Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə39/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   49

Sosial stratifikasiya
Stratifikasiya  sisteminin  iki  əsas  ölçüsü  vardır. 
Bunlardan  birincisi  sinifdir  ki,  o  da  özünü  açıq-aydın  üç 
istiqamətdə  büruzə  verir:  mülkiyyətin  fərqli  bölünməsinə 
əsaslanan mülkiyyətçi  siniflər;  bazarda əmtəə və xidmətlərin 
fərqli  bölüşdürülməsinə  əsaslanan  ticarət  sinifləri;  nəhayət, 
iki  digər  formanın  birləşməsini  təmsil  edən  sosial  siniflər.
Mülkiyyətə  və  ya  əmək  bazarına  əsaslanan  siniflərə 
gəlincə deməliyik ki, pozitiv və ya neqativ imtiyazlara malik 
olanlar  arasında  əlavə  fərqlər  mövcuddur.  Məsələn,  ticarət 
sinifləri  arasında  pozitiv  imtiyazlara  malik  olanlar  ümumi­
likdə sahibkarlardır, xüsusən isə bankirlər və maliyyəçilərdir; 
neqativ  imtiyazlara  malik  olanlar  isə  peşə  məharətinin 
səviyyəsinə  görə fərqlənən,  məsələn,  orta ixtisas  səviyyəsinə 
malik  fəhlələrdir  Nəhayət,  Veberin  dörd  əsas  sosial  sinfi 
Marksın  konsepsiyasına  uyğun  gəlir:  bütövlükdə  fəhlə  sinfi, 
xırda  burjua,  mülkiyyətdən  məhrum  ziyalı  və  mülkiyyət  və 
təhsildən  bəhrələnən  siniflər.  Stratifikasiya  sisteminin  digər 
prinsipal  oxu  hər  bir  qrupun  cəmiyyətdəki  statusu  və  ya 
nüfuzunun səviyyəsi ilə ölçülə bilən fərqlərə əsaslanır.  Status 
sosial sinfin ölçüsü kimi cəmiyyətdə iyerarxik təmsil  olunur: 
bəzi  qruplar  status pilləkanmda digərlərindən  daha yüksəkdə 
dururlar.  Sinfin  ölçüsü  kimi  status  da  cəmiyyətdə  iyerarxik 
şəkildə çıxış edir:  bəzi qruplar status pilləsində digərlərindən 
yuxanda  durur.  Status  qruplan  fərqli  həyat  tərzinə,  yəni 
maddi  üstünlüklərə  -  mülkiyyətə,  tez  realizə  olunan  (likvid) 
kapitala, geyim vərdişlərinə, dini etiqad və ya şərəf qaydaları 
kimi  rəmzi  resurslar  üzərində  inhisara  malikdirlər.  Müasir 
cəmiyyətdə  bu  qrupların  xüsusi  hazırlıq tələb  edən  müxtəlif 
sahələrdə,  məsələn,  hüquq  sahəsində  meydana  gəlməsi  üçün
156
meyllər getdikcə artır.
Veber üçün  sinif və  status  kateqoriyaları  istənilən  cə­
miyyətin  stratifikasiya sisteminin tamamlayıcı  aspektidir.  Bu 
mənada o yazır:  “demək olar k i , ...  siniflər əmtəənin istehsalı 
və  əldə  edilməsinə  görə  təbəqələşiblər;  lakin  status  qrupları 
isə xüsusi  həyat tərzindən  irəli  gələn  əmtəənin  istehlak prin­
siplərinə  görə bir-birindən  fərqlənirlər”.1 Müvafiq olaraq,  iki 
ölçü bir-biri  ilə  əlaqələndirilə  bilər -  bazarda  və  ya  əmlakın 
bölüşdürülməsində  xüsusi  imtiyazlar  ümumi  həyat  üçün 
müəyyən əsas yaradır. Daha sonra,  cəmiyyətlər onlarda hansı 
sinfin  və  ya  status  qruplarının  üstünlük  təşkil  etməsindən 
asılı  olaraq  bir-birindən  fərqlənirlər;  Veberin  fikrincə,  ABŞ- 
da  status  qruplan  Avropa  ölkələrində  olduğundan  daha 
üstündürlər.  Status  qrupları  və  sosial  siniflər  üçün  müasir 
cəmiyyətdə  ən  vacib  məsələ  onların  öz  maddi  və  mənəvi 
maraqlarını  qorumaq  üçün  ümumi  hərəkət  etməyə  daha  çox 
qadir  olmalarıdır.  Bu  bacarıq  həmin  qrupların  fərdi  və 
kollektiv  cəhətdən  əhəmiyyətli  maraqlarından  irəli  gəlirsə, 
siniflər  iqtisadiyyatı  idarə  edən  şəxssiz prinsiplərə  söykənir­
lər.  Bu yolla Veber özünün  və  Marksın  stratifikasiya  sistem­
ləri arasındakı  fərqləri göstərməyə çalışır.
Sosial təşkil
Veberə  görə,  Qərbdə  sosial  təşkil  bürokratiyadır  və 
onun  əhəmiyyəti  elə  də  yüksək  qiymətləndirilməməlidir: 
“Təşkilin  müasir  formalarının  bütün  sahələrdə  inkişafı 
inzibatşılığın  inkişafından  və  aramsız  yayılmasından  ibarət­
1  Max  Weber,  Economy  and  Society:  An  Outline  o f  Interpretative 
Sociology,  trans.  Guenther Roth and Claus Wittich (New York:  Bedminister 
Press,  1968), 1, p.937.
157


dir.  Bu,  kilsə  və  dövlət,  ordu,  siyasi  partiyalar,  iqtisadi 
müəssisələr,  maraq  qrupları,  ianələr,  klublar  və  d.  üçün 
doğrudur.  Onun  in k işafı...  müasir  Qərb  dövlətinin  kökündə 
durur. 
Əgər 
bürokratik 
administrasiya 
bütün 
digər 
məsələlərlə  yanaşı  texniki  nöqteyi-nəzərdən  həmişə  ən 
rasional tipdirsə, bu gün kütləvi  administrasiyanın ehtiyacları 
onu  tamamilə  labüd  edir.  Administrasiya  sahəsində  seçim 
yalnız  bürokratiya  ilə  diletantizm  arasındadır.” 1  Bürokra- 
tiyanın  tərifinə  öz  məqsədlərinə  çatmaq  üçün  texniki 
cəhətdən  ən  effektiv  vasitələrdən  istifadə  edilməsi  kimi  bir 
sıra  fərqli  məsələlər  də  daxildir.  Bürokratiyanın  səciyyəvi 
cəhətlərinə  aşağıdakılar  daxildir:  1)  onun  şəxssizləşmiş 
xidməti xüsusi  öhdəlik və hüquqlar  doğurur ki,  bu  da həmin 
şəxsdən daha çox təşkilatın mülkiyyəti  kimi  qəbul  olunur;  2) 
onun işi nüfuz iyerarxiyası şəklində təşkil olunmuşdur;  3) hər 
bir  vəzifənin  öz  tabeçilik  sahəsi  vardır;  4)  hər  bir  vəzifə 
müsabiqə əsasında tutulur;  5) vəzifəni tutmaq üçün namizəd­
lər  texniki  və  şəxsiyyətindən  asılı  olmayan  keyfiyyətlərinə 
görə  seçilirlər;  6)  vəzifəni  tutanlar  pulla  ifadə  olunan 
müəyyənləşdirilmiş  maaşla  mükafatlandırılırlar;  7)  idarədə 
karyera mövcuddur və müəssisə iyerarxiyasında yaşa və staja 
görə irəliləmək üçün imkan vardır.
Bu  konsepsiya mücərrəddir və müasir cəmiyyətdə bir 
çox  təşkilat  formaları  üçün  ümumi  olan  elementlər  əsasında 
tərtib edilmişdir. Bu nöqteyi-nəzərdən həmin konsepsiya Ve- 
berin digər baxışlarına, məsələn, protestant etikasına oxşardır. 
Təşkilatın rasional  və  şəxssiz  aspektlərini  vurğulayan  bu tip
1 Weber, Max, Economy and Society:  An Outiineof Interpretative 
Sociology, vol.I. ed.and translated by Guenther Roth and Claus Wittich. 
New York: Bedminister Press,  1968, p.223.
158
konsepsiya  diqqəti  onun  digər  təşkilati  formalarında,  məsə­
lən,  Qədim Çində  administrasiyanın patrimonial,  Qədim Mi­
sirdə isə bürokratik  formalarında cəmləşdirir.  Bundan başqa, 
o,  müasir  cəmiyyətdə  bürokratik  meylin  yaranması  üçün 
mümkün ilkin səbəb şərtlərini nəzərdə tutur.
Sosial sistem
Veberin  əsərlərində  sosial  sistemin  ümumi  mənzərəsi 
yoxdur.  Onun  sosioloji  yanaşması  fərddən  başlayır  və 
nisbətən  kiçik  və  aydın  şəkildə  məhdudlaşdırılmış  qrupların 
və  xüsusən  də  status  qruplarının  bir  hissəsi  kimi  bu  fərdin 
fəaliyyətini  başa  düşmək  üçün  səyləri  əhatə  edir.  Beləliklə, 
sosial  sistem  kimi  böyük  kollektiv  orqanların  hərəkət  və  ya 
məqsədlərini  ittiham  etməyə  yönəlmiş  istənilən  cəhd  sosio­
loji baxışın fundamental məqsəd və vəzifələrini əsaslı  şəkildə 
dəyişir.  Geniş  miqyasda  götürdükdə  bu  mövqe  Veberin 
sosioloji  niyyətindən,  daha  doğrusu  keçmişi  onun  hadisə­
lərindən  və  tarixlərindən  mücərrədləşdirərək  başa  düşməsi 
səyindən irəli gəlir.
Mücərrəd  mənada  müasir  cəmiyyət  sosial  qrupların 
fəaliyyət  səhnəsi  kimi  təsəvvür  olunur;  onlardan  əsaslan  da 
status qrupları  və bürokratiyadır.  Etnik və ya ümumi  köklərə 
malik  olub-olmamalarından  asılı  olmayaraq,  status  qrupları 
elə  bir  çərçivəni  təmsil  edirlər  ki,  orada  insanlar  öz  ümumi 
maraq  və  inanılan  əsasında  birləşərək  razılıq  şəraitində 
yaşayırlar.  Bürokratlar  isə  nüfiız  və  hakimiyyətin  fərqli 
münasibətlərinə əsaslanan birlik ab-havasını yaradırlar.
Əlbəttə,  Veber  o  qədər  sadəlövh  deyildi  ki,  insanlar 
arasında yalnız harmonik münasibətlər mövcud olduğunu dü­
şünsün.  Əksinə,  qruplar arasında münasibətlər (onların daxi­
159


Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə