Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə46/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   49

dır ki,  onlar digərlərindən daha prestijli, nüfuzludur; buradan 
da hər hansı  bir şəxsin kiçik və ya böyük mükafatı cəmiyyət­
dəki  rolunun  böyük  və  ya  kiçik  əhəmiyyəti  ilə  təsdiqlənə 
bilər.  Bu  yolla  sosial  stratifikasiya  qaçılmaz  narazılığı  ifadə 
edərək cəmiyyəti birləşdirməyə cəhd göstərir.
Sosial təşkil
Sosial  təşkil  problemi  sosial  stratifıkasiyadan  fərqli 
olaraq  Parsons  yaradıcılığında  əsas  yer tutur.  Geniş  mənada 
sosial  rollar  və  kollektivlər  sosial  strukturun  iki  əsas 
komponentlərindəndirlər.  Sosial rollar sosial təşkilin elemen­
tar hissəsini  təşkil  edir.  Rollar  sosial  interaksiyanın istənilən 
şləbəkəsində  mövcuddur.  Kollektivlər  digər  tərəfdən  sosial 
təşkilin  yüksək  qaydasım  təmsil  edir.  Onlar  spesifik  sosial 
funksiyakar 
üçün 
sistematik 
təşkil 
olunmuş 
rollar 
qrupudurlar.  Primitiv  cəmiyyətlərdəki  qohumluq  vahidləri 
kollektiv  tipinin  xüsusi  forması  kimi  təmsil  etdiyi  halda, 
kollektivlər  öz  böyük  ictimai  əhəmiyyyətini  təkamülün 
sonrakı  mərhələlərində  kəsb  etməyə  başlayırlar.  Bunlardan 
daha  çox  bürokratiya  əhəmiyyət  kəsb  etməyə  başlayır. 
Veberin  fundamental  yanaşmasım  qəbul  edərək,  Parsons 
göstərir  ki,  bürokratiya  cəmiyyətin  inkişafının  müəyyən 
mərhələsində  təkamül  üçün  həyati  əhəmiyyət  kəsb  etməyə 
başlayır  və  hakimiyyətin  cəmləşdiyi,  məqsədə  çatma 
funksiyasının toplandığı sosial təşkil formasını yaradır.
Sosial təkamülün  son mərhələləri  üçün səciyyəvi  olan 
iki  əlavə  forma -   demokratik  assosiasiyalar  və  professional 
təşkilatlardır.  XVIII  -   XIX  əsrlərdə  Qərbi  Avropa  və  ABŞ- 
da 
yaranmaqda 
olan 
müasir 
bürokratiyalara 
qədər 
demokratik  assosiasiyalar  ardıcıl  təkamül  inkişafı  üçün  eyni
184
dərəcədə həyati idi.  Peşəkar assosiayalar xüsusən hüquq, tibb 
və akademik peşə sahələrində ixtisaslaşmış və diversifikasiya 
olunmuş  rolların  meydana gəlməsi  ilə  məhşurlaşdılar.  Onlar 
da  həmçinin  inkişaf  etmiş  cəmiyyətlər  üçün  tipik  rolların 
stabil  və  nizami  qaydada  təşkil  oluna  biləcəyi,  struktur  və 
sistemli  təkamülün  geniş  normativ  nümunələrinin  qorunub 
saxlanıla biləcəyi sosial təşkil formasını təmsil edirlər.
Parsons siyasi qayda haqqında 
Siyasi sistem
Siyasi  sistem  sosial  sistemin  xüsusilə  məqsədə 
çatmaq  funksiyası  ilə  əlaqəli  olan bir hissəsidir.  İstənilən  bu 
cür  sistem  kimi  o  da,  strukturun  elementlərinə  -  dəyərlərə, 
normalara,  kollektivlərə  və  rollara,  eləcə  də  onun  davamlı 
şəkildə  müəyyənləşdirməyə  və  qoruyub  saxlamağa  çalışdığı 
sərhədlərə malikdir.  Onun  ən əsas tərkib hissələri cəmiyyətin 
digər  subsistemləridir  -  mövcud  nümunənin  qorunub 
saxlanılması,  icma və iqtisadiyyatdır.  Özünün yaşaması üçün 
o, digər subsistemlərlə resursların mübadiləsindən asılıdır.
Parsons  inanır  ki,  yüksək  dərəcədə  inkişaf  etmiş 
cəmiyyətdə  siyasi  sistemdəki  proseslər  mühüm  əhəmiyyət 
kəsb  edir.  Hakimiyyət bu  proseslərdən  ən  mühümünü təmsil 
edir.  Yeni  bir  ideya  irəli  sürərək  Parsons  göstərir  ki, 
hakimiyyət  də  pul  kimi  ümumiləşdirilmiş  və  dövriyyə  edən 
rəmzi  vasitəçidir  və  o,  inkişaf  etmiş  cəmiyyətlərə  əsas 
funksiyalarım  bəsit  cəmiyyətlərə  nisbətən  daha  effektiv 
həyata  keçirməyə  imkan  yardaır.  Başqa  sözlə,  hakimiyyət -  
cəmiyyətin bütün üzvləri  adından hərəkət edən  vasitəçidir və 
ona  tabe  olanların  hərəkət  etməyi  öhdəliyini  ehtiva  edir. 
Nəticədə  hakimiyyəti  həyata  keçirmək  üçün  cəmiyyətin
185


məqsədləri  adından  hərəkət  etmək  öhdəliyi  cəmiyyətin  ali 
dəyərləri  tərəfindən  dəstəklənir.  İnkişaf  etmiş  cəmiyyətdə, 
demək  olar  ki,  hər  bir  yaşlı  adam  hakimiyyətə  malikdir. 
Beləliklə,  prezident  kimi  seçici  də  hakimiyyətə  malik  olur; 
seçkilərdə  sonuncu  özünün  hakimiyyətindən  istifadə  edərək 
onu  prezidentlə  mübadilə  edir.  Prezident  isə  öz  növbəsində 
siyasətinin formalaşdınlmasında seçici adından çıxış edir.
Siaysi  sistemin  və  cəmiyyətin  bütövlikdə  müvəffə­
qiyyətli və davamlı fəaliyyəti yüksək inkişaf etmiş cəmiyyət­
lərdə  onlar  arasındakı  mübadilə  proseslərindən  asılıdır. 
Bunlar  cəmiyyətdəki  hakimiyyətin  səviyyəsini  müəyyənləş­
dirməyə kömək edir.  Xüsusən hakimiyyətdən istifadə  maddi 
ehtiyatların 
miqdarından, 
vətəndaşların 
gücündən 
və 
fərdlərin  cəmiyyətin  yüksək  dəyərlərinə  əməl  etməsindən 
asılıdır.  Yaxud  dövlətin  (hakimiyyətin)  simvolik  vasitəçiliyi 
eyni  vasitəçiliyin  miqdarının  digər  sferalarda  -   iqtisadiy­
yatda,  nümunənin  qorunub  saxlanılması  subsistemində 
(dəyərlərin ötürülməsi) toplanılmasından asılıdır.
Belə ki,  cəmiyyətlə dövlət arasındakı  qarşılıqlı  müba­
dilə  prosesində  fərdlər  cəmiyyətdə  rol  ifaçısı  qismində 
dövlətə  münasibətdə  iki  prinsipal  mövqedən  çıxış  edirlər. 
Seçici kimi onlar dövlətə və onun əsas qulluqçularına dəstək 
verirlər,  maraq  qruplarının üzvü kimi  isə  onlar xüsusi  qayğı 
üçün tələbatlar yaradırlar.  Bu prosesə digər tərəfdən baxdıq­
da  isə  məmurların  qarşılıqlı  hərəkət  etdikləri  görünür. 
Vətəndaşların  tələbatları  ifadə  etmələrinin  əvəzi  olaraq 
məmuralar əlaqələndirici  siyasi  qərarlar təqdim  edirlər;  buna 
əlavə  olaraq  siyasi  dəstəyin  əvəzində  onlar  cəmiyyətdə 
liderlik üçün məsuliyyət daşıyırlar.
Dövlət-cəmiyyət 
qarşılıqlı 
mübadilə 
prosesləri
186
istənilən  yüksək  dərəcədə  inkişaf  etmiş  cəmiyyətin  siyasi 
sistemində,  xüsusən  də  demokratik  cəmiyyətlərdə  dəqiq 
şəkildə  özünü  büruzə  verir.  Eyni  proses  iqtisadiyyat,  dövlət 
və  nümunənin  qorunub  saxlanılması  subsistemi  ilə  dövlət 
arasındakı  qarşılıqlı  mübadilədən  aydın  görünür.  Sonuncu 
halda  nümunənin  qorunub  saxlanılması  subsistemi  siyasi 
prosesi  əsas  legitimliyi  qorumaqla  dəstəkləyir;  eyni  vaxtda 
bütün  cəmiyyət adından baş  verən hadisələr barəsində dövlət 
öz məsuliyyətini artırır.
Parsonsun  siyasi  sistem  haqqında  konseptləri  siyasi 
təhlil  üçün  son  dərəcə  orijinal  və  güclü  vasitələrdir.  O, 
Marks,  Veber və bir  çox  digər  analitiklərdən  fərqli  tam yeni 
ideyalar  təqdim  edir.  Bu  fərqlərdən  yalnız  bəziləri  aşağıda 
aydınlaşdırılacaqdır.  Analitiklərin  əksəriyyəti  hakimiyyətə 
məhdud  istehlak  əmtəəsi  kimi  baxmışlar.  Cəmiyyətdə  bir 
qrupun  əlində  olduğundan,  hakimiyyət  digər  qrup  üçün 
əlçatmazdır;  bu,  Marksm,  eləcə  də  bir  çox  başqalarının 
gəldiyi qənaətdir.  Parsons göstərir ki, hakimiyyət cəmiyyətdə 
positiv  əmtəədir;  o,  cəmiyyət  admdan  ictimai  məqsədləri 
həyata keçirmək üçün istifadə olunur.  Beləliklə, hakimiyyət­
dən  istifadədən  hər  bir  kəs  (təkcə  xüsusi  qruplar  yox) 
qazanır.  Eyni  zamanda  pul  kimi  hakimiyyət  də  cəmiyyətdə 
müəyyən  ədalətsizlik  yarada  bilər.  Hakimiyət  siyasi  vəzifə 
tutan  şəxslərin  əlindədir.  Lakin  bəzi  fərdlər  öz  mövqelə­
rindən  istifadə  edə  və  hakimiyyətlərini  saqxlamağa  və 
genişləndirməyə  cəhd  göstərə  bilərlər.  Bu  aksiya  yəqin  ki, 
uzun müddət davam edə və ictimai  dəstəyin təmin olunduğu, 
yəni seçkilərin təmin olunduğu mexenizmlərin  dayandırılma­
sım əhatə edə bilər. Parsonsa görə,  cəmiyyətin gücsüzlüyünü 
göstərmədən  bu  davam  edə  bilməz.  Hakimiyyət  son  halda
187


Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə