Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə28/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   49

mülkiyyətə  deyil,  yalmz  öz  əmək  qüvvəsinə  arxalanan  pro­
letariat  Bunlar,  yeri  gəlmişkən,  Marksın  “K ap itar’əsərinin 
III cildində müəyyənləşdirilən üç əsas sinifdir.
Sosial sistem
Marks  sosial  sistemin  iki  cür  obrazını  yaratmışdır: 
mücərrrəd  və  konkret.  Mücərrəd  konsepsiya  onun  iqtisadi 
determinizm nəzəriyyəsi adı altında tanmır və sosial sistemin 
iki  əsas  hissədən  -   bazis  və  üstqurumdan  ibarət  olmasını 
göstərir.  Bazis sosial sistemin  ilkin və ən mühüm səciyyəsini 
təşkil  edir.  Bura  istehsal  prosesi,  istehsalın  sosial  form ası  və 
istehsal  üzərində  qurulan  stratifıkasiya  sistemi,  başqa  sözlə, 
iqtisadi  institutlar  və  münasibətlər  şəbəkəsi  daxildir.  Siste­
min  törəmə  və  ikinci  dərəcəli  komponenti  -   üstqurum  dini, 
siaysəti,  fəlsəfəni  və  hüququ  əhatə  edir.  Bazis  üstquruma 
olduqca  güclü  təsir  göstərir.  Marks  göstərir  ki,  cəmiyyətin 
iqtisadi  sferasındakı  istənilən  dəyişiklik  vaxt  etibarilə  digər 
sferalalrdakı  dəyişikliklərdən  əvvəl  baş  verir və  son nəticədə 
onları  formalaşdırır.
Marksın  sosial  sistem  haqqında  ikinci  təsəvvürü  cə­
miyyətdəki  iqtisadi  prosesdən  törəyən  iki  əsas  sinfin  -  
kapitalistlərlə  proleteriatın  daim  konfliktdə  olması  fikrin­
dədir.  Onlar arasındakı gərginlik mövcud əmək bölgüsündən, 
xüsusən istehsal  vasitələri  üzərində xüsusi mülkiyyətdən irəli 
gəlir və bütünlükdə sosial  sistemə təsir edir.  Marksa görə,  bu 
iki  sinif  bərabər  resurslara  malik  deyil:  istehsal  vasitələri 
üzərində  mülkiyyətçilər  bütün  resurslara  sahib  olduqları 
halda  əksinə,  istehsal  vasitələrindən  istifadə  etməyə  cəlb 
olunmuş  insanlar  onlardan  tam  məhrumdurlar.  Sənaye 
sahibləri  fəhlələr  arasında  ziddiyyətlər  törətmək üçün  həmin
112
resurslardan da istifadə edirlər.
Lakin  M arksın  hər  iki  fikri  tənqidə  məruz  qalmışdır. 
Birinci  fikrin  tənqidi  aydın  şəkildə  alman  sosial-demokratı 
Eduard  Bemşteyn  tərəfindən  verilmişdir.  O  göstərirdi  ki, 
insanın olduqca geniş motivləri təkcə iqtisadiyyatla məhdud­
laşa bilməz.  Marks heç vaxt bu motivlərin onun sosial sistem 
haqqında obrazı ilə bağlı ola bilməsini iddia etməmişdir.
İkinci  məsələ belə bir  fikirlə  başlayır:  sosial  sistemin 
göstərilən birinci obrazı Marksı texnoloji deterministə çevirir.
Sonralar  o,  “K apitaf’da  maşının  istehsala  tətbiqinin 
həmin prosesə dərin təsirini  qeyd edirdi.  Sənətkarlıq gildiya- 
ları və manufakturalar fabrik istehsal  sisteminin geniş həcm­
də  maşınlaşması  ilə  məhdudlaşırdılar.  Maşmlaşdırma  ümu- 
mən  kənd  təsərrüfatından  tutmuş  nəqliyyata  qədər  bütün 
istehsal  prosesini  inqilabiləşdirmişdir.  Nəhayət,  maşm(laş- 
dırma)  fəhlələrin  özgələşməsi  üçün  ilkin  məsuliyyət daşıyan 
istehsal  instrumentinə  çevrilmişdir.  Marks  texnologiyanın 
cəmiyyətin  inkişafının  mühüm  komponenti  olduğu  fikrini 
qəbul  etməyərək,  əsas  məsələnin istehsal qüvvələri vasitələri 
üzərində nəzarətin olması ideyasını müdafiə edirdi.
Bunlardan  ən ümumisi  sosial  dəyişiklərin gedişatmda 
Marksın əsas diqqəti iqtisadi qüvvələrə yönəltməsidir. Alfred 
G.  Meyerin  göstərdiyi  kimi,  sosial  sistem  dəyişikliyə 
uğradığı  vaxt  onun  m üxtəlif tərkib  hissələri  bir-birindən  bu 
və  ya  digər  formada  asılı  vəziyyətə  düşür;  sistemin  bir 
hissəsində  baş  verən  dəyişikliklər onun digər hissələrində də 
dəyişikliklərə  gətirib  çıxarır.  Məs.,  iqtisadi  institutlar 
şəbəkəsində  dəyişikliklər  siyasi  institutlarda  dəyişikliklərə 
gətirib  çıxara  bilər  və  siyasi  institutlar  da  öz  növbəsində 
iqtisadi dəyişikliklərlə müşayiət oluna bilər.
113


Marksm siyasi qayda haqqında fikirləri
Müasir  siyasi  sosiologiyada  tədqiqatçılar  diqqəti  ilk  
növbədə  sosial  qayda  ilə  (ilk növbədə  iqtisadi,  dini  və  d ig ə r 
münasibətlər sistemindən ibarət olan) siyasi qayda arasındakı 
münasibətlərə  (əsasən  dövlət  və  onunla  bağlı  institutlardan 
ibarət  olan)  yönəldirlər.  Burada  Marksm  siyasi  qayda  h a q ­
qında  baxışları  nəzərdən  keçirələcəkdir.  Bunun  üçün  d ö rd  
elementə  diqqət  yetirilməsi  vacibdir:  1)  siyasi  idarəedicilər 
və  ya  siyasətçilər;  2)  dövlət  aparatı;  3)partiyalar  kimi  y a r­
dımçı təşkilatlar və nəhayət, 4) siyasi sistem.
Siyasi idarəçilər
Marksa  görə,  siyasətçilər  siyasi  qaydanın  mühüm  
elementini  təşkil  edirlər.  Bəs  onlar  cəmiyyəti  müəyyən  b ir 
sosial sinfin maraqlarına nə dərəcədə uyğun idarə edirlər?  Ə n 
mücərrəd  mənada  kapitalizmdəki  siyasətçilər  kapitalistlərin 
mənafeyinə uyğun idarə edirlər. Lakin konkret tarixi hallarda 
mənzərə  o qədər də  sadə görünmür.  Bəzən siyasətçilər sanki 
hansısa  bir  sinfin  maraqlarından  daha  çox  öz  maraqlarına 
uyğun  idarə  edirlər.  Bunun  parlaq  misalını  Marksm  Lui 
Bonapart  haqqındakı  mülahizələrində  tapmaq  olar1.  Başqa 
sözlə, 
Bonapart  Fransada  idarəetmə  maşınım  özünə 
müvəffəqiyyətlə  tabe  edə  bildi  və  bunun  üçün  hansısa  bir 
sinfin  maraqlarını  təmsil  etməzdən  əvvəl  təxirəsalınmaz 
məqsədlərdən  istifadə  etdi;  o,  bir  sosial  sinfi  digərinə  qarşı 
qoyaraq bundan məharətlə bəhrələndi.
Hətta  siyasətçilər  hansısa  bir  siniflə  öz  əlaqələrini 
tamamilə  kəssələr  belə  mülkiyyət  sahibi  olan  siniflərin  -
1 Marx,  “The Civil war in France”,  in the 
M arx -E n g els
 Read,  Turker, p.53
114
kapitalistlərin,  maliyyə  və  torpaq  aristokratiyasının  maraq­
larının genişləndirilməsində son təsirə malik olacaqlar.
Burada  nəzəriyyə  ilə  siyasi  reallıq  arasındakı  uyğunluq 
Marksm sosial  siniflərin analizi  ilə müqayisədə  daha çox nə­
zərə  çarpır.  Beləliklə,  siyasətçilərin  yuxarı  təbəqəsi  mülkiy­
yətə nəzarət edən sosial siniflərin maraqlarına xidmət edir.
Dövlət maşını
Marksm  fikrincə,  kapitalist  cəmiyyətlərinin  dövlət 
maşım  “onlara  tabe  olan  ordu,  polis,  bürokratiya,  din 
xadimləri  və  məhkəmədən”,  habelə  parlamentdən  ibarətdir.1 
Bu  maşm  kapitalistlərin  mənafeyinə  uyğun  siyasət  aparır. 
Bununla  əlaqədar  o,  “K apitaf’da  göstərir  ki,  məs.,  Britaniya 
parlamenti  fəhlələrin  iş  gününü  uzatmaqla  kapitalistlərin 
gəlirlərini  artırmağa  xidmət  edən  bir  çox  qanunlar  qəbul 
etmişdir.
Lakin  bu  qaydanın  özündə  də  müəyyən  sapmalar 
vardır.  Marks  xüsusi  olaraq  Fransada  Milli  Assambleya 
daxilində  bir-biri  ilə  hökümətə  nəzarət  etmək  uğrunda 
yarışan  və  öz  aralarında  kiçik  birliyə  malik  olan  bir  sıra 
siyasi fraksiya və partiyaları müşahidə etmişdir. Marks siyasi 
qruplar  arasında  harmoniyanın  olmamasını  mövcud  sosial 
sinif fərəqləri  ilə  izah  edir  və  bir-birinə  müxalifətdə  duran 
siaysi  proqramların  müxtəlif  mülkiyyət  formaları  əsasında 
yaranmasını iddia edirdi.2
Daha sonra o,  öz nəzəriyyəsində  maddi  şəraitlə  siyasi 
baxışlar arasındakı  əlaqənin ən aydm əksini verir3 və  göstərir
1 Ibid., 
p.552
2 Bax:  Маркс К.  Капитал,  т. I, гл.  Ю.М.,  1978.
3 Marx, “The XVIII Brumaire o f Louis Bonaparte”, p; 459-460.
115


Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə