cəmiyyətdəki sinfi münaqişələr onlar arasındakı qarşılıqlı
əlaqəni nəzərə almadan özlərini marksist adlandıranlan itti
ham edirdi. O, inanırdı ki, müasir dünyada sinfi mübarizənin
təbiəti hər yerdə eyni deyildir. Beləliklə, o göstərir ki, əsl
marksist baş verən hadisələrdən yaxşı baş çıxarmalı, özündə
həyatın mürəkkəbliklərini ehtiva edən dünənin nəzəriyyə
sindən yapışmamalıdır. Lenin bu cür nəzəriyyəçilərə tarixi
materializmin köməyinə arxalanmağı məsləhət bilirdi. Bu,
Marksm mirasına daha bir mühüm töhfə idi və Luis Altüsser,
Niko Pulantsas və başqa alimlərə güclü təsir göstərmişdi.
Leninin 1917-ci ilin avqustunda tamamlanmış, lakin
Oktyabr inqilabından sonra çap olunmuş “Dövlət və inqilab”
adlı əsəri marksist nəzəriyyə və praktikasına böyük bir töhfə
kimi qiymətləndirilə bilər. Burada o, Marks və Engels
tərəfindən çox cüzi toxunulan sosialist və ya fəhlə dövlətinin
təbiətini ətraflı təhlil edir. Burada Lenin proletariatın inqilabi
diktaturasının cizgilərini görməyə, dövlətin, Engelsin sözləri
ilə desək, necə “solmasını” müəyyənləşdirməyə çalışır.
Lenin göstərir ki, Rusiyada Kerenskini hakimiyyətə gətirən,
lakin parlamenti toxunulmaz saxlayan Fevral inqilabı həqiqi
sosialist inqilabına doğru ilkin addım idi. Həqiqətən də o
belə hesab edirdi ki, Fevral inqilabı nəticəsində çar
devrildiyindən və parlamentə cəmiyyət üzərində nəzarət
hüququ verildiyindən o, burjua xarakteri daşıyırdı. Beləliklə,
bu rejimin proletariat, Rusiyanın fəhlə sinfi adından
devrilməsi labüd idi. O, daha sonra göstərir ki, bu, kəndli və
fəhlələrdən birgə səylər tələb edirdi; kəndlilər sayca fəhlələri
bir neçə yerdə, məsələn, Petroqradda üstələyirdi.
Lenin göstərirdi ki, nifrətedici Kerenski rejimini
devirdikdən sonra bolşeviklər Rusiyada münasib fəhlə
136
dövləti quruculuğuna başlamalıdırlar. Lakin əsimdə bu
dövlətin inqilabi proletar diktaturası olması fikrinin özü nə
deməkdir? Dövlətin idarə edənlərin idarə olunanlar üzərində
zorakılıq aləti olması və inqilab nəticəsində onun yox olması
haqqında oxşar fikirlərə Marks və Engelsin əsərlərində də
rast gəlinir. Bu məsələlərdə Lenin Marksm nəzəriyyəsinə
sadiq qalaraq Marksm fikirlərində yer alan ikimənalıqla
mübarizə aparmaqla yanaşı, Rusiyada fəhlələrin dövlətinə
bələdçilik etmək üçün yeni prinsiplər inkişaf etdirməli idi. O
göstərirdi ki, fəhlə dövləti hakimiyyəti fəhlə sinfi adından ələ
almalı və bu hakimiyyətin özü fəhlələrin nümayəndələri
tərəfindən tutulmalıdır. Lakin belə bir dövlətdən burjuazi
yanın və çar rejiminin qalığı olan əvvəlki hakim sinfə qarşı
silah kimi istifadə edilməlidir. Burada Lenin Marks və
Engelsin fikirlərindən də irəli gedir. O, təkid edir ki, fəhlə
dövləti fəhlələrin və bununla da bütün cəmiyyətin azad
edilməsi üçün bir silaha çevrilməlidir. Rusiya cəmiyyətinin
1917-ci ilin ortalarına qədərki vəziyyəti haqqında daha sonra
o, belə qənaətə gəlir ki, fəhlə dövlətində hakimiyyət fəhlə
sinfinin nümayəndəlirinin əlində, başqa sözlə,
hərbi
hərəkatda cəmləşməlidir. O, keçmiş cəmiyyətin qalıqlarının
hələ də açıq ifadə olunan sosial və iqtisadi ədalətsizlik
nümayiş etdirdiklərini və buradan da ölkə üçün bu cür
demokratiyanın uyğun olmadığım göstərirdi.
Lenin sosialist dövləti haqqında təsəvvürləri 1871-ci
il Paris Kommunası və onun haqqında xüsusən Marksm
analizindən istifadə edərək inkişaf etdirməyə çalışır. 0 ,
burada özünün belə bir fikrinə dayaq tapırdı ki, Rusiya
dövləti burjua demokratiyasında təsəvvür olunduğu kimi
bütünlükdə vətəndaşların deyil, fəhlələrin adından idarə
137
olunmalıdır. Oktyabr bolşevik inqilabı nəticəsində hökuməti
qurarkən Lenin Kerenski hökumətini devirməyə kömək
etmiş fəhlə şuraları - sovetlər əsasında yeni sosialist rejimini
təşkil etdi. Sovetlər Kommunist Partiyasının aparatı ilə birgə
inkişaf edərək Leninin “D övlət və inqilab” əsərində təhlil
etdiyi real fəhlə dövlətinə çevrildi.
Lenin imperializmin təhlili ilə marksist düşüncəsinə
bəzi tədqiqatçılam göstərdiyi kimi, özünün ən qiymətli
töhfəsim vermiş oldu.
O göstərirdi ki, imperializm
kapitalizmin ən yüksək pilləsidir. Yetkin kapitalizm
haqqmda öz yazılarında, xüsusən “KapitaF’da Marks görünür
ki, XIX əsrin ortalarından sonra baş verən tarixi hadisələri
izləyə bilməmişdi. Lakin elə onun öz dövründə kapitalizm
yeni görkəm almağa başlamışdı. İngiltərə və Fransa kimi
ölkələr dünya və xüsusən də Asiya və Afrika üzərində öz
ağalıqlarını genişləndirməyə çalışırdılar. Öz əmtəələri üçün
daha geniş bazar axtarmaqla yanaşı, daha çox xammal
ehtiyatlan və istehsalı üçün ucuz işçi qüvvəsi axtarışında
olan bu inkişaf etmiş kapitalist dövlətləri digər ölkələrin
əhalisini öz daimi tabeçiliyində saxlamaq istəyirdilər. Bu,
nəticə
etibarilə
varlı
kapitalist
ölkələri
ilə
yoxsul,
müstəmləkə və ya fəth olunmuş dövlətlər arasında dünyada
getdikcə artan və bu gün də qalmaqda olan parçalanmaya
gətirib çıxarmış oldu.
Lenin bu inkişafı özünün “İmperializm kapitalizmin
ən yüksək mərhələsidir” adlı əsərində aydınlaşdırmağa və
izah etməyə çalışmışdır. XIX əsrin sonu - XX əsrin
əvvəllərində baş verən tarixi inkişafı Lenin dərindən təhlil
edərək göstərməyə çalışır ki, müasir imperializm kapitalist
ölkələrində maliyyə kapitalının yüksək səviyyəyə qalxması
138
ilə yanaşı bir ovuc inhisarçının yaranmasına səbəb olmuşdur.
Kapitalizmin hərəkətverici qüvvəsi sayılan, daim daha çox
gəlir axtarışında olan ABŞ, Fransa, Almaniya və bir sıra
digər kapitalist ölkələrinin sənayeçiləri öz kapitallarını daha
az inkişaf tapmış ərazilərdə yatırmağa və bununla da bu
ölkələr üzərində öz hökmranlıqlarını qoruyub saxlamağa can
atırdılar.
Nəticə etibarı ilə Lenin belə bir fikrə gəlir ki, XX
əsrin əvvəlində dünya bir tərəfdən müstəmləkəçi və ya
kapitalist, digər tərəfdənsə məzlum millətlərə bölünmüşdür.
Bu bölgü bir tərəfdən kapitalist sinfinin özünün təşəbbüsü,
digər tərəfdənsə işğal olunmuş ərazilərdə kapitalizmin
inhisarını qanuniləşdirməyə çalışan dövlət məmurlarının bir
gə səyləri nəticəsində baş verdi. Lenin inhisarçı kapitalizmi
kapitalist inkişafının yeni mərhələsi kimi vurğulamaqla
Marksın mirasına yeni məna vermiş oldu. Daha sonra bu
təhlil burjua ölkələri ilə asılı ölkələr arasında dərinləşən
qütbləşməni təsvir etməsi ilə yeni idi. Leninin fikrincə, bu
bölünmə, Marks tərəfindən də qabaqcadan göstərildiyi kimi,
dünya proletariat inqilabına əsas yaradacaq dərəcədə qüvvəli
idi.
Antonio Qramşi (1891-1937)
Lenin kimi italyan radikalı Antonio Qramşi də
gənclik vaxtlarından sosialist hərəkatına cəlb olunmuşdu.
Lakin Lenindən fərqli olaraq ona heç vaxt fəhlə sinfi adından
rejimi devirmək müyəssər olmamışdır. Əslində 1920-ci
illərdə bir çox solçu radikallar kimi Qramşi də Sovet
rejiminə öz heyranlığını gizlədə bilmirdi. Qramşi İtaliyanın
solçu qruplarında uzun müddət aktiv siyasi və intellektual
139
Dostları ilə paylaş: |