Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə48/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   49

yardır;  eyni  zamanda  o,  xüsusi  və  mühüm  instansiyada bəzi 
rolları  ifa edənlərin,  vətəndaşların  digər rolları  ifa edənlərə - 
prezident  və  konqresə  tabe  olmasını  təkid  edənlər  üçün 
normaları  müəyyənləşdirir  və  dəyərləri  ifadə  edir.  Beləliklə, 
tabeçiliyin  son  və  ən  əhəmiyyətli  mənbəyi  odur  ki, 
başqalarının əmrinə tabe  olanlar bunu ona görə  edirlər ki, bu 
əmrlər cəmiyyətin ən yüksək dəyərləri vasitəsilə dəstəklənir.
Parsons dəyişiklik haqqında
Talkott  Parsons  bütün  yaradıcılığı  boyu  tənqid  hədə­
finə  çevrilmişdir:  onu  mükəmməl  sosial  dəyişiklik  nəzəriy­
yəsi  yarada  bilməməkdə  günühlandırmışlar.  Bu  nöqteyi- 
nəzərdən  belə  bir  fikir  yürüdülür  ki,  Parsons  cəmiyyətin 
dinamik  portretini  yaratmaqdansa  diqqəti  daha  çox  onun 
statik  modelinə  yönəltmişdir.  Qeyd  edək  ki,  1960-cı  illərə 
qədər  Parsons  yalnız  sosial  dəyişiklik  haqqında  fikirlərini 
inkişaf  etdirirdi.  Lakin  o,  gözlənilmədən  mövqeyini 
dəyişərək  diqqəti  daha  çox  sosial  sistemlər  üçün  xarakterik 
olan  proseslərə  yönəltməyə  başladı.  Parsonsun  dəyişiklik 
nəzəriyyəsində  dövlət  və  onun  strukturlarının  təhlili  özünü 
qabarıq şəkildə büruzə vermir.
Dəyişiklik: eninə və dərininə
Dəyişikliyi  sosial  sistemlər  üçün  xarakterik  olan 
xüsusi  tip  proses  kimi  məüəyyənləşdirən  Parsons,  diqqətini 
onun 3  tipinə yönəldir.  Birinci növ dəyişikliyi  o,  sirkulyar və 
ya  dairəvi  proses  kimi  göstərir;  burada  dövlət,  məs.,  qeyri- 
müəyyən  və  məhdud  resurslar  vasitəsi  ilə  məqsədə  çatmaq 
funksiyasını yerinə yetirməkdə davam  edir.  Beləliklə,  dövlət 
cəmiyyətdən  siyasi  dəstək  alaraq  qismən  özünün  hakimiyyət
192
ehtiyatını qoruyub saxlayır və eyni zamanda bu dəstəyi siyasi 
qərarlar ehtiyatı ilə gücləndirir.
İkinci növ dəyişiklik artımdır ki,  dövlətə münasibətdə 
o,  hakimiyyətin  artması  və  azalması yollarım  müəyyənləşdi­
rir.  Məs., o,  siyasi liderlərin cəmiyyətə yeni qrup vətəndaşları 
daxil  etməsi  kimi  addımları  əhatə  edə  bilər.  İlkin  olaraq  li­
derlərə  verilən  siyasi  dəstək bu  tip  hərəkətlərə  çağırmasa da, 
bu  hərəkət  cəmiyyətin  öz  məqsədlərini  həyata keçirmək  im­
kanlarını  gücləndirə  və  bununla  da  daha  güclü  hakimiyyət 
yarada bilər.
Nəhayət,  Parsons  tərəfindən  müəyyənləşdirilən  üçün­
cü tip  dəyişiklik  fundamental  strukrur  dəyişiklikdir.  Struktur 
dəyişikliyə  Parsons  tərəfindən  təqdim  edilən  baxış  son 
dərəcə  genişdir.  Parsons  müasir  dünyanın  əsaslarını  qədim 
Yunanıstan  və  İsraildə  axtararaq  antropoloqların  bəsit 
cəmiyyətlər  haqqında tədqiqatlarım  geniş  şəkildə  əhatə  edir. 
Burada bugünkü dünyanın qurulmasının və müasir cəmiyyət­
lər  arasında  böyük  müxtəlifliyin  izahına  onun  ibtidai 
strukturu  və  sistemli  formalarının  tədqiqi  yolu  ilə  cəhd 
göstərilir.  Bu,  sosial  dəyişikliyə  təkamül  yanaşmasıdır.  Bu, 
həm  də  Ç.Darvinin  bioloji  formaların  dəyişilməsinə  dair 
baxışma müəyyən dərəcədə paraleldir.
Mahiyyətcə,  cəmiyyətlərin  təkamülü  onların  ətraf 
mühitə  adaptasiya  olunması  qabiliyyətini  inkişaf  etdirməsi 
deməkdir.  Bu  mühitə  mədəni  sistem,  şəxsiyyət  sistemi, 
bioloji  sistem  və  cəmiyyətin  qarşılaşdığı  fiziki  varlıqlar 
daxildir.  Təkamüldə  tərəqqiyə  nail  olan  cəmiyyət  əhatə 
olunduğu  mühitin  onun  qarşısında  qoyduğu  tələblərə  cavab 
verən  və  malik  olduğu  sosial  resurslardan  daha  effektiv 
istifadə  edən  cəmiyyətdir.  Bu  effektivliyin  mahiyyəti  daha
193


