Bu və ya digər dəyişikliklər dövlət aparatının əlində
cəmləşmiş, proleteriat tərəfindən inqilab nəticəsində dövlət
maşınına tabe etdirilmişdir. Kommunizmə keçid üçün
kapitalizmdə dövlət maşınında vəzifə tutan şəxslər xüsusi
siyasət aparmalı, “proletariatın inqilabi diktaturası” qurul
malıdır.
Proletar diktaturası haqqmda danışarkən Marks nəyi
nəzərdə tuturdu?
Bu sualda son cavabı Marksın tarixi
analizində və xüsusən onun 1871-ci il Paris Kommunasmı
tədqiqində axtarmaq düzgün olardı. Marks belə hesab edirdi
ki, Paris Kommunası yeni, dünya kommunist cəmiyyətinin
canlı nümunəsidir.
Marksa görə, dövlətdə vəzifə tutanların yeni sinif
təşkil etməməsinə tam əmin olmaq üçün onlar Kommunada
digərləri ilə bərabər maaş almalı və məmur olaraq tutduqları
vəzifədə “seçkili və məsuliyyətli” olmalıdırlar. Bu cür
mövqe belə bir faktı sübut edir ki, Marksın yeni kommunist
dövləti haqqmda baxışalrı antiavtoritar və antibürokratik
xarakter daşıyırdı. Doğrudan da, görünür ki, Marks dövlətin
bürokratik maşınının dağılması və ya müəyyən qədər
zəiflədilməsi problemini kifayət qədər ciddi qiymətləndirmir.
Marksist baxışın genişləndirilməsi:
marksistlər
Görəsən sosial siniflər və sinfi şüurun təbiəti dedikdə
Marks nəyi nəzərdə tuturdu? Əslində o, nəzəriyyə ilə
praktika arasında əlaqəni necə görürdü? Marksın əsərlərində
XV əsrdəki kapitalist və qeyri-kapitlaist cəmiyyətinin
fəaliyyətinə necə münasibət bəslənilirdi? Bu suallara dair
marksist alimlərin əsas ideyalarını nəzərdən keçirək.
128
F rid rix Engels
Məlum olduğu kimi, Engels varlı alman biznes
meninin oğlu idi və o, Marksla Parisdə 1844-cü ildə
dostlaşmışdı. Tezliklə onlar dünyada tayı-bərabəri olamyan
ömürlük intellektual tərəfdaşa çevrilmişlər. Əvvəlcə qeyd
etdiyimiz kimi, Engels öz işində həmişə kiçik partnyor kimi
çıxış etmişdir. O, M arksın ölümündən sonra da elmə öz
fərqli töhfəsini verə bilmişdir.
Engelsin əsas əsərləri arasında onun “Anti-Dürinq”,
“Utopik və elmi sosializm” və “Ailənin, xüsusi mülkiyyətin
və dövlətin mənşəyi”ni göstərmək olar. Özünün “Anti-
Dürinq” əsərində Engels o vaxt Berlin universitetində privat-
dosent* vəzifəsində çalışan və 1875-ci ildə sosializmin yeni
nəzəriyəyəsini təqdim etmiş Dr. Yevgeni Dürinqə qarşı
polemik hücuma keçir. Bu kitab Marksın köməyi olmadan
yazılmışdı və tədqiqatçıların fikrincə, məzmunu, yəqin ki,
Marks tərəfindən o qədər də bəyənilməzdi. Burada Engels
marksist yanaşmanın əsasım təşkil edən fəlsəfənin intellek
tual köklərini dialektik materalizm, onunla şərtlənən elmi
sistemi
isə
tarixi
materalzim
adlandırır.
Bunlarla
kifayətlənməyərək, o, A. Sen-Simonun (fəhlə sinfi və sənaye
haqqmda ideyaları ilə), Ş. Furyenin (cəmiyyətin təhlilinə
dialektik metod tətbiqi ilə) və ingilis Robert Ouenin (XIX
əsərdə ABŞ-da bir sıra utopik icmalar yaratması ilə) Marksa
təsirindən danışır.
Engelsə görə, dialektik materalizm
fəlsəfəsi bütün təbiətin sabit hərəkət və dəyişikliyə uğraması
düşüncəsinə əsaslanır. Təbiətin yaratdığı bu formalar təbii
müqavimət proseslərini tam üstələyərək yenidən müqavimət
* Ali məktəb sistemində ştatdan kənar dosent.
129
və transformasiya proseslərinə uğrayır. O, dialektikanı yunan
folisofu Heraklitdən Furyeyə qədər izləyərək belə bir fikrə
gəlir ki, o, alman filosofu Q.V.F. Hegelin (1770-1831)
əsərlərində daha kamil ifadə olunmuşdur.
Lakin onu da qeyd edək ki, Hegel dialektikanm
ideyaların dəyişilməsinə əsaslanmasını zənn etməklə ciddi
səhvə yol verirdi. Bu cür səhv nəzəriyyəyə müxalif kimi
meydana çıxır. Burada göstərilir ki, təbiət öz-özlüyündə
realdır və bütün heyvan, bitki və səma cisimnlərini və
insanları əhatə edir.
Beləliklə, Engels göstərir ki, müasir elm nöqteyi-
nəzərindən dialektikanm daxili müxanizmləri bu maddi
obyektlərə və varlıqlara əsaslanmalıdır.
Daha sonra, Engels dialektik materalizmin doğruluğu
nun sübutunu o dövrün ən yeni elmi kəşfi sayılan Darvinin
təkamül nəzəriyyəsində ifadə olunduğunu qeyd edir.
Engels eyni zamanda göstərir ki, özünün və Marksm
icad etdikləri elm - tarixi materalizm həqiqi sosialist elmidir.
Onun obyekti fəhlə sinfi və onun tərəqqisidir. Tarixi
materalizmə görə, bəşəriyyətin labüd tərəqqisinin bünövrəsi
cəmiyyətdə istehsal sahəsində qoyulmalıdır və “bütün sosial
dəyişikliklərin və siyasi inqilabların son səbəbi insanların
beynində və ya onların daimi həqiqət və ədaləti daha yaxşı
qavramasında deyil, istehsal vasitələri və mübadiləsində
axtarılmalıdır”1. Bu elm o mənada tarixidir ki, sivilazisiyanm
hər bir əsas dövründə istehsal və mübadilə ilə məşğuldur.
Engelsin marksist nəzəriyyəsinə digər əsas töhfəsi
ailənin və dövlətin təkamülünün (bu Marksın haqqında ən az
1 Engels, ‘Socialism: Utopian and Scientific,’ p.121, in Tucker, The Marx-
Engels Reader.
130
yazdığı mövzudur) təhlilidir.
Lyuis Morqan kimi alimlərin etnoqrafik tədqiqatlarını
təhlil edərək, Engels ailənin inkişafını ibtidai icma
dövründən kapitalizmdəki xüsusi vəziyyətinədək izləməyə
çalışır. Engelsin əsas məqsədi onu nümayiş etdirməkdən
ibarətdir ki, ailə özlüyündə istismar tipini təmsil edir və bu
istismarın təbiəti cəmiyyətdə mülkiyyətin və istehsalın
təbiətini əks etdirir. O göstərir ki, tarixdən əvvəlki dövrlərdə
ailə qrup əsasmda qurulurdu ki, burada da kişilər bütün
qadınlarla evlənirdilər. Əslində bu ailə də kommunizmin
primitiv formasını təmsil edirdi.
Sonralar (o bu dövrü barbarlıq dövrü adlandırır) ailə
cütlük formasım alır ki, burada tək kişi ilə tək qadın ailə
vahidinin əsasını təşkil etməyə başlayır. Nəhayət, müasir ailə
forması - monoqamiya yaranır ki, burada da tək kişi və tək
qadın ailə şəklində həyat sürmək üçün müqavilə ilə bir-biri
ilə birləşirlər.
Ərin ailədə yüksək nüfuz sahibi olması və kişinin
nəsli davam etdirmə və miras xəttini formalaşdırma kimi
üstünlüklərə malik olduğu patriarxal ailənin yaranması,
Engelsə görə, cəmiyyətdə xüsusi mülkiyyətin kişilərin əlində
cəmlənməsi ilə bağlıdır. Burada məqsəd ailə hüdudlarında
cəmiyyətdəki antaqonizm və ya konfliktə uyğun analogiya
yaratmaqdan ibarətdir: kişi evliliyin bütün üstünlüklərindən
bəhrələnərək hakim qüvvəni, qadın isə kişiyə xüsusi bağlılığı
ilə seçilərək, öz-özlüyündə hər hansı hüquq və ya nüfuza
malik olmayaraq, məhkum sinfi təmsil edir. Bu vəziyyət
müasir buıjua cəmiyyətinin inkişafı ilə daha sıx bağlıdır.
Burada nikah var-dövlətin və mülkiyyətin daha da artmasına
yönəlmişdir.
Kişilərin
azadlığı
artdıqca
qadmlarınkı
131
Dostları ilə paylaş: |