Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə30/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   49

vasitələri  üzərində  mülkiyyətdən  məhrum  olması  və  nəhayət 
ən geniş mənada insanın kapitalist cəmiyyətində özgələşməsi 
durur.
Dəyişikliyin əhatəliliyi və dərinliyi
Marksı  daha  çox  keyfiyyət  dəyişikliyi  maraqlandırır­
dı.  Kapitalizmin  əsas  ziddiyyətlərindən  irəli  gələn  gərginlik 
uzun  müddət  ərzində  toplanaraq  kapitalistlər  və  proletariat 
arasında güclü kontrast yaradır;  dəyişikliklər proletariatın qə­
ləbəsi  və  yeni  iqtisadi  və  sosial  prinsiplərə  (məs.,  mülkiyyət 
üzərində  ictimai  mülkiyyətə)  əsaslanan  yeni  bir  cəmiyyətin 
bərqərar  olması  ilə  başa  çatır.  Marksın  dəyişiklik  haqqında 
düşüncələri  bir  çox  digər  nəzəriyyəçilərin  mövqeyindən 
fundamental şəkildə fərqlənir.
Marksı  bir  dövlət  daxilində  gedən  dəyişikliklərlə 
müqayisədə dünyada gedən dəyişikliklər daha çox maraqlan­
dırırdı.  Onun  fikrincə,  kapitalizm  özünün  daxili  dinamikası, 
artımına  və  fasiləsiz  olaraq  gəlir  axtarışına  görə  proletar 
inqilabı  ilə  birlikdə  ümumdünya  fenomeninə  çevrilməlidir. 
Bunun  həyata  keçməsi  artıq  göz  qabağındadır.  Belə  ki, 
“Fransada  sinfi  mübarizə”  əsərində  o belə  bir  arqument irəli 
sürür:  Fransadakı  1848-ci  il  fevral  inqilabı  bu  ölkədə  məhz 
iqtisadi  artımın  bütün  ölkənin  inkişafına  imkan  verməməsii 
səbəbindən məğlubiyyətə uğramışdır.
Bu  dəyişiklik  ölçüsünün  üçüncü  tərəfini  siyasi 
dəyişikliklə  sosial  dəyişiklik  arasındakı  ziddiyyət təşkil  edir. 
Bu  fərq,  Marksa  görə,  çox  böyük  idi  və  dövlətlə  cəmiyyət 
arasındakı  fərqdən  irəli  gəlirdi.  Öz  ümumi  yanaşmasına 
uyğun  olaraq  o,  yalnız  dövlət  hakimiyyəti  sahəsində  baş 
verən  dəyişikliyin  (yəni  məmurların  və  hətta  bütün  rejimin
120
dəyişilməsinin)  cəmiyyətdə  tam  dəyişikliyə nail  olmaq üçün 
sadəcə  ilkin  addım  olmasma  inanırdı.  D övlət  hakimiyyəti 
proletariatın  əlinə  keçməlidir  və  beləliklə  də  bu   inqilab  elə 
əvvəlcədən “siyasi” xarakter daşımalıdır.  D övlət hakimiyyəti 
tam  qorunduqdan  sonra  bütün  kapitalist  cəmiyyətinin 
söykəndiyi  iqtisadi  və  sosial  bina,  yəni  xüsusi  mülkiyyət və 
sosial  siniflər,  onlarla  yanaşı  dövlət  hakimiyyətinin  özü  də 
aradan qaldırılmalıdır.
Nəhayət,  dəyişikliklə  bağlı  M arksın  baxışlarında  ilk 
nəzərə  çarpan  daha  bir  aspekt  də  dəyişikliklə  assosiasiya 
olunan  zorakılıqdır.  Marksm  1871-ci  il  Paris  Kommunasını 
bəyənməsi  və  onu  məhz  keyfiyyət  dəyişikliyi  kimi  görməsi 
kapitalist  cəmiyyətinin 
dağılmasının 
labüdliyi 
fikrini 
yaradırdı.
Fəhlə  sinfinin  siyasi  üstünlüyü  fundamental,  sosial 
dəyişikliklər üçün yalm z ilkin şərt kimi çıxış edir.  Lakin belə 
görünür  ki,  İngiltərədə  bu  fundamental  dəyişiklik  zorakılıq 
olmadan baş versəydi, Marks, yəqin ki, onu təsdiqləyərdi.
Dəyişikliyin məntiqi
Dialektika  və  dialektik  dəyişikliklər  nəzəriyyəsi 
Marks  tərəfindən  irəli  sürülən  ən  vacib  nəzəriyyələrdən 
biridir.  O, bu nəzəriyyəni  dahi  alman  filosofu Q.V.F.  Hegel- 
dən  götürmüşdür.  Marksm  Hegelin  dialektik  baxışının  təsiri 
altında nə qədər qalması (əgər onun Hegelin  idealizmini ma­
terializmə  çevirməsini  bir  tərəfə  qoysaq)  marksist  və  qeyri- 
marksist alimlər arasında müzakirə predmeti olaraq qalır.
İlk əvvəl  belə  hesab  oluna bilər ki,  dialektika üç  əsas 
elementdən  -  tezis,  antitezis  və  sintezdən  ibarətdir.  Belə  bir 
sxem  düzgün  olsa  da,  dialektikanın  dinamik  keyfiyyətinə
121


uyğun gəlmir.  Terminləri müəyyənləşdirsək,  onda  sintezin -  
kapitalist  cəmiyyəti,  tezisin  -   kapitalistlər  sinfi,  antitezisin 
isə  proletariat  sinfi  olduğunu  görərik.  Kapitalistlərlə  prole­
tariat  arasındakı  münasibətlər  antaqonist  xarakter  daşıyır. 
Hər  iki  sinif bir-biril  ilə  əlaqədə  mövcuddur:  proletariatsız 
kapitalistlər sinfi, kapitalistlərsiz isə proletar sinfi ola bilməz. 
Buradakı  məntiqdən  irəli  gələn  dəyişiklik  nəzəriyyəsi  ondan 
ibarətdir  ki,  kapitalist  cəmiyyəti  onun  bir  cəmiyyət  kimi 
dəstəklənməsinə  və  qalmasına  kömək  edən  mənbəni  - 
kapitalist sinfini və proletariatı yaradır.
Kapitalizmdə  kapitalistlər öz kapitalım  artırmaq  üçün 
fəhlələri  işə  götürürlər.  Kapitalist-fəhlə  münasibətlərinin 
təbiətini  onlardan  birincisinin  xeyir  götürməsi,  digərinin  isə 
zərər  çəkməsi  təşkil  edir.  Hər  iki  qrup  bir-birinə  xidmətin 
davam  etdirilməsini  tələb  edir:  kapitalistlər -   kapital  yığımı 
ilə,  fəhlələrsə  -   aşağı  səviyyədə  yaşamaqla.  Heç  bir  qrup  o 
birisindən ayrılıqda mövcud ola bilməz.
Kapitalist üçün  vəziyyət  fəhləni  öz  tabeliyində  saxla­
ya bilənə qədər yaxşıdır. Fəhləni kapitalisti tərk etməkdən iki 
şey  saxlayır:  1)  kapitalizmin  iqtisadi  fakt olması,  yəni  fəhlə­
nin  özünün  istehsal  vasitələrinə  malik  olmayaraq  azad  işçi 
kimi  çıxış  etməsi  və  2)  kapitalizmin  ideoloji  bir  fakt olması, 
yəni  fəhlənin  kapitalist  üçün  işləməsinin  fəhlənin  öz  maraq­
larına xidmət etməsinə inanması.
Lakin kapitalistə xeyir gətirən və fəhlə üçün ağır olan 
şərait son nəticədə elə vəziyyətə gəlir ki, rəmzi olaraq kapita­
list zərər  çəkir,  fəhlə isə  xeyir götürür.  Beləliklə,  kapitalistin 
nöqteyi-nəzərindən  ona  gəlir  gətirən  mexanizm  onun  zəif 
cəhətinə  çevriləcək və  fəhlələrin  üsyanı  ilə  nəticələnəcəkdir. 
Bu müddəa “K apitaf’da bir neçə yerdə qeyd olunur.
122
Qısa  desək,  kapitalizmin  inkişafına  və  kapitalist 
sinfinin  sərvət  toplamasına  xidmət  etmiş  qanunların  özü  də 
kapitalizmə  və  onunla  birgə  kapitalist  sinfinə  son  qoyacaq 
şərtə çevrilir.
Kapitalistlərlə  proletariat  arasında  gərginlik  proleta­
riatın rəhbərliyi  altında yeni  cəmiyyət  formasının  yaranması 
ilə  həll  oluna  bilər.  Bu  prinsipial  siyasət  bütün  sosial 
siniflərin  ləğvinə  olan  çağırışdır.  Bu  yeni,  kommunist 
cəmiyyəti  bütün  əvvəlki  inkişafın  hərəkətvericisi  qüvvəsi 
sayılan  sinfi  mübarizə  aradan  götürdüyündən,  Marksa  görə, 
sonuncu, sintez mərhələsini təmsil edir.
Hegelin  sxeminə  uyğun  olaraq,  Marks  da  belə  hesab 
edirdi ki, dialektika kapitalizmin  süqutu  ilə  sona çatır. Lakin 
məntiqi sistem kimi dialektik prinsip birbaşa olmasa da tezis- 
antitezis-sintez ardıcıllığının  təkrarını  tələb  edir.  Buradan da 
belə bir sual ortaya çıxır: nə üçün kommunizmə keçid sonun­
cu  sintezi  təmsil  etməlidir?  Faktiki  olaraq,  dialektikanın 
məntiqində  heç  bir  əsaslı  səbəb  yoxdur  ki,  kommunist  cə­
miyyətinin sonuncu  sintez olması  ideyasını  dəstəkləyək.  Gö­
rünür ki, bu  qərara gəlmək üçün Marks  öz  etik  standartlarını 
zorla  dialektikanın  daxilində  yerləşdirməyə  məcbur  olmuş­
dur.  O,  proletariatı  “universal  sin if’  kimi  təsvir etməyə  çalı­
şaraq  onu  bütün  əvvəlki  siniflərdən  fərqləndirməyə  çalışır, 
onun  hakimiyyətinin  bütün  tarixi  radikal  şəkildə  dəyişəcəyi­
nə inanırdı.
İnqilabi dəyişiklikdən əvvəl gələnlər
İllər  keçdikcə  alimlər  Marksın  xüsusi  şəraitin  fəhlə 
sinfi  arasında  inqilabi  hərəkatın  formalaşmasına  gətirib 
çıxarması  fikrinə  daha  çox  diqqət  yetirməyə  başladılar.
123


Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə