Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə41/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   49

ki,  bu  tip  liderlik, nəticə  etibarilə  demokratik idarəçiliyə  nail 
olma  imkanlarım  məhdudlaşdırır.  İkinci  mübarizə  potensialı 
parlamentlə 
mülki 
bürokratiya 
arasındakı 
rəqabətdən 
ibarətdir;  Veber hesab  edirdi ki,  bu münaqişə demokratiyaya 
doğru  vacib  istiqamət  təmin  olunmaqla parlamentin  xeyrinə 
həll  olunmalıdır.  Veber  inanırdı  ki,  demokratik  idarəetmə 
təkcə texniki  ekspertizanı  deyil,  siyasi  liderliyi  də  tələb  edir; 
beləliklə, 
onun 
təklif 
etdiyi 
strategiyaya 
əsasən 
bürokratiyanın  hakimiyyəti  azalmalı,  dövlət  başçısı  və 
parlamentin  hakimiyyəti  isə  artmalıdır.  Üçüncü  döyüş 
potensialı  isə  dövlət  başçısını  və  parlamenti  mülki  xidmət 
bürokratiyasına qarşı qoyur.
Müasir  dövlətdə  əsas  mübarizə  siyasi  liderlə  mülki 
xidmət  bürokratiyası  arasında gedir.  Bu təhlil  Veberin siyasi 
liderlər  və  onların  komanda  üzvlərinin  davamlı  olaraq 
hökmranlıq  uğrunda  mübarizəyə  girişmələrinə  dair  ümumi 
müşahidəsinin  xüsusi  tətbiqidir.  Veber  demokratik  hökumət 
üçün  siyasi  liderlərin  mühüm  olduğunu  hesab  edir,  alman 
hökumətini  belə  liderlər  seçməyə  tələsdirirdi.  Sonda  o,  əsl 
lider kimi kimin  üstünlük təşkil  edəcəyi haqqında o  qədər də 
aydın  danışmır:  “Müasir  dövlətdə  faktiki  lider  hökmən 
bürokratiyadır,  çünki hakimiyyət nə parlament danışıqları, nə 
də 
ki, 
monarxik 
şüuarlarla 
həyata 
keçirilir. 
O, 
administrasiyanın öz qaydaları əsasında həyata keçir”.1
Veber:  insan nə üçün itaət edir?
İnsanların bir qrupunun istər müasir,  istərsə  də  qədim 
cəmiyyətlərdə  digər  qrupa  nə  üçün  tabe  olması  məsələsi
1 Weber,  “Science as a Vocation,”  in From Max Weber:, Gerth and Mills,
p.80.
164
Veber  üçün  ciddi  maraq  doğurmuşdur.  Hakim  münasibət 
özünün  daha  mücərrəd  formasında  sərəncamlar  verən  idarə 
edənləri  və  ona  əməl  edən  tabe olanları  əhatə  edir.  Beləliklə, 
sual  belə  qoyula  bilər:  nə  üçün  insanlar  tabe  olurlar?  İlk 
əvvəl hökmranlığın istənilən mütəşəkkil formasının gündəlik 
fəaliyyətində  -  istər  bu  bürokratiya  olsun,  istərsə  də  feodal 
ağalığı  -  adət  və  ya  vərdiş,  tabeçiliyi  qorumaq  üçün  ilkin 
prinsipdir.  Bu  həmçinin  ən  zəif  prinsipdir,  çünki  adətən 
idarəedənlərlə  tabe  olanlar  arasında  münaqişə  mövcuddur. 
Beləliklə,  razılaşmanı  qorumaq  üçün  əlavə  prinsiplər 
mövcud olmalıdır.
Növbəti  prinsip  administrativ  aparatla  bağlıdır.  Bu 
əmrə  tabe  olmayanlara  qarşı  vergiləri  yığma,  müharibə 
aparma və digər bu kimi vasitələrlə cəza tədbiri görmək üçün 
insanların  idarə  edənlərə  tabeçiliyini  həyata  keçirməyə 
kömək  edir.  Veber  qeyd  edirdi:  “mütəşəkkil  hökmranlıq  elə 
maddi  nemətlər  üzərində  nəzarəti  tələb  edir  ki,  onlar  ... 
hökumətin icraçı  aparatı  ...  üzərində nəzarət üçün vacibdir.”1 
Hökumətin  problemləri  onun  özündən  törəyir,  çünki 
üstünlük  uğrunda  əsas  mübarizə  həmişə  idarəedən  və  aparat 
arasında  gedir.  İdarə  edənin  hakimiyyətinin  qeyri-qanuni 
qəsb  olunması təhlükəsini  azaltmaq üçün  idarə edənlə aparat 
arasında  həmçinin  maraq  həmrəyliyi  olmalıdır;  bu  cür 
həmrəyliyi  yaratmaq  üçün  əsas  ağırlıq  idarə  edənin  üzərinə 
düşür.  Belə  həmrəylik  idarə  edən  tərəfindən  maddi  və  ideal 
mükafatların  verilməsi  ilə  təmin  edilir:  “Maddi  mükafat  və 
sosial  ehtiramı  itirmək  qorxusu  icraçı  aparatla  hakimiyyətə 
malik  olanlar  arasında  həmrəyliyin  son  və  həlledici
1  İbid.,  p.80.
165


əsasıdır.” 1
Zərurət  yarandıqda  hətta  inzibati  və  hərbi  qüvvə  də 
idarə  edənin  tabeçiliyində  olanlar  üzərində 
davamlı 
hökmranlığını  saxlamaq  üçün  vacibdir.  Bu  xüsusən  idarə 
edənin  hakimiyyəti  əldə  saxlamaq  hüququ  üzərində  böhran 
və təhlükə yarandığı vaxtlarda vacibdir.
Üçüncü və sonuncu prinsip idarə edənin ardıcıllarının 
tabeçiliyinə,  yəni  ardıcıllarının  onun  legitimliyinə  inanma­
sına  tam  zəmanət  təmin  etməsindən  ibarət  olmalıdır.  Bu 
zəmanət  azaldığı  adət  unudulduğu  və  administrasiya 
zəiflədiyi vaxt legitimlik prinsipi idarə edəni həmişə müdafiə 
edir;  ardıcılları  inanırlar  ki,  xüsusi  bir  şəxs  (və  ya  şəxslər) 
onlara  əmr  vermək  hüququna  malikdir,  onlar  isə  ona  tabe 
olmağa borcludurlar.
Legitimlik prinsipindən  ideal  tip  kimi  istifadə  edərək 
Veber  üç  forma  arasındakı  fərqi  göstərməyə  çalışır:  1) 
ənənəvi  əsaslara  söykənən  legitimlik,  2)xarizmaya  əsaslanan 
legitimlik,  nəhayət,  3)  rasional-legal  standartlara  əsaslanan 
legitimlik.
Müasir  dövlətdə hökmranlıq  bütün  tarix  boyu  olduğu 
kimi bu üç principin qarışığını əhatə edir.  Məsələn, monarxm 
liderliyi  xarizmatik  və  ənənəvi  legitimliyə  əsaslana  bilər. 
ABŞ  prezidentinin  legitimliyi  bir  çox  hallarda  hər  üç 
formanın birləşməsinə əsaslanır.
Hökmranlığın  bu  tipləri  bir  sıra  hallara  geniş  tətbiq 
edilmişdir.  Məsələn,  liderlik  problemini  öyrənərkən  inkişaf 
etməkdə  olan  ölkələrdə  ənənəvi  hökmranlıq  anlayışından, 
siyasi  hərəkatlarda  liderliyin  təbiətini  tədqiq  etmək  üçünsə
’  I b i d ., 
p.80.
166
xarizmatik hökmranlıq tipindən istifadə olunmuşdur.
Lakin  hökmranlıq  anlayışı  nə  qədər  aydın  olsa  da, 
müəyyən  çatışmazlıqlardan  azad  deyildir.  Bunlardan  ən 
əhəmiyyətlisi  legitimlik ideyasıdır.  Bir  anlayış  kimi  legitim­
liklə  bağlı  problem  ondan  ibarətdir  ki,  o,  yalnız  ardıcılların 
inamlarında  və  rəylərində  mövcuddur.  Məsələn,  Veber 
göstərir  ki,  xarizmatik  liderlər  xarizmaya  malik  deyillər  və 
bu,  daha  çox  onlara  öz  ardıcılları  tərəfindən  verilir.  Nəticə 
etibarilə  hökmranlığın  təbiətini  tədqiq  edənlər  belə  bir 
nəticəyə  gəlirlər  ki,  liderlərə  ardıcılları  onların  hakimiyyətə 
qanuni  malik  olduqlarına  inandıqlarına  görə  tabe  olurlar  və 
hakimiyyətə  malik  olanlar  hakimiyyətdə  qalmaq  üçün 
qanuniləşmiş əsaslara istinad etməlidirlər.
Veber dəyişiklik haqqında
Vaxtından  əvvəl,  56  yaşında vəfat  etdiyindən,  Veber 
dəyişiklik  haqqında  vahid,  müfəssəl  baxış  inkişaf etdirə  bil­
məmişdir.  O,  əsərlərində  Qərb  cəmiyyətlərinin rasionallaşdı- 
rılması məsələsi  ilə maraqlansa da, bu haqda Marksın inqilab 
və sinfi mübarizə və ya Parsonsun təkamül haqqında ideyala­
rı kimi aydm nəzəriyyə işləyib hazırlamamışdır.
Sözün  geniş  mənasında  dəyişiklik  Qərbdə  rasionallı- 
ğın  inkişafını  bildirir və  özünü bütün əksər  institusional  sfe­
ralarda büruzə verir.  Rasionallığın mahiyyəti məqsədlərə nail 
olmaq üçün texniki  cəhətdən  ən effektiv strategiyadan  istifa­
də olunmasındadır.  Onun yaranması,  formalaşması  və inkişa­
fı  tədricən baş  verir  və  bütünlükdə  cəmiyyətlərin  artan  inki­
şafını  və  onların  fərqli  institusional  sferalanm  əhatə  edir.  Bu 
cür o  özünəməxsus xüsusiyyətlərə malikdir.  Bir sözlə, Vebe- 
rin  inkişafın  rasionallığı  konsepsiyasına  konvergensiya yolu
167


Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə