2
Dövlət Pedaqoji Universiteti
“Dədə Qorqud elmi-tədqiqat mərkəzi”
R E D A K S İ Y A H E Y Ə T İ:
Yusif Məmmədov, AMEA-nın
müxbir üzvü, f.-r. üzrə e. d., prof.
(sədr)
Vilayət Əliyev, fil. üzrə e. d., prof.
(sədr müavini)
Ramazan Qafarlı, fil. üzrə e. d., prof.
(məsul redaktor)
Buludxan Xəlilov, fil. üzrə e. d., prof.
Əzizxan Tanrıverdi, fil. üzrə e. d., prof.
Fərrux Rüstəmov, ped. üzrə e. d., prof.
Himalay Qasımov, fil. üzrə e. d., prof.
İbrahim Bayramov, fil. üzrə e. d., prof.
İramin İsayev, prof.
Qəzənfər Paşayev, fil. üzrə e. d., prof.
Muxtar Kazımoğlu (İmanov), fil. üzrə e. d., prof.
Məhərrəm Qasımlı, fil. üzrə e. d., prof.
Nizami Cəfərov, AMEA-nın müxbir üzvü, fil. üzrə e. d., prof.
Nizami Xudiyev, fil. üzrə e. d., prof.
Rəfail Hüseynov, AMEA-nın müxbir üzvü, fil. üzrə e. d., prof.
Seyfəddin Rzasoy, fil. üzrə e. d.
Tərlan Novruzov, fil. üzrə e. d., prof.
Zahid Xəlil, fil. üzrə e. d., prof.
Cavad Heyət (İran)
Faiq Çələbiyev, sənətşünaslıq doktoru, prof. (Rusiya)
Fikrət Türkmən, doktor-prof. (Türkiyə)
Osman Sərtqaya, doktor- prof. (Türkiyə)
Pərixanım Soltanqızı, filologiya
üzrə fəlsəfə doktoru
Aynurə Əliyeva, elmi işçi
Qafarlı Aynur, böyük laborant
(məsul katib)
Dədə Qorqud araşdırmaları - III, - Bakı, ADPU-nun nəşriyyatı, 2014. -
248 s. “Dədə Qorqud elmi-tədqiqat mərkəzi”nin yeni dərgisinin III
buraxılışında türk mədəniyyətinin tarixinə və ədəbi-nəzəri problemlərə həsr
olunan apaşdırmalar toplanmışdır.
© Dədə Qorqud araşdırmaları - III, Bakı - 2014
3
Folklor, Mifologi ya v
ə
Etnoqra fi ya
Ramazan Qafarlı,
Filologiya üzrə elmlər doktoru
MƏHƏMMƏD FÜZULİ
MİFİK GÖRÜŞLƏR (“TANRI ELMİ”) VƏ ELMİ
BİLİKLƏR HAQQINDA
Mifin özünəməxsusluğu və təfəkkürdə hegomonluğu daha çox
ilkin mədəniyyət mərhələsində özünü biruzə vermişdi. Bu dövrdə
mif «mənəvi aləm»in və «elm»in ekvivalenti rolunu oynayırdi.
Xüsusi mif sistemləri, anlayışları, kateqoriyaları, modelləri ilə
dünyanı dərk etməyə, öyrənməyə və təsvirə təşəbbüs edilirdi. Bu
mərhələdə mifologiya dünyanın sirlərini açmağın əsas vasitəsi idi
(bu gün də miflərdən bir sıra məsələlərə aydınlıq gətirmək üçün
açar kimi istifadə olunur) və elmi kəşflərin bünövrə daşlarını təş-
kil edirdi. Nəticə olaraq xüsusi vurğulamaq lazımdır ki, yaradıcılı-
ğın bütün formaları, fəlsəfi düşüncə və elmlər mifik dünyagörü-
şündən mayalanaraq meydana gəlmişdir.
Mifik görüşlər həm də qədim insanların maraqlarının təmin
edilməsi tələbatından doğmuşdur. Əvvəl dünyanın onlar özləri ya-
şadıqları dövrdəki vəziyyətini (yerin relyefini, heyvan növlərini,
bitkilər aləmini, ulduzlar sistemini, həyat tərzini, sosial təbəqələş-
məni, əməyin səmərəliliyini, ovun uğurluluğunun təşkilini, maddi
nemətlərin əldə edilməsini, mənəviyyatın-dinin yaranmasını və s.)
müəyyənləşdirməyə çalışmış, sonra başqa sorğulara cavab (mifik
obrazların meydana gəlməsi səbəblərini) axtarmışlar. Bu mənada
mifologiyada hadisələrin baş verməsinin uzaq keçmişlə, qədimlər-
lə əlaqələndirilməsi həm kainatın quruluşunu təsvir etmək və həm
dünyanın onlar yaşadığı dövrdəki vəziyyətini izah etmək üsulu
kimi nəzərə çarpır. Y.M.Meletinskinin sözləri ilə desək, mifik əh-
valatlar mifik zamanda qurulan «mifik dünya» modelinin «kərpic-
ləri»dir. Mifik zaman «əvvəlki», «ilkin», «başlanğıc» zamandır.
Bu, əsil zamanın «ərəfəsi»dir, zamana qədərki zamandır, yəni in-
4
diki zamanın tarixinin hesablanmağa başlanmasına qədərki za-
mandır».
1
.
Bu, ən ulu əcdadın zamanıdır, hər şeyin ilkin yaranma, «yuxu-
görmə» zamanıdır. Emprik, tarixi zamandan fərqli olaraq, sakral,
möcüzəli zamandır. Mifik zamansız bəşəriyyət mədəniyyət sahə-
sində nailiyyətlər qazana, sosial münasibətləri formalaşdıra bil-
məzdi, elmi tərəqqi, inkişaf olmazdı. Dünya bu günü üçün məhz
mifologiyaya və mifik zamana borcludur. Çünki inkişafa təkan
verən bütün strukturlar mifik zamanda yaradılmışdır. Eləcə də cə-
miyyəti formalaşdıran ünsürlər, qaydalar, əxlaq normaları miflər-
də, mifik zamanda «təcürbədən» keçirilmişdir. İncəsənətin əksər
növlərinin doğulmasına təkan verən rituallar (mərasimlər), ayin-
lər, kultlar da mifik zamanın məhsuludur.
Maraqlıdır ki, zamanla bağlı müasir alimlərin son vaxtlarda
gəldiyi qənaətlərə Məhəmməd Füzuli beş yüz il qabaq gəlmiş və
özünəməxsus şəkildə şərh etmişdir. Onun «Mətləül-etiqad» əsə-
rində oxuyuruq: «Aləm qədimdir; çünki o tam səbəbdən dərhəl
nəşət etmişdir. Buna görə də aləmdən əvvəl yoxluğun olmaması
(yəni mifik zamanın - R.Q.) lazım gəlir; çünki ilkinlik zaman
tələb edir. Zaman isə varlığa aid olunduğundan, yoxluqla bir ara-
ya sığmaz».
2
Şair demək istəyir ki, zamandan söz açılırsa, nəyinsə
mövcudluğu təsəvvürə gətirilməlidir. Məkan, varlıq yoxdursa, de-
məli zaman da yoxdur. Mifik zamana münasibət də bu şəkildədir.
Mifik zaman yoxluq zamanı deyil, dünyada mövcud olanların
meydana gəlməyə başladığı zamandır.
Füzuli Yunan filosoflarının fikirlərini ümumiləşdirərək belə
qənaətə gəlir ki, sonradan törəyən öz yoxluğundan qabaq mövcud
ola bilməz. Bu mə’nada varlığı iki qismə ayırır: birincisi, mütləq
varlıqdır ki, Tanrının varlığı buna misaldır. Belə varlıq dəyişil-
məzdir və başqasından alınmamışdır. İkincisi, əldə edilən, sonra-
dan alınan varlıqdır. Belə varlıq dəyişiləndir və başqasının
yardımı ilə meydana gətirilir. Miflərin dili ilə desək, dünyanın və
1
Мелетинский Е.М. Общее понятие мифа и мифологии. - в кн.
«Мифологический словарь», М., 1991, с. 654.
2
Füzuli. Əsərləri. V cild. - Bakı, 1985, s. 110