FƏ SİL 5. SIYASILƏŞMƏ, SIYASI İŞTİRAK, S I Y A S I
ü n s i y y ə t
,
s i y a s i
s ə f ə r b ə r l i k
v ə
s i y a s i
m ə d ə n i y y ə t
1. Siyasiləşmənin m ahiyyəti və təbiəti
Siyasiləşmə, siyasi iştirak və siyasi ünsiyyət yaxın
anlayışlar olub, təbiətən bir-birinə bağlıdırlar. Siyasiləşmə
geniş mənada insanların siyasi perspektivlərə və siyasi ak si
yalara istiqamətlənməsini bildirir. O, insanların siyasi aktor
kimi fəaliyyətini nəzərdə tutur. Ümumiyyətlə, siyasətdən
azad cəmiyyət tapmaq qeyri-mümkündür. Siyasətçilər icti
mai mənafelər naminə siyasətlə məşğul olan şəxslər kim i
bütün cəmiyyətdə mövcuddurlar. İnsanların siyasiləşməsinə
ehtiyac yalnız o cəmiyyətlərdə yaranır ki, orada siyasət
başlıca rol oynamır. Müxtəlif cəmiyyətlərdə iqtisadi, dini,
etnik, mədəni və s. kimi müxtəlif qeyri-siyasi am illər
insanların düşüncəsinə və fəaliyyətinə hakim kəsilə bilər. B u
hallarda
insanları
siyasiləşdirmək
üçün
siyasətçilər
tərəfindən səylər göstərilə bilər.
Siyasiləşmə şəxsin siyasi sistemdə bir vətəndaş və ya
aktor kimi rolunu ifa etməsi üçün müvafiq təhsil, məlumat və
ya hazırlıq almasını nəzərdə tutur. Siyasiləşmiş şəxs hər
hansı bir partiyanın fəal üzvü və ya yaxşı bir məmur ola
bilər. Bu şəxs heç siyasətlə maraqlanmadığı vaxt öz dün
yagörüşündə və davranışında tipik olacaqdır. Geniş mənada
bunu siyasiləşmə adlandırmaq olar. Siyasiləşmə şəxsin həm
özünün, həm də siyasi sistemin marağına uyğun hazırlan
masını nəzərdə tutur. Belə bir şəxs təkcə yaxşı aktor deyil,
həm də ağıllı, cəmiyyət üçün faydalı bir şəxsdir.
İndi isə siyasiləşmənin səciyyəvi cəhətlərini aydın
6 4
laşdıraq. Hər hansı bir şəxs və ya vətəndaş siyasiləşərkən nə
baş verir? Qısaca demək olar ki, onun dünyagörüşü, möv
qeyi, məlumatlılığı, biliyi, resursları, görkəmi, bacarığı,
ləyaqəti fəqrli dəyişikliklərə uğrayır. O siyasiləşdiyi vaxt
cəmiyyətə, dövlətə, siyasətə və hökumətə fərqli baxış nü
mayiş etdirir. Onun siyasətdə iştirak üçün məlumatlılığı,
arzulan və ya cəhdləri artdıqca, o, ətrafında baş verənlər
haqqında geniş, ətraflı məlumat və bilik əldə etməyə
başlayır. O, kimin prezident, nazir, icra başçısı, deputat və
bələdiyyə üzvü olması ilə maraqlanmağa başlayır. O, məlu
matı müxtəlif kanallar və ya mənbələrdən, şəxsi görüşlərdən,
dövri mətbuatdan, radio və televiziyadan, internetdən və d.
kütləvi informasiya vasitələrindən ala bilər. Siyasiləşmiş
şəxs çoxlu və müxtəlif resurslar, qabiliyyətlər, bacarıqlar və
s. əldə etməyə çalışır. Öz təcrübəsindən və siyasi prob
lemlərlə qarşılaşmasından o dərk etməyə başlayır ki,
siyasiləşmiş şəxs kimi hərəkət etmək müəyyən tip və miqdar
resurslar, qabiliyyət və bacarıqlar tələb edir. Məsələn, o, özü
üçün müəyyənləşdirə bilər ki, seçkilərdə qalib gəlmək üçün
bir qədər başqa tip qohumlara, dostlara və əlaqələrə malik
olmaq lazımdır.
2. Uşağın siyasi sosiallaşması
Uşağın siyasi sosiallaşması siyasi sosiallaşmanın elə
prosesini nəzərdə tutur ki, burada uşaq sosial-siyasi sistemin
tam püxtələşmiş üzvünə çevrilir. İnsanın cəmiyyətin bir üzvü
kimi hazırlığı, ixtisası və xüsusi keyfiyyətləri onun həyatının
müxtəlif mərhələlərində mənsub olduğu müxtəlif yaş qrup
ları mövqeyindən tədqiq edilə bilər. Bu müxtəlif mərhələlər
uşaqlıq, ilk gənclik, gənclik, orta yaş və qocalıq dövrlərini
65
əhatə edir. İnsan sosial-siyasi sistemin üzvü kimi aşağıdakı
lara malikdir:
• yaxşı inkişaf etmiş bədən;
• yaxşı inkişaf etmiş ağıl;
• ad;
• dil;
•
din;
• sinif;
• təhsil, təlim, iş təcrübəsi;
• peşə, məşğuliyyət və s.;
• ictimai-siyasi partiyada, təzyiq və ya maraq qruplarında
üzvlük;
• sosial-siyasi sistemdə həqiqi mövqe, rol, təsir və s.
Uşaq doğularkən əlbəttə ki, potensial insan doğulur.
Lakin potensial insan hələ əsil insan deyil. Valideynlər öz
lərini xoşbəxt hiss edirlər. Hökumət də buna sevinməyə
bilməz. Uşaq doğularkən o, müvafiq idarələrdə müvafiq
qeydiyyatlardan keçməlidir. Uşağm doğum faktım iqtisadi və
siyasi planlaşdıncılar, ordu mütəxəssisləri, əməyin təşkilat
çıları, sosial sığorta və müxtəlif növ xidmətlər və s. nəzərə
almaya bilməzlər. Bu elementar, potensial və gözlənilən
mənada uşaq sosial-siyasi sistemin üzvüdir. Lakin heç də
demək olmaz ki, o, yaşlı bir şəxs kimi artıq sistemin tam
vəzifəli üzvüdir.
Sosial-siyasi sistemin tam hüquqlu üzvü olmaq üçün
uşaq müxtəlif təsirlərə məruz qalmalı və ya müxtəlif
qabiliyyətlər, bacarıqlar və s. əldə etməlidir. İlk əvvəl isə o
sağlam orqanizmə malik olmalıdır.
Daha sonra vacibdir ki, uşaq yaxşı inkişaf etmiş ağıla
m alik olsun. Uşağm psixi və emosional yükcəlişi, onun fiziki
66
inkişafı ilə bərabər uzun müddət ərzində baş verir. Uşağm
fiziki və əqli inkişafı, demək olar ki, siyasi sosiallaşma
prosesinin bir hissəsidir.
Körpə doğularkən onun nə adı, nə dili, nə sinfi, nə də
ki, başqa status göstəriciləri olmur. Bütün bunlar həyatının
sonrakı mərhələlərində ona verilir və ya onun tərəfindən əldə
edilir. Bu adlar şəxsə siyasətdə ən azı ilkin hörmət, üstünlük
və ya əlaqələr verir. Dil, din və sinif amilləri ona eyni
dərəcədə rahatlıq verə bilər. Tarixə müraciət etmiş olsaq
görərik ki, müxtəlif dövrlərdə müxtəlif dillər mühüm və ya
nüfuzlu olmuşlar. Məs., XX əsrdə fransız və ingilis dilləri
nüfuzlu dillər olmuşlar.
Sosial-siyasi sistemdə dini amil vaxtaşırı mühüm rol
oynamışdır. Din qədim institut olaraq dünyanın müxtəlif
hissələrində, bir çox cəmiyyətlərin həyatında üstünlük təşkil
etmişdir. Hər hansı bir cəmiyyətdə çoxluq təşkil edən dinə
əzəli mənsub insanlar sosial-siyasi sistemin üzvü kimi müəy
yən üstünlüklərə malik ola bilərlər. Məs., Azərbaycanda,
İranda, Türkiyədə islam başlıca dindir. Bu əsas dinə mənsub
insanlar öz ölkələrinin sosial-siyasi sisteminə təsirə malik
dirlər. Azlıq təşkil edən dinlərə və məzhəblərə mənsub in
sanlar ən azı psixoloji cəhətdən müəyyən əlverişsiz vəziy
yətdə qalmış olurlar. Buradan da körpənin dini mənsubiyyəti
siyasi sosiallaşma prosesinin əhəmiyyətli tərkib hissəsi kimi
qəbul edilməlidir.
Uşağın hər hansı bir icma və ya sinifdə üzvlüyü onun
rolu və fəaliyyətinə böyük təsir göstərə bilər. Əgər uşaq yu
xarı sinfə və ya elitaya aiddirsə, onda o müəyyən üstün
lüklərə malik olur. Oliqarxik siyasi sistemlərdə o sonradan
birbaşa liderlik və y a formal liderlik rolları oynaya bilər,
6 7
Dostları ilə paylaş: |