Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə49/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   49

deməkdir...  [Bu  dəyişikliyin  Böyük  Brritaniyada]  nəticəsi 
çox  geniş  fəhlə  sinfinin  işçi  qüvvəsinin  ...  fabrik  sisteminə, 
tam  diferensiasiya  olunmuş  peşə  rollarına  birləşməsi,  ailə 
iqtisadi  istehsalında  funksiyalrm  əksəriyyətinin  bununla 
əlaqədar itirilməsi  oldu.  Fabrikdə  fərdi maaşa və  qohumluğa 
deyil,  fabrik  nizam-intizamma  əsaslanan  iş  nəticənin  əsas 
struktur  əlaməti  idi”.1  Smelzer  aydınlaşdırır  ki,  bu,  fəhlələri 
yaxşı  maaşla  cəlb  etməyin  sadə  üsulu  deyildi;  bu,  yalnız 
qohumluq  sisteminin  strukturunun  əsaslı  şəkildə  yenidən 
qurulması zəminində mümkün oldu.
Yeni  nümunələrin  cəmiyyətdə  rahat  institutlaşması 
üçün  diferensiasiya  ikinci  proseslə  -  inteqrasiya  ilə  tamam­
lanmalıdır.  İnteqrasiya  elə  bir  prosesdir  ki,  onun  vasitəsilə 
yeni  nümunələr bir sosial  sistem  kimi  öz  inteqrativliyini  qo­
ruyub  saxlamaqla  və  adaptiv  imkanın  daha yüksək  pilləsinə 
qalxmağa  imkan  yaratmaqla  yeni  forma  alır.  Diferensiasiya 
kimi  inteqrasiya da cəmiyyətin sistem  və strukturlarının istə­
nilən  nöqtəsində  baş  verə  bilər;  təbii  ki,  struktur  dəyişiklik 
baş  verdikdə  inteqrasiya  yeni,  differensiasiya  olunmuş  nü­
munələr  hesabma  yaranır.  Hər  şeydən  əvvəl  inteqrasiya  cə­
miyyəti  birlik  üçün yeni  və  daha ümumi  əsasların  axtarışına 
həvəsləndirir  ki,  burada  da  differensiasiya  olunmuş  nümu­
nələr  sosial  münaqişə  üçün  tez-tez  əsas  yaradır.  Parsonsun 
sosial dünyaya baxışlarında bu birlik sosial sistemin və sosial 
strukturun  ən  yüksək  səviyyələrində  (xüsusən  dəyərlər  və 
normalarda)  yer  alır.  Qısaca  desək,  struktur  dəyişiklik  yeni 
struktur  nümunələrin  bölgüsü  və  təqdimatını  aparan
1 Parsons, Такой. “An Outline o f  the Social System” in Theories o f 
Society:  Foundations o f  Modern Sociological Theory, vol.I, ed. Такой 
Parsons et al. New York:  he Free Press,  1961.
196
diferensiasiya  prosesini  və  eləcə  də  cəmiyyətdə  əvvəlcədən 
mövcud  olan  nümunələr  əsasmda  birlik  yaratmağa  xidmət 
edən  geniş  və  yeni  dəyərlər  sistemi  və  normalarının 
inteqrasiyasını  əhatə  edir.  Demək  olar ki,  differensiasiya  və 
inteqrasiya prosesləri,  əgər onlar struktur dəyişikliklə nəticə­
lənərlərsə,  cəmiyyətdə  mütləq  gərginlik  və  münaqişələrlə 
müşayiət olunurlar.  Bu cür gərginlik və münaqişələri Parsons 
struktur deformasiya kimi xarakterizə edir.  Bu gərginlik fərd- 
lərin arasında yaratdığı qəzəb və nazarılıqlarla hər yerdə özü­
nü  büruzə  verir.  Gərginlik  cəmiyyətdə  genişləndikcə  kon­
fliktlər  kollektivlərdə  xüsusi  rollara  malik  fərdlər  arasında 
daha  kəskin  formada üzə  çıxa  bilər.  Bunun  nəticəsi  müxalif 
düşərgələrə bölünmüş cəmiyyət ola bilər ki, onun da bir tərə­
fində  yeni  sturuktur  nümunələrin  qurulmasına  müqavimət 
göstərən, kölmə nümunələri və ya “fundamentalizmi” dəstək­
ləyən, çox vaxt bir cəmiyyətdəki artıq formalaşmış kollektiv­
ləri  əhatə edən qruplar, digər tərəfdəsə yeni struktur nümunə­
lərin  yaranmasına  köməklik  göstərən,  daha  yeni  və  ümumi 
prinsiplərin  “birləşməsinə”  cəlb  olunmuş  qruplar  dura  bilir. 
Struktur yeniliklərin müvəffəqiyyətli institutlaşması çox vaxt 
fundamentalist qüvvələrin “birləşmə”  qüvvələri  ilə mübarizə 
apardığı  vaxt  tarazlıq  vəziyyətində  qalır.  Konfliktin  bu 
şəraitinin  ən  parlaq  təzahürü  Fransa  inqilabı  vaxtı  baş 
vetrmişdi.  İnqilabda  bir  tərəfdə  fundamentalizm  qüvvələrini 
təmsil  edənlər,  digər tərəfdə  isə  “birləşmənin”  yeni  struktur 
nümunələrini  -  demokratiyanı  (azadlıq,  bərabərlik,  qardaşlıq 
ideyalarının  tərəfdarlarının)  təmsil  edənlər  -   burjuaziya  və 
onun  ordusu  dururdu.  Daha sonra qeyd  edək ki,  münaqişədə 
tez-tez fundamentalizm qüvvələri üstün mövqe tuturlar,  çün­
ki  onlar  sosial  nəzarət  vasitələrindən  öz  rəqibləri  üzərində
197


qələbəyə  nail  olmaq,  mövcud  hüquqlarını  qorumaq  üçün 
istifadə edirlər.
Təkamül dəyişikliyinin ardıcıllığı və nümunəsi
İstənilən  cəmiyyət  bəsit  mərhələdən  daha  yüksək 
inkişaf səviyyəsinə keçərkən onda bir sıra yeniliklər baş verir. 
Bunlar  adaptasiya  üçün  çox  mühümdür.  Köhnə  ilə  yeninin 
qarşılaşması  cəmiyyətə  virtual  olaraq  özünü  adaptiv  şəkildə 
anlamağa  imkan  verir.  Təkamül  prosesində  onalrın  həm 
xüsusi  məzmunu,  həm  də  ardıcıllığı  Parsonsun  sosial 
qaydaya baxışındakı  elementlərin  fundamental  nümunələrini 
əks  etdirir.  Onların  ardıcıl  nümunəsi  və  buradan  da təkamü­
lün nəticə mərhələləri xronolojidən daha çox analitikdir. Belə 
ki,  bəzi  struktur  elementlər  cəmiyyətdə  tarixi  cəhətdən 
digərlərindən əvvəl mövcud ola bilər. Lakin cəmiyyətin insti- 
tutlaşmış və nizamlı nümunəsinə çevrilmək onlardan təkamül 
prosesinə tam uyğunlaşmağı tələb edəcəkdir.
Gəlin  ilk  növbədə  sosial  stratifikasiya  məsələsinə 
baxaq.  Parsonsa görə, o, sosial  münasibətlərin gözəgörünməz 
şəbəkələrinin  mövcud  olduğu  bəsit  cəmiyyətlərin  əksəriyyə­
tinə  ənənəvi  nümunələrdən  mümkün  qədər  uzaqlaşmanı 
həyata keçirməyə  imkan yardır.  Bu xüsusən bəsit  sinif siste­
minin  yaranmasını  əhatə  edir  ki,  burada  da  cəmiyyətin 
müəyyən  bir  seqmenti  sosietal  resursları  səfərbər  etmək  və 
öz 
maraqlarım 
müəyyənləşdirmək 
imkanlarına 
malik 
qrupdan  tam  olaraq  ayrılır.  Homogen  sosial  şəbəkəyə  və 
xüsusi  imtiyazlara  malik  sinfin  meydana  gəlməsi  digər 
siniflər  arasında hökmən  qibtə  və  düşmənçilik hissləri  yarat­
malıdır.  Bu  cür  vəziyyətə  uyğunlaşmaq  üçün  mükafatların 
diferensial  bölünməsini  qanuni  şəkildə  təmin  edə  bilən
198
elementar  dəyərlər  və  normalar  sistemi  meydana  gəlməlidir. 
Bu cür sistemin,  daha dəqiq desək,  mədəni  sistemin məzmu­
nu  bir  sıra  cəmiyyətlərdə  xeyli  dərəcədə  fərqlənir.  Məsələn, 
Parsonsa görə, “Allah-kral”  “özünün siyasi” rejimini legitim- 
ləşdirmək  üçün  ilk  hərəkətverici  qüvvə  rolunda  çıxış  edə 
bilər,  yaxud  hökmdar  onun  rejimindən  müəyyən  dərəcədə 
struktur  cəhətdən  müstəqil  olan  ruhani  sinfindən  asılı 
vəziyyətə düşə bilər.
Cəmiyyətə  adaptasiyanın  daha  yüksək  pilləsinə 
qalxmağa imkan verən növbəti  əlamət bürokratik təşkilatdır. 
M.  Veberin  göstərdiyi  kimi,  bürokratik təşkilatların  mövcud 
olduqları  hər  yerdə  cəmiyyətin  işinin  daha  da  keyfiyyətli 
olması  üçün  texniki  və  inzibati  vasitələr  irəli  sürülür. 
Məsələn,  Misir  və  Çin  kimi  bir  sıra  qədim  cəmiyyətlərdə 
geniş  inkişaf etmiş  bürokratiya mövcud  idi  ki,  bu  da  o  vaxt 
üçün  digər  cəmiyyətlərdə  olmayan  misilsiz  inkişafa  imkan 
verirdi.  Eyni tərzdə bazar iqtisadiyyatı  və maliyyə  institutları 
da  müasir  dövrdə  cəmiyyətlərin  adaptasiya  olunma  qabiliy­
yətini  əhəmiyyətli  dərcədə  yaxşılaşdırmağa  imkan  verir. 
Hətta hakim sinif, geniş yayılmış mədəni dəyərlər sistemi  və 
bürokratik  təşkilatlar  olduqda  belə  cəmiyyətlər  ancaq 
gündəlik  həyat  tərəfindən  onlar  qarşısında  qoyulmuş 
tələblərə uyğunlaşa  bildiyi  vaxt öz inkişaflarını  davam etdirə 
bilirlər.  Adaptasiya  prosesində  daha  effektiv  olmaq  və 
mürəkkəb  iqtisadi  sistemin  tələblərinə  cavab  vermək,  əmtəə­
nin  istehsalı  və  istehlakı  arasındakı  diferensiasiyadan  yaran­
mış  problemləri  həll  etmək  üçün  bazar sistemi  yaranmalıdır. 
Bu  cür  diferensiasiya  olunmuş  nümunələr  arasında  iqtisadi 
mübadiləni  sürətləndirmək  üçün  mülkiyyətə  sahibliyi  təmsil 
edən  və  vəziyyəti tez dəyişmək qabiliyyətində  olan simvolik
199


vasitəçi  olmalıdır;  bu  vasitəçi  bütün  cəmiyyətlərdə  təkamü­
lün  indiki  vəziyyətində  pulun  müəyyən  bir  formasını  təmsil 
edir.
Cəmiyyələrin təkamülündə  daha iki  başlıca universal 
əlamət  mövcuddur.  BunlarŞ  birincisi,  bazar  sistemi  və  ya 
puldan daha əvvəlki zamanlara gedib çıxan universal norma­
lardır.  Onlar  Qərbi  Avropa  cəmiyyətlərində  müasir  inkişafla 
nisbətən  asanlıqla  müəyyənləşə  bilər.  Bu  cür  normalar 
cəmiyyətə  hətta pulun  daxil  edilməsindən də  kənara çıxaraq 
adaptiv  imkanlara  doğru  irəliləməyə  və  əgər  cəmiyyət 
effektiv  fəaliyyət  göstərərsə,  strukturun  və  proseslərin  artan 
müxtəlifliyinə  lazımi  cavab  vermək  imkanı  yaradır.  İnteqra­
siyanın  şaxələri  olan  bu  normalar  rolların,  hüquq  və 
vəzifələrin  daha  aydın  və  dəqiq  müəyyənləşdirilməsinə 
imkan  verir  və  cəmiyyətlər  rolların  və  şəxslərin  bir-birindən 
diferensiasiya  olunması  istiqamətində  inkişaf etdikcə  onlara 
olan tələblər də artır.  Cəmiyyətlərin təkamülündə sonuncu və 
tarixən  ən  vacib  element  demokratik  assosiasiyalardır.  Bu 
assosiasiyalar  strukturlarına  görə  nə  qədər  müxtəlif olsalar, 
fərdlərin  də  ən  zəruri  tələblərinə  o  qədər  dolğun  cavab 
vermiş  olarlar.  Bu  artan  mürəkkəblik  və  müxtəliflik  sosial 
imkanların  və  fərdlərin  elə  zəngin  qarışığını  yardır  ki, 
stratifikasiyanın  heç  bir  nümunəsi  və  hakimiyyət  buna 
davam  gətirə  bilməz.  Nəticədə  inteqrasiyanın  yeni  nümunə­
lərini  tələb  edən  virtual  bərabərlik  cəmiyyəti  və  bununla 
yanaşı  hakimiyyətin  və  sosial  münasibətlərin  yeni  forma­
larının  geniş  yayılmasına  imkan  verən  demokratik  assosia­
siyalar meydan gəlir.
Bütün bunlar Parsonsun  cəmiyətlərdə  dəyişikliklərin  ən 
ümumi mənzərəsinə baxışını əks etdirir.
2 0 0
ƏDƏBİYYAT SİYAHISI:
Azərbaycan dilində
1.  Abbasova Q. Y.  Elmin və təhsilin sosiologiyası. B., 2002.
2.  Cozef  Ştiqlitz.  Qloballaşma  və  onun  doğurduğu  narazı­
lıqlar. B., 2004.
3.  Əfəndiyev  M.,  Şirinov  A.  Sosiologiyanın  nəzəri  prob­
lemləri.  B., 2001.
4.  Əzimov K.A., Həsənov R.M.  Sosiologiya. B., 2003.
5.  Xəlilov S.S. Lider. Dövlət.  Cəmiyyət. B., 2001.
6.  İmanov H.R. Fəlsəfənin əsaslan. B., 2007.
7.  Ümumi  sosiologiya.  Prof.  Z.T,Qolenkovanm  redaktor­
luğu  ilə.  Tərcüməçi  fəl.  e.d.,  prof.  Rüstəmov  İ.Ə.  B., 
2007.
8.  Şəfiyev  Ü.  Konfliktologiya:  siyasi-sosioloji  təhlil.  B., 
2002
.
9.  Vahidov F., Ağayev T.  Sosiologiya. B., 2007.
Rus dilində
10. Амелин B.H. Социология политики. M.,  1992.
11. Анохин  М.Г.  Политические  системы:  адаптация,  ди­
намика,  устойчивость.  Теоретико-прикладной  аспект. 
М„  1996.
12. Арон  Р.  Демократия  и  тоталитаризм.  Пер.  с  фр.,  М., 
1993.
13. Артемов Г.П. Политическая социология. СПб., 2000.
14. Ашин Г.К. Современные теории элиты. М.,  1985.
15. Бурдье  П.  Социология  политики.  «Socio-Logos»,  М., 
1993.
16. Вебер М. Избранные произведения. М.,  1990.
17. Вебер М.  Политические работы. М., 2003
18. Виноградов 
В.Д., 
Головин 
Н.А. 
Политическая 
социология.  СПб.,  1997.
201


19. Волкова И. В. Политикан личность. М.,  1993.
20. Вятр Е. Социология  политических отношений.  Пер.  с 
польск. M.,  1979.
21. Гончаров  Д.В.  Теория  политического  участия.  М., 
1997.
22. Дюверже М. Политические партии. М., 2000
2 3 .  Дарендорф  Р.  Современный  социальный  конфликт. 
М . 2003
24. Качанов Ю.  Опыты о поле политики. М.1994.
25. Ковлер  А.И.  Избирательные  технологии:  российский 
и зарубежный опыт. М.,  1995.
26. Кола Д. Политическая социология. М.2001,
27. Ленин В.И. Государство и революция.  ПСС.,  Т.ЗЗ.
28. Макиавелли Н. Государь. М.,  1989.
29. Маркс  К.,  Энгельс  Ф.  Манифест  коммунистической 
партии.  Соч., Т.4.
30. Маркс К. Капитал, т. I, гл.  10, М.,  1978.
31. Морозова  Е.Г.  Политический  рынок  и  политический 
маркети н г: концепции, мо-дели, технологии. М.,  1999.
32. Острогорский  М.Я.  Демократия  и  политические 
партии.  Т.  1-2, М.,  1928,1930.
3 3 .  Пищулин 
Н.А., 
Федорова 
Н.Ю. 
Социология 
лидерства. М.,  1997.
34. Политика  и  личность:  опыт  культурологического  и 
социологического анализа.  М.,  1993.
35. Политический процесс: вопросы теории. М.,  1994.
36. Политический процесс и его противоречия.  M.,  1997
37. Политические  конфликты:  от  насилия  к  согласию. 
М.,  1996.
38. Политическая  культура:  теория  и  национальные 
модели, М.,  1994.
39. Политическая наука: новые направления.  Пер.  с англ. 
М.,  1999.
202
40. Политическая социология. Ростов-на- Дону,  1997.
41. Политическая  социология.  Отв.  ред.  Иванов  В.Н., 
Семигин Г.Ю. М., 2000,
42. Политическая  социология  (под  ред.  чл.-корр.  РАН 
Ж.Ж.  Тощенко). Учебник.  «Юность», М., 2002
43. Политические институты н а рубеже тысячелетий. М., 
2001
44. Политический менеджмент: электоральный процесс и 
технологии.  СПБ. 1999.
45. Селезнев Л.И.  Политические системы современности. 
СПб.,  1995.
46. Социологическия  словарь  (перевод  с  англ,  под  ред. 
С.А.Ерофеева).  Изд-во  Казанского  университета, 
1997.
47. Философия власти. М.,  1993.
48. Философия политики. М.,  1994.
49. Хантингтон С. Третья  волна. Демократизация в конце 
XX века. М. 2003.
50. Цыганков  А.П.  Современные  политические режимы: 
структура, типология, динамика. М.,  1995.
5 1 .  Шабров  О.Ф.  Политическое  управление:  проблема 
стабильности и развития. М.,  1997.
52. Шварценберг  P.-Ж.  Политическая  социология.  Пер  с 
фр. Ч.  1-3. М.,  1992.
53. Шестопал  Е.Б.  Очерки  политической  психологии. 
М.,1990.
54. Юрьев  А.И.  Введение  в  политическую  психологию. 
СПб.,  1992.
İngilis dilində
55.  Anthony  M.Orum.  introduction  to  Political  Sosiology: 
The Sosial  Anatomy  of the Body Poltic.  3rd ed.  Prentice 
Hall, Englewood Clifts, New Jersey  1989.
203


56. Antonio  Gramsci,  ‘T h e   Modem  Prince,”  in  Selections 
from  the  Prison  Notebooks,  Antonio  Gramsci,  ed.  and 
trans.  Quintin  Hoare  and  Geoffrey  Nowell  Smith  (New 
York:  International Publishers,  1971).
57. H.  Lasswell,  A.  Kaplan.  Power  and  Society:  a 
Framework for Political Inquiry.
58. Keith 
Faulks. 
Political 
Sociology 
(A 
Critical 
Introduction).  NY  University  Press.  Washington  Square, 
NY,  1999.
59. Kate 
Nash. 
Contemporary 
Political 
Sociology: 
Globalization,  Politics,  and Power.  Blackwell  Publishers, 
Massachusetts, USA, Oxford, UK,  1999.
60. Lewis  A.  Coser,  ed.,  Political  Sociology.  New  York: 
Harper and Row, Publishers,  1967.
61. Lewis  Fewer,  ed.  Marx  &  Engels.  Basic  Writings  on 
Politics  &  Philolosophy.  Garden  city, N.Y.  Doubleday & 
Co.,  1959.
62.  Marx,  “The  Civil  war  in  France”,  in  the  Marx-Engels 
Read, Turker,  1959.
63. Marx,  “The  German  Ideology”,  in  The  Marx-Engels 
Reader, Tucker,  1959.
64. Marx,  “The  XVIII  Brumaire  o f Louis  Bonaparte”in  the 
Marx-Engels Read, Turker,  1959.
65.  Parsons,  Talcott.  “An  Outline  o f the  Social  System”  in 
Theories o f Society:  Foundations o f Modem  Sociological 
Theory,  vol.I,  ed.  Talcott  Parsons  et  al.  New  York:  he 
Free Press,  1961.
66. Parsons  and  Shils,  Toward  a  General  Theory  o f Action 
(New York:  The Free Press,  1968).
67. Parsons,Talcott.  Politics and Social  Structure (New York: 
The Free Press,  1969).
68. Politics  and  Society  (Studies  in  Comparative  Political 
Sociology). New Jersey,  1970.
2 0 4
69. “Political  Sociology”  in  Robert  M.  King  et  al.,  ed., 
Sociology today, N ew  York:  Basic Books,  1959.
70. Political  Sociology.  Selected Essays.  Editied by Lewis A. 
Coser.  Harper  Torchbooks.  The  Academy  Library. 
Harper  and  Row,  Publishers.  New  York,  Evanston,  and 
London,  1966.
71. Political  Sociology.  R.  T.  Jungam,  Oxford  and  IBH 
Publishing Co PVT.  LTD, New Delhi,  1993.
72. Politics:  Who  gets  What,  When,  How.  New  York: 
Meridian Books,  1958.
73. Stanislaw  Ossowski,  Class,  Structures  in  the  Social 
Consciousness.  New York: Free Press,  1963.
74. Ted  George  Goertzel.  Political  Society.  Rand  Me.  Nally 
College Publishing Company, Chicago,  1976.
75. Weber,  “Science  as  a  Vocation,”  in  From  Max  Weber: 
Essays in Sociology, ed.  Hans Gerth and C.  Wright Mills 
(New York:  Oxford University Press,  1958).
76. Weber,  Max,  Economy  and  Society:  An  Outline  o f 
Interpretative  Sociology,  vol.I.ed.  and  translated  by 
Guenther  Roth  and  Claus 
Wittich. 
New  York: 
Bedminister Press,  1968.
205


MÜNDƏRİCAT
Bölmə  1. Siyasi sosiologiyanın əsaslan................................4
Fəsil  1.  Siyasi sosiologiyanın təbiəti və
əhatə dairəsi.................................................... 4
Fəsil 2. Müasir siyasi sosiologiyanın nəzəri əsasları..  19
Fəsil 3.  Siyasi və qeyri-siyasi sistemlər.......................43
Fəsil 4. Sosial status və sosial m əsafə.........................59
Fəsil 5. Siyasiləşmə, siyasi iştirak, siyasi ünsiyyət,
siyasi səfərbərlik və siyasi mədəniyyət.......... 64
Fəsil 6.  Seçkilərin sosiologiyası................................... 79
Fəsil 7.  Sosial dəyişiklik, sosial dəyişikliyin
təmsilçiləri....................................................... 90
Fəsil 8. Siyasi Sosiologiyada metod və metodikalar ..102
Bölmə 2. K.Marks, M.Veber və T.Parsonsun
sosial-siyasi baxışlan........................................... 107
Fəsil 9. K.Marksın sosial-siyasi baxışları.................... 107
Fəsil  10. M.Veberin sosial-siyasi baxışlan.................. 153
Fəsil  11. T.Parsonsun sosial-siyasi baxışlan...............174
Ədəbiyyat...............................................................................201
2 0 6


Çapa imzalanıb 07.12.2010-cu il.
Sayı 500. Həcmi  13  ç.v. 
Formatı 60x84  ‘/i6 Əla növ kağız.
A zT U -ш п mətbəəsi.  H.Cavidpr.25. 
Tel:  (+012)  439-14-52 
E. mail: aztumetbee(a)yahoo. сот

Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə