Демо Сонэ Плайбажк



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə12/227
tarix08.09.2018
ölçüsü2,16 Mb.
#67724
1   ...   8   9   10   11   12   13   14   15   ...   227

edirlər-A. M. Bax: Azərbaycan tarixi, Bakı 1994, səh. 27), daha qədimlərə-

Uyğur İmperiyasının (Turan İmperiyasının-A. M.) yaşadığı dövrlərə, yəni 20

min   il   əvvəllərə   gedib   çıxır.   Bu   yöndə   Uyğurların,   yəni   Türklərin   güney

Qafqazda   20   min   il   öncə   bir   İmperiya   kimi   yaşamaları   nəticəsinə

gəlinməlidir”. Alim davam edərək göstərir ki: “Naxçıvandakı Gəmiqayanın

tarixinə də III-I minilliklərin mədəniyyəti  kimi  yox,  həmin dövrlərin tarixi

kimi, yəni Uyğur İmperiyasınin (Turan İmperiyasının) zamanına (yəni 20 min

il əvvələ) dayanmasını qəbul etmək daha doğru olardı”. (Bax: Qara Namazov,

C. Çörcvodun tarixi kəşfləri Bakı 2010, səh. 98, 99, 100).

Bəzi tədqiqatçıların fikrincə “Günəş-dil nəzəriyyəsi”də Mu qitəsindəki

Günəş İmperiyasının adı ilə bağlıdır. Bu nəzəriyyəyə  görə dünyanın ilk dili

Türk dili olmuşdur. 

Ceyms Çörçvorda görə Böyük Uyğur İmperatorluğunun (Böyük Turan

İmperatorluğunun   -A.   M.)   dağılması   “Böyük   Tufan”   fəlakəti   zamanında-

prototarixdə   baş   vermişdir.   “Böyük   Tufan”dan   sonra   Uyğur   (Türküstan)

Türkləri başqa-başqa bölgələrə, o cümlədən də Hindistana, Çinə, Əfqanıstana,

Xəzər dənizinin quzey və güney sahillərinə, Qafqaza və Azərbaycan yolu ilə

Mesopotamiya   və   Anadoluya,   oradan   da   Şərqi   və   Qərbi   Avropaya   köç

etmişlər.   Müəllifə   görə   qədim   Keltlər,   Totonlar,   Slavyanlar,   Bretonlar,

İrlandlar   və   başqalarının   da   hamısı   Uyğur   (Turan)   soyludurlar.   Bu   soydan

olanlar “Böyük fəlakət”dən sonra sağ qalanların törəmələridirlər. Çörçvorda

görə   Midiyalılar   Uyğurların   (Turanlıların)   son   köçü   olub   İmperiyanın

çökməsindən 8-10 min il sonra ortaya çıxmışdılar. Midiyalılar Xəzər dənizinin

cənubu, Zaqros dağlarının şərqində (yəni Azərbaycanda-A. M.) yerləşmişdilər.

Böyük   Uyğur   (Turan)   İmperatorluğunun   o   dövrdəki   (“Tufan”dan

öncəki)   bütün  Asiya   və   Avropanı   əhatə   edən  xəritəsini   tərtib  edən  Ceyms

Çörçvord   onu   da   qeyd   etmişdir   ki,   bugünkü   (XX   əsrin   əvvəllərindəki)

Amerika   Birləşmiş   Ştatları   dövlət   quruculuğu   baxımından   Uyğur   (Turan)

İmperatorluğunun bənzəridir. 

“Tufan”   nəticəsində   Turan   İmperatorluğunun   çökməsindən   8   min   il

sonra Asiyada  müxtəlif dövlətlər meydana  gəlmişdir. Bu dövlətlərə Şumer,

Aratta, Lullu, Kuti, Su, Elam,  Akkad, Assur, Babil, Manna, Midiya,  Hitit,

Urartu, Əhəməni, Saka və s. kimi dövlətlər daxildir.

Ceyms  Çörçvorda görə Uyğur  (Türküstanlı Türk) xalqının tarixi “ari

irq”lərin   tarixidir.   O   yazır:   “Həqiqətən   də   ari   irqlərin   toxumu   Uyğurların

(Türküstan   Türklərinin)   soyundan   gəlmədir.   Çünki,   ən   qədim   dövrlərdən

Uyğurlar Hindistanı və Avropanı zəncirvari şəkildə öz içərisinə almışdı”. Ari

irq olan Uyğurların (Turanlıların) Hindistana gəlişini eradan əvvəl 1500-cü

illərə aid edən Ceyms Çörçvord göstərir ki: “Uyğurlar Hindistana gəldikdən



sonra “ari irq” kimi tanındılar. Hindu ariləri Uyğurların bir qolunun soyundan

qələnlərdi.   Midyalılar   da   onların   davamı   sayılırlar”   (Ceyms   Çörçvord,

göstərilən əsəri, İzmir 2008).

Turanlıların   “Tufan”a   qədər   yaratdığı   zəngin   maddi   və   mənəvi

mədəniyyət   Yer   kürəsinin   bir   çox   ərazilərinə   yayılmış,   ayrı-ayrı   xalqların

mədəniyyətinin yaranması  və təkamülündə  əvəzsiz rol oynamışdır. Bir çox

müasir   tədqiqatçılar   qədim   Şumerləri,   Akkadları,   Kutiləri,   Turukkiləri,

Lulluları,   Suları,   Sakaları   və   Amerikanın   yerli   xalqları   sayılan   Maqavları,

Mayyaları, İnkləri, Keçuaları Türk hesab edir və onların “Tufan”dan sonra

yaratdıqları mədəniyyəti Türk mədəniyyəti sayırlar. Bu sadalananların qədim

Türklərlə   etnik   və   dil   qohumluğu   barədə   tədqiqatçılar   mühüm   elmi

mülahizələr irəli sürmüşlər. 

İlk   öncə   Günəş   İmperatorluğunun,   daha   sonra   Böyük   Turan

İmperatorluğunun   süqutundan   sonra   25   min   illik   həyatı   ayrı-ayrı   coğrafi

ərazilərdə   və   ayrı-ayrı   coğrafi   şərtlər   içində   keçən   Türklər   zaman-zaman

özlərinə məxsus milli mədəniyyətlərinin müəyyən bir qismini itirmişsələr də

əvəzində müəzzəm bir bəşəri mədəniyyətlər yaratmışlar.

Bəzi tarixçilər qədim Türklərin ana yurdunu Mu qitəsi və bu qitənin

Sakit  okeana  qərq olduqdan sonra  Turan ovalığı,   Baykal  gölü,   Ceyhun  və

Sayhun çayları (Amu-Dərya və Sır-Dərya çayları) ətrafını, bəzilər Ural-Altay

və ya  Kinqan dağları silsiləsinin doğu və batısını, bəzi antropoloqlar Tanrı

dağları   bölgəsni,   bəzi   mədəniyyət   tarixçiləri   Baykal   gölünün   güney-batı

bölgəsini,   bəziləri   Xəzər   dənizi   ətraflarını,   bəziləri   indiki   Monqolustan

ərazisini,   bəziləri   Orxon-Yenisey   çayları   hövzəsini,   bəzi   etnoloqlar   İç

Asiyanın quzey bölgələrini, bəzi sənət tarixçiləri quzey-batı Asiyanı, bəziləri

Urmiya  gölü ətrafı və Kür-Araz ovalığını,  bəziləri qədim Mesopotamiyada

yerləşən   Mosul   və   Kərkük   bölgələrini   və   s.   göstərmişlər.   Bizcə   bu

tədqiqatçarın hamısı haqlıdır. Çünki bütün bunlar Türklərin hələ ilk çağlardan

etibarən   geniş   bir   sahəyə   yayılmış   olmaları   və   bu   göstərilən   ərazilərdə   öz

bəşəri mədəniyyətlərini yaratması illə bağlıdır.

Həqiqətən də tarixən Türklərin böyük bir qismi Asiya qitəsində, kiçik

bir qismi isə Avropa, Afrika və hətta Amerika qitəsində yaşadığından və bu

geniş   ərazidə,   bu   dörd   qitənin   hər   birində   dövlət   və   imperatorluqlar

qurmuş,bəşər mədəniyyətinə önəmli töhfələr vermişlər.

Türklər   tarixən   Ceyhun-Sayhun,   Orxon-Yenisey,   Kür-Araz,   Volqa,

İrtış, Ob, Lena, Dunay, Dəclə və Fərat kimi böyük, Tobol, Anabar, Olenek,

Yana,   İndiqirka,   Kolumna,   Abakan,   Kürək,   Qızılirmak,   Çoruh,   Sakarya,

Böyük və Kiçik Menderes, Nazlı, Çağata, Zərəfsan, İli, Çu, Sarısu, Qızılsu,

Narın,   Qara   Dərya,   Çirçik,   Aris,   Anqren,   Tekes,   Kungəz,   Keriya-Dərya,



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə