Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə29/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   49

ki,  əgər  dövlət  maşını  kapitalistlərin  mənafeyini  hələ  aydm 
şəkildə  ifadə  etmirsə,  bu  orada  vahid  sosial  sinfin  olm am a­
sından xəbər verir.
K.Marks Amerikanın sosial və siyasi həyatında xüsusi 
rol  oynayan  və  hətta  dövlətlə  assosiasiya  olunan  yardımçı 
təşkilatların (məs.,  siyasi partiya  təşkilatlarının,  maraq  qrup­
larının  və  s.)  öyrənilməsinə  Aleksis  de  Tokvil  qədər  diqqət 
yetirməmişdir.  Onun  diqqət  yetirdiyi  yeganə  belə  qurum  
təşkilati  səviyyəsi  son  dərəcə  qeyri-simmetrik  olan  Paris 
Kommunası olmuşdur.
Siyasi sistem
Marksa  görə,  siyasi  sistem  iki  elementdən  -   siyasi 
idarəçilərdən  və  dövlət  maşınından  ibarətdir.  O,  bu  iki 
element -  dövlətlə vətəndaş cəmiyyəti  ilə bazis  və üstqurum 
arasında  paralel  aparır.  Dövlət  siyasi  qaydada  yerləşən 
insanlardan  ibarətdirsə,  vətəndaş  cəmiyyəti  istehsal  prose­
sində  yerləşən  insanları  əhatə  edir.  İnsanın  dövlətdə 
vətəndaşlığı  onun  öz  həqiqi  taleyinin  və  hakimiyyətin 
özgələşməsinin bariz nümunəsidir.
Bütün həyatı boyu Marks kapitalizmin siaysi qaydala­
rı haqqında onun iqtisadi  institutlarından xeyli  az yazmalı  ol­
muşdur. Bu çatışmazlıqlar Veberin  siyasi  institutlar haqqında 
dəqiq müzakirələri fonunda xeyli aydın görünür.
M arks:  insan niyə tabe olur?
Siyasi  sosiologiyanın  əsas  məsələlərindən  biri  də 
insanın  cəmiyyətədə  tabe  olmasının  təbiəti  və  əsaslarıdır. 
Nəzəriyyəçilərədən asılı  olaraq problemə yanaşma da müxtə­
lifdir.  Bu  halda  hakimiyyət  məsələsinə  və  hökmranlığa
116
münasibət  öz  əksini  tapır.  Marksın  yanaşması  müasir  siyasi 
sosiologiyada mühüm yer tutur.
Nə  üçün  kapitalizm  cəmiyyətində  fəhlələr  kapitalist­
lərə  tabe  olur?  Marks  bunu  belə  izah  edir:  cəmiyyətin 
kapitalistlərə və proletariata bölünməsi  antaqonistik xarakter 
daşıyır -  hər bir sinif o birisi ilə konfliktdədir. Bundan başqa, 
kapitalistlər  sinfi  öz  məqsədlərini  həyata  keçirmək,  yəni 
kapital toplamasını  davam  etdirmək istəyir.  Bu məqsədə çat­
maq üçün o, proletariatı öz fabrik və ya zavodunda işləməyin 
zəruriliyinə  inandırmalıdır;  qısası  o,  proletariatı  işləməyi 
məcbur etmək üçün öz əmrlərinə tabe olmağa inandırmalıdır.
Fəhlə sinfinin kapitalistlərə tabe olması güc nümayişi­
nin  nəticəsidir.  Texniki  istehsal  vasitələri  üzərində  istənilən 
mülkiyyətdən  məhrum  olan  proleteriatm  kapitalistlər  üçün 
işləməkdən başqa çarəsi yoxdur. Onların gündəlik qazancı bu 
instrumentlərdən  istifadə  etmələrindən  asılıdır.  Beləliklə, 
onlar  kapitalistlərin  əmrinə  yalnız  zərurət  üzündən  tabe 
olurlar.  Kapitalistlər sinfinin nöqteyi-nəzərindən proletariatın 
tabe  olması  şərtlərindən  ən  əsası  kapitalistlərin  istehsal 
vasitələri  üzərində  mülkiyyətidir.  Kapitalistlər  iqtisadi  insti­
tutlar yaratmaqla  fəhlə  sinfi  üzərində  öz nəzarətini bütün di­
gər müəssisə və  institutlarda  da həyata keçirirlər.  Bu  cür dü­
şüncələr  üçün  əsas  o  qədər  də  böyük  deyildir.  Bəs  nə  üçün 
iqtisadi  institutlardakı  hakimiyyət  bütün  digər  institutlardakı 
hakimiyyətlərlə ümumiləşdirilməlidir?
Bu  suala  bir  cox  cavab  vardır.  Onlardan  həqiqətə  ən 
yaxmı  budur:  kapitalistlər  varlı  olduqlarına görə  dövlət qul­
luğunda olan adamları  “satın ala bilirlər”.  Dövlət qulluğunda 
olan  insanlar  üzərində  nəzarətin  gücləndirilməsi  məsələsi 
diqqəti cəlb edir. Buradan da kapitalistlər fəhlə sinfi üzərində
1 1 7


hökmranlığım  iqtisadi  institutlardan kənarda  da  fiziki  qüvvə 
vasitələri  üzərində  birbaşa  olmayan  nəzarətlə  qoruyub 
saxlaya bilirlər.
Bu dəlilə Marks belə cavab verirdi: bu müəyyən dərə­
cədə düzgün olsa da, kapitalistlərin qeyri-iqtisadi hakimiyyə­
tini  aydinlaşdırmır.  iqtisadi  sərvətin  kapitalistlərin  siyasi  və 
ya digər hakimiyyət formalarına zəmanət verməsi iddiası ka­
pitalistlərin  iqtisadi  sferadan  kənarda hakimiyyəti  (məhz  on­
ların  dəyərlər  sisteminin  hegemonluğu)  üçün  real  əsas  yara­
dır.  Onlarm  bu  cəhətdən  nəzarəti  istənilən  dövrdə  istənilən 
dominant  sinif üçün  eynidir.1 Məsələn,  “bir  adam,  bir  səs” 
və  “hamıya  bərabər  hüquq”  kimi  tələblər  cəmiyyətin  siyasi 
sistemində proletariatın tabeçiliyini qorumaq üçün kapitalist­
lərin  inanc  sisteminin  əsas  elementlerini  təmsil  edir.  “Vaxt 
puldur” kimi əski deyimlərlə onlar fəhlə sinfinin nümayəndə­
lərini  inandırırlar  ki,  kapitalizmin  institutlarına  tabeçilik  nü­
mayiş  etdirməklə  onlar  özlərinin  maraqlarına  xidmət  etmiş 
olurlar.  Beləliklə,  kapitalistlərin  fəhlə  sinfinin  tabeçiliyənə 
nail  olmaq  istəmələrinin  ikinci  yolu  onların  kommunikasiya 
vasitələri üzərində nəzarətidir.
Marks  tərəfindən  bu  məsələlərin  dərin  analizi  müəy­
yən  mürəkkəbliklərlə  müşahidə  olunur.  Əvvəla,  o  kapitalist­
lərin  inanclarının  hegemonluğunun  necə  əldə  edildiyini  gös­
tərməkdə  çətinlik  çəkir.  Burada,  məsələn,  inancları  yayan 
ailə  və  ya  məktəb  kimi  xüsusi  agentlər  mövcuddurmu?  Bu 
məsələyə  ən  fundamental  yanaşma  Cozef  Şumpeterə  məx­
susdur.  O,  qarşıya belə  bir  sual  qoyur:  necə  olur ki,  bəzi  in­
sanlar  istehsal  vasitələri  üzərində  mülkiyyətə  birinci  olaraq
13
 Marx,  “The German Ideology”,  in 
The
 Marx-Engels Reader, Tucker, p.
136.
118
yiyələnirlər?  Marks bu  problemi  ilkin yığım fikrini  irəli  sür­
məklə həll edir və bunun istehsalçının istehsal vasitələrindən 
ayrılması tarixi prosesindən başqa bir şey olmamasını göstə­
rir.1 Səyyahların və gildiya ustalarının şagirdlərinin quldurlu- 
ğu, sələmçiliyi və məhrumiyyəti sənaye sahiblərinin öz kapi­
tal  resurslarım  artırm asına  imkan  yaradan  vasitələrdəndir. 
Lakin hələ də  ilkin kapital yığımı ideyası və buna nail olma­
nın  xüsusi  yolları  bəzi  şəxslərin  necə  kapitalistə  çevrilməsi 
yollarının aydınlaşdınlmasmı tələb edir.
Beləliklə,  proletariatın  tabeçiliyi  kapitalistlərin  isteh­
sal  və  kommunikasiya  vasitələri  üzərində  nəzarətə  malik 
olmalarından  irəli  gəlir.  Deməli,  kapitalistlərin  hakimiyyəti 
onlarm  bu  resurslar 
üzərində 
əhəmiyyətli 
dərəcədə 
mülkiyyəti ilə şərtlənir.
M arks dəyişiklik haqqında
Bir  çox  alimlərin  fikrincə,  Marksın  kapitalizmi  və 
eləcə  də  digər  cəmiyyətləri  bütünlükdə  tənqidi  onun 
dəyişiklik  konsepsiyası  ilə  bağlıdır.  Lakin  sözün  geniş 
mənasmda  bu  onun  ideyalarının  son  dərəcə  sadələşdirilməsi 
olardı.  Marksa görə,  kapitalizmin  əsas  prinsipləri  sabitlik və 
dəyişikliyə,  qayda  və  qaydasızlığa  imkan  yaradan  element­
ləri  əhatə  edir;  vaxt  keçdikcə  dəyişiklik  sabitlik  üzərində 
üstünlüyə  malik  olur  və  vaxilə  kapitalizmin  inkişafını  təmin 
etmiş mexamizmlər artıq onun özünün transformasiyası üçün 
işləməyə  başlayır.  Bu  prinsiplər  arasında  izafi  dəyər  və  ya 
kapitalistlərin  gəlir  əldə  etməsinə  səbəb  olan  mexanizmlər; 
əhalinin  əksər  hissəsinin,  yəni  fəhlə  sinfinin  istehsal
1 Marx, Capital, İ, 715
119


Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə