Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə18/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   49

İstəniləli siyasi sistemdə siyasi iştirak çox m ühüm dür, 
Sistemin  xarakteri  və  fəaliyyəti  sistemin  üzvlərinin 
onda iştirakı  və  ona təsir göstərməsi yollarını  axtarmaqla  ra- 
zılaşdmlmalıdır.  M üxtəlif üzvlərin siyasiləşməsi  və siyasi  iş ­
tiraka  nail  olmaq  üçün  siyasi  ünsiyyətin  aparılması  həm işə 
iki amilin -  siyasi  səfərbərliyin və siyasi mədəniyyətin tə siri­
nə məruz qalır.
Siyasi səfərbərlik
Səfərbərlik  iki  məna daşıyır.  Onlardan birincisi hərbi, 
digəri  isə  siyasi  sistemin  təhlili  mənasında  səfərbərlikdir. 
Hərbi  və  ya  müharibə  kontekstində  səfərbərlik  bütün  enerji 
və  ya  səylərin  müharibə kimi  fövqəladə  və  ya  fəlakət vəziy­
yətində  toplanması  və  ya  dəyişməsi  deməkdir.  Bu  vax t 
müharibənin  məqsəd  və  vəzifələri  hakim  mövqe  tutur  v ə 
bütün  başqa  məqsəd  və  vəzifələr  hakim  müharibə  mövzu­
suna tabe etdirilir.
Hərbi  və  ya  müharibə  səfərbərliyinin  əsas  xüsusiy­
yəti  ondan  ibarətdir ki,  bu cür səfərbərlik yalnız xüsusi  vaxt­
larda  arzuolunan  və  ya  mümkündür.  Əgər  müharibə  dövrü 
uzanarsa,  onda  səfərbərlik  vəziyyəti  pozulur.  Onlar  ya  qay­
ğılı  və  ümüdsüz  olur,  ya  da  ki,  səfərbərliyi  itirir  və  passiv­
ləşirlər.  Məhz buna görə  də  səfərbərlik  qısa vaxt ərzində  baş 
verməlidir.  Səfərbərliyi  həyata  keçirən  və  planlaşdıran  siya­
sətçilər  ümumən  başa  düşürlər  ki,  səfərbərlik  qısamüddətli 
fenomendir  və  bu  məqsədə  qısa  müddətdə  çatmaq  lazımdır 
və  çünki  əgər  fürsət  əldən  buraxılarsa,  insanları  səfərbərliyə 
almaq  xeyli  çətinləşər.  Səfərbərliyin  digər  vacib  xüsusiyyəti 
tərxis  olunmadır.  Böhran  vəziyyəti  və  ya  müharibə  başa 
çatdıqda  əsas  məqsəd  ətrafında  toplanmış  və  itiqamət-
72
ləndirilmiş ordu və mülki əhali  sərbəst buraxılmalıdır.
Sistem  analizi  kontekstində  səfərbərlik  bir  qədər 
fərqli  məna  daşıyır.  Burada  səfərbərlik  siyasi  sistemin  müx­
təlif enerji  və  qabiliyyətlərinin  fəallaşması  və  istiqamətlən­
dirilməsi  mənasını  daşıyır.  Lakin  fəallaşma  və  istiqamət­
ləndirilmə  hər  hansı  bir  fövqəladə  hal  və  ya  müharibə  üçün 
deyil.  Səfərbərlik  siyasi  sistemin  normal  və  müvəffəqiyyətli 
fəaliyyəti  üçün  tələb  olunur  və  nəzərdə  tutulur.  Siyasi 
sistemin  fəaliyyəti  millətin həyatında baş  verən  gərginlikləri, 
əngəlləri,  uğursuzluqları,  fəlakətləri,  böhranları  və  ya 
müharibələri  nəzərə  ala  bilər.  Beləliklə,  bunlar  baş  verəndə 
siyasi  sistemin  səfərbərliyi  fövqəladə  hallara  qarşı  istifadə 
olunur.  Bu  hallar  baş  vermədikdə  isə  səfərbərlik  siyasi 
sistemin  müvəffəqiyyətli  fəaliyyəti  üçün  istifadə oluna bilər. 
Burada  siyasi  sistemin  müvəffəqiyyətli  fəaliyyəti  siyasi 
sistem  kontekstində  müxtəlif  subsistemlər  və  proseslərin 
düzgün  fəliyyəti  deməkdir.  İnsanların  maraq  və  tələbatları 
yaxşıca  toplanılmalı, 
öyrənilməli  və 
siyasətçilərə  və 
inzibatşılara çatdırılmalıdır.
Ünsiyyət  subsitemi  kimi,  müxtəlif  subsistemlər  də 
yaxşı  işləməlidirlər. 
Sənayenin  müxtəlif  sahələri 
bir 
subsistem kimi  ünsiyyət  və  siyasi partiyalar  subsistemləri  ilə 
əl-ələ  verib  birgə  addımlamalı  və  bu  vaxt  qanunverici 
subsistemlə  hərbi  subsistem  arasında  uyğunluq  olmalıdır. 
Siyasi  kontekstdə  subsistemlər  arasında  əməkdaşlıq  və 
uyğunluq dedikdə bu nəzərdə tutulmalıdır.
Səfərbərlik vəziyyətində olan siyasi  sistemdə müxtəlif 
subsistemlər  operativ  müstəqilliyə  və  muxtariyyətə  malik 
olurlar.  Almond və Pauel  özlərinin  “Müqayisəli  siyasət”  adlı 
əsərində  m üxtəlif  siyasi  sistemləri  səfərbər  (mobil)  və
73


səfərbərlikdən  öncəki  (pre-mobil)  sistemlərə  bölürlər. 
Onların  hər  biri  sonradan  demokratik  və  avtoritar  sistemlər 
kimi  təsnifləşdirilə  bilər.  Məs.,  onlar  Qana  dövlətini 
səfərbərlikdən  öncəki  avtoritar,  Nigeriyanı  1966-cı  ilədək 
səfərbərlikdən  öncəki  demokratik,  Britaniyanı  isə  m obil 
müasir  demokratik  sistem  kimi  xarakterizə  edirlər.  B u  
sistemlərdən  subsistem  muxtariyyəti  və  iştirak  mədəniyyəti 
xüsusi 
cəhətlərə 
malikdirlər. 
Fransadakı 
dördüncü 
respublikanı  məhdud  subsistem  muxtariyyəti  kimi  misal 
gətirirlər.  Meksika zəif subsistem muxtariyyatı  olan  səfərbər 
olunmuş  müasir  siyasi  sistem  kimi  misal  gətirilir.  Onlar 
avtoritar  tipli  səfərbər  müasir  siyasi  sistemlərə  dair  də 
misallar  gətirirlər.  Almond  və  Pauel  avtoritar  subsistemlərin 
səfərbər  olunmuş  modern  tiplərinin  əsas  xüsusiyyətlərini 
müzakirə  edirlər.  Onlara  görə,  subsistemə  nəzarət  və  iştirak 
mədəniyyəti  avtoritar  sistemlərin  əsas  atributlarındandır. 
Keçmiş  Sovet  ittifaqı  avtoritar  sistemlərə  aid  olan  radikal 
totalitar  sistem  tipi  kimi  misal  gətirilir.  Nasist  Almaniyası 
avtoritar  sistemlərə  aid  konservativ  totalitar,  İspaniya 
avtoritar  sistemlərə  aid  konservativ,  Braziliya  isə  avtoritar 
sistemlərə  aid  modernləşən  avtoritar  sistem  kimi  göstərilir. 
M üxtəlif  siyasi  sistemlər  bax  bu  cür  səfərbərliyin  olub 
olmamasından  asılı  olaraq  təsnifləşdirilir  və  təsvir  olunur. 
Səfərbər  olunmuş  bu  kateqoriyadan  olan  səfərbər  dövlətlər 
arasında  m üxtəlif siyasi  sistemlər  və  səfərbərlikdən  öncəki 
(pre-mobil)  dövlətlər  arasında  da  müxtəlif  siyasi  sistemlər 
mövcuddur.
Səfərbərlik  m üxtəlif qüvvələr  və  amillərin  həm hərbi 
təşkili,  həm  də  siyasi  sistem  kontekstində  tam  toplanılması 
və  fəaliyyətidir.  Siyasi  sistem  kontekstində  bu,  məlum  sis-
7 4
temdə  m üxtəlif  funksiyaların  və  subsistemlərin  düzgün  fə­
aliyyəti  və  əlaqələndirilməsini  nəzərdə  tutur.  Gördüyümüz 
kimi,  siyasi  sistemin  fəaliyyəti  fövqəladə  və  müharibə  kon­
tekstində  abnormal  və  supernormal  fəaliyyəti  nəzərdə  tutur. 
Bu,  ordu  və  siyasi  sistem  kontekstlərində  mövcud  olan  ən 
yaxşı oxşarlıqdır. Hərbi  sistemdən fərqli olaraq,  siyasi  sistem 
səfərbərlikdən gündəlik,  adi fəaliyyət üçün istifadə edir.
Demək  olar  ki,  istənilən  sistem özünün  müxtəlif his­
sələrində m üxtəlif vaxtda səfərbər oluna bilər.  Səfərbərlikdən 
qabaq  və  səfərbərlikdən  sonra  anlayışları  sistemlərin  təhlili 
kontekstində müəyyənləşə bilər.
Siyasi mədəniyyət
Hər hansı  bir  siyasi  sistemin keyfiyyətlərini və hissə­
lərini müzakirə edərkən, biz onun input-outputlanm (qoyuluş 
və  nəticələrini),  maraqların cəmlənməsini  və ifadəsini, təsvi­
rini, rollarım  və  s.  müzakirə etmiş oluruq.  Siyasi mədəniyyət 
siyasi  sistemin  strukturunun  və  fəaliyyətinin,  müvəffəqiyyə­
tinin  və  ya  müvəffəqiyyətsizliyinin  qiymətləndirilməsi  üçün 
böyük strateji əhəmiyyətə malikdir.
Siyasi  mədəniyyət  əhalinin  və  ya  onun  bir hissəsinin 
malik  olduğu  münasibətləri,  inamları  və  ya  dəyərləri, 
ənənələri  və  s.  bildirir.  Əgər liderlər və ya əhalinin müəyyən 
bir  hissəsi  millətin  qüdrətini  artırmaq  üçün  qətiyyətə 
malikdirlərsə,  onda verilən  şəraitdə  bu  qətiyyət  liderlərin  və 
ya  əhalinin  bir  hissəsinin  siyasi  mədəniyyətinin  aspekti 
adlandırıla  bilər.  Misal  olaraq  Almaniyanı  götürək.  Birinci 
və ikinci  Dünya müharibələrindən sonra Almaniya rəhbərliyi 
özünün  itirilmiş  gücünü  bərpa  etmək  üçün  görünməmiş 
səylər  göstərdi.  Bu,  müəyyən  mənada  liderlik  problemidir.
75


Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə