236
birləşdirilmiş vənəticədəbir-birilə vahid süjetlə bağlanmış yeddi
gözəl hekayə (nağıl)əmələgəlmişdir.Əsər kompozisiya etibarilə
çox maraqlı qurulmuşdur.Süjet və kompozisiya bir tərəfdən təh-
kiyə yolu ilə,digər tərəfdən isə romantik şeirə məxsusbir cəhət
kimi lirik ricətlərlə, haşiyələrlə inkişaf etdirilmişdir. Ümumiyyət-
lə, şairin demək olar ki bütün poemalarında lirik ricətlərə rast
gəlinir.Hər hansı bir hadisəni danışarkən müəyyən münasibətlə
mövzudan Poemanın giriş hissəsində, yəni əhvalatların başlanma-
sına qədər olan hissədəminacat, nət, kitabınyazılma səbəbi, əsərin
ithaf edildiyi şəxsə xitab,oğlu Məhəmmədə nəsihətdən bəhs
olunur. Bunlarmüstəqil parçalardır və poemanın əsassüjetixətti ilə
bağlı deyildir. Lakin əsərin əsas hissəsində insan necədir və necə
olmalıdır sualı ayrı-ayrı insan surətləri və həyati hadisələr vasitə-
silə öz təsdiqini tapırsa, müqəddimədə bu sual lirik şəkildə, dü-
şüncələr, çağırışlar və ittihamlar tərzində ifadə olunur. Məsələn,
Bəhram Gurun əsas səhvlərindən biri odur ki, o, insanın vəzifəsini
yeyib-yatmaqda görür. Şair qəhrəmanın bu səhvinə əsərin
müqəddiməsində "sözün tərifi və hikməti haqqında"adlı hissədə
işarə edərək yazır: İnsan yem dalınca qaçmasın gərək, quşdan
ayıq olsun zirəkdən zirək.
Ümumiyyətlə, klassik ədəbiyyatda bədii müqəddimələr əsə-
rin ayrılmaz hissəsinə çevrilir. Bəzən əsərin giriş hissəsi ilə bədii
müqəddimə bir-birindən fərqləndirilmir. Lakin giriş hissə deyən-
də buraya tövid, nət, kitabın yazılma səbəbi, ithaf olunduğu şəxsə
xitab daxildir. Giriş hissədə verilən Allahın, peyğəmbərin tərifi
islam qanunları çərçivəsində verilir.Müqəddimənin "sözün tərifi
və hikmət haqqında" adlı bölməsində şairin qoyduğu bir sıra
problemlər arasında ictimai bərabərsizlik ən ağrılı məsələ kimi
diqqəti özünə çəkir.Müqəddimədə verilən övlada nəsihət bölməsi
Nizami bədii müqəddimələrinin ayrılmaz tərkib hissələridir.Bu
nəsihətlər onun təkcə öz oğluna deyil, ümumilikdə gəncliyə nəsi-
həti kimi qiymətləndirilir.Şair üç poemasında oğluna nəsihətlərini
bildirir.Hər üç poemada nəsihətlər ayrı-ayrı mövzular üzərində
qurulur. Nizami bədii müqəddimələrdən bir vasitə kimi istifadə
edərək öz yüksək bədii-fəlsəfi ideyallarını oxuculara çatdırır.
237
Bu müstəqil parçalardan sonra Bəhram Gurun əhvalatı baş-
lanır. Onun doğulması, Neman və Mənzərin sarayında keçən
uşaqlıq illəri, igidliyi sayəsində əldə etdiyi şahlıq taxt-tacı , ölkəni
idarə işindəki siyasətini təsvir edən epizodlar verilir. Bu epizodlar
süjetin ekspozisiya hissəsini təşkil edir.Nizami "Yeddi gözəl"in
kompozisiyasına Bəhram Gurun sərgüzəştlərilə bağlı müxtəlif
epizodlar da daxil etmişdir.Bu epizodlardan biri Fitnə adlı ağıllı
bir qızın əhvalatıdır. Fitnə ilə bağlı bu epizod əgər əsərdən çıxa-
rılsa əsərin quruluşuna, məzmununa xələl gəlməz.Ancaq Fitnə
əhvalatı əsərin quruluşunu zənginləşdirir, məzmununu daha da
mənalı edir.Eyni zamanda bu epizod Bəhramın təkamülə doğru
inkişafında müəyyən rol oynayır. Nizaminin digər əsərləri də
mənalı epizodlarla zəngindir. Müxtəlif mənbələrdən götürdüyü
epizodları sənətkar əsərlərində ustalıqla istifadə etmiş və mükəm-
məl əsərlər yaratmışdır. Bu hissələrdən sonra Bəhramın yeddi
günbəzli saray tikdirməsi, yeddi ölkədən yeddi şahzadəgözəl gə-
tirməsi və yeddi gözəllə keçirdiyi nəşəli həyatın təsviri verilir.
Müəllif əsərin süjeti ilə bağlı məsələləri təsvir edərkən yeri gəl-
dikcə poemaya bir sıra əlavə epizodlar hekayələr (nağıllar) daxil
edir. Bu da əsərə xüsusi bir özəllik verir. Nağıllar "Yeddi gözəl"
kompoezisiyasının məzmun-fikir istiqamətlərini şərtləndirir. Yed-
di gözəl xətti poemanın əsas süjet xəttini təşkil edir.Yeddi gözəlin
söylədikləri yeddi hekayə (nağıl) zahirən Bəhramın padşahlığı
məsələsilə əlaqəli deyil, əsərin əsas süjet xəttinə əlavə kimi görü-
nür. Hekayələr zahirən süjeti ləngitsədə, hadisələrin inkişafını ya-
rımçıq qoysa da süjetin ayrılmaz tərkib hissəsidir. Buhekayətlər
əslində hadisənin mahiyyətinin açılmasına yardım edən əlavə, la-
kin maraqlı vəəhəmiyyətli hadisələrdir. Hekayətlər istər kompozi-
siya, istərsədə süjet xətti etibarilə poemanın vəhdətini pozmur, ək-
sinə onun ideya məzmununu daha da dərinləşdirir. Poema bu he-
kayələrlə xüsusi orjinallıq vəcazibədarlıq kəsb etmişdir. Müxtəlif
mövzulara həsr olunannağılların hər birinin öz müstəqil süjet xətti
var. Nizami nağılların süjetini daha çox folklordan,"Min bir gecə"
nağılından,"Kitabi-Dədə Qorqud" dastanından, "Avesta"dan
götürmüşdür. Tədqiqatçılar "Min bir gecə"nağılındakı "Altı kəniz
238
haqqında hekayə" ilə "Yeddi gözəl"dəkihekayələr arasında süjet,
məzmun, və ideya yaxınlığının olduğunu söyləyirlər. Məsələn,
poemaya daxil olan nağıllardan birincisi, Hind şahzadəsinin nağılı
Azərbaycan şifahi xalq ədəbiyyatındakı "Oxxayın nağılı" ilə
səsləşir. Hər ikisində ehtiras,hərislik tənqid olunur. Bu nağılda
təsvir olunan qara geyinənlər şəhəri Çindədi, lakin həm Çində,
həm də Hindistanda qara rəng şadlıq əlaməti bildirir. "Kitabi-
Dədə Qorqud" dastanında, "Üç şahzadə", "Oxxay" və "Axvax"
nağıllarında isə qara rəng kədər, məyusluq bildirir. Nizaminin
"hind şahzadəsinin nağılı"nda da qara rəng kədər bildirir.Nağılda
təsvir olunan hadisələr Çində baş versə də sənətkar Çin yazılı və
şifahi mənbələrindən deyil, Azərbaycan folklorundan istifadə
etmişdir. Rus qızının söylədiyi hekayənin süjet və məzmununda
"Kitabi-Dədə Qorqud" dastanının "Qanlı Qoca oğlu Qanturalı bo-
yu" ilə, həmçinin "Üç şahzadə" nağılı ilə bir yaxınlıq var.
H.Araslı rus şahzadəsinin nağılı ilə "Şah İsmayıl" dastanı arasında
da motiv eyniyyəti olduğunu qeyd edir və nümunələr gətirir.
"Mahanın hekayəsi"ndə nağıl motivləri daha güclüdür. C.Qasımi
qeyd edir ki, "Bu novellanın süjeti, personajların adları və ictimai
motivlərilə səsləşən "Sonq Bom haqqında hekayə" adlı Malayya
xalq povesti mövcudur.Tədqiqat bu hekayənin məşhur "Maxabxa-
rata" əsasında yarandığını sübut etməyə çalışır.Nizaminin bu əsə-
rin süjetini eşitdiyini ehtimal etmək olar". "Xeyir və Şər" heka-
yəsinin süjet və kompozisiyası,mövzu və ideyası "Avesta","Min
bir gece" və Azərbaycan folklorundakı "Mərd və namərd" nağılı
ilə yaxından səsləşir. Şairin şifahi xalq ədəbiyyatından götür-
dükləri "Xeyir və şər" kimi nağıllar öz quruluşunu müəyyən qədər
saxlayır, ciddi dəyişikliyə uğramır. Yeddinci hekayəni Nizami
"Min bir gecə nağılı"ndan aldığını açıq yazır.Hər iki əsərdə
nağılların süjet və kompozisiyasında bir o qədər fərq yoxdur.
Fərqli cəhəti budur ki, əgər "Min bir gecə" nağılındakı gözəllər
eyş işrətin, gözəl həyatın arzusu ilə yaşayırlarsa və ilk sevgiləri
haqqında qəmli nəğmələr oxuyurlarsa, Nizaminin təsvir etdiyi
nağılda qadınlar belə həyatı yaşayırlar və hekayənin qəhrəmanına
işrət, şənlənmək təklif edirlər.Hekayə bağban və gözəllərdən biri-
Dostları ilə paylaş: |