1920-ci ildən etibarən başlamışdır.
Bədii yaradıcılığında olduğu kimi, elmi əsərlərində də Mir Cəlal
bir məqsəd izləmiş, xalqın mənafeyinə xidmət edən ədbiyyatdan
yazmış, müasir ideyalı ədəbiyyat uğrunda mübarizə aparmışdır.
Mir Cəlalın elmi əsərlərinə məxsus təbiilik və sadəlik onun sənətə
dair görüşləri ilə bağlıdır. Bədii ədəbiyyatdan təbiilik tələb edən
ədib, elmi yaradıcılığında da bunu qarşısına məqsəd qoymuş,
qondarma mövzulara müraciət etməmişdir. O, Nizami Gəncəvi,
Məhəmməd Füzuli, Əbülqasım Nəbati, Mirzə Fətəli Axundov,
Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər
Sabir yaradıçılığını araşdırmış, dəyərli fikirləri ilə ədəbiyyat
tariximizin yaranmasında yaxından iştirak etmişdir.
Mir Cəlal Paşayev, ədəbi-tənqidi fikrimizin inkişafı üçün
xeyli iş görmüşdür. Mir Cəlal bir tənqidci kimi ədəbiyyatımızın
inkişaf yolunu, ədəbi prosesi diqqətlə izləmiş, görkəmli
210
sənətkarların yaradıcılıq xüsussiyyətlərini, bədii əsərlərin ideya-
estetik kyfiyyətlərini tədqiq edib, araşdırmışdır. Görkəmli alim
tənqidə ədəbiyyatın xüsusi janrı kimi baxmış, onu məsuliyyətli bir
sahə hesab etmişdir. O deyirdi: “ Tənqid ədəbiyyata kommentari
deyil, müstəqil ədəbi-elmi əsərdir. Onun da ideyası, onun da ori-
jinal məzmunu, forması, həm elmi, həm də estetik dəyəri vardır.
Tənqid özü də bədii əsər kimi təsir gücündə, ürəkləri fəth etmək
gücündə olmalıdır”. Mir Cəlal hesab edirdi ki, tənqidçinin vəzifə-
si yalnız bədii əsərlərə ümumi qiymət verməklə bitmir, tənqid
ictimai həyatla sənət arasındakı əlaqəni möhkəmləndirməli və
bədii əsərlərin başlıca məziyyətlərini, sənətkarlıq xüsusiyyətlərini,
ümumiyyətlə, yaradıcılıq posesinin sirlərini aşkara çıxarmalıdır.
Mir Cəlal Paşayev pedaqoji fəaliyyətlə də məşğul olmuşdur.
Bir müəllim kimi onun əsas amalı tələbələrə övlad münasibəti
bəsləməklə onlara əsaslı bilik verməkdən ibarət idi. O, pedaqoq
kimi iş fəaliyyətinə respublikanın rayonlarından başlamış, 1961-ci
ildən etibarən isə Mir Cəlal Azərbaycan Dövlət Universitetinin
Azərbaycan ədəbiyyatı kafedrasında müdir vəzifəsində çalışmış,
kadrların hazırlanmasına böyük əmək sərf etmişdir. O, estetikanın
nəzəri problemləri və poetika ilə daha ciddi məşğul olmuş, ali
məktəbdə uzun müddət ədəbiyyat nəzəriyyəsindən mühazirələr
oxumuşdur. Mir Cəlal müəllim Bakı Dövlət Universitetində dərs
verdiyi zaman tələbələrin elmi hazırlıqlarının təşkili prosesi üçün
xüsusi elmi konsepsiya hazırlamış, həmin konsepsiya ilə həmkar-
larını da tanış etmişdir.
Mir Cəlal tədrisə başlayarkən ədəbiyyatda elə bir istiqamət
götürmüşdü ki, tələbənin beyni yorulmasın, zehni korlanmasın,
tez maariflənməyə həvəs oyatsın. Sonra başqa istiqamət götürərək
fantaziya ilə əqli qanunların bir-birinə kömək etməsinə, qondarma
və toqquşdurmalara yol verməməsinə, lazımlı həqiqətlər dərk
edilməsinə rəvac verərdi. Mir Cəlal tələbələrə öz övladları kimi
yanaşaraq onlara hansı fənni öyrənmək, hansı sahədə ixtisas sa-
hibi olmaqla bağlı məsləhətlərini verərdi. Onun fikrincə, ömrünü
elmə həsr etmək qərarına gələn tələbələrin ədəbi və humanitar
elmlərdən, həm də başqa əlaqədar fənlərdən baş cıxarmalı, imkan
211
olduqda yerdə qalanları oyrənməkdən də imtina etməməlidirlər,
çünki bilik öyrənməkdə laqeydlik ən çirkin və təhlükəli xasiy-
yətdir.
Mir Cəlal Paşayev özündən sonra zəngin bədii və elmi irs
qoyub gedib. Elə bir irs ki, öyrənməli, nümunə götürülməli, da-
vam və inkişaf etdirilməli cəhətlər çoxdur.
Ədəbiyyat
1. Abdulla Mahirə. “Əbədiyyət”. Bakı, 2012.
2. Dəniz Ramiz. “Qəlblərdə yaşayan Mir Cəlal”. Bakı, 2008.
3. Yaqub İsmayılov. “Mir Cəlalın yaradıcılığı”. Bakı, 1975.
Xülasə
Məqalədə Mir Cəlal şəxsiyyətindən, yaradıcılığından,
elmi, tənqidi, pedaqoji fəaliyyətindən bəhs olunur.
Açar sözlər:
tənqidçi, pedaqoq, ədib,
təbiilik, ədəbiyyat.
Резюме
В статье речь идет о личности, творчестве, научной,
критической, педагогической деятельности Мир Джалала.
Key words: critic, pedagogue, writer, naturalness,
literature.
Summary
This article deals with Mir Jalal’s personality, scientific,
critical, pedagogical activities.
Ключевые слова: критика, педагог, естественность,
литература.