çox ixtisaslaşmış və fokuslaşmış strukturlarla ifadə olunur ki, 
bunlar  da  sosial  sistemdə  adaptasiya,  məqsədə  çatma,  inteq­
rasiya  və  latentlik  kimi  əsas  funksiyaları  yerinə  yetirirlər. 
Parsons  doğru  olaraq  qeyd  edir:  “Əgər  diferensiasiya 
(dəyişiklik)  daha  inkişaf  etmiş  və  balanslaşdınlmış  sistem 
əmələ  gətirmişsə,  hər  bir  yeni  diferensiasiya  olunmuş 
subsistem...  əvvəlki,  daha  diffuz  strukturdakı  eyni  funksiya 
ilə  müqayisədə  özünün  ilkin  funksiyasını  həyata  keçirmək 
üçün  gücləndirilmiş,  adaptasiya  olunmuş  bacarığa  malik 
olmalıdır.  Beləliklə,  adətən  fabriklərdə  iqtisadi  istehsal  ev 
təsərrüfatı  ilə  müqayisədə  daha  məhsuldardır.  Bu  dəyişiklik 
həm  rol,  həm  də  kollektiv  səviyyəyə  tətbiq  olunur,  burada 
iştirak edən insanlar,  eləcə də bütövlükdə kollektiv əvvəlkinə 
nisbətən  daha  məhsuldar  sayılmalıdır...  Bu  dəyişikliklər  o 
demək  deyildir  ki,  köhnə  “rezidual”  vahid  öz  fəaliyyətinin 
bütün kontekstlərində “itirilmiş  funksiyaya”  malik olacaqdır. 
Ev  təsərrüfatı  artıq  əhəmiyyətli  iqtisadi  istehsalçı  deyildir. 
Lakin  o,  özünün  digər  funksiyalarını  əvvəlki  formalardan 
daha  yaxşı  həyata  keçirə  bilir.  Başqa  sözlə,  təkamül 
cəmiyyətlərin artan rasionallığıdır.
Qeyd  etmək  lazımdır  ki,  heç  də  bütün  cəmiyyətlər 
daha  yüksək  adaptasiya  vəziyyətinə  gəlmək  üçün  böyük 
sıçrayış 
edə 
bilmirlər. 
Bəziləri 
müvəffəqiyyətsizliyə 
uğrayaraq  məhv  olur,  bəziləri  isə  müvcud  olsalar  da,  daha 
inkişaf  etmiş  cəmiyyətlərdən  asılı  vəziyyətə  düşürlər. 
Cəmiyyətlər  inkişafa  iki  səbəbdən  nail  olurlar.  Təkamül 
prosessində bəziləri müəyyən nailiyyətə nail olurlar:  onlar öz 
daxillərindən  təkamül  üçün  vacib  olan  həyati  elementlərdən 
bəhrələnirlər;  digərləri  daxildən  yeni  bir  element  yarada 
bilmirlər,  lakin  diffuziya  elementləri  aldıqlarına görə  inkişaf
194
etmiş  cəmiyyətlərə  əhəmiyyətli  dərəcədə  yaxın  olurlar. 
Təkamül  prosesində  müxtəlif  mədəni  və  sosial  nümunələr 
həm çağdaş, həm də yazılı tarix yolu ilə ötürülür.
Dəyişikliyin məntiqi
Parsonsun  fikrincə,  cəmiyyətdə  istənilən  əsas  struk­
turda dəyişiklik (onun təkamül üçün əhəmiyyətli olub- olma­
masından  asılı  olmayaraq)  üç  fenomeni  əhatə  edir: 
diferensiasiya,  inteqrasiya  və  deformasiya.  Onlar  tam 
ardıcılllıqla  baş  verməsələr  də,  mühüm  struktur  dəyişikliyi 
üçün  vacibdir,  onlar dəyişikliyin dialektik prinsipinin xüsusi 
tətbiqini  təmsil  edərək  istər  Parsonsun,  istərsə  də  Marksın 
baxışlarında mühüm yer tuturlar.
“Diferensiasiya”  Herbert  Spenser kimi  nəzəriyyəçilər 
tərəfindən 
sosial 
dəyişikliyə, 
xüsusən 
də 
təkamül 
dəyişikliyinə  aid  məsələlərdə  istifadə  olunan  anlayışdır. 
Parsonsda bu elə bir prosesi  ifadə edir ki, onun köməkliyi  ilə 
sistemin  və  ya  strukturun  yeganə  elementi  ən  azı  iki  yeni 
elementə  bölünmüş  olur  və  hər  ikisi  yeganə  və  ya  fərqli 
funksiyaları yerinə yetirir.  Daha sonra,  diferensiasiya prosesi 
heç  vaxt  bir  sistemdə  və  ya  strukturun  bir  səviyyəsində  baş 
vermir,  o,  bir  çox  nöqtələrdə  baş  verir.  Qeyd  edək  ki, 
diferensiasiya prosesinin  ən uğurlu təsviri  Parsons  tətəfindən 
öz  tələbəsi  Neyi  Smelzerin  sənaye  inqilabı  dövrü  baş  verən 
dəyişikliklərin  təhlilinə  istinadən  təqdim  olunmuşdur: 
‘T əəssüf ki, ən yaxşı  misal peşə rollarının...  qohumluq struk­
turlarında... 
yerləşdirilməsinin 
diferensiasiyasıdır...Rol
[səviyyəsində]  dəyişiklik  fərdin  bir  rolunun  qohumluq 
kollektivində  nə  demək  olmasının...  iki  müxtəlif kollektivdə 
iki rola, qohumluq qrupuna və təşkilata diferensiasiya etməsi
195


Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə