Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə47/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   49

vətəndaşların loyallığından asılıdır.
Parsonsa görə,  sosial  sistemdə  elə bir nəzarət qaydası 
mövcuddur ki, burada nümunənin qorunub  saxlanılmasından 
başlayaraq  hər  bir  subsistem  özündən  aşağıdakında  dinami­
kanın fəaliyyətinə nəzarət edir.  Siyasi sistemə gəldikdə isə o, 
icmanın özünün bir çox hissələrində siyasi sistemin fəaliyyə­
tinə  nəzarət  edir.  Beləliklə,  belə  bir nəticəyə  gələ  bilərik  ki, 
Parsonsa görə,  ictimai hakimiyyyət və  onu  həyata keçirənlər 
sonda  vətəndaşlar  qarşısında  məsuliyyət  daşıyırlar.  Daha 
sonra,  eyni  prinsipə  görə,  hakimiyyət  ümumən  və  hökümət 
xüsusən  qanunun  nəzarəti  altındadırlar  və  bu  nöqteyi-nəzər­
dən qanun əsas inteqrativ mexanizm kimi çıxış  edir.  Bu,  elə­
cə  də  digər oxşar nəticələr,  məsələn,  ABŞ  kimi  cəmiyyətlər­
də  hakimiyyəti  ələ  keçirməyə  cəhd  göstərən  prezidentin  qa­
nunu pozduğu və  ictimai  dəstəyi  itirdiyi vaxt nə  üçün öz və­
zifəsini  təhvil verməli olduğunu aydm şəkildə göstərir.
Siyasi idarəçilər
Siyasi  idarəçilər,  Parsonsa  görə,  sosial  sistemdə 
liderliyin  həyata  keçirildiyi  rolları  təmsil  edirlər.  İnkişaf 
etmiş  cəmiyyətlərdə  siyasətin  funksional cəhətlərinin tədqiqi 
idarəçilərin, liderlərin xüsusi keyfiyyətlərini nəzərə çarpdırır. 
Liderlik  dövlətdə  məqsədə  çatmaq  funksiyasını  daşıyır; 
subsistem  olaraq,  liderlik  inkişaf etmiş  cəmiyyətdə  daha  da 
bölünərək,  hökumətin  icraedici  qanadı  ilə  ilk  növbədə 
cəmiyyətin ümumi məqsədlərinə çatmaq üzərində cəmləşir.
Dövlət maşını və köməkçi təşkilatlar
Siyasi  qaydanın  detallarının  əksəriyyəti  (partiyalar 
kimi  dövlət  maşını  və  təşkilatların  təbiəti  də  daxil  olmaqla)
188
Parsonsun diqqətini  cəlb  etmir.  Onun  ən mühüm  müşahidəsi 
ondan ibarətdir ki, bu  institutlar inkişaf etmiş cəmiyyətdə və 
ya  dövlətdə  özünəməxsus  və  vacib  funksiya  daşıyırlar. 
Burada dövlət maşını  və bürokratiya  adaptasiya funksiyasını 
yerinə  yetirirlər.  Parsonsun  bu  proseslərin  və  təşkilatların 
detalları  ilə  maraqlanmaması  onun  cəmiyyətə  və  siyasətə 
geniş marağından irəli gəlir.
Parsons:  insan nə üçün tabe olur?
Parsonsun  bu suala cavabı  onun hakimiyyət və  nüfuz 
haqqında fikirlərini daha yaxşı başa düşməyə kömək edir. Nə 
üçün  bəzi  adamlar  digər  adamların  hərəkətlərini  əlaqələn­
dirən  qərarlar  qəbul  edirlər?  Qərarlar  nə  dərcədə  bütün 
cəmiyyətin  adından  qəbul  edilir?  Bu  suallara  cavablar  tabe 
olmanın əsas təbiətinə Parsonsun baxışını əks etdirir.
Parsonsun  tabe  olmanın  təbiəti  haqqında  fikirlərini 
başa  düşmək  üçün  istənilən  kollektivdə  hakimiyyətə  malik 
olan və olmayan şəxs rollarının olması faktını qəbul edək.  Bu 
cür misal  ümumən  Parsonsun  baxışı  ilə  bir  araya  gələ  bilir, 
çünki  o,  belə  hesab  edir  ki,  hakimiyyət  elə  bölünməlidir  ki, 
kolektivdə bəzi  rollar tərəfindən  qəbul  olunan  qərarlar  digər 
mövqelər  tərəfindən  qəbul  edilən  qərarlara  nisbətdə  üstün 
olsun  və  ya  bəzi  mövqelər  digərlərinə  nisbətdə  daha  çox 
üstünlüyə  malik  olsunlar.  Göründüyü  kimi,  bu  şərh  işləri 
xeyli  sadələşdirir;  Parsonsun  sosial  dünyaya  baxışında 
mövqelərin  və  ya  fərdlərin  hakimiyyətdə  olan  və  ya 
olmayanlara  bölünməsi  düzgün  olmazdı.  Parsons  hesab  edir 
ki,  hakimiyyət  inkişaf  etmiş  cəmiyyətlərdə  bütün  fərdlər 
arasında geniş  bölünməlidir.  Digər  tərəfdən  o,  iki  növ  rolun 
(hakim və qeyri-hakim) olmasına etiraz etmir;  ən yaxşı  halda
189


hakimiyyətə  malik olanlarla olmayanları  yaxınlaşdıran rollar 
-   seçilmiş  məmurlar  və  seçilməmişlər,  məs.,  seçicilər  ola 
bilər.
Hakimiyyətsiz  rolları  tutan  fərdlər  hakim  rollara 
malik  olanların  əmrinə  bir  neçə  səbəbdən  tabe  olurlar.  İlk 
əvvəl, onlar hakim rolları tutanların fərd kimi keyfiyyətlərinə 
deyil,  onların  ifa  etdikləri  rolun  gücünə  tabe  olurlar. 
Müəyyən  rollar  sadəcə  onları  tutanların  digər  rol  ifaçılarına 
tabe  olmasmı  tələb  edir.  Məsələn,  cəmiyyətdə  vətəndaş  rolu 
şəxsin  məmurların  tələbinə  uyğun  hərəkət  etməsini  nəzərdə 
tutur.  Bu tələblər baxımından bəs nə  üçün  fərd  bu rolları  ifa 
etməyə  qərar  verir?  Parsonsa  görə,  bütün  bu  rollar  inkişaf 
etmiş  ölkələrdə  əhəmiyyətli  imtiyazlara  və  hüquqlara 
malikdirlər.  Məsələn,  vətəndaş rolu  fərdi vəzifəsinə  seçilmiş 
məmurdan  bir  çox  digər  mənfəətlərin  əvəzində  mühafizə 
gözləməyə  haqq  qazandarır.  Beləliklə,  tabeçiliyin  ilkin 
üstünlüyü  ondadır  ki,  başqa  fərdlərin  əmrlərinə  tabe  olanlar 
bu rolları  ifa etmək üçün  azad seçiliblər və bu rolların onlara 
verdikləri imtiyazlardan özləri istifadə edirlər.
Bəzi  fərdlərin  digərlərinə  rollarına  görə  tabe  olması 
onları  uzun  müddət  motivləşdirmək  üçün  əhəmiyyətli  ola 
bilməz.  Rollar  həmçinin  onlara  malik  olanların  tabeliyini 
təmin  etmək  üçün  müəyyən  spesifik  müxanizmləri  hərəkətə 
gətirməlidirlər.  Bu  cür  bir-birinin  güzgülü  əksi  olan  iki 
mexanizm  mövcuddur:  1)  hakimiyyəti  olmayanların  ona 
malik  olanların  əmrlərinə  tabe  olmasının  vacibliyi  və  2) 
hakimiyyətdə  olanların  hakimiyyəti  olmayanlardan  tabe 
olmalarını  gözləmələri.  Məs.,  vətəndaşın  məmurun  əmrinə 
tabe  olmaq  borcudur  və  məmurun  da  vətəndaşdan  tabe 
olmasını  gözləməsi  onun  hüququdur.  Beləliklə,  tabeçiliyin
190
mənbəyi  ondadır  ki,  digərlərinin  əmrinə  tabe  olan  fərdlər 
bunu öz ifa etdikləri rollarına görə edirlər.
Hətta  rolun  tələbi  belə  əmrə  avtomatik  və  qeyri- 
müəyyən  tabeçilik  tələb  etmək  üçün  kifayət  deyil.  Fərdlər 
tutduqları rolların onları həmişə təmin etdiyini göstərə bilmə­
sələr də, bəzən bu rolları xeyli dərəcədə məhdudlaşdırıcı  gö­
rürlər.  Fərdlər rollarından  irəli gələn vəzifələrin ağır olduğu­
nu  gördükdə  və  onlar  rol  və  vəzifələrindən  uzaqlaşmalı  ol­
duqda  digər  mexanizmlər  işə  düşməli  olur.  Bunlar  (gücün 
tətbiqi və ya təhlükəli tətbiqi) xüsusilə neqativ sanksiyalardır 
ki,  hakim  rolları  tutanlar  hakmiyyətdən  məhrum  rolları 
tutanların tabeçiliyindən istifadə edə bilirlər.  Bunlar hakmiy- 
yətdə  olanların  fəaliyyətini  ondan  məhrum  olanlar  üzərində 
həqiqətən  möhkəmləndirən  vasitələrdir.  Məs.,  hökumət  və­
təndaş  onun  əmrinə  tabe  olmadığı  halda  təzyiq  göstərmək 
üçün  qorxuducu  addımar  ata  bilər.  Buradan  da  belə  qərara 
gəlmək  olar  ki,  digərlərinin  əmrinə  tabe  olan  fərdlər  bunu 
ona görə edirlər ki, başqa cür hərəkət etmək güc tətbiqinə gə­
tirib  çıxara bilər.  Belə bir fikirlə razılaşmamaq olmur ki,  güc 
hakimiyyətsizlərin hakimiyyətə  malik olanlara,  vətəndaşların 
hökumətə  tabeçiliyini  qorumaq  üçün  vacib  vasitədir.  Gücün 
cəmiyyətdə  rolunu  başa  düşmək  üçün  Parsons  belə  bir  sual 
qoyur:  spesifik rollara malik şəxslərə  güc  vasitələrindən  isti­
fadə  etməyə  kim hüquq  verir?  Məsələn,  hökumətə  onun  əm­
rinə tabe olmadıqda  fiziki  gücdən  istifadə  etməyə  legitim in­
hisarı nə verir?
Parsonsa 
görə, 
normativ 
elementlər 
müxtəlif 
strurkturlar  vasitəsilə  cəmiyyətin  hər  tərəfinə  yayılır. 
Beləliklə,  məs.,  ABŞ  Konstitusiyası  prezidentə,  eləcə  də 
konqresə  bütün  xalqın  adından  qərar  çıxarmağa  imkian
191


Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə