Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə32/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   49

Bu  və  ya  digər  dəyişikliklər  dövlət  aparatının  əlində 
cəmləşmiş,  proleteriat  tərəfindən  inqilab  nəticəsində  dövlət 
maşınına  tabe  etdirilmişdir.  Kommunizmə  keçid  üçün 
kapitalizmdə  dövlət  maşınında  vəzifə  tutan  şəxslər  xüsusi 
siyasət  aparmalı,  “proletariatın  inqilabi  diktaturası”  qurul­
malıdır.
Proletar  diktaturası  haqqmda  danışarkən  Marks  nəyi 
nəzərdə tuturdu? 
Bu  sualda  son  cavabı  Marksın  tarixi 
analizində  və  xüsusən  onun  1871-ci  il  Paris  Kommunasmı 
tədqiqində  axtarmaq  düzgün  olardı.  Marks  belə  hesab  edirdi 
ki,  Paris  Kommunası  yeni,  dünya  kommunist  cəmiyyətinin 
canlı nümunəsidir.
Marksa  görə,  dövlətdə  vəzifə  tutanların  yeni  sinif 
təşkil  etməməsinə  tam  əmin  olmaq  üçün  onlar  Kommunada 
digərləri  ilə bərabər maaş almalı  və məmur olaraq  tutduqları 
vəzifədə  “seçkili  və  məsuliyyətli”  olmalıdırlar.  Bu  cür 
mövqe  belə  bir  faktı  sübut  edir ki,  Marksın yeni  kommunist 
dövləti  haqqmda  baxışalrı  antiavtoritar  və  antibürokratik 
xarakter  daşıyırdı.  Doğrudan  da,  görünür ki,  Marks  dövlətin 
bürokratik  maşınının  dağılması  və  ya  müəyyən  qədər 
zəiflədilməsi problemini kifayət qədər ciddi qiymətləndirmir.
Marksist baxışın genişləndirilməsi: 
marksistlər
Görəsən  sosial  siniflər və  sinfi  şüurun  təbiəti  dedikdə 
Marks  nəyi  nəzərdə  tuturdu?  Əslində  o,  nəzəriyyə  ilə 
praktika  arasında əlaqəni necə  görürdü? Marksın əsərlərində 
XV  əsrdəki  kapitalist  və  qeyri-kapitlaist  cəmiyyətinin 
fəaliyyətinə  necə  münasibət  bəslənilirdi?  Bu  suallara  dair 
marksist alimlərin əsas ideyalarını nəzərdən keçirək.
128
F rid rix  Engels
Məlum  olduğu  kimi,  Engels  varlı  alman  biznes­
meninin  oğlu  idi  və  o,  Marksla  Parisdə  1844-cü  ildə 
dostlaşmışdı.  Tezliklə  onlar  dünyada  tayı-bərabəri  olamyan 
ömürlük  intellektual  tərəfdaşa  çevrilmişlər.  Əvvəlcə  qeyd 
etdiyimiz kimi, Engels  öz işində  həmişə kiçik partnyor kimi 
çıxış  etmişdir.  O,  M arksın  ölümündən  sonra  da  elmə  öz 
fərqli töhfəsini verə bilmişdir.
Engelsin  əsas  əsərləri  arasında  onun  “Anti-Dürinq”, 
“Utopik  və  elmi  sosializm”  və  “Ailənin,  xüsusi  mülkiyyətin 
və  dövlətin  mənşəyi”ni  göstərmək  olar.  Özünün  “Anti- 
Dürinq”  əsərində Engels o vaxt Berlin universitetində privat- 
dosent*  vəzifəsində  çalışan  və  1875-ci  ildə  sosializmin  yeni 
nəzəriyəyəsini  təqdim  etmiş  Dr.  Yevgeni  Dürinqə  qarşı 
polemik  hücuma  keçir.  Bu  kitab  Marksın  köməyi  olmadan 
yazılmışdı  və  tədqiqatçıların  fikrincə,  məzmunu,  yəqin  ki, 
Marks  tərəfindən  o  qədər  də  bəyənilməzdi.  Burada  Engels 
marksist  yanaşmanın  əsasım  təşkil  edən  fəlsəfənin  intellek­
tual  köklərini  dialektik  materalizm,  onunla  şərtlənən  elmi 
sistemi 
isə 
tarixi 
materalzim 
adlandırır. 
Bunlarla 
kifayətlənməyərək,  o,  A.  Sen-Simonun (fəhlə sinfi və  sənaye 
haqqmda  ideyaları  ilə),  Ş.  Furyenin  (cəmiyyətin  təhlilinə 
dialektik  metod  tətbiqi  ilə)  və  ingilis  Robert  Ouenin  (XIX 
əsərdə ABŞ-da bir  sıra utopik icmalar yaratması  ilə)  Marksa 
təsirindən danışır. 
Engelsə  görə,  dialektik  materalizm 
fəlsəfəsi bütün təbiətin  sabit hərəkət və  dəyişikliyə uğraması 
düşüncəsinə  əsaslanır.  Təbiətin  yaratdığı  bu  formalar  təbii 
müqavimət proseslərini  tam üstələyərək  yenidən  müqavimət
* Ali məktəb sistemində ştatdan kənar dosent.
129


və transformasiya proseslərinə uğrayır. O,  dialektikanı yunan 
folisofu  Heraklitdən  Furyeyə  qədər  izləyərək  belə  bir  fikrə 
gəlir  ki,  o,  alman  filosofu  Q.V.F.  Hegelin  (1770-1831) 
əsərlərində daha kamil ifadə olunmuşdur.
Lakin  onu  da  qeyd  edək  ki,  Hegel  dialektikanm 
ideyaların  dəyişilməsinə  əsaslanmasını  zənn  etməklə  ciddi 
səhvə  yol  verirdi.  Bu  cür  səhv  nəzəriyyəyə  müxalif  kimi 
meydana  çıxır.  Burada  göstərilir  ki,  təbiət  öz-özlüyündə 
realdır  və  bütün  heyvan,  bitki  və  səma  cisimnlərini  və 
insanları əhatə edir.
Beləliklə,  Engels  göstərir  ki,  müasir  elm  nöqteyi- 
nəzərindən  dialektikanm  daxili  müxanizmləri  bu  maddi 
obyektlərə və varlıqlara əsaslanmalıdır.
Daha sonra, Engels dialektik materalizmin doğruluğu­
nun  sübutunu  o  dövrün  ən  yeni  elmi  kəşfi  sayılan  Darvinin 
təkamül nəzəriyyəsində ifadə olunduğunu qeyd edir.
Engels  eyni  zamanda  göstərir  ki,  özünün  və  Marksm 
icad etdikləri elm -  tarixi materalizm həqiqi sosialist elmidir. 
Onun  obyekti  fəhlə  sinfi  və  onun  tərəqqisidir.  Tarixi 
materalizmə  görə,  bəşəriyyətin  labüd  tərəqqisinin  bünövrəsi 
cəmiyyətdə  istehsal  sahəsində  qoyulmalıdır  və  “bütün  sosial 
dəyişikliklərin  və  siyasi  inqilabların  son  səbəbi  insanların 
beynində  və  ya  onların  daimi  həqiqət  və  ədaləti  daha  yaxşı 
qavramasında  deyil,  istehsal  vasitələri  və  mübadiləsində 
axtarılmalıdır”1.  Bu elm o mənada tarixidir ki,  sivilazisiyanm 
hər bir əsas dövründə istehsal və mübadilə ilə məşğuldur.
Engelsin  marksist  nəzəriyyəsinə  digər  əsas  töhfəsi 
ailənin və dövlətin təkamülünün (bu Marksın haqqında ən az
1  Engels,  ‘Socialism: Utopian and Scientific,’ p.121, in Tucker, The Marx- 
Engels Reader.
130
yazdığı mövzudur) təhlilidir.
Lyuis Morqan  kimi  alimlərin  etnoqrafik tədqiqatlarını 
təhlil  edərək,  Engels  ailənin  inkişafını  ibtidai  icma 
dövründən  kapitalizmdəki  xüsusi  vəziyyətinədək  izləməyə 
çalışır.  Engelsin  əsas  məqsədi  onu  nümayiş  etdirməkdən 
ibarətdir  ki,  ailə  özlüyündə  istismar  tipini  təmsil  edir  və  bu 
istismarın  təbiəti  cəmiyyətdə  mülkiyyətin  və  istehsalın 
təbiətini əks etdirir.  O  göstərir ki,  tarixdən əvvəlki  dövrlərdə 
ailə  qrup  əsasmda  qurulurdu  ki,  burada  da  kişilər  bütün 
qadınlarla  evlənirdilər.  Əslində  bu  ailə  də  kommunizmin 
primitiv formasını təmsil edirdi.
Sonralar  (o  bu  dövrü  barbarlıq  dövrü  adlandırır)  ailə 
cütlük  formasım  alır  ki,  burada  tək  kişi  ilə  tək  qadın  ailə 
vahidinin əsasını təşkil etməyə başlayır. Nəhayət, müasir ailə 
forması  -  monoqamiya  yaranır  ki,  burada  da  tək  kişi  və  tək 
qadın  ailə  şəklində  həyat  sürmək  üçün  müqavilə  ilə  bir-biri 
ilə birləşirlər.
Ərin  ailədə  yüksək  nüfuz  sahibi  olması  və  kişinin 
nəsli  davam  etdirmə  və  miras  xəttini  formalaşdırma  kimi 
üstünlüklərə  malik  olduğu  patriarxal  ailənin  yaranması, 
Engelsə görə,  cəmiyyətdə xüsusi  mülkiyyətin kişilərin əlində 
cəmlənməsi  ilə  bağlıdır.  Burada  məqsəd  ailə  hüdudlarında 
cəmiyyətdəki  antaqonizm  və  ya  konfliktə  uyğun  analogiya 
yaratmaqdan  ibarətdir:  kişi  evliliyin  bütün  üstünlüklərindən 
bəhrələnərək hakim qüvvəni,  qadın isə kişiyə xüsusi  bağlılığı 
ilə  seçilərək,  öz-özlüyündə  hər  hansı  hüquq  və  ya  nüfuza 
malik  olmayaraq,  məhkum  sinfi  təmsil  edir.  Bu  vəziyyət 
müasir  buıjua  cəmiyyətinin  inkişafı  ilə  daha  sıx  bağlıdır. 
Burada nikah var-dövlətin  və mülkiyyətin  daha da artmasına 
yönəlmişdir. 
Kişilərin 
azadlığı 
artdıqca 
qadmlarınkı
131


Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə