Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə45/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   49

bu  sərhədlərdən  kənarda  mühiti  vardır.  Sosial  sistemin 
sərhədləri  onunla  digər  sosial  sistemlər  arasındakı  və  eləcə 
də  onun  və  insan  fəaliyyəti  sistemindəki  digər  sferalar 
arasında  sərhəd  kimi  qəbul  oluna  bilər.  Parsons  və  onun 
tərəfdaşlarının geniş  izlədiyi  oxşar daha üç  sistem  də vardır: 
rəmzlər və  ideyalardan  ibarət mədəni  sistem;  fərdi  “ehtiyac” 
və  səbəbi  əhatə  edən  şəxsiyyət  sistemi  və,  nəhayət,  bioloji 
sistemlərdən  ibarət  davranış  orqanizmi.  Sosial  sistem 
Parsonsun insan fəaliyyəti haqqında bütöv bir sxemində dörd 
sistemdən  birini  təmsil  edir.  Onun  ətraf  mühiti  üç  digər 
sistemdən  -   mədəni,  şəxsiyyət  və  davranış  orqanizmindən 
ibarətdir.
Sosial  sistemin  sərhədləri  nüfuz  edilə  biləndir.  Sosial 
sistem yaşaması  üçün,  ətraf mühitlə resursların  və  məhsulla­
rın  mübadiləsi  üçün  “açıq”  və  eyni  zamanda  onlardan  asılı 
olan bir sistemdir.  Sosial  sistem,  məsələn, mədəni  sistemdən 
dini  dəyərləri  mənimsəyir ki,  bu  da  rolları  ifa  edən  insanlar 
arasında  qarşılıqlı  əlaqələri  legitimləşdirməyə  xidmət  edir. 
Sosial  sistem  onun  qarşılıqlı  sosial  əlaqə  çərçivəsini  təşkil 
edən  şəxsiyyət sistemindən rolları  ifa edəcək və  təşkilatlarda 
çalışacaq sonsuz sayda və müxtəliflikdə şəxslər alır.
Eyni  zamanda  bu  mübadilədə  sosial  sistem  dəyişdi­
rilir və  şəxsiyyət sistemini onu qurmaq üçün bir sıra müxtəlif 
rollar  və  qarşılıqlı  əlaqə  şəbəkələri  ilə  təchiz  edir;  körpə, 
uşaq,  tələbə  və  digər  rollar  isə  yetkin  şəxsin  formalaşması 
üçün  əsas  yaratmağa  köməklik  edir.  Oxşar  mübadilə  sosial 
sistem  və  davranış  orqanizmi,  eləcə  də  digər  sistemlər 
arasında  baş  verir.  Bütün  sistemlərin  biri-biri  ilə  əlaqəsi 
vardır  və  hamısı  da  ətraf  mühitdən  bu  cür  mübadilə  üçün 
asılıdır.
180
Parsons  sosial  sistemin  özünün  daxili  fəaliyyətinin 
təhlilinə  diqqət  yetitirir.  Onun  fikrincə,  iki  növ  daxili  hissə 
mövcuddur:  insan  bədəninin  analoqu  olan  struktur və  daxili 
yanacaq  mühərrikində  porşenin  yanmasının  analoqu  olan 
insan  bədəninin  analoqu  kimi  yerləşmiş  hissələr.  Parsonsa 
görə,  istənilən  sosial  sistem bir neçə müxtəlif elementlərdən 
ibarət  sosial  struktura  malikdir.  Bütünlükdə  onların  sayı 
dörddür.  İyerarxik  yerləşdirmə  bütün  bu  elementləri  bir-biri 
ilə sərbəst şəkildə  birləşdirir;  birinin məzmunu digərininkinə 
uyğun  gəlir,  birində  baş  verən  dəyişiklik  digərlərində 
dəyişiklik yaratmaq meyli doöurur.
Dörd  element  üçün  ən  ümumi  və  mühüm  olan 
dəyərlər  istənilən  cəmiyyətdə  düzgün  və  qeyri-düzgün  olan 
normativ  gözləmələri  müəyyənləşdirir.  Onlar  insanların  can 
atdığı  sosial  fəaliyyətin  arzu  olunan  keyfiyyətini  təmsil 
edirlər  və  nəticə  etibarilə  onların  məzmunu mədəni  sistemin 
dini ehkamları ilə bağlanıla bilər.
Sosial 
strukturun 
elementlərinin 
iyerarxiyasında 
sonrakı  yeri  tutan  normalar  sosial  hərəkət  üçün  daha 
səciyyəvi  əsas  fikirləri  irəli  sürür;  onlar  dəyərləri  hərəkətə 
çevirən spesifik qaydalardır.
Sosial  strukturun  üçüncü  elementi  kollektivlərlə 
təmsil  olunub,  daxilində  sosial  sistemin  dəyər  və  normaları 
dəqiq müəyyən olunmuş təşkilati çərçivəni  ifadə edir.
Nəhayət,  istənilən  strukturun  ən  konkret  və  funda­
mental  elementləri  olan  rollar mövcuddur;  rollar kollektivlə­
rin  daxilində  özünə  yer  alır  və  onların  ifaçılarının  fəaliyyəti 
sosial  sistemin  normativ  gözləmələri  ilə  -   dəyər  və  nor­
malarla idarə olunur.
İstənilən  sosial  sistemin  struktur  elementlərindən
181


başqa  müəyyən  proseslər  də  mövcuddur  ki,  bunlar  sistemə 
xidmət  edir  və  bəzən  onu  dəyişir.  Parsons  bir  sıra  mühüm 
prosesləri  müəyyənləşdirsə  də,  bizi  onlardan  yalnız  ən 
mühümləri  maraqlandıracaqdır.  İstənilən  sosial  sistemdə 
dörd əsas proses yer alır ki,  onlar da sistemin yaşaması  üçün 
həlledici funksiyalar hesab oluna bilər.  Onlar həmçinin nəfəs 
və  ya  həzm  kimi  funksiyaların  azad  analoqu  kimi  nəzərdə 
tutula bilər ki,  onlarsız insanları bioloji növ kimi  xarakterizə 
edən  sistem  mövcud  ola  bilməz.  Onlann  dördü  də  sonradan 
Parsons  tərəfindən  sosial  sistemin  subsistemi  kimi  izah 
olunur. Bu proseslərdən birincisini  gizli nümunə yaradılması 
təşkil  edir.  O,  elə  bir  funksiyaya  aiddir  ki,  onun  vasitəsilə 
sosial  təşkilin  nümunələri  və  sosial  sistem  üçün  səciyyəvi 
olan qarşılıqlı  əlaqə vaxtından artıq mövcud olur.  İnteqrasiya 
istənilən  sosial  sistemin  ikinci  əsas  elementidir  və  onun 
vasitəsilə sistemdəki müxtəlif istiqamətli strukturlar o şəkildə 
nizamlanır  və  əlaqələndirilir  ki,  bu  sistemi  dağıtmağa 
yönəlmiş  istənilən  ciddi  gərginliyin  və  ya  uyğunsuzluğun 
qarşısı  alınmış  olur.  Məqsədə  çatmaq  prosesi,  yəni  sistemin 
məqsədləri  arasında  prioiritetlərin  formula  olunması  və 
müəyyənləşdirilməsi  istənilən  sosial  sistemin yaşaması  üçün 
eyni  dərəcədə  vacibdir  və  üçüncü  əsas  prosesi  təşkil  edir. 
Nəhayət,  sonuncu,  adaptasiya  prosesi  sosial  sistemi  təşkil 
edən  texniki  resurslar və  rol  imkanlarının  fərdlər  və  qruplar 
arasında bölüşdürülməsini müəyyənləşdirir.
Sosial stratifıkasiya
Sosial  stratifıkasiya  Parsonsun  sosial  dünya  haqqın­
dakı  sxemində,  demək olar  ki,  periferik  elementi  təşkil  edir. 
Parsonsa  görə,  ABŞ  kimi  yüksək  dərəcədə  inkişaf etmiş  cə­
182
miyyətlərdə stratifıkasiya xeyli mürəkkəbləşdiyindən  sabitli­
yin və  ya dəyişikliyin  əsas  instrumenti  kimi  öz  əhəmiyyətini 
itirir.  Bu nöqteyi-nəzərdən  Parsonsun  baxışları  Marks  və  ya 
Veberinkindən  əsaslı  dərəcədə  fərqlənir.  Yüksək  dərəcədə 
inkişaf  etmiş  cəmiyyətdə  stratifıkasiya  simvolik  vasitəçi, 
prestij,  təsir  və  inteqrasiya  mənalarında  qəbul  edilir.  O, 
fərdlər  və  ailələrin  prestij  şkalasında  dərəcələrə  görə 
bölünməsini  ifadə  edir:  daha  yüksək  əhəmiyyətli  rolları  ifa 
edənlər daha yüksək dərəcəyə malik olurlar.  Sosial mühüm- 
lülük iki əhəmiyyət daşıyır:  1) bəzi fərd və ya qruplar cəmiy­
yətin  yaşaması  üçün  daha  əhəmiyyətli  rol  oynayırlar  və  2) 
buradan da bəzi  fərdlər və qruplar ümumi  cəmiyyət dəyərləri 
ilə buraya aid edilə bilən rollara malikdirlər.
Təbii  olaraq  bu  iki  mühüm  forma  üst-üstə  düşə  bilər, 
lakin bu,o qədər də vacib deyildir.
Stratifıkasiya 
inteqrasiya 
funksiyasını 
iki 
əsas 
istiqamətdə  yerinə  yetirir.  Prestij  və  təsirin  differensial 
paylanması çox mühüm sosial  əhəmiyyətli mövqeləri  onların 
fəaliyyəti üçün mühüm olan resursları səfərbər etməyə imkan 
yaradır.  İnkişaf  etmiş  cəmiyyətlərdə  liderlik  və  ən  çox 
nüfuza  malik  olanlar  əllərinə  daha  çox  hakimiyyət  və  pul 
toplayır və bununla  da  məqsədlərinə  çatırlar.  Parsonsa görə, 
bu,  strati fıkasıyanın  əlamətidir.  Bu  baxımdan  stratifıkasiya 
inteqrativdir,  çünki  o,  sosial  əhəmiyyət  kəsb  edən nümunəni 
qoruyub  saxlamaq  subsistemi  ilə  məqsəd  və  resursların 
yerləşdiyi dövlət və iqtisadiyyatı birləşdirməyə çalışır.
Stratifıkasiya inteqrativ olduğunu başqa cür də  sübuta 
yetirir.  O, bəzi  mövqelərdə  digərlərinə nisbətən qeyri-adi  də­
rəcədə  prestijin  toplanılmasını  təmin  etsə  də,  bu  bərabərsiz­
liyin qanuniliyinin izahı üçün də şərait yaradır. Elə rollar var­
183


Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə