Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə42/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   49

ilə  dəyişiklik  kimi  baxılmalıdır;  bir-birindən  asılı  olmayan 
elementlər  m üxtəlif  nöqtələrdə  vaxtında  yaranır,  bir-birinə 
qeyri-müəyyən şəkildə sarmır və yeni  sosial  forma yaradırlar. 
Dəqiqlik üçün bu yanaşmam Veberin müasir  dövlət bürokra- 
tiyasmın  - rasionallığm ən görkəmli təcəscümitnün yaranma­
sı  haqqında  analizindən  istifadə  etməklə  aydınlaşdıraq.  Ve­
berin  mühakimələri  müasir  dövlətin  yaranması  üçün  tələb 
olunan ilkin şərtlərin tarixi təsvirini  əhatə  edir.  Bura rasional 
qanun, pul  iqtisadiyyatı,  kommunikasiya və nəqliyyat vasitə­
lərinin təkmilləşdirilməsi,  mülki və  hərbi  idarəetmə  vasitələ­
rinin  təmərküzləşməsi  daxildir.  Veber  üçün  bu  şərtlərin  heç 
biri həlledici deyildir; onların hər biri eyni dərəcədə vacibdir.
Lakin  qeyd  edək  ki,  Veber  rasionallığm  və  ya  onun 
xüsusi  təcəssümü olan müasir dövlət bürokratiyasının inkişa­
fını  izləyərkən  tarixi  detallara  son  dərəcə  sadiq  qalır  və 
Marks  kimi  mücərrəd nəzəriyyə nümunəsi  inkişaf etdirməyə 
səy göstərmir.  Veberin  analizində müasir dövlət bürokratiya- 
sının  yaranması  üçün  vacib  olan  ilkin  şərtlərin  əksəriyyəti 
yalnız onun tərifinə daxil  olan elementlərdən ibarətdir. Məsə­
lən,  Roma  hüququ  dövlət  bürokratiyasının  meydana  gəlmə­
sinə  imkan  verirdi.  Lakin  eyni  zamanda  bu  bürokratiyanın 
səciyyəvi  cəhətlərinə  Roma hüququ  sayəsində  nail  olunmuş­
dur.  Bu  analitik prosedur  A  fenomenini  В  fenomeni  ilə  izah 
etmək  səyi  kimi  daha  əsaslı  praktikadan  açıq  şəkildə  fərq­
lənir.  Parsons  Veber  kimi  eyni  növ  dəyişikliklə  məşğul  ola­
raq  problemi  təkamülün  yüksək  dərəcədə  incə  və  mürəkkəb 
görünüşünü  yaradaraq  həll  edir.  Veberin  baxışında  son  çə­
tinlik  Qərbdə  rasionallığm  güman  edilən  ilkin  şərtlərinin 
ümumi  və geniş  olmasındadır ki,  bu da xüsusən müasir şəra­
itdə  dövlət  bürokratiyasının  yaranması  üçün  çox  mühüm  və
168
vacib faktorlar məsələsini əhatə edir.
Veberin demokratik dövlətlərdə bürokratiyanın roluna 
dair  dialektik  analizinə  müraciət  edək.  Kütləvi  demokratiya 
elə bürokratiyanın özü kimi bərabər ədalətə və  qanun əsasın­
da təmsilçiliyə əsaslandığından müasir bürokratiyanın inkişa­
fı  üçün hər  cür  şərait  yaradır.  Bürokratiyanın  inkişafı xüsusi 
səriştəli status qrupu yaratdığından,  o, demokratik hökumətin 
əsaslarını  sarsıda bilən  ədalətsizliyin baş  qaldırmasına da  sə­
bəb  ola  bilər.  Daha  sonra,  qulluqçular  üçün  xüsusi  hazırlıq 
tələb  olunduğundan,  bürokratiya  sosial  stratifıkasiya  üçün 
yeni  əsas kimi  formal  təhsilini  artırır  və  bununla kütləvi  de­
mokratiyalarda əlavə bərabərsizliyə səbəb olur.
Dəyişikliyə  daha  bir  yanaşma  ətraf  mühitin  təzyiqi 
altında  müəyyən  institutların  inkişaf  etdirilməsidir.  Veber 
qeyd edir ki, müasir dövlət bürokratiyasının inkişafı ona görə 
baş  verdi  ki,  bürokratik  meyl  güc  siyasəti  ilə  müəyyənləşən 
sabit  ordunun  yaranmasına  olan  ehtiyacdan  və  ictimai 
maliyyənin uyğun inkişafından stimullaşdı.
Veberin dəyişikliyə  dair təklif etdiyi ən maraqlı  ideya 
üç  hökmranlıq  tipidir.  Bu  ideyadan  hökmranlığın  digər  for­
malarının mövcudluğunu tədqiq etmək və eləcə də bir forma­
dan  digərinə keçidi  təmin  edən  vəziyyəti  müəyyənləşdirmək 
üçün  istifadə  oluna  bilər.  Nüfuzun  patrimonial,  yəni  inzibat­
çılardan  ibarət  personalı  əhatə  edən  ənənəvi  forması  tez-tez 
liderin  devrilməsinə  və  nəticə  etibarilə  hökmranlıq  tipinin 
özündə dəyişikliyə gətirib çıxarır.
Dəyişikliyin  təhlili  üçün  hökmranlıq  anlayışı  funda­
mental  bir nəzəriyyə  kimi  çıxış  edə  bilər.  Bu nəzəriyyə  ona 
iddia  edə  bilər  ki,  hökmranlıq  başa  çatdıqda  və  liderlikdə 
boşluq yarandıqda bu boşluğu xarizmatik hökmranlıq doldu­
169


ra  bilər.  Lakin  özünün  qeyri-sabit  xarakterinə  uyğun  olaraq 
xarizmatik  idarə  üsulu  tezliklə  rasional-leqal  və  ya  ənənəvi 
hökmranlıqla  əvəzlənir  və  bu  dövr  öz-özünü  təkrarlayır.  Bu 
halda  diqqət  həmçinin  liderin malik  olduğu  maddi  üstünlük 
və ya rəmzi  imtiyazlarla inzibati heyətin və tabeçilikdə olan­
ların  liderlik  etmək  hüququnu  birincilərə  həvalə  etməsi  ara­
sındakı qarşılıqlı təsirdə  cəmlənməlidir.  Aydındır ki,  lider  öz 
ardıcıllarının  ehtiyaclarım  ödəmək üçün kifayət  qədər üstün­
lük qazanana qədər liderlik edə bilmir.  Riçard Niksonun pre­
zidentliyinin  sonu belə bir hala təsadüf etmişdi:  lider  öz  ad­
ministrasiyasının nüfuzunu  saxlaya bilməmiş,  onun Amerika 
xalqı  və  konqresi  tərəfindən  bağışlanması  imkanını  sadəcə 
itirmiş  və  nəticə  etibarilə  istefa  verməyə  məcbur  edilmişdi. 
Ardıcılları liderlik hüququnu liderə vermək istəmədikləri hal­
da,  əgər  o,  hərbiçilər  və  dövlətin  mülki  qüvvələri  üzərində 
mütləq  nəzarətə  malikdirsə,  onda  onlar  seçim hüququna  ma­
lik olmadıqlarından əmrə tabe ola bilərlər.
Marks və Veber:  ümumi mövqe
Marks və Veber onlar arasındakı  əhəmiyyətli  fərqlərə 
baxmayaraq,  bir  sıra  məsələlərdə  ümumi  mövqe  nümayiş 
etdirirlər 
(bax: 
cədvəl 
3-ə). 
Ümumiyyətlə, 
onların
mövqelərindəki yaxınlıq fərqlərdən daha çoxdur.
Geniş  mənada götürdükdə,  Marks və Veber, birincisi, 
sosial  və  siyasi  qaydanın  bir-birini  tamamlaması  fikri  ilə 
razılaşırlar:  birində baş  verən  hadisə  və  fenomen digərindəki 
hadisə və fenomenə təsir göstərir.  Bu  fikir siyasi sosiologiya­
nın ən əhəmiyyətli şərtlərindən biridir.
Lakin  əgər  Marks  sosial  qaydaya daha  çox  önəm ve­
rirsə,  Veber  əsas  diqqəti  institusional  sferalarda  cəmləşdirir
170
və siyasi institutlarda baş verənləri sosial institutlarda baş ve­
rənlərə radikal təsir göstərən hal kimi  göstərir.  Marks və Ve­
ber həmçinin razılaşırlar ki,  siyasi  arenanın nəticələrinə  təsir 
edə  bilən  sosial  qaydanın  əsas  elementi  stratifikasiya  sis­
temidir.
M arks və Veberin müqayisəsi
Cədvəl 3.
Ölçmə
Marks
Veber
Startifikasiyanm
Sosial sinif istehsal
Sosial ehtiram və
əsas prinsipləri
vasitələri üzərində 
mülkiyyətə əsaslanır
maddi mükafatlandır­
manın fərqli səviyyə­
lərinə əsaslanan sosi­
al status
Sosial təşkilin əsas 
prinsipləri
Sosial siniflər
Bürokratiya
Sosial sistem kon-
İstehsal vasitələri və
Maddi və rəmzi
sepsiyası
maddi mükafatlar 
üzərində nəzarəti ələ 
keçirmək üçün sosial 
siniflərin rəqabəti.
fayda uğrunda status 
qrupları ilə büro­
kratiya arasında 
rəqabət.
Siyasi sistemin əsas
İdarə edənlər və dövlət
Status qrupları dövlət
prinsipləri
maşını idarə edən sin­
fin -  burjuaziyanın 
maraqlarını təmsil et­
mək üçün fəaliyyət 
göstərirlər
maşınında nəzaıət 
uğrunda rəqabət 
aparsalar da, heç bir 
qrup üstünlüyə malik 
deyildir; dövlət büro- 
kratiyası sosial bəra­
bərsizliyin və sosial 
qrupların yaranması­
nı həyata keçirir və 
bütün gücünü döv-
171


Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə