Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə37/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   49

Niko Pulantsas (1936-1980)
Niko  Pulantsas  müasir  marksistlər  arasında  ən  gör­
kəmli  siyasi  sosioloq,  nəzəriyyəçidir.  Pulantsas  marksizmin 
çərçivəsini  XX  əsr  kapitalizmi  və  dövlətini  başa  düşmək 
üçün genişləndirmək istəyirdi.  O,  sinfi mübarizənin tarixi  in­
kişafında  dövlətin necə  müstəqil  aktora çevrildiyini  anlamaq 
istəyirdi;  onun  ideyaları  marksistlər  arasında  “dövlətin  nisbi 
muxtariyyatı  haqqında”  hazırki  diskussiyalarda  təskinliklə 
qarşılanır.  Pulantsas  kapitalizm  və  müasir  siyasət  haqqında 
bir  sıra  unikal  fikirlər  irəli  sürmüşdür.  Ola  bilsin  ki,  onun 
baxışlarının  ən  özünəməxsus  elementi  müəllimi,  tanınmış 
fransız  marksist  filosofu  Luis  Altüsserdən  götürülmüşdür. 
Altüsser kimi,  Pulantsas  da  cəmiyyətlər haqqında strukturlar 
ifadəsi  ilə  düşünür.  Strukturlar  daha  çox  və  ya  daha  az 
elementlərin  ardıcıl  ansamblını  təmsil  edir  və  sosial  nizam- 
intizamın  inteqrasiyasına  xidmət  edir.  Onlar  mücərrəd,  bir 
qədər  paralel  qüvvələrdirlər  (məsələn,  bir  qədər  əvvəl 
istifadə  etdiyimiz  üstqurum  və  ya  vətəndaş  cəmiyyəti 
anlayışları  kimi).  Bunlar adi  deyil,  mücərrəd  anlayışlardır və 
dünyadakı  prosesləri 
formalaşdırmağa  xidmət  edirlər. 
Altüsserin  ardınca Pulantsas  təkid  edir ki,  müasir kapitalizm 
şəraitində  fəaliyyətdə  olan  bir  sıra  strukturlar  mövcuddur. 
Bunlar aşağıdakılardır:  ideoloji  və ya ideyalar  sferası;  siyasi 
yaxud  siyasət və dövlət  sahəsi;  iqtisadi və ya istehsal  sahəsi; 
hüquqi və ya qanun sahəsi.
Pulantsas  ideoloji  sahəyə  müasir kapitalizmdə  liberal 
siyasi ideologiyanın nümunəsi olaraq insan hüquqlarının mü- 
hümlülüyü və ya çoxlu maraqların təmsil  olunması  iddiaları­
nı  daxil  edir.  Bundan  başqa,  Altüsser  kimi  Pulantsas  da  bu 
strukturlardan  hər  birinin  müstəqil  fəaliyyət  göstərə  bilməsi
148
və  istənilən  konkret  tarixi  cəmiyyətdə,  məsələn,  XX  əsr 
ABŞ-da sosial  qaydanın  fəaliyyəti  nəticəsində  bir  strukturun 
başqaları  üzərində  dominionluq  edə  bilməsi  fikrini  müdafiə 
edirdi.  O  göstərirdi  ki,  əgər  bir  mərhələdə  ideoloji  struktur 
yerdə  qalan  üç  struktur  üzərində  üstünlük  təşkil  edə  bilirsə, 
onda  digərində  siyasi  struktur  və  xüsusən  də  dövlətin  özü 
üstünlüyə  nail  ola bilər.  Təbii  ki,  bu  iddianın  mənası  Pulan- 
tsasın  iqtisadi  determinizmə  əsaslanan  Marksın  adi,  bayağı 
şəkildə  oxunmasını  rədd  etməsi  idi.  İqtisadi  elementin  kapi­
talizmin funksiyasını  son mərhələdə müəyyənləşdirməsi  fikri 
Pulantsas tərəfindən çox sərbəst və liberal şəkildə götürülür.
Pulantsasa  özünəməxsus  baxışın  ikinci  və  əlaqəli 
elementi  onun  dövlətin  kapitalist  cəmiyyətinin  yaşaması  və 
artması  üçün bir  struktur kimi  müstəqil  surətdə  şərait yarada 
bilməsi haqqındakı iddiasından ibarətdir. Burada onun müba­
hisəsi  ikili xarakter daşıyır.  O göstərir ki,  hakim  və məhkum 
siniflər  arasında pat  vəziyyəti  yarandığı  halda  dövlət  istəni­
lən  sinfi mübarizəyə müdaxilə  edə bilər.  Həqiqətən də,  döv­
lət hakim kapitalist sinfi  ilə yanaşı məhkum sinfin maraqları­
na  da  yardım  göstərmək  məqsədi  ilə  açıq-aşkar  hərəkət  edə 
bilər.  O göstərir ki, dövlətin siniflər arasında açıq rəqabətə və 
münaqişəyə  icazə  verməsi  cəmiyyətin  iqtisadi,  hüquqi  və 
ideoloji  sahələrində  kapitalizmin  tam  hegemonluğunun  bər­
qərar edilməsinə xidmət edə bilər.  Lakin dövlətin cəmiyyətdə 
müstəqil  aktor  kimi  xidmət  etməsi  üçün  başqa  bir  yol  da 
vardır.  O,  bunu sinfi mübarizənin  getdiyi şəraitdə özü bir tə­
rə f olaraq  edə bilər.  Pulantsas  bu  iddia  ilə  onu nəzərdə  tutur 
ki.  dövlət hakim kapitalist və eləcə də məhkum sinfin nüma­
yəndələri  də  daxil  olmaqla  siniflərin  müxtəlif hissələrindən 
ibarət  ola  bilər.  Bundan  başqa,  Pulantsas  göstərir  ki,  bəzən
149


kapitalizmin taleyi kapitalist sinfinin deyil,  digər sinfin hege­
monluğu  ilə müəyyənləşir,  o  sinfin ki, kapitalist cəmiyyətini 
məlum  tarixi  zaman  kəsiyində  vahid  şəkildə  birləşdirə  bilir. 
Pulantsas  məhz  elə  bu  mənada  fəhlə  sinfinə  xeyir  gətirən 
müasir rifah dövlətini izah etmək istəyir.  Lakin fəhlə sinfinin 
qələbəsi  zahiridir.  Rifah  dövlətinin  sosial  müdafiə,  dövlət 
tibbi  yardım proqramı  və  s.  şəklində  təklif etdiyi  yardımlar, 
Pulantsasın  fikrincə,  müasir  kapitalizmin  digər  fundamental 
komponentlərinin  sadəcə  hücumdan  yaxa  qurtara  biləcəyini 
sübut edir.
Cəmiyyət  və  dövlətin  obrazı  Pulantsasda  Marksın 
təqdimindən  daha  mürəkkəbdir.  Əgər,  Marksa  görə,  dövlət 
idarə  edən  sinfin  icraedici  orqanıdırsa,  Pulantsas  üçün  o, 
kapitalizm 
cəmiyyətinin 
m üxtəlif 
sinifləri 
arasında 
münaqişələr  və  ziddiyyətlərin  toqquşduğu  döyüş  yeridir. 
Marksın  dövlətə  dair  fikrinin  təftişini  yaxşı  aparmasına 
baxmayaraq,  Pulantsasın  dövlətə  struktur kimi  yanaşması  və 
onun  kapitalizmin  iqtisadi  fəaliyyətində  nisbi  muxtariyyat 
təşkil  etməsinə dair arqumentləri  digər müasir  marksistlərlə, 
məsələn, 
R alf  Milibandla 
əhəmiyyətli 
mübahisələrlə 
nəticələndi.  Miliband  göstərir  ki,  XX  əsrdə  də  kapitalist 
cəmiyyətlərində  dövlət  kapitalizmin  yaşaya  bilməsi  üçün 
həlledici  vasitə  olaraq  qalır.  Bu  necə  baş  verir?  Kapitalist 
sinfinin  nümayəndələri  məhkəmə,  polis,  qanunvericilik  və 
xüsusən 
hökumətin 
icraedici 
qanadı 
kimi 
dövlət 
institutlarında  əsas  siyasətçiləri  təşkil  edirlər.  Miliband  bu 
tezisə  dair çox inandırıcı  sübut təqdim  edir.  Lakin Pulantsas 
Milibandın  Marks  haqqında  fikirlərinin  (yəni  onun  “hakim 
sinfin  idarəçiliyi”  anlayışını  aydın  şəkildə  dəstəkləməsinin) 
xeyli  sadə  olduğunu göstərir.  M üasir kapitalizmin inkişafına
150
xalq  deyil,  bir  struktur  kimi  dövlət  şərait  yaradır  və  kömək 
edir.  Pulantsasa  görə,  dövləti,  hətta  bütövlükdə  kapitalizmi 
fərdi vasitəçilərədək məhdudlaşdırmaq Marksın  fundamental 
ideyalarını  mənasızlaşdırmaq,  onun  kapitalizm  haqqmda 
şəxssiz,  işləyən  bir  sistem  olması  haqqmda  fikirlərini 
unutmaq deməkdir.
Pulantsasla M iliband arasında müasir kapitalizm şəra­
itində  dövlətin  təbiəti  və  işinə  dair  intellektual  mübahisə 
1970-ci illərdə daha da qızışdı. Bu həmçinin bizim  Marks ba­
rəsində  qeyd  etdiyimiz,  onun  ideyalarında nəzərə  çarpan  bir 
sıra  ikimənalılığı  əks  etdirirdi.  Bu  fikirlərdən  biri  insanların 
rolu  ilə  əlaqədardır.  Onlar  kapitalist  sisteminin  fəaliyyəti 
üçün sadəcə vasitəçi,  yoxsa müstəqil qüvvədirlər?  Onlar real 
mövcuddurlar?  Pulantsas  onlar  üçün  reallığı  bütünlükdə  in­
kar  etdiyi  halda,  M iliband  əksinə,  onları  real  olaraq  qəbul 
edərək kapitalizmin  uzunmüddətli  maraqlarına xidmət etmə­
sini  zənn  edir.  Lakin  Milibandın  baxışlarında  bizi  belə  bir 
şey  düşündürür:  əgər  dövlət  digər  siniflərin  nümayəndələri 
tərəfindən zəbt olunsaydı,  o,  yəqin ki,  kapitalizmin maraqla­
rının  əksinə  hərəkət  etmiş  olardı,  hətta kapitalizmi  islah  edə 
bilərdi. Bu, Pulantsasın arqumentlərində bizi düşündürən mə­
qamların hamısı  deyildir.
Digər  ikifikirlilik  dövlətin  özünün  roluna  aiddir.  Bir 
tərəfdən  Pulantsas  dövlətin  sinfi  mübarizənin  təkamülü nəti­
cəsində  qeyri-kapitalist  sinfinin  rəhbərliyi  altında  muxtariy­
yətə  çatmasım  qeyd  edirsə,  digər  tərəfdən  gələcək  haqqında 
onun ümidləri Marksdan fərqli  olaraq o qədər də aydın təsəv­
vür yaratmır. Başqa sözlə, Pulantasa görə, dövlətin muxtariy- 
yatı  Marksda  olduğu  kimi  uydurmadır;  hər  iki  nəzəriyyəçi 
üçün  kapitalist  sinfinin,  eləcə  də  kapitalizmin  hegemonluğu
151


Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə