Демо Сонэ Плайбажк



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə11/227
tarix08.09.2018
ölçüsü2,16 Mb.
#67724
1   ...   7   8   9   10   11   12   13   14   ...   227

görə   meymundan   əmələ   gəlməsi   və   ya   ondan   çevrilmiş   olması   mümkün

deyildir.   Bu   qədim   Uyğur   və   Maya   abidələrinə   əsaslanan   Ceyms   belə   bir

qənaətə   gəlmişdir   ki,   İnsana   bu   güclə   birlikdə   ondan   necə   yararlanmaq

bacarığı və Tanrının bir parçası olaraq bu Sonsuz Varlığa yaxınlaşmaq və ya

orta əsr sufilərinin də dediyi kimi “Tanrıya qovuşmaq qüdrəti” verilmişdir. Bu

alimlər bu baxımdan İnsanı Tanrının “övladı” saymışlar.

Müqəddəs mətnlərdə Yaradan haqqında deyilir ki: “İnsan üçün Yaradan

tam qavrana biləcək deyildir. Yaradan rəsm edilə bilməz, Ona ad verilməz. O,

adsız olandır”. Günəş İmperiyasında  Yaradanın adını tələffüz etmək  günah

sayıldığı   üçün   insanlar   Günəşi   tək   Tanrının   atributu,   təmsilçisi   saymışlar.

Günəş   İmperiyasının   dini   mədəniyyətində   insanlara   heç   vaxt   Tanrıdan

qorxmaq öyrədilməyib, əksinə onlara Tanrıya sevgi və güvən öyrədilmişdi. Bu

təfəkkür Türklərdə İslamı qəbul edənədək davam etmiş və Türklərdə belə bir

ata   sözü   yaranmışdı   ki:   “Türklər   öncə   Tanrını   sevərlərdi,   İslamı   qəbul

etdikdən sonra bu sevgiyə qorxu da əlavə olundu”.

Bu qədim kitabələrdə həmçinin göstərilir ki, İnsan erkək və dişi olaraq

yaradılmışdır. Onlar ilkin olaraq bitişik şəkildə yaradılmış, bu bitişik insanın

iki başı, dörd ayağı, dörd qolu, dörd əli, dörd gözü, dörd qulağı, iki burnu

olmuşdur.   Bədənləri   yuvarlaq   olmuşdur.   Bunu   təsdiq   edən   Böyük   Turan

İmperiyasının paytaxtı Xora-Xota şəhərindən qazıntı nəticəsində arxeoloqlar

tərəfindən  tapılan  və   20  min   il  bundan  öncəyə   aid  ikibaşlı   yuvarlaq   insan

rəsmidir. Bu rəsm insanın ikili prinsiplə yaradıldığını yaşadan hələlik tarixə

bəlli ən qədim mənbədir. Tanrı sonradan bitişik insanı ayırmış, insan erkək və

dişi olaraq iki olmuş, bu ikidən üç, dörd və bütün insanlıq törəmişdir.

Ceyms Çörçvorda görə Uyğurlar (oxu: Turanlı Türklər) 70 min il əvvəl

Mu qitəsindən çıxıb Günəş İmperatorluğundakı böyük  mədəniyyəti,  dili və

dini   sonradan   dünyaya   yaymışlar.   Alimə   görə,   Atəşpərəstlik,   Musəvilik,

Xristianlıq   və   İslamiyyət   kimi   tək   Tanrılı   dinlərin   təməlində   Günəş

İmperiyasının   dini   dayanır.   Ceyms   xüsusi   olaraq   qeyd   edir   ki,   Musa

Peyğmbərin “Tövrat”ı Mu qitəsinin dili və yazısı olan Maya və Uyğur dili və

yazısı ilə qələmə alınmış Nağa-Maya mətnlərinin tərcüməsi, surətidir. Bunlar

sonradan Babildə həbsdə olan və dini xadim olmayan Əzra (üzeyir) tərəfindən

saxtalaşdırılmışdır.   Alimin   fikrincə,   istər   Tövrat,   istərsə   də   İncil   Günəş

İmperiyasının vəhy edilmiş müqəddəs mətnləri əsasında yaranmışdır.

Yuxarıda da qeyd edildiyi kimi zəlzələ nəticəsində Mu qitəsinin Sakit

Okeana   qərq   olması   ilə   Günəş   İmperatorluğu   da   süquta   uğramış,   onun

müstəmləkələri öz müstəqilliyini elan etmiş və sonradan onların bəzisi yeni

İmperatorluqlar   qurmuşlar   ki,   bu   İmperatorluqlardan   ən   əzəmətlisi   Böyük

Turan   İmperatorluğu   olmuşdur.   Turan   İmperatorluğunun   paytaxtı   Baykal



gölünün yaxınlığında yerləşən Xora-Xota (oxu: Qor Ata) şəhəri olmuşdur. Bu

şəhərin   xarabalıqlarından   arxeoloji   qazıntılar   nəticəsində   xeyli   miqdarda

maddi-mədəniyyət nümunələri tapılmışdır ki, bunların içərisində əslindən ipək

parça üzərinə köçürülmüş oturmuş vəziyyətdə qadın hökmdarı və onun ərinin

rəsmləridir.   Mütəxəssislər   bu   şəkilləri   XVIII-XVI   minilliklərə   aid   edirlər.

Tədqiqatçı   Ceyms   Çörçvord   göstərir   ki,   Çin   əfsanələrinə   görə   Uyğurlar

(Turanlılar) 17 min il əvvəl mədəniyyətin zirvəsinə yüksəlmişlər. Bu, tarixi-

geoloji   fenomenlərə   də   uyğun   gəlir.   Qədim   Uyğurların   (Turanlıların)

sivilizasiya və mədəniyyət baxımından xeyli irəlilədiklərini xüsusi qeyd edən

Ceyms göstərir ki, Uyğurlar (Turanlılar) astrologiya, mədənçilik, toxuculuq,

memarlıq,   riyaziyyat,   təhsil,   oxumaq-yazmaq,   tibb   və.s   kimi   elmləri

mükəmməl   bilmişdilər.   Onlar   ipək,   taxta   və   metal   üzərində   dekorativ

sənətlərin   ustası   idilər.   Onlar   qızıl,   gümüş,   bürünc   və   gildən   heykəllər

yapmışdılar ki, bu Misir tarixindən daha əvvəllər olmuşdur. Müəllifə görə,

Himalay dağları da daxil olmaqla Orta Asiyada mükəmməl inşa edilmiş şəhər

və   qəsəbələr,   bir-birindən   gözəl   inşa   edilmiş   yaraşıqlı   binalar,   saraylar,

məbədlər,   xüsusi   evlər,   qədim   caddələr   və   karvan   yolları   məhz   Uyğur

İmperatorluğunun (oxu: Turan İmperatorluğunun) şah əsərləri olmuşlar.

Turan İmperatorluğunun Şərqdə yaratdığı müəzzən mədəniyyət qədim

Şumer   abidəsi   olan   “Bilgəmiş   dastanı”,   “Tövrat”   və   “Quran”da   xatırlanan

“Tufan” nəticəsində məhv olmuşdur. Çox təəssüflər olsun ki, qədim Türklərin

“Tufan”a   qədər   yaratdıqları   bu   müəzzəm   mədəniyyət   haqqında   bu   günə

qədərki  dünya   tarixşünaslığı  susmuşdur.   Bu maddi-mədəniyyət   abidələrinin

xeyli   hissəsi   “Tufan”   nəticəsində   Türküstanın   Qobu   çöllərində   qumluqlar

altında bu gün də qalmaqda, öz tədqiqatçılarını gözləməkdədir. 

Bəllidir ki, Azərbaycan da qədim Turan İmperatorluğunun tərkibində

olmuşdur.   Bunu   nəzərə   alan   Azərbaycan   alimi   Qara   Namazov   göstərir   ki:

“Uyğurların (Turanlıların) əhatə etdiyi coğrafi ərazi bizim Qobustanı da öz

içərisinə alır. Qədim Uyğur İmperiyasında (Turan İmperiyasında-A. M.) baş

verən   “Tufan”   Qobustandan   da   yan   keçməmişdir...   “Tufan”-dan   qalma

təsvirlərlə Qobustan və Orta Asiya (Türküstan-A. M.) təsvirləri bir-biri ilə çox

səsləşir   və   belə   deməyə   əsas   var   ki,   Qobustan   təsvirlərinin   də   ən   qədim

nümunələri elə Uyğur (Turan) qayaüstü təsvirlərinin demək olar ki, eynidir...

Hətta   yer   adları   da   bir-birlərinə   bənzəyirlər.   Bu   maddi   mədəniyyət

abidələrinin eyniliyi  də bu torpaqlarda (yəni  Azərbaycanda-A. M.) hələ 20

min il əvvəl Uyğurların-Türklərin yaşadıqlarını təsdiqləyən faktlardır”. Alim

sonra   qeyd   edir   ki:   “Bu   səsləşmələr   birbirini   tamamlayırsa,   deməli,   bizim

arxeoloqlarımızın təxmin etdiyi Qobustan abidələri 5,8 min il əvvəl yox (Bəzi

müəlliflər   Qobustan   qayaüstü   rəsmlərini   eradan   əvvəl   VII   minilliyə   aid



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə