Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə26/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   49

7.  Sorğu (müsahibə) metodu
Bu metoddan digər sosial elmlərdə olduğu kimi  s iy a s i 
sosiologiyada  da  geniş  istifadə  olunur.  Bura  ictimai  r ə y  
sorğusu,  əhalinin  siyahıyaalınması  və  s.  aiddir.  Bu m eto d u n  
mahiyyəti 
respondentlərdən 
məlumatların, 
faktların, 
dəlillərin, mülahizələrin və s. toplanılmasındadır.
8.  Hadisənin tarixinin öyrənilməsi metodu
Bu  metodun  hər  hansı  bir  fərdin,  şəraitin  və  y a  
hadisənin  tarixini  öyrənilməsində  rolu  əvəzolunmazdır.  B u  
metod  hadisənin  baş  verməsini  və  onun  əvvəldən  axıradək 
inkişafını  tədqiq  edir.  Hadisənin  tarixi  metodu  əsasında  çox 
əhəmiyyətli  ümumiləşdirmələr  əldə  etmək  mümkündür.  B u 
metodun  çatışmayan  cəhəti  onun  yalnız  bir  hadisə  ilə 
bağlılığındadır. 9
9.  Tarixi metod
Bu,  m üxtəlif  elmlər  tərəfindən  qəbul  edilmiş  ən 
qədim  və  birtipli  metodlardandır.  Tarixi  metod  problemin, 
şəraitin  və  ya  hadisənin  tarixi  nöqteyi-nəzərdən  öyrənilmə­
sini  nəzərdə  tutur.  Misala  müraciət  edək.  Tutaq  ki,  bizi  hər 
hansı  bir partiyanın müəyyən bir məkanda müəyyən bir vaxt 
ərzində  nüfuzu  maraqlandırır.  Əgər  bu  məkan  şəhərdirsə. 
onda  bizi  burada  əvvəllər  keçirilmiş  seçkilərdə  həmin 
partiyanın  nümayəndələrinin  qazandığı  səslər  maraqlandır­
malıdır.  Bunun  üçün  ən  yaxşı  metod  məsələyə  tarixi 
yanaşma ola bilər.  Digər bir misal:  bizi  inkişaf etməkdə olan 
ölkələrin birində modernləşmə prolemi maraqlandırır. Bunun 
üçün  ən  yaxşı  yol  həmin  ölkənin  tarixini,  ənənələrini,  siyasi 
və  iqtisadi rolunu nəzərdən keçirməkdir.  Tarixi metod siyasi
104
sosioloqa  keçmişdə  baş  vermiş  faktlar  əsasında  bu  gün  və 
gələcək üçün müəyyən nəticələr çıxarmağa imkan verir.
10.  M üqayisəli metod
Bu,  tarixi  metodun  bir  növüdür.  Onun  vasitəsilə  hər 
hansı  bir  hadisə  və  ya  şəraitdə  ümumi  və  xüsusi  əlamətlər 
müəyyənləşdirilir.  Bu  metod  vasitəsilə  iki  hadisə  və  ya 
şəraitin  inkişafının  müxtəlif  tarixi  mərhələlərini  müqayisə 
etmək,  onlarda  baş  verən  dəyişiklikləri  aydınlaşdırmaq 
mümkündür.
105


BÖLMƏ 2. K.MARKS, M.VEBER VƏ T.PARSONSUIV 
SOSIAL-SIYASI BAXIŞLARI
Bu  bölmədə  siyasi  sosiologiya  sahəsində  ən  ə s a s  
ideyaları  irəli  sürmüş üç  alimin -  K.  Marks,  M.  Veber v ə   T . 
Parsonsun baxışları ətraflı nəzərdən keçiriləcəkdir.
Elmin  bütün  sahələri  xüsusi  təfəkkür  və  isted ad a 
malik  bir  neçə  şəxs  tərəfindən,  məsələn,  fəlsəfə  Platon  v ə  
Aristotel, tarix  Herodot və Plutarx,  astronomiya Kopemik  v ə  
Qaliley,  fizika  Nyuton  və  Eynşteyn,  iqtisadiyyat  Smit  v ə  
Rikardo tərəfindən güclü təsirə məruz qalmışdır.
K. 
Marksı  sinfi  mübarizə,  siyasi  ideologiyanın 
iqtisadi  kökləri  haqqında  dərin  fikirləri  və  bir  çox  digər 
sanballı  ideyalarına  görə  siyasi  sosiologiyanın  atası  saymaq 
düzgün olardı.
M.  Veber bürokratiya,  sosial  status və s.  kimi bir sıra 
mühüm kateqoriyalar  üzərində  işləyərək Marksın toxunduğu 
problemlərə bir tərəfdən  aydınlıq gətirmiş,  digər tərəfdən isə 
onları genişləndirmişdir.
T.  Parsons  isə  müasir  sosial  elmlər sahəsində alimlər 
arasında  ən  tanınmışıdır.  Onun  cəmiyyətin  subsistemlərdən 
təşkil  olunmuş  sosial  sistem  olması  haqqmda  ideyası 
cəmiyyətşünaslıq  və  siyasi  tədqiqatlarla  məşğul  olan  əksər 
müasir  alimlər  tərəfindən  qəbul  edilmişdir.  Lakin  Parsons 
müasir  cəmiyyətlərdə  fərd  və  qruplar arasında  aydın nəzərə 
çaıpan hakimiyyət,  var-dövlət və digər göstəricilər arsındakı 
fərqlərə  az  əhəmiyyət  verdiyindən  onun  nəzərriyəsi  siyasi 
sosiologiyaya  Marks  və  Veberin  nəzərriəyləri  qədər  təsir 
göstərə bilməmişdir.
106
FƏSİL 9. K.MARKSIN SOSIAL-SIYASI BAXIŞLARI
K a rl M arks (1818-1883)
Marks həm filosof, iqtisadçı, tarixçi, inqilabçı, həm də 
sosioloq kimi tanınmışdır.
Marksın 
insanların  malik  olduqları  sərvət  və 
imtiyazların səviyyəsinə görə müxtəlif siniflərə bölünməsi və 
bunun  mühüm  mübarizə  mənbəyinə  çevrilməsi  haqqındakı 
fikirləri ilə tanışııq.  Marksın ideyaları - marksizm bəzi  siaysi 
partiyalar  və  hətta  xalqlar  tərəfindən  proqram  kimi  qəbul 
edilərək ciddi məna kəsb etmişdir.
Bəs  görəsən  Marksın  siyasətçiyə  və  politoioqa 
münasibəti  necədir?  Bütün  alimlər  kimi  Marks  üçün  də 
siyasətçi  ilə  elm  adamı  (bir  tərəfdən praktiki,  digər  tərəfdən 
isə  elmi  fəaliyyətlə  məşğul  olan  insan)  arasında  müəyyən 
gərginlik  mövcuddur.  Belə  ki,  əgər  Veber  iki  bir-birinə 
nəzərə  çarpacaq  dərəcədə  əks  mövqelərdə  duran  rollar 
arasındakı  problemi  onları  bir-birindən  ayırmaqda  görürsə, 
Marks,  əksinə,  hər  iki  rolu  birləşdirməyə  üstünlük  verir. 
Marks bir tarixçi  və  sosioloq kimi  inanırdı  ki,  tarixi  diqqətlə 
öyrənərək  tarixi  dəyişikliklər  və  inkişafı  təmin  edən  əsas 
prinsipləri  kəşf  elmək  mümkündür.  O,  bu  prinsiplərin  öz 
əksini  onun  Engclslə  birlikdə  yaratdıqları  tarixi  materalizm 
nəzərriyəsində tapdığını göstərirdi.
Marksın  dəyişikliklər nəzəriyyəsi  XIX  əsr  kapitalizm 
cəmiyyətinin  tarixi  inkişafının  qanunauyğunluqlarını  dərk 
etmək  arzusundan  irəli  gəlirdi.  İnqilabın  bir  müdfafıəçisi 
kimi  o  dəyişikliklər  haqqında  bilikləri  fəhlə  sinfi  arasında 
yaymaqla  onu  maarifləndirməli  olmasına  və  bununla  da 
dəyişiklikləri  sürətləndirməsinə  son  dərəcə  inanırdı.  O,
107


Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə