Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574


itaətkarlıq Buıjuaziya proletariat



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə43/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   49

itaətkarlıq
Buıjuaziya proletariat
lətin inkişafına yö­
nəldir; idarə edənlər­
lə dövlət bürokratiya- 
sı arasında dövlətin 
daxilində gedən mü­
barizə mühüm əhə­
miyyətə malikdir 
İdarə edənlər vətən-
konsepsiyasi
üzərində istehsal və
daşlar üzərində inzi-
kommunikasiya
bati və müharibə va-
vasitələri üzərində nə-
sitələri üzərində, öz
zarəti sayəsində hök-
işçi heyəti isə maddi
mranhq edir
və rəmzi mükafatlar
Dəyişiklik
Siyasi, sonra da sosial
üzərində nəzarət sa­
yəsində hökmranlıq 
edirlər
Keyfiyyətli, tədrici
konsepsiyası
inqilabın keyfiyyət,
və hakimiyyətin его-
gözlənilməyən və təx-
ziyası formasını alır
Məntiqi prinsiplər
mini formaları 
Dialektik dəyişiklik
Dövri dəyişiklik
Keçmiş
İqtisadi:
Bu barədə xüsusi bir
Kapitalın
fikir mövcud deyil
təmərküzləşməsi.
Proletarlaşma
Sosial:
Əhalinin şəhərlərdə 
cəmləşməsi 
Kommunikasiya 
Siyasiləşmə 
Sinfi şiiur
172
Əgər  Marks  üçün  stratifikasiya  sistemi  sosial  sinif 
formasında  yeganə  elementdirsə,  Veber  üçün  bu,  status 
qrupları formasında ikisindən biridir (məsələn, iqtisadiyyatda 
üstünlük təşkil edən təşkilatın bürokratik forması).
Üçüncüsü, istər Marks, istərsə Veber siyasi prosesi si­
yasi  struktura  zidd  hesab  edirlər.  Qruplar  -   siniflər,  status 
qrupları  və  ya  bürokratiya  bir-biri  ilə  daim  münaqişədədir; 
bəzən bu gizli  fortmada olsa da, həmişə mövcuddur.  Hər bir 
qrup hökmranlıq etməyə qadirdir və hər biri inanır ki, bu cür 
hökmranlığa siyasi  institutların nəzarəti  nəticəsində  zəmanət 
verilə bilər.  Əgər Marksa görə, bu cür nəzarət idarə edən sin­
fin  ideoloji  hegemonluğunun  bir  hissəsini  təşkil  edirsə,  Ve- 
berə  görə,  siyasi  institutlara sahib  olmaq  hələ nəzarəti  təmin 
etmir çünki  dövlət institutunun Özündə, məsələn,  idarə edən­
lərlə  onların  administrasiyasının  üzvləri  arasında  konfliktlər 
mövcuddur.
Marks siyasətlə maraqlanan bir çox sosioloqların in­
tellektual  istiqamətlənməsinə  daha  güclü  təsir  göstərmişdir. 
Veber də, ümumiyyətlə,  sosial  statusun təbiəti  və mənşəyinə, 
müasir  dünyada bürokratiyanm  inkişafına  göstərdiyi  diqqətə 
görə  sosioloqlara  təsir  göstərmişdir.  Marks  və  Veber  siyasi 
dünyanı  öz  sələflərinin  edə  bilmədiyi  şəkildə  işıqlandıra bil­
mişlər.  Onlar özlərindən sonra gələn bir çox alimlərə və elmi 
məktəblərə  indinin  özündə  də  təsir  göstərməkdə  davam 
edirlər.
173


FƏ SİL 11. TA L K O T T PARSONSUN 
SOSİAL-SİYASİ BAXIŞ1LARI
Müasir  sosioloqlar  arasında  Talkott  Parsons  (1902- 
1979)  qədər  böyük  təsirə  malik  olanlar  çox  azdır.  1930-cu 
illərin  əvvəlində  Harvard  Universitetində  yenicə  yaradılmış 
sosiologiya  kafedrasında  işə  başlayan  T.Parsons  sosiologi­
yaya  və  sosial  elmlərə  ümumən  hərtərəfli  və  dərin  təsir 
göstərmişdir.  O,  akademik aləmdə böyük şöhrət qazanmış və 
əhəmiyyətli  nəticələr  əldə  etmiş  Robert  Merton,  Kinqsli 
Devis,  Vilbert  Mur,  Robert  Bella,  Klifford  Girts  və  Neyi 
Smelzer  kimi  alimlərin  hazırlanmasında  mühüm  rol 
oynamışdır.  Bundan başqa,  o,  onlarla məqalə  və  çoxlu  kitab 
yazaraq,  digər  alimlərdən  fərqli  olaraq  əhəmiyyətli  əsərlər 
müəllifi kimi  çıxış etmişdir.  Lakin nə onun tələbələrinin  sayı 
və  ya  məşhurluğu,  nə  də  ki,  əsərlərinin  çoxluğu  onun  alim 
kimi  reputasiyasını  və  müasir  alimlər  arasında  təsirini 
müəyyənləşdirmir.  Öz  sələfləri  Marks  və  Veber  kimi, 
Parsons  da  cəmiyyət  haqqında  böyük  bir  nəzəriyyə  -  sosial 
aləmin  sirlərini  tədqiq etməyə və başa düşməyə  kömək edən 
geniş, dərin bir nəzəriyyə yarada bilmişdir.
Parsonsun nəzəri  baxışlarını  anlamaq  üçün  onun  özü, 
intellektual  məqsədləri,  intellektual xələflərinə münasibəti  və 
əldə  etdiyi  faktiki  nəticələr haqqında məlumata  malik  olmaq 
lazımdır.
Gəlin  onun  intellektual  məqsəd  və  ambisiyalarından 
başlayaq.  O,  adətən həmmüəllifliklə çap etdirdiyi  əsərlərində 
nəinki  cəmiyyətləri  və  sosial  qrupları  Udqiq  edir,  həmçinin 
mədəniyyətlərin  və  şəxsiyyətlərin  öyrənilməsində  maraqlı 
ideyalar  ortalığa  qoyur.  O,  insan  həyatının  bir  sıra
174
tərəflərinin  müfəssəl  sxemini  yaratmağa  nail  olmuş  və 
müxtəlif  sferaların  bir-birindən  analitik  cəhətdən  necə 
fərqləndiyini və oxşarlığını göstərə  bilmişdir.  O, bu ideyaları 
ilk  dəfə  olaraq  “Sosial  hərəkətin  strukturu”  adlı  birinci 
kitabında müəyyənləşdirir.  Burada o,  sübut etməyə çalışır ki, 
insan  fəaliyyətinin  sosial  təbiəti  bu  fəaliyyətin  subyektiv  və 
volyuntarist şəkildə  qurulmasım  və  beləliklə  də,  bir tədqiqat 
sahəsi  olaraq,  onun  bioloji  və  ətraf mühit  şərtlərindən  azad 
olmasım  tələb  edir.  Sonralar  “Ümumi  hərəkət nəzəriyyəsinə 
doğru”  (1951)  əsərində  o  və  bir  sıra  tərəfdaşı  bu  fikir  və 
sxemləri  daha  aydın  şəkildə  ifadə  edərək  cəmiyyətlərin, 
mədəniyyətlərin  və  şəxsiyyətlərin  təbiətini  tədqiq  etmək 
üçün  müfəssəl  və  təkmil  bir  metod  təklif  etdilər.  Sonrakı 
əsərlərində  o,  insan  fəaliyyəti  haqqmda  elm  yaratmaq 
səylərini  davam  etdirir.  Diqqətini  təkcə  cəmiyyətlərin 
təbiətində  və  inkişafında  deyil,  həmçinin  mədəniyyətlərdə, 
şəxsiyyətlərdə  və  hətta  bioloji  şəraitlərdə  cəmləşdirərək 
Parsons bu amillərin sosial şəraiti necə stimullaşdırmasım və 
şərtləndirməsini göstərməyə çalışır.
İnsanın həyatı haqqmda hərtərəfli təsəvvür yaratmağa 
çalışaraq  Parsons  bir  sıra  məqamlara  aydınlıq  gətirdi  və 
orijinal  suallar  qoya  bildi.  Məsələn,  sosioloji  və  psixoloji 
yanaşmalar  arasındakı  analitik  fərqləri  müşahidə  edərək, 
Parsons  onların  bir-biri  ilə  sıx  əlaqədə  olmasını  müəyyən­
ləşdirdi.  Bir  sıra  işlərində  o,  işarə  edirdi  ki,  sosioloq  Emil 
Dürkheym  və  müasir  psixoanalizin  banisi  Ziqmund  Freyd 
ayrı-ayrılıqda  haradasa  eyni  qavrama  üçün  müxtəlif  adlar 
icad  etmişlər.1  Parsons  xüsusən  qeyd  edirdi  ki,  məsələn,
1 Bax:  Parsons and Shils, 
T o w a r d
 a 
G e n e ra l  T h eo ry o f  A c tio n ,
  p.22; and 
Parsons, 
The S tru ctu re o f  S o c ia l A c tio n ,
  I, xi.
175


Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə