Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə35/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   49

fəaliyyətdən 
sonra 
1926-cı 
ildə 
İtaliya 
Kommunist 
Partiyasının  üzvü  oldu.  Bir  il  sonra  dəfələrlə  təxirə  salman 
həbsdən  sonra  Benito  Mussolininin  polisi  onu  zindana 
salmağa  müvəffəq  oldu.  Qramşi  işgəncələrə  məruz  qalaraq 
uzun  sürən  xəstəlik  içində  ömrünün  son  onilliyini  orada 
keçirməyə  məcbur  olmuşdur.  İtaliyada  proletar  inqilabının 
mümkünlüyünü nəzərdən keçirməyə  cəhd göstərdiyi bu dövr 
onun  həyatında  intellektual  cəhətdən  çox  məhsuldar 
olmuşdur.  O,  sonrakı  marksist  nəzəriyyəsinə  dərin  təsir 
göstərmiş  ideyalar  inkişaf  etdirə  bilmişdir.  Qramşinin  əsas 
ideyalarından 
biri 
Kommunist 
Partiyasının 
mövcud 
hakimiyyəti sıxışdırıb çıxartmağa dair roluna aid idi. Nikkolo 
Makiavellinin  XVI  əsrdə  Venesiyada  Mediçilərin  sarayında 
məsləhətçi  işlədiyi  vaxt  yaratdığı  məşhur  “Hökmdar” 
əsərindki  ideyalardan  çıxış  edərək,  Qramşi  göstərirdi  ki, 
müasir  dünyada  hökmdar  əslində  tək  şəxs  deyil,  daha  çox 
korporativ  qrup,  kollektiv  iradə,  bir  az  da  dəqiqləşdirmə 
aparsaq,  İtalyan Kommunist Partiyası kimi partiya tərəfindən 
təmsil  olunur.  Bu  mənada  kommunistlər  Makiavellinin 
əsərlərindən  çox  şeyləri  öyrənməlidirlər.  Hökmdar  kimi 
partiya  da  hakimiyyəti  ələ  keçirməyin  və  onu  mühafizə 
etməyin  vaxtım  yaxşı  bilməlidir.  Hökmdar  kimi  partiya  da 
özü  və  fəhlə  sinfi  üçün  hakimiyyəti  əldə  etməsində  inadlı 
olmalıdır.  Daha  vacibi  isə  odur  ki,  hökmdar kimi  partiya  da 
“kentavr -  yarıheyvan,  yarımsan”  kimi  çıxış  etməlidir.  Bu  o 
deməkdir  ki,  partiya  dünyanın  təbii  dialektikasma  hörmət 
nümayiş  etdirməli,  lazım  gəldikdə  qüvvə  tətbiq  etməyi  və 
ictimaiyyət arasında geniş yayılmış  inam  və  simpatiyalardan 
bəhrələnməyi  bacarmalıdır.  O,  heç  bir  şeyə  malik  olmayan 
insanların  kollektiv  iradəsi  ilə  insanların  iradəsinin  sadə
140
ifadəçisi  arasında xətti  həssas  şəkildə  aparmağa çalışmalıdır. 
Qramşinin  partiyanın  roluna  dair  verdiyi  təhlillər  onun 
kommunist  partiyaları  kimi  inqilabi  partiyaların  strateji 
problemlərini dərinliklə və tam başa düşməsini göstərirdi. Bu 
oxşar həssaslıq  onun  formalaşmış  rejimləri  saxlayan  şəraitə, 
hegemonluq  vəziyyətinin  təhlilinə  dərindən  müdaxilə  etmək 
gücünə  inanmasına  kömək  edir.  Fəhlə  partiyalarının  fəhlə 
sinfi 
adından  xüsusən 
İtaliyada  hakimiyyəti 
qoruya 
bilməyindən narahatlığını  ifadə edərək,  Qramşi belə bir fikir 
irəli  sürür  ki,  heç  bir  partiya  hegemonluğu  öz  əlinə  ala 
bilmədən  hakimiyyətə  gələ  bilməz.  Onun  fikrincə,  bu, 
ictimaiyyət tərəfindən  yeni rejimin onların  arzularının həqiqi 
ifadəçisi  kimi  qəbul  edilməsi  demək  idi.  Dövlətin  qüvvəsi 
təkcə  onun  gücünə  deyil,  həmçinin  öz  təbəələri  ilə  bu  və  ya 
digər  dərəcədə  azad  şəkildə  gəldiyi  razılığa  -  konsensusa 
əsaslanmalıdır.
Beləliklə, bir sinfin hegemonluğu ictimaiyyət arasında 
kifayət  qədər  mürəkkəb  və  çox  yayılmış  hisslərə  əsaslanır. 
Qramşi  yazırdı:  “Vətəndaş  cəmiyyətinin  üstqurumu  müasir 
savaşın  səngərlər  sistemini  xatırladır.  Müharibə  vaxtı  bəzən 
olur  ki,  ağır  artilleriya  hücum  edərək  düşmənin  bütün 
müdafiə  sistemini  dağıdır,  lakin  əsimdə  isə  o  yalnız  kənar 
perimetrləri  dağıtmışdır;  irəliləyiş  və  hücum  vaxtı  hücum 
edənlər  hələ  də  effektiv  olan  müdafiə  xətti  ilə  qarşılaşmalı 
olurlar” 1.
Qramşinin  təhlilləri,  əlbəttə,  rejimlərin  onlara  radikal 
nüfuz  etməyə  qarşı  tarixi  dayanıqlığını  başa  düşmək  üçün
1 Antonio Gramsci, “The Modern Prince,” in Selections from the 
P riso n  
N o te b o o k s ,
  Antonio Gramsci, ed. and trans. Quintin Hoare and Geoffrey 
N ow ell Smith (New York: International Publishers,  1971), 235.
141


Marksm ideyalarım dəqiqləşdirməyə çox köm ək etmişdir.
Georq Lukaç (1885-1971)
XX əsrin əvvəllərində Marks və Engelsin ideyalarının 
mənasını  genişləndirməyə  imkan  vermiş  şəxslərdən  biri  də 
kommunist  partiyasının  aktiv  üzvi  Georq  Lukaç  olmuşdur. 
O, 
1910-cu  illərin  axırlarında  Macarıstan  kommunist 
partiyasının  üzvülüyinə  qəbul  edilmiş  və  1920-ci  illərin 
sonlarına  qədər  onun  aktiv  üzvü  olaraq  qalmışdır.  Bundan 
sonra  o,  partiya  üzvü  olmaqda  davam  etsə  də,  partiyadaxili 
müzakirələr  və  fəaliyyətin  iştirakçısı  olaraq  qalmış,  digər 
fəaliyyət növləri ilə də məşğul olmuşdur.
Lukaç  müxtəlif  filosofların  əsərlərini 
dərindən 
öyrənmiş,  alim  kimi  digər  iki  kommunist yoldaşları  -  Lenin 
və  Qramşidən daha geniş hazırlıq  və  təlim keçmişdi.  Demək 
olar ki, Lukaçm ən böyük nailiyyəti Marksm  siniflər və  sinfi 
mübarizə  haqqında  şərhinə  Hegelin  dialektikasını  yenidən 
tətbiq  etməsi  olmuşdur.  Bundan  əlavə,  o,  öz  əsərlərində 
aşağıdakı  məsələlərə  digər  şərhçilərdən  daha  böyük  fəlsəfi 
həssaslıq göstərmişdir.  Onun fikrincə, Hegel özünün dialekti- 
ka  nəzəriyyəsində  dünyanın  əsl  təbiətini  çox  düzgün  başa 
düşmüş  və  formula  etmişdir.  Lakin  Lukaç  iddia  edirdi  ki, 
Hegel dialektikanın müstəsna olaraq ruhi və ya idealist forma 
almasına  və  dünyadakı  gərginliyin  nəticə  etibarilə  Mütləq 
Ruhun  öz-özünü tanıması  ilə  həll  edilməsinə inanmaqla səh­
və  yol  verirdi.  Faktiki  olaraq,  istehsal  fəaliyyətinin  və  əmə­
yin böyük  əhəmiyyətini  etiraf etməklə  Marks  dialektik prin­
sipin  həqiqi  əsasını  kəşf  etmişdir.  Qismən  Engelsin  tarixi 
materializm  prinsipləri  haqqında  düşüncələrindən  çıxış 
edərək,  Lukaç  təkid  edirdi  ki,  tarixin  həqiqi  subyekti  və
142
obyekti, Hegelin hesab  etdiyi kimi,  Mütləq Ruh deyil, prole­
tariat və ya fəhlə sinfinin özüdür.  O göstərir ki,  fəhlə sinfi bir 
subyekt  və  ya  varlıq  olaraq  tarix  boyu  böyüyüb  inkişaf 
edərək  müasir  dövrdə  özünün  özgələşməsinə  son  qoya bilə­
cək səviyyəyə çatmışdır. Bəs o özünün tam tanınmasına necə 
nail  olmalı,  sinfi  şüurunu  necə  əldə  etməlidir?  Lukaça  görə, 
o,  bıma  yalnız  Marks  və  Engelsin  təliminin  əsasları,  fəhlə 
sinfinin  məqsədlərini  dərin  və  incə  ifadə  edən  ideyalar,  yəni 
öz  sinfi şüuru vasitəsilə çata bilər.  Onun fikrincə,  proletaria­
tın  sinfi  şüurluluğuna  nail  olmaq  çətindir  çünki  bu  eyni  za­
manda  bütün  köhnə  qanunların  və  təsisatların  ləğvini  və 
bütövlükdə əsarətdən və bərabərsizlikdən azad dünyanı  idarə 
etmək  üçün  tamamilə  yeni  təsisatların  yaradılmasını  tələb 
edir.  Əlli  il sonra,  onun M arks və Engelsin əsərlərinə verdiyi 
şərhlər  geniş  yayıldıqdan  və  dünya  marksistləri  arasında 
dərin təsirə malik olduqdan sonra Lukaç  özünün ilkin  fikrini 
inkar edərək Hegeli  “hegelsizləşdirdiyini” bildirirdi.  Lukaçm 
marksizmin təhlilinə digər böyük töhfəsi maddiləşmənin təh­
lilidir.  Lukaça  görə,  maddiləşmə  insanlar  dünyada  dərk  et­
dikləri  obyektlərin  (hətta  əgər  bu  obyektləri  onlar  özləri  və 
ya onların əcdadları öz istehsal fəaliyyəti nəticəsində yaratsa­
lar belə)  onlardan kənarda sərbəst mövcud olmasına və onla­
ra yad  olmasına  inanmağa başladığı  vaxt baş verir.  Məsələn, 
Lukaça  görə,  maddiləşmə  insanlar  əmtəənin  təbiətin  sarsıl­
maz  hissəsi  olmasına,  kapitalist  bazarının  “təbii”  qanunlarla 
idarə  olunmasına  inandığı  vaxt  özünü  göstərir.  Kapitalizm 
üçün  bu  cür obyektlər və  onların prinsipləri  təbiidir və  onlar 
bəşəriyyətin əvvəlki nəsilləri tərəfindən yaradılmışthr.
Lukaç  iddia  edir  ki,  ilk  baxışdan  müstəqil  görünən 
varlıqların  yaranması  M arksa  qədər  qənaətbəxş  həllini
1
4 3


Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə