Демо Сонэ Плайбажк



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə16/227
tarix08.09.2018
ölçüsü2,16 Mb.
#67724
1   ...   12   13   14   15   16   17   18   19   ...   227

ölkələrinin mif və əfsanələrində də əks olunmuşdur. Şumer təfəkkürünə görə

El insanlığın ilk atasıdır. Bibliya və ondan sonrakı dini kitablarda insanların

“Kökü torpaq olmaqla bir ata və anadan yaradılması” fikri də onlardan min

illərlə öncə Şumer Türkləri tərəfindən irəli sürülmüşdür.

Şumerlər Yer planetinin yaradıcısını da tək Tanrı olmasını Bibliyadan

min illərlə öncə söyləmişlər. Şumerlərə görə Tanrı yer üzündəki şahlığı Tanrı

əsilli,   Tanrı   sifətli,   Tanrı   kökənli   yer   övladına   etibar   etmişdir.   Şumerlərin

təfəkkürünün məhsulu olan bu fikir sonradan Bibliya və digər dini kitablara,

həmçinin region ölkələrinin mif və əfsanələrinə də siyarət etmişdir. Məşhur

Şumerşünaslardan S. N. Kramer və M.S. Belinkiy elmi şəkildə sübut etmişlər

ki,   Bibliyadakı   Nuh   daşqını,   Adəmin   torpaqdan,   Həvvanın   isə   onun

qabırğasından   yaradılması,   Habillə   Qabilin   ədavəti   və   bir   sıra   çoxsaylı

məsələlər heç də Yəhudilərə Allah müjdəsi və Yəhudi təfəkkürünün məhsulu

olmayıb Şumerlərdən əxz edilmişdir. Ona görə də Bibliyanın səmaviliklə heç

bir əlaqəsi yoxdur.  Bibliyada  göstərilən mif,  rəvayət,  nağıl və təmsillər də

Allah müjdəsi  olmayıb  qədim Yəhudilərin Şumerlərdən eynilə  mənimsəyib

köçürdüyü və əlaqədə olduğu müxtəlif xalqların təfəkkürünün, yaradıcılığının

məhsuludur.   Görkəmli   alim   D.Q.Reder   göstərir   ki:   “Bibliyanın   nəinki

səmaviliklə,  hətta  Yəhudilərin  iddia  etdikləri  qədimliklə  də  heç  bir  əlaqəsi

yoxdur.   Bibliya   eradan   əvvəl   589-586-cı   illərdə   Babil   əsirliyi   zamanında

yəhudi kahinləri tərəfindən Şumer mifləri əsasında tərtib edilmiş bir kitabdır”

(Bax: Literatura drevneqo Vostoka, Moskva 1971).

Yəhudilərin   “Peyğəmbər”   adlandırdıqları   şəxslər   “Şumer   miflərinin

sujetlərini Bibliyaya daxil edərkən elə kobud səhvlərə yol vermişlər ki, məna

və   sujet   dolğunluğu   tamamilə   itmiş,   anlaşılmaz   hala   salınmışdır.   Yalnız

minilliklər   keçdikdən   sonra   insanlığın   rəhmətini   qazanmış   insanların

fədakarlığı   nəticəsində   Şumer   mədəniyyətinin   özəllikləri   açılmışdır.   Eyni

zamanda   Bibliyanın   müqəddəsliyi   haqda   formalaşmış,   onun   səmaviliyini

əsrlər boyu qeyd-şərtsiz qəbul edən fikirlər tamamilə darmadağın olmuşdur”

(Seçmələr bizimdir-A.M. Bax: Arif Əlyev, göstərilən əsər, səh. 32).

Şumerlər elmin hələ uzun müddət sonralar açdığı və hələ bu gün də aça

bilmədiyi   bilgilərə   sahib   olmuşdular   ki,   bütün   bunları   da   onlara   Tanrı

adlandırdıqları   varlıq   öyrətmiş,   Tanrının  onlara   bəxş   etdiyi   bu  bilgiləri   gil

kitabələrə   köçürmüş,   gələcək   nəsillərə   ərmağan   etmişlər.   Şumerlərin

davamçıları   olan   Akkadlar,   Assurlar,   Babillər,   Xetlər,   Arameylər   sonralar

Babilistan,   Anadolu   və   Suriyada   öz   dövlətlərini   yaratmış   və   Şumerlərin

varisləri olaraq onlardan böyük və dəyərli mədəniyyət  əxz etmişlər. Şumer

ədəbiyyatı  Babil və onun vasitəsilə Yunan, Yəhudi və hətta Qərbi Avropa

xalqlarının ədəbiyyatı və mədəniyyətinə bilavasitə təsir göstərmişdir. Qədim



Sami   xalqlar   Şumer   ədəbiyyatını   yüksək   qiymətləndirmiş,   o   abidələri   öz

dillərinə   tərcümə   etmişlər.   Sami   xalqları   Şumer   dilini   canlı   istifadədən

çıxarsalar da Şumer dili uzun müddət din, ədəbiyyat, mədəniyyət və elm dili

kimi   öz   mövcudluğunu   qoruyub   saxlamışdı.   Ümumiyyətlə,   Akkadlar

Şumerləri   təqlid   etmiş,   onların   maddi   və   mənəvi   mədəniyyətlərini

mənimsəmiş, onların yaratdığı elm və mədəniyyətin müxtəlif sahələrinə aid

əsərləri öz dillərinə çevirib bəhrələnmiş, zəngin kitabxanalar yaratmışlar. V.V.

Struve göstərir ki: “Misirlilərin, Babillərin, Assurilərin, Finikiyalıların, qədim

Yəhudilərin   və   hətta   Yunanların   dünyagörüşü   və   incəsənətinin   qaynağını

məhz Şumerlərdə axtarmaq lazımdır”.

İngilis   alimi   L.Vulli   yazır:   “Nil   vadisinin   ilk   fironu   Manesin

hökmdarlığı dövründə Misir nəhayət tərəqqi yoluna qədəm qoyduğu vaxt onun

yoluna   Fərat   sahillərində   pöhrələnmiş   daha   qədim   və   daha   yüksək

mədəniyyətin şöləsi işıq saldı. Qərb mədəniyyəti də Şumerdəki ana ocaqdan

şölələndi. Misir, Babil, Assuriya, Finikiya, qədim Yəhudi və nəhayət Yunan

mədəniyyətinin də mənbəyini Şumerdə axtarmaq lazımdır” (Bax: L. Vulli, Ur

Xaldeev, Moskva 1961, səh. 8).

Alman alimi Q. Vinqler göstərir ki: “Bizə qədər gəlib çatmış ən qədim

qaynaqlar Semit dilində deyil, Şumer dilində yaranıb. Bu dil əsas əlamətlərinə

görə   Türk   dilinə   uyğun   iltisaqi   quruluşlu   dildir   və   Semit   dillərinin

quruluşundan tamamilə fərqlənir” (Bax: Quqo Vinqler, Vavilonskaya kultura,

Moskva 1913, səh. 6-7).

Rus   alimi   D.   Q.   Reder   yazır:   “Ulu   Şumer   ilahi   qanunlar   ölkəsi   idi.

Bütün insanlar bir dildə danışır, bir-biri ilə əmin-amanlıq içində yaşayır, kimsə

kimsədən qorxmur, hamılıqla ev, qala tikir, şəhərlər yaradırdılar” (D.Q.Reder,

Mifı i leqendı drevneqo dvureçiya, Moskva 1965).

Son olaraq qeyd edək ki, “Avesta”da “Kanqlı” (Kəngərli) etnoniminin

Turanlıların sinonimi kimi işlədilməsini, Şumer dilinin Türk dili kimi iltisaqi

dil qrupuna aid olduğunu, Şumer mətnlərindəki xeyli miqdarda sözlərin qədim

Türk sözləri ilə eyniyyət təşkil etdiyini, qonşularının onlara “qarabaşlar” və ya

“qarapapaqlar” demələrini, Şumerlərin daşıdığı adlara sonrakı minilliklərdə də

Türk   soy   və   boyları   içərisində   rast   gəlinidiyini,   Şumerlərin   Türküstandan

Azərbaycana,  buradan da Mesopotomiyaya  köç  edib orada  şəhər dövlətləri

yaratdıqlarını,   Şumerlərin   özlərini   qədim   Türklərdən   sayılan   “Kanqar”

(Kəngər) adlandırmalarını və s. nəzərə alaraq belə bir məntiqi nəticəyə gələ

bilərik ki, Şumerlər Türkdür və dünyaya ilk səsli əlifbanı və yuxarıda qeyd

edilən   bütün   maddi   və   mənəvi   mədəniyyət   nümunələrini   Kanqar-Şumer

Türkləri yaratmış və sonrakı bütün xalqlar da onlardan yararlanmışlar. 




Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə