Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə38/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   49

dövlətin fəaliyyəti  sayəsində toxunulmaz qalır Marks kimi  o 
da təkid  edir ki,  dövlət  strukturları məlum tarixi  şəraitdə  bir 
neçə  məhkum  sinfə  himayəçilik  göstərirdilərsə  (məsələn, 
Fransada  Lui  Bonapartm  rejimində  kəndlilərə  münasibətdə 
olduğu kimi), sonda bu cür hərəkətlər kapitalizmin inkişafına 
köməklik edirdi.
152
FƏSİL 10. M .VEBERIN  SOSIAL-SIYASI BAXIŞLARI
M aks V eber (1864-1920)
Maks  Veber  bir  insan  kimi  mürəkkəb,  alim  kimi  isə 
çox  ciddi  idi.  Qeyri-adi  dərəcədə  dərin  intellektə  malik  olan 
Veber hüquqşünas olmağa hazırlaşsa da, sonradan bir çox sa­
hələrə  geniş  maraq göstərmişdir.  O,  tarix  elminə  böyük rəğ­
bət bəsləmiş, sosiologiya, habelə din,  iqtisadiyyat, hüquq,  şə­
hər məskunlaşması  və siyasi  elm sahələrində də qiymətli təd­
qiqatlar  aparmışdır.  O,  həmçinin  Almaniyanın  siyasi  baxım­
dan  (xüsusən  1918  ildə  Veymar  respublikası  konstitusiyası­
nın layihəsinin hazırlanmasında yaxından iştirak edərək)  ida­
rə olunması haqqında da dəyərli mülahizələr söyləmişdir.
Maraq  dairəsi  geniş  olduğundan  Veber  həm bir  alim 
kimi  fəaliyyət  göstərmək,  həm  də  siyasətlə  məşğul  olmaq 
istəyirdi.  Tədricən  o,  özü  üçün  sosial  elmlər  sahəsində  çalı­
şan  bir  çox  alimlər  üçün  artıq  bu  gün  modelə  çevrilmiş  bir 
strategiya formalaşdırdı.  O  göstərirdi ki,  alim bir  intellektual 
olaraq öz həyatını  digər  insanlarınkından  fərqləndirilməlidir. 
İki məşğuliyyət hər hansı bir  adamın effektivliyini təhlükəyə 
məruz  qoymadan  qarışdırıla  bilməz;  bir  alim  kimi  vətən­
daşlara  dair  ədalətli  və  ya  düzgün  mühakimə  yürütməmək 
mümkündür.  Eləcə  də  alim bir müəllim  keyfiyyətində  tədris 
vaxtı  polemikalara  o  qədər  də  girişməməlidir,  xüsusən  də 
əgər bu cür strategiya savad verməkdən daha çox populyarlıq 
məqsədi  daşıyırsa.  O  belə  yazır:  “Müəllimin  vəzifəsi 
tələbələrə  öz  biliyi  və  elmi  təcrübəsi  ilə  xidmət  etmək  və 
onlarda  özünün  şəxsi  siyasi  baxışları  haqqında  (dərin)  iz 
buraxmamaqdır...  Öz  tarixçilərimizin  əsərlərinə  istinadən 
mən  sübut  etməyə  hazıram  ki,  elm  adamı  özünün  şəxsi
153


dəyərlər  mühakiməsini  təqdim  etdikdə  faktların  tam  başa 
düşülməsinə  son  qoyulur”. 1  Ciddi  alim  olmaq  və  eləcə  də 
elm  intellektual  müzakirələr  çərçivəsindən  polemikaların 
aradan  qaldırılmasım  tələb  edir.  Beləliklə,  siyasi  arena 
özünün  xüsusi  qaydalarına malik  olduğunu göstərir.  Mahiy­
yətcə,  siyasət məhdud maddi və rəmzi  (yaxud ideal)  ehtiyat­
lar üzərində davam edən münaqişəni ehtiva edir.  Bu  arenaya 
qədəm  qoymaq  istəyən  hər bir  kəs  mübarizə  aparmağa,  gü­
zəştə  getməyə  hazır  olmaqla yanaşı,  son  nəticədə  qaliblərin 
və ya məğlubların sırasmda olmağı da bacarmalıdır.
Aydındır ki, Veberin siyasətə, elmi fəaliyyətə dair ba­
xışları  Marksın  yanaşmasından  xeyli  fərqlənir;  Marks  zahi­
rən  müstəqil  olan bu  məşğuliyyətlər arasında  birliyə  nail  ol­
maq  istəyirdi.  Lakin Veberin yanaşması, Marksda olduğu ki­
mi,  onun  Qərb  cəmiyyətlərini başa düşməsi kontekstində ba­
şa düşülməlidir.  Vebero görə,  Qərbdə sosial və  iqtisadi  həya­
tın təbiəti peşəkarlığın və atil (tənbəl, boş-boşuna) fəaliyyətin 
dərəcəsini  təmsil edir. İstənilən fəaliyyət növü unikal  karyera 
yolu,  eləcə  də  hüquq  və  mükəlləfiyyətlər şəbəkəsi  yaradaraq 
peşə  və  ya  qabiliyyət  formasında təşəkkül  tapıbdır.  Bu  möv­
zu  öz növbəsində Qərb  sivilizasiyasının  inkişafında daha ge­
niş  və dərin  meyllərin bir hissəsidir;  bu mövzu həyatın rasio- 
nallaşdırılması  mövzusudur.  Bu,  Veber  üçün  həyatın  xüsusi 
məqsədlərə  çatmaq  üçün  texniki  cəhətdən  daha  effektiv  va­
sitələrin qiymətləndirilməsinə tabe olaması deməkdir.
Bu  nümunələr  Qərbin  dominant  və  fövqəladə 
cəhətlərindən  olan  rasional  bürokratiyada  öz  təcəssümünü
1 Weber,  “Science as a vocation,” in 
F ro m   M a x   W eber:
  Essays  in 
Sociology, ed.  Hans Gerth and C.  Wright Mills (New York:  Oxford 
University Press,  1958), p.  146.
154
tapmışdır.  Veber  təkid  edir  ki,  bu  cür  inzibatçılıq  forması 
həm üstünlüyə, həm də çatışmazlıqlara malikdir.  Qərb sivila- 
zasiyası  bütün  əvvəlki  sivilasiyalar  üzərində  əsas  texniki 
irəliləyişi  təmsil  edir.  Bu  həmçinin  insanın  özgələşməsini 
tələb  edir.  O,  müasir  həyatın  idarə  olunduğu  yolu  nümayiş 
etdirir;  burada  şəxsi  mülkiyyətə  malik  olmayan  fərd  öz 
həyatına da nəzarət edə bilmir.
Daha sonra, bürokratiya bir institut kimi o qədər geniş 
yayılır  ki,  insanların  fəaliyyət  seçimi  və  azadlığı  getdikcə 
məhdudlaşır.  Cəmiyyətdə insanların  seçə biləcəkləri məhdud 
sayda dəyərlər vardır.  Bu dəyərlər özlərini bir tərəfdən fərqli 
sosial  qruplar  və  status  qrupları  üçün  özül,  digər  tərəfdənsə 
siyasi  arenada  rəqabət  və  münaqişənin  mənbələrini  təqdim 
etməklə göstərirlər.
Onu  da  qeyd  edək  ki,  Veberin  insana  baxışı  xeyli 
pessimistdir.  Marks  kimi  o   da  insanın  özgələşməsinə  inansa 
da,  bunu  istehsal  vasitələrinə  deyil,  inzibati  münasibətlərə 
şamil  edirdi.  Marksdan  fərqli  olaraq,  Veber  insanın  onu 
özgələşdirən instrumentlərdən azad ola biləcəyinə az inanırdı. 
Onun 
fikrincə, 
bürokratiyanın 
insanların 
həyatına 
qarışmasını məhdudlaşdırmaq heç cür mümkün deyildir.
Veber sosial qayda haqqında
Marksda  olduğu  kimi,  Veberin  də  sosial  qayda  haq­
qında  fikirlərini  üç  konsept  çərçivəsində  nəzərdən  keçirə­
cəyik:  sosial  stratifikasiya,  sosial  təşkil  və  sosial  sistem,  iki 
dahi  alim  arasındakı  müqayisəni  davam  etdirmək  üçün 
Veberin  yalnız  Qərbin  müasir  sənaye  cəmiyyətləri  -  
Almaniya,  Fransa,  Böyük  Britaniya  və  ABŞ  haqqında 
yazdıqları ilə kifayətlənəcəyik.
155


Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə